Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə6/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   2   3   4   5   6   7   8   9   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
21
dairəsində, altıncı iqlimdə yerləşir. Əbu Avn isə öz astronomik 
cədvəlində  Bərdəni beşinci iqlimin yetmiş  dərəcə uzunluq və 
qırx üç dərəcə endə göstərir (40, s.150-154; 382, s.134). Əl-
Biruni (X-XI əsrlər) «Məsud cədvəli»ndə  Bərdəni beşinci 
iqlimdə göstərir və qeyd edir ki, Bərdə Kür çayı yaxınlığındadır 
(8, s.146). 
Əl-İdrisi coğrafi ərazilər haqqında danışarkən qeyd edir ki, 
«Beşinci iqlimin altıncı hissəsinin  əhatə etdiyi yerlərə... 
Azərbaycanın bəzi  şəhərləri və bütün Arran daxildir. Biz buna 
Bərdə şəhərinin təsviri ilə başlayırıq. Çünki bura Arran ölkəsinin 
paytaxtıdır. Bu şəhər çox böyükdür, onun uzunluğu 3 milə 
qədərdir, eni də bundan az deyildir» (173, s.150). 
Həmdullah Qəzvini də Bərdəni beşinci iqlimə aid edir və 
göstərir ki, Bərdənin «yerləşdiyi coğrafi yer uzunluğu 80, eni 40 
dərəcə 20 dəqiqədədir...» Sonra müəllif yazır: «Suyu kiçik çay-
dan götürürlər ki, o da Tərtər (adı ilə) tanınır» (370, s.22). 
Həmdullah Qəzvini Bərdə  şəhərinə  məxsus olan yay 
iqamətgahından da bəhs edir:  «Hərik –  Bərdəyə yaylaq (yay 
iqamətgahı) kimi qulluq edir və o çox cazibədar və gözəl yerdir
bulaq suları, zəngin yaşıllıq və ov üçün yerlərlə zəngindir. Bərdə 
əhalisi yayda oraya gedir, qışda isə şəhərə qayıdır» (370, s.22). 
Məcdəddin  əl-Hüseyni (Məcidi) də (XVI əsr) Bərdənin  
beşinci iqlimə aid olduğunu qeyd edir (399, s.104). 
Bərdənin koordinatları  Nəsirəddin Tusinin və Uluqbəyin 
astronomik bölgülərə aid cədvəlində də verilmişdir (8, s.20). 
Bərdə şəhərinin gözəlliyinin təsvirinə Nizami Gəncəvinin 
«İskəndərnamə» poemasında da rast gəlirik: 
 
«Bərdə nə gözəldir, necə qəşəngdir, 
Yazı da, qışı da güldür, çiçəkdir. 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
22
İyulda dağları lalələr səpər, 
Qışını baharın nəsimi öpər. 
O yaşıl meşəsi cənnətə bənzər
Şən ətəklərinə bağlamış kövsər. 
Söyüdlük çöllərə vermişdir zinət, 
Ağ bağı elə bil həqiqi cənnət. 
Qırqovul yuvası hər sərv ağacı, 
Oxuyur kəkliyi, ötür turacı. 
Səssizlik içində dincəlir gülşən, 
Torpağı silinmiş qayğı, kədərdən. 
Reyhanı yaşıldır illər uzunu, 
Hər çeşid naz-nemət bürümüş onu. 
Yem üçün quş gələr bu gözəl yurda, 
İstəsən «quş südü» taparsan burda. 
Torpağı yoğrulmuş qızıl suyundan, 
Elə bil hər yanda bitmiş zəfəran. 
O yaşıl yerləri dolaşıb gəzsən, 
Şənlikdən başqa bir xəyal görməzsən»  
(147, s.372).   
 
Bərdəni tərənnüm edən ulu şair bu zəngin  şəhərin 
yerləşdiyi məkanın bənzətmə  və poetik ümumiləşdirmələrlə 
mənzərəsini yaratmışdır. 
Nisbətən son dövrün mənbələrində  də  Bərdə haqqında 
məlumatlar verilmişdir. Məsələn, Abbasqulu ağa Bakıxanov 
Bərdənin öz dövründəki görkəmi və  vəziyyəti haqqında qısa 
məlumat vermışdır (208, s.49). 
Yusif Vəzir Çəmənzəminli qeyd etmişdir ki, «min sənə 
əvvəl Bərdə bağlı-bağçalı, gözəl bir şəhər idi. Çoxlu hamamlar, 
karvansaralar, bazarlar şəhəri zinətləndirirdi...» (20, s.27). 
Qədim tarixi mənbələrin və  tədqiqat  əsərlərinin 
araşdırılması nəticəsində belə bir qənaətə gəlmək olur ki, Bərdə  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
23
Qafqaz Albaniyasının geniş düzənlik  əraziyə,  əkinə yararlı tor-
paqlara, təbii və süni su hövzələrinə, malik olan Uti nahiyəsində, 
Kür çayı ilə  Tərtər çayının arasında yerləşmişdir.  İki tərəfdən 
çaylar, digər tərəflərdən böyük göl və ucsuz-bucaqsız meşələr, 
otlaqlar, əkinlər və bağlarla əhatə olunan Bərdə Uti nahiyəsinin, 
eyni zamanda Albaniyanın mərkəzində yerləşmiş,  ətrafda olan 
həm düzənlik, həm də dağlıq hissələrin təbii sərvətləri ilə 
əhatədə olmuş,  əhali qeyd edilən təbii  şərait və  sərvətlərdən 
bəhrələnmişdir.  Ərazicə beşinci iqlimdə yerləşən, təbii-coğrafi 
cəhətdən özünəməxsus müsbət xüsusiyyətlərə malik olan 
Bərdədə müxtəlif təsərrüfat növləri inkişaf etmiş, burada 
sənətkarlığın meydana çıxmasına zəmin yaranmış və bütün bun-
lar şəhərin əmələ gəlməsi və inkişafında mühüm rol oynamışdır. 
Beləliklə,  əlverişli təbii şəraitə  və strateji mövqeyə malik 
olan Bərdə  ərazisində  təsərrüfatın, sənətin yüksək  inkişafı 
zəminində şəhər əmələ gəlmişdir (31, s.25; 44, s.149; 51, s.45; 
96; 112, s.15; 206, s.18; 241, s.12; 279, s.14; 294, s.15; 342). 
İindiki Bərdə  şəhərinin  şimal-qərbində yerləşən «Şortəpə» e.ə. 
III minillikdə yaşayış  məskəni, e.ə. IV əsrdən etibarən  şəhər 
olmuşdur. 
 
 
 
1.2. Şəhərin adının etimologiyası. 
 
Tarixən qədim olan hər bir şəhərin adının  etimologiyası 
tədqiqat obyekti kimi böyük maraq doğurur. Bu baxımdan Bərdə 
şəhəri də diqqəti cəlb edən obyektdir. Bərdənin adının tarixi 
mənbələrdə  çəkilməsi ilə  əlaqədar araşdırmalarımızı, «Bərdə» 
toponimi və adın etimologiyası  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
24
ilə bağlı  mənbə  məlumatlarını  və  tədqiqatçıların fikirlərini 
müqayisəli şəkildə təqdim edirik. 
Fikrimizcə, özündə  şəhərin tarixi keçmişini  əks etdirən 
Bərdə adının zaman-zaman inkişaf və  tənəzzüllə bağlı  məruz 
qaldığı  dəyişikliyi, adın mənasını öyrənməklə tarixi adın 
səciyyəvi xüsusiyyətini, müasirlikdə rolunu qiymətləndirməyin 
tədqiqat üçün əhəmiyyəti olacaq. 
Bərdə  şəhərinin adı ilə bağlı ən qədim yazılı məlumat ilk 
orta  əsrlərə aid olan alban, erməni və gürcü mənbələrində 
saxlanmışdır (136, k.1, f.5; 244. s.32; 295, s. 62). 
M.Kalankatlının Albaniya tarixi əsərində  Bərdənin (Par-
tav) adı daha çox çəkilir, onun tarixi coğrafiyasına, siyasi, iqti-
sadi, mədəni həyatına dair geniş  məlumatlar verilir (136, k.1, 
f.2, 3), lakin Bərdə sözünün etimologiyası haqqında məlumata 
rast gəlinmir. Bərdənin adı ilk olaraq orta əsr (V-VIII əsr) gürcü 
mənbələrində qədim gürcü əfsanələri əsasında şərh edilir. Gürcü 
tarixçisi Leonti Mrovelinin «Kartli çarlarının həyatı» adlı 
xronikasında Bardos haqqında söylənilən rəvayətin Bardiyaya 
(Bərdəyə) aid olduğu qeyd edilir (315, s. 22). 
Bərdənin adı ulu dastanımız Dədə Qorqud əsərində  də 
çəkilir (17; 388, s.28). Doqquzuncu Oğuznamədə deyilir: «… 
Qorqud Begil adında bəyi razı saldı, özü ona qılınc verdi, 
barmağına qolçaq taxdı, əmr etdi cəsur at gətirdilər, onun yurtu-
nu çıxardı və bəyi Bərdə və Gəncəyə göndərdi ki, oğuz ilini (eli-
ni-müəllif) qorusun» (181, s.365; 289, s.143). 
Orta  əsrlər  ərəb və fars mənbələrində  Bərdənin adı 
dəfələrlə  çəkilir, lakin onlarda da «Bərdə» toponimi  izahını 
tapmır (8, s.67, 77, 110, 137, 164, 169, 179; 173; 318). Yalnız 
Yaqut  əl-Həməvi üç yerdə «Bərdə» adlı  məntəqənin olduğunu 
qeyd edir və «Bərdə» toponiminin etimologiyasını açmağa səy 
göstərir. O, «Bərdə» sözünün fars mənşəli  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə