Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə7/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   2   3   4   5   6   7   8   9   10   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
25
«Bərdədar» olub, «əsir etmə yeri» mənası verdiyini bildirir. So-
nra  şərh edir ki, hökmdarlar ətraf yerlərdən tutduqları  əsirləri 
dustaq kimi burada saxlayırdılar (40, s.88; 382, s.12). Hətta 
bəziləri bu fikri ifratlaşdırıb yazır ki, «əyalətlərdən tutduqları 
əsirləri gətirib burada məskun edirdilər» (400, s.153).  Əvvəla, 
Yaqut əl-Həməvidən əvvəl və sonra heç bir müəllif «Bərdə» to-
ponimini dustaq saxlanılan yer kimi qeyd etmir. Eyni zamanda
Bərdənin yerləşdiyi ərazi yalnız həbsxana üçün əlverişli yer ola 
bilməzdi ki, şəhərin adlandırıla bilinəcək başqa  əlamətlərini 
üstələyə bilsin. Bu da istisna deyildir ki, qədim  şəhərlərin hər 
birinin, o cümlədən Bərdənin dustaq saxlanılan həbsxanası 
olmuşdur (2, s.80; 51; 309, s.61; 382). Tarixən möhkəm 
mühafizəli həbsxanası ilə  məşhur olan şəhərlər də  məlumdur 
(27, s.22; 208, s.36; 359, s.12, 28), lakin «Bərdə» toponiminin 
etimologiyasını bununla bağlamaq üçün əsas yoxdur. 
Bərdə sözünün fars dilində olan hərfi tərcüməsi qul, kölə 
olsa da, «bərdədar» bar verən, bol məhsul verən, həmçinin xeyir 
verən, mənfəət verən mənasında işlədilir. Onu da qeyd etmək 
lazımdır ki, Bərdə sözünün fonetik kökü «bərd»  ərəbcə bir 
mənada daş, ikinci mənada soyuq, sərin sözündən ibarətdir (43, 
s.52). 
Orta  əsr tarixçi və coğrafiyaşünası  Əbd-ər-Rəşid  əl-
Bakuvinin «Abidələrin xülasəsi və qüdrətli hökmdarın 
möcüzələri»  əsərində  də «Bərdə» toponimi haqqında məlumat 
verilir (32, s.118). 
 Qeyd etmək lazımdır ki, adları çəkilən mənbələrdə Bərdə 
adının etimologiyası haqqında məlumat verilməməsi  müxtəlif 
mülahizə və fikirlərin meydana çıxmasına səbəb olmuşdur. Bu-
rada  Bərdə adının etimologiyası ilə bağlı      maraqlı 
araşdırmaların məğzini tarixi ardıcıllıqla təqdim etməyi 
məqsədəuyğun sayırıq. 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
26
Mənbələrdə  qədim dövrdə  şəhərin necə adlandırıldığı 
barədə  məlumat verilmir. Orta əsrlərdə isə  şəhər zaman-zaman 
Firuzabad, Partav, Bərdaa, nəhayət, Bərdə adlandırılmışdır. 
Qeyd edək   ki, qonşu xalqların dilində bu adlar müxtəlif forma-
larda  işlədilmiş, mənbələrdə  də  həmin formada saxlanmışdır. 
Məsələn: farsca Partav və Perozapat (Firuzabad), erməni dilində 
də Partav, gürcü dilində Bardos, ərəbcə Bərdaa adlandırılmışdır 
(136, k.1, f.8; 40, s.88; 239, s.12; 295, s.10; 296, s.62; 312, s.41; 
315, s.22). 
Bərdənin adı və onun etimologiyasının öyrənilməsində ta-
rixi və coğrafi  əsərlərdən başqa özündə tarixi hadisələri
toponimləri  əks etdirən  şifahi xalq yaradıcılığı nümunələri, 
yazılı ədəbi-bədii əsərlər və etnoqrafik məlumatlardan da fayda-
lanmaq mümkündür (30, s.7-16; 318). 
Nizami Gəncəvi «İskəndərnamə» poemasında yazır: 
 
Harun (Hurum) adlanırdı bu yurd hər yerdə, 
İndisə adına deyirlər Bərdə.    
(147, s.195) 
 
Maraqlıdır ki, Nizami Gəncəvidən başqa heç kim 
Bərdənin «Harun» adlandırıldığını qeyd etmir. Bununla belə, o 
da çox maraqlıdır ki, XVIII əsrdə  tərtib olunmuş «Gəncə-
Qarabağ  əyalətinin müfəssəl dəftəri»ndə  Bərdə nahiyəsinin 
kəndləri sırasında «Harun» adlı  kəndin adı  çəkilir. Həmin 
kəndin Tərtər çayının kənarında yerləşdiyi, eyni zamanda orada 
yaşayış olmadığı bildirilir (49, s.300). 
Demək olar ki, qaynaqlarda, Yaqut əl-Həməvinin qeydləri 
istisna olmaqla, «Bərdə» toponiminin mənşəyi və  mənası 
haqqında məlumat   verilmir (40, s. 88; 382, s.14). 
Adının sonuncu deyiliş  və yazılış formasını, qismən 
dəyişməklə, son dövrlərədək saxlayan «Bərdə»nin etimologiyası 
haqqında fikirlərə keçən əsrin axırlarında və son  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
27
dövrlərdə müraciət edilmişdir. Həmin tədqiqatçıların fikirlərini 
ardıcıllıqla təqdim etməklə onlara öz münasibətimizi də bildirək. 
İ.Şopen (1894-cü il) «Bərdə» sözünün mənasını yunan dilində 
axtarır (375, s.384). Q.Osipov, qəribə də olsa, «Bərdə» sözünün 
mənasının erməni dilində «qovaqlı yer» mənası verdiyini yazır. 
V.Sısoyev  əl-Həməviyə  əsaslanaraq «Bərdə»ni «qul yeri – qul 
saxlanan yer» hesab edir (355, s.57). Qrum-Qrcimalo Orta 
Asiyada, Sakistan vilayətində «Bərdə» adlı 
şəhərin 
mövcudluğunu və  Bərdə  şəhərinin adının da onunla bağlı 
olduğunu qeyd edir (240). Y.Paxomov gürcü mənbələrində olan 
rəvayətlərə və erməni dilində şərhlərə öz münasibətini bildirərək 
«Bərdə» toponimini Qafqaz dillərində axtarmamaq qərarına 
gəlir, yəni «Bərdə» toponiminin Qafqazda yaşayan xalqlara de-
yil, başqa xalqa mənsub olduğunu qeyd edir (332, s.81). 
M.S.Ordubadi  ərəb mənbələrinə  əsaslanaraq «Bərdə» toponimi 
haqqında «dustaqların saxlandığı həbsxana», «dustaq düşərgəsi» 
fikrinə  tərəfdar çıxır (157, s.112). Q.Melikişvili Bərdə ilə e.ə. 
VIII  əsrdə Mannada olan «Parda» arasında  əlaqə olduğunu 
göstərir (305, s.5). M.Minorski şəhərin adının «palan» mənası 
verdiyini hesab edir, lakin bunu heç cür şərh etmir (309, s.11). 
A.Məmmədov Bərdə şəhərinin adını Firuz, Peroz, Barda, Partav 
və Bərdə kimi qeyd edir (121, s.33). R.Yüzbaşov «Bərdə» topo-
nimini tayfa adı kimi qəbul edir (177, s.67). T.Səlimov 
«Bərdə»nin farsdilli söz olub, «qız  şəhəri» mənasını verdiyini 
yazır (348, s.74-75). N.Nəbiyev isə V.Sısoyevin fikri ilə 
razılaşdığını bildirir (140, s.38). A.Axundov göstərir ki, Bərdə 
türk mənşəli «berdi» sözündən olub, «qab, piyalə, kuzə» 
mənasını verən toponimdir  (1, s.99). E.Əzizova görə, Bərdə 
«Berdi» (ipək sap – E. Ə.) sözü olub, «ensiz çay, qol, tel» 
mənasındadır (44). Q.Qeybullayev «Bərdə» toponiminin Urmiya 
gölü sahilindəki Parda  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə