Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə41/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   37   38   39   40   41   42   43   44   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
131
Fəzlullah Rəşidəddin (1247-1318) Oğuzun Arran və 
Muğan tərəfə yürüşü barədə məlumat verərək bildirir ki, «Oğuz 
həmin yayı Aladağdakı yaylaqda keçirdi. Oradan Bağdad, 
Gürcüstan, Diyarbəkr və Rakka (Suriyanın  şimalında  şəhər – 
Q.H.) tərəfə elçilər göndərib xəbər verdi ki, oralara gələcək…. 
Bu ölkələrə elçi göndərəndən sonra qışlamaq üçün Arran və 
Muğan tərəfə yollandı. Kür və Araz çayları arasında özünə yurd 
və qərargah seçdi və qışı orada keçirdi (47, s.22). 
Əl-İdrisi bildirir ki, «Bayandur xan Gürcüstandan vergiləri 
yığmaq üçün bütün bəyləri toplamışdı. O, qəmgin idi, çünki heç 
kim sərhəddi keçmək istəmirdi. Nəhayət, Qorqud Begil adında 
bəyi razı saldı, özü ona qılınc verdi, barmağına qolçaq taxdı, 
əmr etdi cəsur at gətirdilər, onun yurtunu çıxardı və bəyi Bərdə 
və Gəncəyə göndərdi ki, oğuz ilini qorusun» (əl-İdrisi izah edir 
ki, oğuzların torpağını qorumaq üçün onların hökmdarı 
tərəfindən təyin edilmiş xüsusi adamlar olurdu) (181, s.365). 
Mənbələrdə  və  tədqiqatlarda səlcuqların gəldiyi ilk 
dövrlərdə Arran şəhərlərinin böhranlı  vəziyyətdə olması 
haqqında məlumat verilir (182; 217; 301; 309, s.60-61). 
Beləliklə, Bərdə  şəhəri X əsrdə keçirdiyi ağır böhrandan 
sonra uzun müddət bərpa olunmadı. O, əsrin sonlarında ölkənin  
siyasi, iqtisadi və mədəni  həyatında heç  bir  roly olmayan şəhər 
kimi qaldı. 
 
 
3.5. Bərdə şəhərinin  yenidən dirçəlməsi və sonrakı ta-
rixi (XII-XIX əsrlər). 
 
XII  əsrin birinci yarısından etibarən Bərdə Azərbaycan 
Atabəyləri dövlətinin təkibində idi (14, s.15; 180; 132, s.250; 
263, s.18). Belə ki, 1136-cı ildə Səlcuq sultanı Məsud  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
132
Arranı iqta kimi atabəy  Şəmsəddin Eldənizə bağışlamışdı. 
İqamətgahı  Bərdədə yerləşən Eldəniz tezliklə yerli əmirləri öz 
tərəfinə  çəkdi, özü də sultana xidmət asılılığından çıxdı. O, 
tədricən bütün Azərbaycana yiyələndi (4, s.140; 14, s.44; 132, 
s.250; 180; 182, s.144; 301). 
Azərbaycan Atabəylərinin ilk iqamətgahlarından biri 
olmuş Bərdənin şəhər siması bərpa edildi. Şəmsəddin Eldənizin 
iqamətgahı on ilə qədər (1136-1146) Bərdədə yerləşdi (14, s.15). 
Arxeoloji qazıntılar zamanı Atabəylərə  məxsus olan 
sikkələrin və digər  əşyaların aşkar edilməsi göstərir ki, Bərdə 
həmin dövrdə  həqiqətən  şəhər kimi varlığını saxlamış  və  hətta 
orada sikkə də zərb edilmişdir (322, s.220; 366). 
Atabəylər dövlətinin paytaxtı Naxçıvana köçürüldükdən 
sonra Bərdə  şəhərinin həyatı  əsrin  əvvəllərinədək adi qaydada 
davam etdi. Lakin monqolların hücumu hər şeyi alt-üst elədi (8, 
s.137-145; 180; 284, s.167; 365, s.28). Gəncəli Kirakos yazır ki, 
İberlər taciklər üzərində qələbəsini təntənə ilə qeyd edən zaman 
(1220-ci il) yaxşı silahlanmış, çoxsaylı  dəstələrdən ibarət olan 
qoşun gözlənilmədən gəldi, Dərbənd qapılarından keçərək, 
güclü həmlə etməklə Albaniya ölkəsini dağıtdı,  İberiyaya və 
digər yerlərə hücum etdi (8, s.137-145). Yol boyu rast 
gəldiklərinin hamısını  qılıncdan keçirdilər. Adamları da, 
heyvanları da, hətta itləri də öldürürdülər. Onlar atlardan başqa 
heç nəyə, qiymətli geyimlərə, digər əmlaka məhəl qoymurdular. 
Onlar tezliklə Tiflis şəhərinə yaxınlaşdılar, ancaq Albaniya 
ölkəsinə qayıdaraq Mokok şəhərinin  ərazisində yerləşdilər… 
Onlar iki şəhər: Beyləqanla Bərdə arasındakı bataqlıq və meşəlik 
yerlərdən keçərək, Beqamec adlanan yerlərdən cəsarətli hücum-
lar etdilər və çoxlu sayda vilayətləri dağıtdılar (284, s.117). 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
133
Fəzlullah Rəşidəddinin məlumatı: «Ölkələr tutulan zaman 
çoxlu əhalisi olan böyük şəhərlərdə elə qırğın olmuşdu ki, tək-
tük adam sağ qalmışdı. Bəlx, Marağa,  Ərdəbil, Bərdə, Gəncə, 
Bağdad … və bu şəhərlərə aid olan vilayətlərin çoxu buna misal 
ola bilər» (5, s.281-282; 365, s.28). 
Monqolların birinci yürüşü başa çatan kimi şimaldan 
qıpçaqların hücumu başlandı (1221-ci ildə) (8, s.145; 100, s.21; 
217, s.183; 365, s.31). 
Gəncəli Kirakosun yuxarıda verdiyi məlumatdan fərqli 
olaraq,  əl-Əsir bu barədə bildirir: «qıpçaqlar Bərdəyə 
yollandılar, onlar oradan Küşxərəyə müraciət etmişdilər ki, 
gürcülərə qarşı birlikdə hərəkət etmək və onlardan qisas almaq 
üçün gürcülərin üstünə gəlsinlər» (100, s.88). Mənbənin verdiyi 
məlumata görə, onlar razılığa gələ bilmədilər. Qıpçaqlar 
Bərdəni, onun ətrafındakı  şəhər və  kəndləri qarət edib geriyə 
qayıtdılar (8, s.137-143; 100, s.89). 
Yaranmış imkandan istifadə edən gürcülər də Azərbayanın 
şəhərlərinə talançı basqınlar etdilər.  Əl-Əsir gürcülərin 
Azərbaycana basqınlarından bəhs edərək yazır: «1222-ci ilin 
ramazan (fevral) ayında gürcülər öz ölkələrindən Arran ölkəsinə 
hərəkət etdilər və Beyləqan  şəhərinə  gəldilər. Qıpçaqlar 
getdikdən sonra, xilas ola bilmiş sakinlər geriyə qayıdıb şəhərin 
dağıdılmış divarlarını mümkün olduğu qədər  bərpa etdilər.  Bu 
zaman gürcülər gəlib  şəhərə girdilər və ona sahib oldular» (8, 
s.149-150; 100, s.148; 359, s.89). 
XIII əsr müəllifi ən-Nəsəvinin yazdığına görə, 1225-ci ildə 
Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin  əmir Urxanın 
rəhbərliyi altında Arrana qoşun göndərdi. Onlar Gəncəni və 
onunla birlikdə  Bərdəni, Beyləqanı,  Şəmkiri istila etdilər (8, 
s.150; 48, s.22; 190, s.163; 217, s.184; 341,  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə