Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə52/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   48   49   50   51   52   53   54   55   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
165
Kərbəlayi Səfxanın XIX əsrin sonlarında tikdiyi Ağdam Cümə 
məscidi ilə də oxşarlıq təşkil edir (110). Bişmiş kərpiclə yüksək 
memarlıq üslubunda tikilmiş, «Məscid  İmamzadə», «Bərdə 
İmamzadə  məscidi», «İmamzadə  İbrahim» adlandırılan bu 
məscid indi də dini mərasimlərin keçirildiyi mərkəz, həmçinin 
qiymətli tarix və mədəniyyət abidəsidir. 
Bərdədə yerləşən Bəhmən Mirzə türbəsi də XIX əsrə 
məxsus abidədir. Bəhmən Mirzə 1811-ci ildə anadan olmuş
müxtəlif ölkələrdə yüksək təhsil almış  və yaradıcılıqla məşğul 
olmuşdur. Onun «Şükürnameyi-Şahənşah» və «Təzkireyi-
Məhəmmədşah əsərləri məlumdur. Bəhmən Mirzə Bəhaüddövlə 
(1811-1884) Fətəli şahın (Babaxanın) nəvəsi, naibüssəltənə Ab-
bas Mirzənin isə oğlu idi. O, 1834-cü ildə Tehran, 1835-ci ildə 
Əcəmi-İraq, 1836-cı ildə Kaşan, 1841-ci ildə Yəzd, 1842-ci ildə 
Azərbaycan əyalətinin hakimi olmuşdur. 1848-ci ildə İranda baş 
vermiş saray fitnə-fəsadı onun rus  səfarətxanasına pənah 
aparması ilə nəticələnmişdi. 
O,  İranda, Rusiyada və Gürcüstanda (Tiflisdə) yaşamış, 
Şimali Azərbaycana köçərək  əvvəl Bərdədə, sonra Şuşada bir 
müddət yaşadıqdan sonra – 1884-cü ildə  vəfat etmiş, öz 
vəsiyyətinə görə özü sağ ikən Bərdədə «İmamzadə» məscidinin 
yaxınlığında tikdirdiyi məqbərədə dəfn edilmişdir (155; 167). 
Şəhərdə gündəlik tələbat malları  və  kənd təsərrüfatı 
məhsullarının ticarəti ilə bağlı gündəlik bazarlardan başqa 
«həftəbazarı», yəni həftənin bir günü fəaliyyət göstərən bazarın 
təşkili səciyyəvi hal almışdı. Bunlar müxtəlif  əmtəələrin, eləcə 
də bütün növlərdən olan mal-qara və davarların, minik və qoşqu 
heyvanlarının alınıb-satıldığı iri «mal bazarı» adlanan bazardan 
ibarət olmuşdur. Bərdə  təbii-coğrafi cəhətdən  əlverişli  ərazidə 
təsərrüfatın güclü  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
166
inkişafı  zəminində inkişaf etmiş, eyni zamanda sıx ticarət 
əlaqələrinə malik olmuş  və  sənətkarlıq mərkəzi kimi də 
məşhurlaşmışdır. Bərdədən arxeoloji qazıntı  işləri zamanı 
müxtəlif ölkələrin pullarlı, eləcə  də  Şuşada XVIII-XIX əsrin 
əvvəlində kəsilmiş gümüş pullar da aşkar edilmişdir. 
Azərbaycanın Qarabağ bölgəsi XIX əsrdə xalçaçılığın 
mərkəzlərindən biri idi. Rəng çalarları və naxışlarının orcinallığı 
ilə seçilən, bədii və texnoloyi xüsusiyyətlərinə görə üstün olan 
Qarabağ xalça növünün bu gün də dünya şöhrətli olması həmin 
mədəniyyət ənənəsinin öz təsirini saxlaması ilə şərtlənir. 
XVIII-XIX əsrdə Bərdədə palaz, kilim və xalı toxuculuğu 
xüsusi yer tutmuşdur. Bərdənin maddi mədəniyyətini əks etdirən 
dekarativ incəsənət növləri arasında aparıcı yer tutan xalçaçılıq 
məhsulları – xovlu (xalça, xalı, gəbə) və xovsuz (palaz, kilim, 
cecim, sumağı, zili) xalçalar geniş yayılmışdır. Bərdədənın xov-
lu xalçaları naxışlarının incəliyi və  rənglərin zənginliyi ilə 
fərqlənirdi. Qarabağda toxunmuş suyetli kompazisiyalı xovsuz 
xalçalar Azərbaycan xalçalarının ən gözəl nümunələrindəndir. 
Bərdə xalçaları öz şöhrətini günümüzədək saxlamışdır. 
Qarabağ qrupuna daxil olan Ağcabədi,  Şuşa Cəbrayıl xalçaları 
ilə bərabər Bərdə xalçaları adları və naxışları ilə seçilir. 
Bərdədə xalçaçılıq sənətinin  ənənələri bu gün də davam 
etdirilməkdədir. Xalq arasında yayılmış  xırda  əl toxuculuq 
sənəti də mövcud olmuşdur k, bu barədə etnoqrafik tədqiqatlarla 
ətraflı məlumat vermək olar. 
Tədqiqat nəticələri göstərir ki, Bərdə  şəhərinin maddi 
mədəniyyəti qədim və  zəngin  əsaslara söykənir. Qaynaqlarda 
göstərilmiş, arxeoloji qazıntılar vasitəsi ilə tədqiq edilmiş və et-
noqrafik cəhətdən öyrənilmiş maddi mədəniyyət  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
167
şəhərin ümumi tarixinin mühüm bir sahəsinin öyrənilməsini 
təmin edir. 
Beləliklə, tədqiqat Bərdəni qədim maddi mədəniyyət 
üzərində meydana gəlib formalaşmış, antik, ilk və inkişaf etmiş 
orta  əsrlər dövründə müəyyən inkişaf yolu keçmiş,  şəhər 
mədəniyyətinin mühüm xüsusiyyətlərini – şəhərsalma 
mədəniyyətini,  şəhər  əhalisinin  məişət səviyyəsini, sənət 
növlərinin yaranması  və genişlənməsini, incəsənət və 
mədəniyyətin  əlaqəli  şəkildə inkişaf prosesini özündə  əks 
etdirən şəhər kimi göstərir. 
 
 
4.2. Mənəvi  mədəniyyət. 
 
Tədqiqatlar göstərir ki, Albaniya dövlətinin mövcud 
olduğu dövrdə alban əlifbası, alban yazısı kimi mənəvi 
mədəniyyət abidələri yaranmışdır. Zaman-zaman müxtəlif 
maneçlərin törənməsinə, müxtəlif ünsürlər tərəfindən böhtanlar 
atılmasına baxmayaraq həmin abidələr xalqımızın tarixi 
abidələri olaraq mənsub olduğu xalqın adı ilə bağlı  şəkildə 
xatırlanmaqdadır. Erməni mənbələri üzrə  tədqiqatçı alim, 
albanşünas Tofiq Məmmədov qeyd edir ki, yazılı mənbələr Qaf-
qaz Albaniyasının dili və yazısı haqqında şübhə edilməz sübut-
lar saxlamışdır (296, s.100). Tarixçi alim əlavə edir ki, «V əsrin 
başlanğıcında, Alban çarı Arsvagenin hakimiyyəti dövründə al-
ban əlifbası yazıda işlənməyə başladı» (296, s.100). Göründüyü 
kimi, bu mənəvi mədəniyyət abidələrinin yaranması və istifadə 
edilməsi Bərdə  şəhərinin, Albaniyanın məlum müddətdə 
paytaxtı olması ilə  əlaqədar olaraq, mədəni həyatı ilə bağlı 
olmuşdur. Albaniya dövlətinin ictimai-siyasi tarixində xüsusi 
yeri olan hökmdarlar (II Vaçe, III Vaçaqan, katolikos Viro, 
hökümdar Cavanşir) həm dini, həm də dünyəvi biliklərin  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə