Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə54/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   50   51   52   53   54   55   56   57   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
171
M.Kalankatlı onun xalqın dilində uzun müddət dolaşdığını qeyd 
edir (136, k.2, f.37). 
Beləliklə, Bərdə 
şəhərinin maddi mədəniyyət 
nümunələrinin, yazılı  mənbə materiallarının tədqiqi göstərir ki, 
qədim bünövrə üzərində  təməl tapmış  mədəniyyət mədəni 
inkişafın iki xarakterik xüsusiyyəti ilə özünü göstərmişdir. 
Qədim maddi mədəniyyətə malik olan xalq mənəvi 
mədəniyyətin yaranması  və inkişafında xüsusi imkanlara sahib 
olmuş, bu mərhələlərin dinamik inkişafı ilə müşayət edilən 
mədəni səviyyə yaratmşdır. Bərdənin ilk orta əsrlərdə paytaxt 
şəhərə çevrilməsi,  inkişaf etmiş orta əsrlərdə çiçəklənmə dövrü 
keçirməsi  şəhərin mədəniyyətinin kompleks şəkildə  tərəqqi 
etməsini  şərtləndirmişdir. Torpaq, insan, şüur, fiziki və  mənəvi 
qüvvə buna əsas zəmin olmuşdur. 
İslam dininin qəbul edilməsi Azərbaycanda yeni bir 
mərhələnin başlanğıcını qoydu. Çox keçmədən Albaniyada o 
cümlədən ölkənin paytaxtı  Bərdə  şəhərində keçmiş dini 
ibadətlərə son qoyuldu. Yeni və mütərəqqi din olan islamın 
qanunları bütün dinləri üstələdi. 
Hər bir xalqın sitayiş etdiyi dinlərə  məxsus olan 
(yəhudilik, xristianlıq  və s.) məbədlərə toxunmadan islamın 
yayılması üçün geniş şərait yaradıldı (174, s.38; 236, s.163). 
Mənbələrdə bildirilir ki, islam dininin geniş yayıldığı bir 
dövrdə Azərbaycanın bir çox şəhərlərində olduğu kimi, Bərdə 
şəhərində  də müsəlman məscidləri ilə yanaşı alban xristian 
kilsələri də görünürdü (34, s.57). 
Bir daha qeyd etmək lazımdır:  İslamın yayılması üçün 
yerlərdə müxtəlif üsullar və qaydalar müəyyənləşdirilmişdi ki, 
burada onlara rəğbətlə yanaşmaq tələb olunurdu. Kitabı olan 
başqa dinlərə qarşı zorakılıq göstərilmirdi. M.Kalankatlı bildirir 
ki, Bərdədə müsəlmanlıq dövründə  də müxtəlif dinlərə xidmət 
edənlər var idi (136, k.3, f.18). 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
172
Xilafət hökmranlığı möhkəmləndikcə  Bərdədə elmi və 
bədii kitablar, ümumiyyətlə bütün əsərlər ərəb dilində yazılmağa 
başlandı. Xristian məktəblərini müsəlman mədrəsələri əvəz etdi. 
Bərdədə  və onun ətraflarında məscid kompleksləri tikildi. Şərq 
ölkələrində olduğu kimi, şəhər yeni üslubda yenidən qurulmağa 
başlandı (193; 215, s.16; 328, s.26). 
Bərdənin Xilafətin  şimal vilayətinin mərkəzinə çevrilməsi 
onun inkişafına səbəb oldu. Şəhərin sənətkarlıq və ticarət 
mərkəzi kimi böyüməsi,  əhalisinin artması  və yerli biliklərlə 
müsəlmanlığın gətirdiyi yeni elmi biliklərin qovuşması 
cəmiyyətin elmə, biliyə yiyələnməsi üçün geniş meydan açdı. 
Yeni mədəni mühit yarandı. Ərəb dilində yazıb-yaratmış bir çox 
alimlər, şair və yazıçılar, ictimai xadimlər meydana çıxdı (127, 
s.9; 128, s.7; 129, s.75; 174, s.73). 
Xilafətin genişlənməsi və inkişaf etməsi ilə  əlaqədar ola-
raq ictimai, siyasi məsələlərin həll edilməsində yeni elmi 
biliklərin meydana çıxmasına zərurət yaranırdı. Quran, sünnə, 
icma və qiyas müsəlman hüququnun əsasını təşkil edirdi (127, s. 
16; 327, s.9).  Həmin dövrdə «Bərdəi» təxəllüsü ilə tanınmış 
onlarla mütəfəkkir yetişdi, onların adı, şəxsiyyəti və yaradıcılığı 
haqqında məlumatlar tarixə çevrildi (127; 128; 129; 174, s.139; 
179, s.8; 327). Təəssüf ki, onların  əsərlərinin çoxu müxtəlif 
səbəblərdən itmiş, bizə gəlib çatmamışdır. 
Həmin alimlərin  əksəriyyətinin Bərdədə  fəaliyyəti barədə 
məlumat da yox dərəcəsindədir. Sübuta ehtiyacı olmayan bir 
məsələdir ki, erməni mənşəli «tarixçilərin»  əksəriyyəti öz 
xalqının «tarixini» yazmaqla bərabər, mümkün qədər bizim 
tariximizə aid olan məlumatlar üzərində  də «düzəlişlər» 
aparmışlar (136, s.7-13; 15, s.7-9; 296, s.6-27). 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
173
Azərbaycanda ictimai mühitin dəyişməsi mənəvi 
mədəniyyətdə də öz əksini tapırdı. Siyasi vəziyyətdən irəli gələn 
məşəqqətlərə baxmayaraq iqtisadiyyat tərəqqi etmiş, elm, 
ədəbiyyat və incəsənət yüksək inkişaf mərhələsi keçmişdi. 
Həmin dövrdə müsəlman ölkələrində dini elmlərə üstünlük 
verilsə də, fəlsəfə, məntiq, riyaziyyat, astronomiya, musiqi və s. 
elmlərin tədrisinə də diqqət yetirilirdi. Elm öyrənmək istəyənlər 
Şərqin mədəniyyət mərkəzlərinə gedir, orada görkəmli 
mütəfəkkirlərdən təhsil alırdılar. Orta əsr mənbələrində onların 
adları, təhsili, yaradıcılığı, nüfuzlu müəllimləri və  şagirdləri 
haqqında məlumat verilir (127, s.17; 170, s.51). Onların 
sırasında Bərdədən olan bir çox görkəmli elm, ədəbiyyat və 
mədəniyyət xadimlərindən bəhs edilir. 
İlk mənbələrdə «Hənəfilik» cərəyanının Azərbaycandakı 
nümayəndələrindən  olmuş    Əbu Səid  Əhməd ibn Hüseyn 
Bərdəinin adı  çəkilir.  İbn  ən-Nadim onu görkəmli alim, fiqhə 
(hüquqa) dair «əl-Müxtəsər» kitabının müəllifi  Əbülhəsən Ab-
dulla ibn Həsən Kərxinin (874-916) müəllimi kimi təqdim edir 
(127, s.17). Əbu Səid  əl-Bərdəi haqqında türk alimi Əhməd 
Taşköprüzadə (1495-1559) «Təbaqət  əl-füqəha» («Fəqihlərin 
təbəqələri») kitabında bildirir ki, «Əbu Səid Əhməd ibn Hüseyn 
Bərdəi Əbu Əmr Dəqqaqdan və Musa ibn Nəsrdən təhsil almış 
böyük fəqihlərdən və Bağdadda yaşamış qabaqcıl 
şeyxlərimizdən biridir. Əbülhəsən Kərxi, Əbu Tahir Dəbbas və 
Əbu  Əmr Bəsri  onun yanında fiqhi öyrənmişlər» (127, s.18). 
Əbu Səid  Əhməd ibn Hüseyn Bərdəi Bağdadın məşhur 
ilahiyyatçılarından olmuşdur. O, hənəfiliyin və mütəzililiyin 
görkəmli nümayəndəsi, ilahiyyatçı hüquqşünas alim idi. Əbu 
Səid əl-Bərdəi Bərdədə anadan olmuş, ilk təhsilni burada almış, 
həccə getmək məqsədilə  səfərə  çıxmış, bir daha vətənə 
qayıtmamışdır. Alim həccə gedərkən Bağdada gəlmiş, burada  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə