Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə42/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   38   39   40   41   42   43   44   45   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
134
s.69). Ölkənin çox yerində, eləcə  də  Gəncə  və Qarabağda 
Cəlalilərə qarşı  gərgin mübarizə başlandı. Lakin, Cəlalilər 
Azərbaycan Atabəyləri hakimiyyətinə son qoydular (4, s.150; 8, 
s.150-152; 217). 
Bu hadisələr Azərbaycanın, o cümlədən Qarabağ 
bölgəsinin həm ictimai-siyasi, həm də iqtisadi həyatına ağır 
zərbə vurdu. 
1231-ci ildə monqollar yenidən Azərbaycana yürüş etdilər. 
1239-cu ildən etibarən Azərbaycan və bütün Cənubi Qafqaz 
monqol xanları tərəfindən idarə olunmağa başladı. 
Monqol imperiyası dağıldıqdan sonra ayrı-ayrı dövlətlər 
meydana gəldi. Azərbaycanda paytaxtı Marağa olan Hülakülər 
dövləti (1256-ci ildə) yarandı. Azərbaycan bütünlüklə  həmin 
dövlətin tərkibinə qatıldı (8, s.156-160; 100, s.154; 156, s.45-53; 
341, s.99). 1259-cu ildə Hülakü xanın  əmri ilə, Arqunun 
başçılığı altında monqol ordusu bir neçə şəhərlə bərabər, Bərdə 
şəhərini də tutub Hülakülərə tabe etdi (48, s.24; 341, s.99; 365). 
XIII  əsrin  əvvəllərində başlanmış monqol hücumları böyük 
dağıntı və itkilərlə müşayət edilsə də sonralar şəhərlərin iqtisadi 
həyatının kəskin surətdə dəyişməsi ilə nəticələndi. Hülakülər iri 
feodalların hakimiyyətini ləğv edib bütün şəhərləri öz əllərinə 
aldılar və bir siyasi hakimiyyət altında birləşdirərək yeni 
inkişafın bünövrəsini qoydular. Bu, yeni bazarların açılmasına, 
mübadilə  şərtlərinin dəyişilməsinə, pul təsərrüfatı sahəsinin 
genişlənməsinə və s. gətirib çıxartdı (329, s.82). Bütün bunlar öz 
əksini şəhərlərin, o cümlədən Bərdənin inkişafında tapdı. Həmin 
dövrdə  şəhərin canlanmasını arxeoloji qazıntılar zamanı 
Bərdədən aşkar edilmiş pulların çoxluğu sübut edir (149; 150; 
151; 152; 154; 332; 333; 335; 349). 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
135
1318-ci ildə  Qızıl Orda xanı Özbək Dərbənddən keçərək 
Kürə  qədər gəldi,  İsen-Qutluğu Arranı qarət etməyə göndərdi. 
Beyləqana yığılmış monqol qoşununun gəlməsi təhlükəsi 
Özbəyi mal-qara və atları  yığaraq, geri qayıtmağa məcbur etdi 
(156, s.45; 217, s.184; 365, s.24). 
Azərbaycan uzun müdət Qızıl Orda ilə Hülakülər arasında 
döyüş meydanı oldu (159; 160). 
Kürlə Araz çayları arasındakı  ərazi  əmir Çobana qarşı 
üsyanın mərkəzinə çevrildi. Üsyançılar bütün Qarabağ ərazisini 
ələ aldılar (160; 188, s.43). 
1320-ci ildə Qarabağ  əslən qızılordalı  nəcabətindən olan, 
burada özünə müstəqil dövlət qurmaq istəyən Asxir-oğlan 
(Özbəyin qardaşı) tərəfindən zəbt edilsə də, onun bu təşəbbüsü 
sonadək baş tutmadı: göndərilmiş 10 min nəfərlik qoşun onun 
qüvvələrini darmadağın edib özünü də öldürdü (5, s.84; 160; 
188, s.44). 
Çobani feodallarının zülmündən azad olmağa can atan 
Azərbaycan  əhalisi və bir sıra yerli feodallar Qazi Məhiyəddin 
Bərdəi və  Şirvanşah Kavusun (1345-1372) başçılığı ilə  Qızıl 
Orda xanı Canı bəyi Azərbaycana dəvət etdilər. Canı bəy 1357-
ci ildə Azərbaycana gəldi və yerli feodalların köməyilə 
hakimiyyəti ələ aldı. Çobani əmiri Məlik Əşrəf edam edildi (5, 
s.328; 33; 159; 160; 178, s.217; 240, s.125). 
Azərbaycana Teymurun gəlişi və teymurilər dövrü Bərdə 
tarixində  də öz izini qoymuşdur. XIV əsrdə Naxçıvanı, Karsı, 
Tiflisi, Şəkini fəth etmiş Teymur Qarabağa daxil olmuşdu (178, 
s.27-30). 
Nizaməddin  Şaminin yazdığına görə,  Əmir Teymur Hin-
distandan döndükdən sonra Azərbaycana gələrək, Gürcüstan 
üzərinə hücuma hazırlıq işləri görmək və  qışı keçirmək üçün 
Qarabağda məskən salmışdı. Müəllif yazır: «Qış mövsümü başa 
çataraq ilk baharın qoxusu gəlməyə  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
136
başladı … ordunu təftiş edib piyadalara at və bütün əsgərə ülufə 
və yemək paylayaraq, Georginin vilayətinə (gürcü çarı VII 
Georgi) doğru yürüşə başladı. Bərdəyə gəldilər, səhrada çadırlar 
qurdular. Oradan Gürcüstan sərhədlərinə  gəlincəyə  qədər 
ovlandılar» (145, s.19). Mənbədə Teymurun Gürcüstanda 
qələbəsindən sonra Qarabağa qayıdaraq orada qışlamasından 
danışılır, lakin bundan sonra Bərdənin adı daha çəkilmir (145, 
s.21, 31). 
Teymurun Qarabağa gəlişi ilə bağlı olayları Mirxond 
aşağıdakı kimi təsvir edir: «… yaz gələn kimi, 789-cu (miladi 
1389 – cu il)  ilin əvvəlində (dünya fatehi əlahəzrət Xaqan 
(Teymur) çiçəklənən yer olan Bərdə  şəhərinə  gəldi. Bu vaxt 
əlahəzrətə  xəbər çatdı ki, Toxtamış xan xəyanət qapısında 
vicdansızlıq ağacı  əkib; bu fikri təsdiq edən odur ki, bir qrup 
döyüşçü onu Kürün sahilində görüb …» (5, s.358; 48, s.25; 
312). 
Mənbə  və  tədqiqatlarda bildirilir ki, Toxtamış 
Azərbaycanı işğal etmək üçün vaxtaşırı hücmlar edirdi. 1387-ci 
ilin yazında Teymur Bərdəyə tərəf yollandı. Toxtamışın ordusu 
da Dərbənd tərəfdən Azərbaycan sərhədlərini keçməyə təşəbbüs 
göstərdi və Kür çayına gəlib çatdı. Teymur tələsmədən İbrahimə 
kömək edərək öz əmirlərinin başçılığı altında Toxtamışa qarşı 
qoşun göndərdi. Bir müddət keçdikdən sonra, o, öz oğlu 
Miranşahın rəisliyi altında yeni hücum təşkil etdi (188, s.387). 
Teymurla Toxtamışın arasında gedən vuruşmaların nəticəsində 
ölkədə xeyli dağıntılar baş verdi. Zeynəddin Qəzvini Teymurun 
hücumu haqqında xəbər verir ki, onlar Marağanın və  Təbrizin 
axırına çıxdılar, güclü qırğın törətdilər, Mərənd və Naxçıvan 
vilayətlərini dağıtdılar.  Əhər yolu ilə  hərəkət edərək, Qarabağa 
gəldilər və bu vilayətdən 200 minə  qədər adamı  əsir apardılar 
(156, s.67; 178, s.50). 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə