Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə58/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   54   55   56   57   58   59   60   61   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
183
dövlət işlərinin idarə edilməsində 
həmişə onlarla 
məsləhətləşmişdir (90, s.111; 169, s. 66; 309, s.52). 
Qazi Məhiyəddin Bərdəi (XIV əsr) dövlət xadimi olmuş, 
dövrünün siyasi işlərində fəal iştirak etmişdir (161; 178, s.149). 
XIV  əsrin ortalarında monqol əsarətinə qarşı mübarizədə 
məharətli natiq Qazi Məhiyəddin Bərdəi mühüm rol oynamışdır. 
Məlik  Əşrəfin zülmündən  əhalinin ölkəni tərk etdiyi vaxt Qazi 
Məhiyəddin Qızıl Ordanın paytaxtı Saray şəhərinə gəlmiş, orada 
vaizlik edərək məşhurlaşmışdı. Onun moizələrinin birində Qızıl 
Orda hakimi Canıbəy də  iştirak etmişdi. Qazi Məhiyəddin 
Bərdəinin Məlik  Əşrəfin zülmlərinə  aid olan moizəsini eşidən 
məclis əhli ilə birlikdə Canıbəy də ağlamışdı. Qazi Məhiyəddin 
Bərdəinin çağırışını  eşitmiş Canıbəy böyük qüvvə ilə 
Azərbaycana gəlmiş  və  Məlik  Əşrəfi hakimiyyətdən salmışdı. 
Qazi Məhiyəddin də onunla Azərbaycana qayıdıb burada 
yaşamışdır (33, s.99; 90, s.111; 341). Təəssüf ki, onun sonrakı 
həyatı  və  fəaliyyəti haqqında  əldə  məlumat yoxdur. Bərdənin 
uzun müddət ölkənin siyasi həyatından kənarda qaldığı 
dövrlərdə    mədəni həyat tədricən zəifləmişdir. XVI əsrdə 
Bərdənin təmiz, yaraşıqlı bir şəhər olduğu qeyd edilir (231, 
s.128). Lakin onun mədəni mühiti haqqında heç bir məlumat 
verilmir. 
Arxeoloji materiallar, yazılı  mənbə  məlumatları, tədqiqat 
əsərləri və etnoqrafik müşahidələr  əsasında aparılan tədqiqat 
belə bir nəticəyə  gəlməyə ikan verir ki, Bərdə  şəhəri maddivə 
mənəvi mədəniyyət baxımından tarixi ənənəsini davam 
etdirmişdir. 
Beləliklə, siyasi, sosial-iqtisadi və  mədəni inkişaf 
baxımından qədim ənənəyə malik olan Bərdənin yenidən inkişaf 
etməsi üçün təbii stimul olduğundan zaman-zaman tənəzzül 
dövrləri keçirsə də şəhər həyatı heç vaxt tamamilə sönməmişdir. 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
184
NƏTİCƏ 
 
 
Bərdə  şəhərinin tarixi üzrə  qədim yazılı qaynaqların, ar-
xeoloji materialların, tədqiqat  əsərlərinin  əsasında apardığımız 
elmi araşdırmalar aşağıdakı nəticələrə gəlməyə imkan verir: 
Bərdə Azərbaycanın zəngin tarixi keçmişə malik olan ən 
qədim 
şəhərlərindəndir. Azərbaycanın qədim 
şəhər 
mədəniyyətini özündə  əks etdirən və eyni zamanda ölkəmizin 
siyasi həyatında xüsusi yeri ilə  fərqlənən, habelə xalqımıza 
böyük və şərəfli maddi və mənəvi şəhər mədəniyyəti bəxş edən 
Bərdənin şəhər kimi yeri və rolu daima görünməkdədir. 
Bərdə ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində 
əldə edilmiş çoxsaylı maddi mədəniyyət nümunələrinin tarixi-
arxeoloji tədqiqi həmin ərazidə ən qədim şəhər yaşayış izlərinin 
olduğunu göstərir. Tədqiqat zamanı müəyyən edilmişdir ki, 
Qafqaz Albaniyasının Uti nahiyəsinin mərkəzində, Kür və Tərtər 
çayları arasında ilk insan yaşayışı daş dövründən başlanmış, 
tunc və  dəmir dövründə inkişaf etmiş, burada təsərrüfatın 
inkişafı, sənət və ticarətin meydana çıxması nəticəsində e.ə.V-IV 
əsrlərdə şəhər – Bərdə yaranmışdır. 
Arxeoloji qazıntılar zamanı  Bərdənin antik dövrdə  şəhər 
tipli yaşayış  məskəni  əlamətlərini göstərən çoxlu miqdarda 
maddi nümunələr aşkar edilmişdir. Həmin arxeoloji 
materialların, yazılı  mənbələrin tədqiqi, tədqiqat  əsərlərinin 
tənqidi  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
185
təhlilindən alınan nəticələrlə  şəhərin qədim dövrünün tarixini 
öyrənmək, onun antik dövrdə mövcud olduğunu sübut etmək, 
ərazinin təbii-coğrafi xüsusiyyətini, həmçinin qədim  şəhərin 
quruluşunu, adının etimologiyasını  tədqiq etmək mümkün 
olmuşdur. Bərdə şəhəri Şərq şəhərləri tipinə uyğun əlamətləri ilə 
bərabər, özünəməxsus plan quruluşuna malik olmuşdur.  Şəhər 
Tərtər çayının sol sahilində, çaya yaxın,  ətraf yerlərə nisbətən 
hündür bir ərazidə salınmışdır. Onun kənarları möhrə, çiy kərpic 
və çay daşlarından hörülmüş enli divarla dövrələnmiş, su 
doldurulmuş  xəndəklə  əhatə edilmişdir. Arxeoloji qazıntılar 
zamanı həmin müdafiə istehkamlarının qalıqları, həmçinin qala 
qapılarının izləri aşkar edilmişdir. 
Bərdə strateji cəhətdən əlverişli, iqtisadi baxımdan inkişaf 
etmiş şəhər kimi erkən orta əsrlərdə Albaniyanın iqtisadi, siyasi  
və mədəni mərkəzinə – paytaxtına çevrilmişdir. Bərdə şəhərinin 
siyasi tarixini əks etdirən yazılı  mənbə  məlumatları,  əsasən 
şəhərin paytaxta çevrilməsindən  sonrakı dövrə aid olduğuna 
görə, həmin tarix V əsrdən öyrənilir. Bərdə  şəhərinin siyasi 
həyatı V-VII əsrlərdə bütövlükdə Albaniya dövlətində baş 
vermiş siyasi hadisələrlə  sıx bağlı olmuşdur. Başqa sözlə, 
şəhərin siyasi tarixi Albaniyanın siyasi tarixinin mərkəzində 
dayanmışdır. Belə ki, Bərdə Albaniya dövlətinin 
möhkəmlənməsi uğrunda gedən mübarizənin, xarici 
müdaxiləçilərə qarşı savaşların, habelə daxili çəkişmələrin 
mərkəzinə çevrilmişdir. 
Həmin dövrdə Albaniya qədim dövlətçilik ənənələrinə ma-
lik olan, bu ənənələr üzərində möhkəmnlənən və öz 
müstəqilliyini qorumaq uğrunda gərgin mübarizə aparan 
dövlətlərdən biri idi. Bərdə Albaniyanın paytaxt şəhəri kimi ic-
timai həyatın bir sıra amillərini – hərbi-strateji, inzibati amilləri, 
sənətkarlıq və ticarəti, din və mədəniyyəti özündə cəmləşdirərək 
hərbi gücə, siyasi nüfuza, iqtisadi və mədəni  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
186
əlaqələrə malik şəhər olmuşdur. Albaniya dövləti nəhəng 
imperiyaların arasında yerləşdiyinə, onların müdaxilələrinə 
məruz qalmasına baxmayaraq öz suverenliyini əsrlər boyu qo-
ruyub saxlaya bilmişdir. Albaniya xüsüsilə VII əsrdə qüdrətli 
dövlət olmuşdur. Albaniya dövlətinin böyük hökmdarı 
Cavanşirin ağıllı dövlət başçısı olması və çevik siyasət yeritməsi 
sayəsində Sasani imperiyası, Bizans imperiyası, Xəzər 
xaqanlığı, eləcə də Ərəb xilafəti onunla hesablaşırdı. 
İlk orta əsrlərdə Azərbaycan tarixində xüsusi yeri olan Al-
ban hökmdarları II Vaçe, III Vaçaqan, Varaz-Qriqor, Cavanşir, 
Varaz-Trdat,  ictimai xadimlər Viro, Nerses Bakir, şair Dəvdək 
Bərdədə yaşamış və fəaliyyət göstərmişlər. 
Tədqiqat göstərir ki, Bərdə antik və ilk orta əsrlərdə iqti-
sadi, ictimai, siyasi və  mədəni cəhətdən intensiv inkişaf dövrü 
keçirmişdir. Arxeoloji qazıntılar vasitəsilə müəyyənləşdirilən 
antik  şəhər eramızın  əvvəllərinə  qədər indi Şortəpə adlanan 
yerdə (indiki Bərdə ilə  Şortəpənin arası 5-6 km-dir) olmuşdur. 
Orada eramızın II əsrindən etibarən yaşayış zəifləmiş, şəhər in-
diki Bərdənin yerləşdiyi sahədə yenidən salınmışdır. Həmin 
yerdə son antik və erkən orta əsrlərdə tikilmiş şəhər yeni forma 
və quruluşa malik olmuşdur. İnkişaf etmiş orta əsrlərdə şəhərin 
ərazisi təqribən 40 hektarı tutmuşdur. 
Bərdənin siyasi və iqtisadi inkişafı  əhalisinin ictimai 
həyatında da müsbət rol oynamışdır. Bərdə  şəhəri ilk orta 
əsrlərdə ölkədə baş vermiş ictimai-siyasi və ideoloci 
mübarizənin mərkəzi olmuşdur. Manniçilik, məzdəizm hərəkatı 
Bərdədə əks-səda tapmış, yaqubilik hərəkatının ocağı isə əsasən 
Bərdədə yaranmışdır. 
V-VII  əsrlərdə, həyatın başqa sahələrində olduğu kimi, 
maddi və  mənəvi mədəniyyət baxımından da Bərdə  şəhərində 
güclü tarixi ənənə yaranmışdır. Bərdədə çoxlu elm, təhsil 
ocaqları yaradılmış,  şəhər ölkənin mühüm mədəniyyət 
mərkəzinə çevrilmişdir. Bərdədə elmə, təhsilə böyük maraq 
olmuş,  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə