Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
140
əmirləri arasında gərgin mübarizədən istifadə edən teymuri Sul-
tan Şahrux 1420-ci ilin dekabrında Arazı keçib Qarabağa daxil
oldu. I Xəlulillah qardaşı Mənuçöhr və Azərbaycan əmirləri ilə
birlikdə onun yanına gəldi. O, teymuri Şahruxun nəvəsi ilə
evlənməklə bu ittifaqı daha da möhkəmləndirdi. Lakin
Azərbaycanda Şahruxun mövqeyi möhkəm deyildi. Çünki, bir
tərəfdən, Qara Yusifin varisləri, digər tərəfdən, Gəncə və Bərdə
hakimləri ona qarşı ciddi mübarizəyə başlamışdılar (45, s.110-
136; 48; 141, s.96-98).
1436-cı ildə Şahrux hakimiyyəti Cahanşaha verdi.
Əbubəkr Tehrani «Kitabi diyarbəkriyyə» əsərində bildirir:
«1447-ci ilin axırlarında İskəndər ibn Qara Yusifin oğlu Əlvənd
yağı olub öz hörmətli əmisi Cahanşah Mirzəyə qarşı üsyan
qaldırdı, Kürdüstandakı Ərbili tutdu. Cahanşah Mirzə onu dəf
etmək üçın Əmir Rüstəm Tərxanı hücuma göndərdi. Qoşun
oraya çatan kimi hər iki tərəf arasında böyük qırğın oldu,
Əlvənd məğlubiyyətə uğradı. Qarət olunmuş və əhvalı pərişan
halda Cahangir Mirzənin yanına getdi. Cahanşah Mirzə elçi
göndərib Əlvəndi Cahangir Mirzədən tələb etdi” (22, s.108).
Cahangir Mirzənin rədd cavabından sonra Cahanşah Mirzə qışı
Gəncə və Bərdədə keçirdi. Üç ildən sonra Ərzincana Osman
bəyin oğlu Mahmud bəyin üzərinə qoşun göndərdi (22, s.108).
Əbubəkr Tehrani daxili çəkişmələrin sonrakı gedişini şərh
edərək bildirir ki, Ərəbşah bu hücumlar zamanı Gəncə və Bərdə
tərəfə çəkildi (22, s.131).
Əbubəkr Tehrani Sahibqranın Azərbaycana yollanması və
Həsənəlinin qüvvələrinin məhv olmasından bəhs edərək bildirir
ki, «Həsənəli naxələf bir övlad kimi atasının var-dövlətini quma-
ra qoydu, lüt-üryan, rüsvay və pərişan halda qaçdı, arvad-
uşağından ayrı düşüb mülkünü və malını itirdi. O, düşərgədən
Bərdəyə qaçdı. Cahanşahın ölümündən
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
141
sonra həmin vilayətin hakimi olmuş Piri Qaramaninin övladları
(əvvəlcə) onu Sahibqranın hüzuruna göndərmək istədilər (lakin)
sonra bu fikirdən daşınıb ona imkan verdilər ki, Ərdəbilə getsin
və böyük şeyxlərin (Səfəviyyə təriqətinin banisi Şeyx Səfiəddin
İshaq nəzərdə tutulur) hüzuruna pənah aparsın. İki aydan sonra
o, möminliyin pənahı olan şeyx ilə birlikdə Sultan Əbu Səid
Mirzənin hüzuruna getdi» (22, s.244, 249-250).
Əs-Samani «Tarixnamə» əsərində Teymuri Sultan
Şahruxun Əmiran şaha yazdığı məktubu şərh edərək bildirir ki,
«… Qoy o (Xəlil Mirzə – Q.H), Beyləqan, Bərdə kimi ən
çiçəklənən vilayətin torpaqları və Trabzona qədər ölkələrlə,
kifayətlənsin və oraya yola düşsün, Mavarannəhr ölkəsini isə
əmirzadə Pirməhəmməd Bahadura qoysun …» (288, II, 60).
XV əsrin axırlarında daxili çəkişmələr Ağqoyunlu
dövlətini zəiflətdi. Ruzbixan Xunci «Tarix-i alam-ara-yi Əmini»
əsərində bildirir ki, 1486-cı ilin avqustunda «Xəlil bəy Sufi
Şiraz darğası vəzifəsindən geri çağırıldı və əmir Müzəffər əd-
Din Mənsur Pornək vali və hökmdar sifətilə Şiraza yola düşdü.
Xəlil bu vəzifədən ona görə qovuldu ki, o, isti bölgənin
ərazilərinə və Caruna (Hörmüz adası) dəfələrlə hücum etdiyinə
görə, ondan saraya daimi olaraq şikayətlər göndərilirdi. Xəlil,
hətta, Hindistanı (Hindi) da işğal etməyi nəzərdə tutmuşdu və bu
məqsədlə gah gəmi düzəltdirir, gah da Fars (körfəzi – müəllif)
sahillərində istehkam inşa etdirirdi. … Həmin vaxt Gürcüstan,
Gəncə və Bərdə vilayətləri (vəch-i xuriş) padşahzadə
Bəysunqura təhkim edilmişdi» (364, s.70). Azərbaycanın başqa
əraziləri kimi Bərdə də əldən-ələ keçən hakimiyyətlərin acı
nəticələrinə tab gətirməli olurdu.
Ruzbixan Xunci Şeyx Heydərin hücumları zamanı Bərdə
ərazisindən keçməsi ilə əlaqədar olaraq həmin vilayətə
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
142
daxil olan yerlərin adını çəkir (364, s.86). O qeyd edir ki, Şeyx
Heydərin göstərişi ilə Ərdəbildən çıxıb Arazı keçərək Qarabağa
gələn ordu Bərdə vilayətinə daxil olan şəhər və qalaları tutaraq,
məcburi vergi tələb edənlərlə mübarizə etmək qərarına gəlmişdi.
Ruzbixan Xunci yazır: «O, Bərdə vilayətindəki Böyük Hakimin
mülkü Caraberti (Çarpert) (Carabert Bərdə ilə Gəncə arasında,
Kürəkçay üzərində qaladır) (364, s.135) vilayətinə gəldi, onu
talan etdi və zimmilər cəmiyyətinin mülkiyyətini əlindən aldı»
(364, s.86).
Hakimiyyət uğrunda çəkişmələr gedən zaman Uzun
Həsənin nəvəsi Rüstəm Mirzə Naxçıvanda Əlincə qalasına
salınmışdı (45, s.110). 1492-ci ildə Əbih Sultan Rüstəm Mirzəni
Əlincə qalasından xilas etdi. Hakimiyyət uğrunda mübarizə
yenidən canlandı. 1492-ci il may ayının əvvəllərində Bərdə
yaxınlığında Baysunqurun qoşunu Rüstəm Mirzənin qoşunu ilə
döyüşə girdi. Döyüş Rüstəm Mirzənin qələbəsi ilə başa çatdı
(45, s.110). Rüstəm 1492-ci ilin 28 mayında taxt üstündə
mübarizəyə başladı (364, s.144). 1492-ci il mayın sonunda
Təbrizdə Ağqoyunlu taxtına əyləşdi. Rüstəm Mirzə geniş torpaq
sahələri – soyurqal paylamaqla özünə böyük rəğbət qazandı.
Həsən bəy Rumlu bildirir ki, «yüz il ərzində Qaraqoyunlu və
Ağqoyunlu padşahlarından heç biri Rüstəm Mirzə qədər soyur-
qal paylamamışdı. Məhz bu səxavəti sayəsində o, beş il (1492-
1497) Ağqoyunlu dövlətini idarə etdi» (45, s.110; 156; 315; 364,
s.143).
Rüstəm Mirzənin hakimiyyəti dövründə iri feodallar daha
da gücləndilər və mərkəzi hakimiyyətə qarşı çıxdılar. 1492-ci
ilin sonunda hakimiyyətdən devrilmiş Baysunqur babası Fərrux
Yassarın köməkliyi ilə Bərdə ilə Gəncə arasında Rüstəmə qarşı
döyüşə girdi, lakin məğlubiyyətə uğradı. Rüstəm Mirzə Şirvana
daxil oldu, onu viran etdi.
Dostları ilə paylaş: |