Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə31/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   27   28   29   30   31   32   33   34   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
101
Abbasilərin üçüncü xəlifəsi  əl-Mehdinin dövründə (775-
785) Azərbaycanın və bütün qərbdəki torpaqların valisi əl-
Mehdinin oğlu Harun ər-Rəşid olmuşdur (34, s.78). Əl-Kufi 
yazır ki, sonra Xəlifə Harun ər-Rəşid (786-809) əl-Fəzl ibn 
Yəhya  əl-Bərmakini Azərbaycan və Arrana vali təyin etdi. Əl-
Fəzl böyük ordu ilə yola çıxıb Bərdə  şəhərinə  gəldi. Buradan 
çıxıb Bab əl-Əbvab  şəhərinə  və  Həzmin adlı qalaya çatdı. 
Buranın müdafiəçiləri ilə döyüşdü, lakin heç bir şey  əldə edə 
bilməyib yenidən Bərdə  şəhərinə qayıtdı  və bir qədər burada 
qaldı. Burada olarkən Ömər ibn Əyyub  əl-Kinani adlı adamı 
yanına çağırıb onu öz yerinə canişin təyin etdi, özü isə  İraqa 
qayıtdı (34, s. 62). 
Abbasilərin xilafət  əyalətlərində yaratdıqları  həm siyasi, 
həm də iqtisadi məhrumiyyətlər narazılıqların daha da 
güclənməsinə səbəb olurdu. 
Tədqiqatlar göstərir ki, Abbasilərin hakimiyyəti dövründə 
türklərin ərəblərlə bərabər hakimiyyətdə təmsil olunmaları siyasi 
hadisələrin sonrakı gedişində özünü daha aydın göstərirdi. Ab-
basi xəlifəsi  Əbu Cəfər  əl-Mənsur Azərbaycan valisi Yəzidə 
məktub göndərib, mütləq türklərlə  dost olmasını tövsiyə 
edərkən, Bizansdan və  şimal tayfalarının axınlarından Qafqazı 
qoruya bilməyəcəyini bildirirdi. Yəzid bu məsləhəti qəbul etdi 
və Bərdədə Xəzər xaqanı Bağatur xaqanın qızı ilə evləndi, lakin 
iki il dörd aydan sonra Bağatur xaqanın qızı öldürüldü. Məqsəd 
türklərlə ərəblərin arasını vurmaq, yaranan qarışıqlıqdan fayda-
lanaraq yenidən Bizansın Qafqaz üzərində hökmranlığına nail 
olmaq idi. Bu zaman da, həmişə olduğu kimi, ermənilər 
bizanslıların  əlində alət idi. Bu hadisə  xəzərlərlə münasibətlərə 
ciddi təsir göstərdi. Xəzər xaqanı Ast Tarkan 764-cü ildə 1000 
nəfərlik ordu ilə Qafqazı başdan-başa istila edib ərəblərin 
buradakı hakimiyyətinə son qoydu və Tiflis yaxınlığında 
Yəzidin ordularını  məğlubiyyətə  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
102
uğratdı. O günlərin  şahidi Gevond yazır ki, xəlifə Harun ər-
Rəşid öz türk vəziri Bərməkoğlunu Xəzər xaqanının qızı ilə 
nişanlayaraq dostluğu yenidən bərpa etdi, 798-ci ildə    Xəzər 
xaqanının qızı  Bərməkoğluna gəlin gətirilərkən qəflətən Bərdə 
şəhərində öldü. Xəzərlər qızın ərəblər tərəfindən zəhərləndiyini 
zənn edərək böyük bir ordu ilə Qafqaz üzərinə yeridilər və 
Qafqazın o üzündən girib bu üzündən çıxdılar. Abbasi valisi 
Yəzid ibn Məzyəd  əş-Şeybani  məğlub oldu. Şübhəsiz Bizansın 
oyunu olan bu hadisə islamı bütün Şərqi Anadoludan silmək 
planı ilə bağlı idi. Lakin xəlifə Mötəsim, anası türk olduğundan, 
türklərə bağlılığını göstərərək, onlardan özünə xüsusi ordular 
yaratdı. Türklər üçün Samarra adlı gözəl bir şəhər saldırıb, 
buranı mərkəz halına gətirdi. Burada yetişən türk bəyləri «Əmir-
ül-üməra» (bəylərbəyi) rütbəsinə  qədər yüksəldilər. Qafqaz 
yenidən türklərin hakimiyyəti altına düşdü (119, s.28). 
Mənbələrdə  Yəzidlə Bağatur xaqanın qızı arasındakı bu 
izdivac və onun nəticələri müxtəlif  şəkildə  şərh olunur (100, 
s.27; 356, s.35). Bu barədə  ət-Təbəri qısa məlumat verir ki, 
«Səid ibn Səlman hakimiyyətdə olan ibn Kuteybənin dövründə 
Xəzər xaqanının qızı  Fədl ibn-Yakbaya ərə verildi və oraya 
göndərildi, ancaq o, Bərdədə öldü. Xaqanın qızını müşayiət edən 
adam onun atasının yanına qayıtdı və xəbər verdi ki, onun qızını 
satqınlar öldürdülər. Bu, xaqanı  qəzəbləndirdi və o, 
müsəlmanlara qarşı müharibəyə hazırlaşmağa başladı» (356, 
s.35). Bu barədə yuxarıda bəhs edildiyi üçün burada bununla 
kifayətlənirik.  
Artıq  ərəblərə qarşı narazılıqlar get-gedə artırdı.  Ərəb 
canişinləri və inzibati idarəçilik orqanları  işçilərinin 
törətdiklərindən narazı qalan yerli xalqlar üsyan edirdilər. 
Həmin üsyanlardan biri Bərdə şəhərində başlamışdı (27, s.7; 34, 
s.76; 174, s.43). Əl-Yaqubi yazır ki, «Ömər ibn- 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
103
Əyyub  əl-Kinani vəzifəsindən uzaqlaşdırıldı, onun yerinə isə 
Əşərilərin azad edilmiş qulu (maula) Əbu-s-Sabah təyin edildi. 
Həmin  Əbussabah Arran əhalisini sıxışdırmağa başladı, 
bərdəlilər də ona hücum edib öldürdülər» (34, s.62; 189, s.517). 
Bu hərəkat narazılıqların başlanğıcı idi. Bərdə üsyanı Arran və 
Azərbaycan  əhalisinin xilafətə qarşı hamılıqla üsyana 
qalxmasına təkan verdi. Əl-Kufi bu barədə  məlumat verir ki, 
«Bərdədə başlanmış üsyan Arran və Azərbaycan  əhalisinin hər 
yerdə üsyana qalxmasına səbəb oldu. Bunların  ən  şiddətlisi 
Beyləqanda «xarici» təriqətinə  mənsub olan Əbu Müslümün 
rəhbərliyi altında baş verən üsyan idi» (34, s.76). Beyləqanda 
Əbu Müslümün xəlifə Harun ər-Rəşidə qarşı başlanmış üsyanını 
yatırmaq üçün oraya İshaq ibn Müslüm əl-Üqeyli adlı 
sərkərdənin başçılığı altında min atlıdan ibarət İraq döyüşçüləri 
göndərildi (34, s.62-63). Bu barədə  əl-Yaqubi bildirir: «Xalid 
ibn Yəzid ibn Üseyd as-Sulamini döyüşçülərinə beş min nəfər 
də əlavə edib göndərdi ki, Əbdü-l-Məlik ibn-Xalid əl-Hərəşinin 
rəisliyi altında möhkəmlənsin. Onlar Əbu Müslümün dəstələri 
ilə toqquşdular və onları qaçmağa məcbur etdilər. Əbu Müslüm 
özü isə Gilab (Sisyanda) qalasına qarşı  hərəkət etdi və onu ələ 
keçirdi. Ər-Rəşid bundan sonra vali vəzifəsinə İbn Abdullah əl-
Bacalını  təyin etdi. O, Bərdəyə  gələn kimi beyləqanlılar ona 
qarşı üsyan etdilər, ancaq o, Bərdədə, iqamətgahında 
möhkəmləndi və Mədən əl-Xümsünü altı min nəfərlik (döyüşçü) 
ilə Əbu Müslüm Şəritə qarşı göndərdi» (359, s.63). 
Əbu Müslüm Xəlifənin hakimiyyətinə qarşı uzun müddət 
gərgin mübarizə aparmış, lakin üsyançılar Xilafət qoşunları 
tərəfindən məhv edilmişdilər (15; 34, s.64; 174). 
Əl-Kufinin məlumatına görə, «üsyandan böyük zərər 
çəkmiş  xəlifə Harun ər-Rəşid Azərbaycanda və Arranda 
hakimiyyətdə olanların hamısını vəzifələrindən kənar etdi.  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə