Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə48/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   44   45   46   47   48   49   50   51   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
152
hücum zamanı, «Gələsən-görəsən» qalası  uğrunda döyüşlərdə 
qoşununun bir hissəsini itirdikdən sonra geri qayıdaraq Bərdədə 
yerləşmişdi. O, imperiyanın mərkəzindən qüvvə  və  ərzaq 
gəlməsini gözləyərək oradan Dərbənd istiqamətində hücum 
təşkil etmişdi (25; 125; 133; 208). 
Nadir  şah  Əfşara qədər Qarabağı Ziyadoğlu nəslindən 
almağa cəhd göstərilməmişdir. Lakin 1736-cı ildə Nadir xanın 
çağırdığı Muğan qurultayından sonra Ziyadoğlu Qacar 
sülaləsinin həyatında siyasi baxımdan böyük dəyişikliklər baş 
verdi. Yuxarıda qeyd edildiyi kimi, Muğan qurultayında iştirak 
edən bəzi xanlar kimi II Uğurlu Xan Ziyadoğlu da Qırxlı Əfşar 
nəslindən olan sərkərdə Nadirin şahlıq üçün namizəd 
verilməsinin əleyhinə çıxaraq Səfəvilər sülaləsinin devrilməsinə 
qəti etiraz etdi. Nadir şah seçildikdən sonra Ziyadoğlular 
sülaləsinə ciddi zərbə vurdu. Nadir şah Ziyadoğlu nəslini 
zəiflətmək məqsədilə Qarabağın 5 məlikliyini və Mil-Qarabağ 
düzündəki tayfaları, eləcə  də  Zəngəzuru onun nəzarətindən 
çıxardı. Bütün bu torpaqlar Nadir şahın qardaşı Azərbaycan 
sipəhsaları İbrahim xana tabe edildi (133, s. 30; 320, s.195). 
Bu hadisə ilə bağlı Mirzə Adıgözəl bəy yazır: «Bunlar 
Muğan qurultayında gizlin və aşkar olaraq, son dərəcə çalışdılar 
ki, Səfəvilərdən başqa bir kimsə padşah olmasın … 
Ziyadoğlanları qədim bir ocaq və böyük bir dudman olduqlarına 
görə, Nadir şah onlara özgə bir cəza və başqa bir siyasəti rəva 
görmədi. Qazax və Borçalı ellərini öz xanları ilə  bərabər 
Gürcüstan  əmirlərinə tabe etdi. Cavanşir, Otuzikilər və 
Kəbirlilərdən ibarət olan Qarabağ elləri haqqında da icrası vacib 
olan fərman çıxdı ki, onları köçürüb Xorasanın Sərəxs 
torpaqlarına aparsınlar. Xəmsə  məliklərinə  də  əmir etdi ki, 
Gəncə xanlarının itaət zəncirini mənim möhkəm hökmüm 
vasitəsilə xas və avam camaatın boynundan kənar edin. 
Özünüzü tamamilə azad sayın… Beləliklə,  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
153
Gəncə xanlarının ixtiyarları tamamilə  əllərindən çıxdı. 
Səlahiyyətləri alındığından qol-qanadları  sındı  və çox pərişan 
oldular (133, s.30-31). 
B.İ.Dorn «Qafqaz və Xəzər dənizinin cənub sahilləri üzrə 
elmi səyahətə dair» hesabatında bildirir ki, Muğan (Cavad) 
yığıncağında Nadirin şah seçilməsi  əleyhinə  çıxdıqları üçün 
bərdəlilərdən intiqam almaq məqsədilə O, Bərdə  şəhərini 
tamamilə dağıtmaq haqqında göstəriş vermişdir (1744-cü ildə) 
(5, s.520; 256, s.18). B.Dornun verdiyi məlumata görə  Bərdə 
şəhəri Nadir şah tərəfindən tamamilə dağıdılmışdır (256, s.435). 
Y.A.Paxomov onunla razılaşmır və  Bərdə  şəhərinin XVIII əsr 
dağıntısından sonra tədricən tənəzzülə  uğradığını bildirir (329, 
s.86). 
Mirzə Adıgözəl bəyin məlumatına görə, Nadir şahın 
sarayında qalmaqdan ehtiyat edən, Sarıcalı soyundan olan 
Pənahəli bəy mühafizə olunmaq üçün Qarabağa gələrək orada 
yerləşmişdi. Pənahəli tezliklə xan olandan sonra Nadir şahın 
Qarabağdan məcburi köçürdüyü tayfaları geri qaytardı, çoxunu 
Bərdə ərazisində yerləşdirdi (133, s.32-33). 
1747-ci ildə Nadir şah  Əfşarın öldürülməsindən sonra 
Gəncə hakimi Hacı xan yerli feodallar tərəfindən qovuldu və 
Şahverdi xan gürcü qoşunlarının köməyi ilə  Gəncədəki  İran 
qornizonunu dağıdıb müstəqil Gəncə xanlığının  əsasını qoydu 
(1747-1760). 1749-1750-ci illərdə  Pənahəli xan hücum edərək 
Gəncə şəhərinin bir hissəsini tutsa da Şahverdi xan II İrakli və 
Teymurazı köməyə çağırdığı üçün Pənahəli xan bac alaraq geri 
dönməyə məcbur oldu (48, s.40). 
XVIII  əsrin birinci rübündən etibarən Azərbaycanda 
xanlıqların yaranması ilə  əlaqədar  şəhərlərin daxil olduğu yeni 
ərazi birliklərinin və dövlət qurumlarının inzibati quruluşunda 
dəyişikliklər baş verdi. Siyasi və iqtisadi əhəmiyyətini  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
154
itirmiş  Bərdə yalnız Qarabağ xanlığına  daxil olan kiçik bir 
şəhərə – ticarət və  mədəni  əlaqələr yolu üzərində    yaşayış 
məntəqəsinə çevrildi (329). Buna görə  də  Bərdə  şəhərinin adı 
tarix səhnəsində xeyli müddət görünmür. Bu səbəbdən 
Azərbaycana gəlmiş səyyahların qeydlərində Bərdənin adına rast 
gəlmirik. 
Bərdə XVIII əsrin sonlarında Qarabağ xanlığının  şimal 
ölkələri ilə  əlaqə yolunun üstündə mühüm məntəqə rolu 
oynayırdı. Bərdə həmin dövrdə poçt, tranzit xidmətləri göstərən
həmçinin sənətkarlıq və ticarət məşğuliyyəti olan şəhər idi. 
Qarabağ xanlığı  ərazisində mühüm daxili yolların Bərdədən 
kənar keçməsi şəhərin siyasi, ictimai-iqtisadi və mədəni həyatına 
mənfi təsir göstərirdi. Belə ki, Qarabağlı  İbrahimxəlil xan ilə 
Rus İmperatorunun səlahiyyətlisi Sisiyanov arasında imzalanmış 
Kürəkçay (1805-ci il) müqaviləsinin  şərtlərinə (362, 6-cı  bənd; 
228; 89) görə,  Şuşa-Gəncə  və  Şuşa-Cavad yolları 
genişləndirildi, hərəkət üçün əlverişli vəziyyətə salınaraq geniş 
istifadə edilməyə başlandı ki, həmin yolların da heç biri 
Bərdədən keçmirdi. 
Bu, Azərbaycanı  gələcəkdə bölüb parçalamaq üçün Rus 
imperiyasının «uzaqgörən» siyasi tədbirlərindən biri idi (300). 
Belə ki, Şimali Azərbaycanın  ən böyük bölgələrindən biri olan 
Qarabağı  gələcəkdə ayrıca bölgə kimi təcrid edə bilmək üçün 
onun qədim və zəngin tarixə malik olan mərkəzi şəhəri Bərdəni 
zəiflətmək, məhv etmək lazım idi ki, məlum olduğu kimi, buna 
da nail oldular. Həmin siyasətin davamı idi ki, sonralar Şuşa 
şəhərini “gözdən salmaq” üçün Xankəndini (Stepanakert 
adlandıraraq) Yuxarı Qarabağın mərkəzinə çevirdilər. Təkrar 
olsa da xatırlatmaq istərdik ki, bu siyasətin əsası orta əsrlərdən 
qoyulmuşdu. Bu planın həyata keçirilməsi Rusiya üçün də, İran 
üçün də  əlverişli idi. Bütün bunlar Rusiyanın kaloniya 
siyasətindən irəli gəlirdi. Göründüyü kimi, bu gün də  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə