Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə60/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   56   57   58   59   60   61   62   63   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
190
yaratmaları  şəhərlərin, o cümlədən Bərdənin, inkişaf etməsinə 
səbəb olmuşdur. XIV əsrin  əvvəllərində  Bərdədə  sənətkarlıq, 
ticarət və  mədəniyyət inkişaf etmişdir. Həmin dövrdə  Bərdədə 
hülakülərin pulları kəsilmişdir. 
Bir-birini  əvəz edən daxili müharibələr və yadellilərin 
hücumları Qarabağ ərazisindən yan keçməmiş, Bərdə də həmin 
hərbi-siyasi hadisələrin təsirinə  məruz qalmışdır.  Əmir Teymu-
run Azərbaycana gəlişi və Teymurilər dövrü Bərdə tarixində də 
öz izini qoymuşdur. XIV əsrdə Naxçıvanı, Karsı, Tiflisi, Şəkini 
fəth etmiş Teymur Bərdənin də yerləşdiyi Qarabağ bölgəsini də 
tutmuşdur. Teymurilər tərəfindən zəbt edilmiş  Bərdə mübarizə 
zamanı dağıdılmışdır. Çox keçmədən digər  ərazilərlə yanaşı,  
Bərdə də azad edilmişdir. 
XV  əsrin  əvvəllərində  Bərdə Qaraqoyunlu dövlətinin 
tərkibinə qatılmışdır. Qaraqoyunlu və  Ağqoyunlular dövründə, 
əsasən  XIV əsrin ikinci yarısı-XV  əsrin başlanğıcına nisbətən 
XV  əsrin ortalarında Azərbaycanın bir çox şəhərləri kimi 
Bərdənin də inkişafı yüksək səviyyədə olmuşdur. 
Qaraqoyunlu dövlətinin süqutu və  Ağqoyunlu dövlətinin 
yaranması ilə  əlaqədar Bərdə XV əsrin ikinci yarısında 
Ağqoyunlu dövlətinin tərkibində olmuşdur. Bu zaman şəhərin 
iqtisadi  həyatında müəyyən qədər dirçəliş baş vermişdir. Həmin 
dövrdə  Ağqoyunlu padşahlarının adına pullar da Bərdədə 
kəsilmişdir. 
I  Şah  İsmayılın başçılığı altında mərkəzi Təbriz  şəhəri 
olan Azərbaycan Səfəvilər dövləti yaranan zaman Bərdə qəsəbə 
tipli sənətkarlıq mərkəzi olmuşdur. 
XVI  əsrin ortalarında (1551-ci ildə,  şah I Təhmasibin 
dövründə)  şəhər  əhalisinin fövqəladə    xərci (ixracat) hesabına 
Bərdədə hamam və karvansaralar tikilmiş, yaxşı bağ salınmışdır. 
Bu və digər abadlıq tədbirləri nəticəsində  Bərdə  qəsəbədən  əsl 
şəhərə çevrilmişdir. 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
191
XVI  əsrin sonlarında Qarabağ, o cümlədən Bərdə, 
Osmanlıların hakimiyyəti altına keçmişdir. Belə ki, Osmanlılar 
1578-ci ildə Azərbaycanın Xəzər dənizi sahillərinə qədər uzanan 
şimal vilayətlərini  zəbt etmiş, bir çox şəhərlərlə birlikdə 
Bərdəni də tutmuşdur. Gəncə-Qarabağ  əyaləti 36 nahiyəyə 
bölünən 7 sancaqdan ibarət olmuşdur. Bərdə sancağı  Bərdə 
şəhərini, Bərdə, Sir, Bayat və İncərud nahiyəsini əhatə etmişdir. 
Osmanlılar Gəncə-Qarabağ  əyalətinin  ərazi-inzibati 
bölgüsündə xüsusi dəyişikliklər aparmağa meylli olmamış  və 
tam əksinə, özlərindən əvvəl, Səfəvilər dövründə mövcud olmuş 
bölgünü saxlamışlar. Bərdə nahiyəsi də Osmanlıların Qafqazda 
ələ keçirdikləri torpaqlarda yaratdıqları  ən böyük ərazi-inzibati 
vahidi olan əyalətin tərkibində olmuşdur. Buna baxmayaraq 
Bərdənin  əyalətin illik gəlirinin formalaşmasında xüsusi rolu 
olmamışdır. Həmin dövrdə Azərbaycanın qədim  şəhərlərinin 
çoxu, o cümlədən Bərdə, tənəzzül dövrünü keçirmişdir. 
XVII əsrin sonlarında xarici siyasi vəziyyət və daxildə baş 
verən siyasi hadisələr, Azərbaycanın bütün şəhərlərində olduğu 
kimi, Bərdənin də iqtisadiyyatını zəiflətmişdir. 
XVIII  əsrin  əvvəllərində Azərbaycan Səfəvi dövləti, Ru-
siya imperiyası  və Osmanlı dövləti arasında müharibələr 
meydanına çevrilmişdi. Bu zaman Qarabağa (Gəncə-Qarabağ 
əyalətinə) aramsız basqınlar başlanmış, Bərdədən Qazağa qədər 
olan düzənlik yerlərdəki yaşayış  məskənləri talanmış, xeyli in-
san həlak olmuş və əsir aparılmışdır. Bərdə nahiyəsinə hücumlar 
zamanı  əhali qırıldığına və  əsir aparıldığına görə, xeyli kənd 
uzun illər boş qalmışdır. 
Azərbaycanda xanlıqların yaranması ilə  əlaqədar 
şəhərlərin daxil olduğu yeni ərazi birliklərinin və dövlət 
qurumlarının inzibati quruluşunda da dəyişikliklər baş 
vermişdir. Bərdə XVIII əsrin sonlarında Qarabağ xanlığının 
şimal  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
192
ölkələri ilə  əlaqə yolunun üstündə mühüm məntəqə rolu 
oynamış, həmçinin sənətkarlıq və ticarət məskəni, poçt, tranzit 
xidmətləri göstərən kiçik şəhər olmuşdur. Buna görə  də  həmin 
dövrün mənbələrində Bərdənin adına təsadüf olunmur. 
Bərdə  şəhəri XVIII əsrin sonu-XIX əsrin  əvvəllərindən 
etibarən yenidən inkişaf etməyə başlamış, yeni və  ən yeni 
tarixdə öz varlığını göstərmiş, həyatını özünün qədim bünövrəsi 
üzərində davam etdirmişdir. 
XIX əsrin əvvəllərində Azərbaycan İranla Rusiya arasında 
bölüşdürülən zaman Şimali Azərbaycanın tərkibində  Bərdə  də 
Rusiyanın tabeliyinə keçmişdir. Azərbaycanın şimal hissəsinə öz 
müstəmləkəsi kimi baxan Rusiya, onun təbii sərvətlərindən 
xammal kimi istifadə etməklə, sənaye mallarına tələbatını Ru-
siya istehsalı vasitəsilə ödəməklə yerli istehsala imkan 
verməmişdir. Azərbaycanın iqtisadi inkişafdan geri qalan digər 
şəhərləri kimi Bərdə  də  nəinki zəifləmiş, hətta  şəhər kimi 
mövcudluğunu itirmək səviyyəsinə enmişdir. 
Beləliklə, antik və orta əsr yazılı  mənbə  məlumatlarının, 
arxeoloji qazıntı materiallarının tədqiqi göstərir ki, Bərdə şəhəri 
eradan  əvvəl yaranmış, inkişaf edərək erkən orta əsrlərdə 
Albaniyanın paytaxtına çevrilmiş, orta əsrlərdə Azərbaycanın, 
həmçinin Yaxın və Orta Şərqin məşhur  şəhərlərindən biri 
olmuşdur. 25000 ildən artıq tarixə malik olan Bərdə  şəhəri 
müxtəlif dövrlərdə  tənəzzülə  uğramışsa da günümüzə  qədər öz 
həyatını davam etdirmiş, bu gün də yaşayır və inkişaf edir. 
 
 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə