Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə8/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   4   5   6   7   8   9   10   11   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
28
şəhərinin adı ilə əlaqədar olduğunu qeyd edir (108, s.125; 229). 
T.Rəsuloğlu (Əliyev) «Bərdə» adının  Əhəməni hökmdarı Kirin 
(e.ə.VI) oğlanlarından birinin adı ilə- Bisütun qayalarında 
yazılmış «Bardiya» ilə əlaqədar olduğunu bildirir (164, s.72-73). 
Qeyd etmək lazımdır ki, son dövrlərdə yaşayış  məskəni 
adlarını tayfa adları ilə izah etməyə maraq artmışdır (30; 31; 90; 
108; 112; 163; 229). Bu, ilk növbədə bir vaxtlar müəyyən 
təsirlərə, tarixi təhriflərə məruz qalmış həqiqətlərin bərpası kimi 
qəbul edilir. Bu, çox təqdirəlayiq haldır. Lakin unutmaq olmaz 
ki, heç bir elmi mülahizə tarixi həqiqətləri kölgədə 
qoymamalıdır. Faktsız, elmi cəhətdən əsaslandırılmamış, tələsik 
fikirlər söyləməkdənsə, susmaq daha dürüstdür. 
Qaynaqlarda və tədqiqat əsərlərində sakların e.ə. VIII-VII 
əsrlərdə Azərbaycana gəlməsi və Kür-Araz ovalığında 
yerləşməsi barədə məlumat verilir (112; 185; 379). Bildirilir ki
saklar indiki Bərdə şəhərindən Qafqaz dağlarına qədər böyük bir 
ərazini tutmuşdular. Həmin sak tayfaları içərisində «bərdor» adlı 
tayfanın mövcud olduğundan bəhs edilir (11; 252; 379). 
Bərdənin adına və onun etimologiyasına bu nöqteyi-nəzərdən 
yanaşmalar da vardır.  Ə.Haqverdiyev Bərdənin adının eradan 
əvvəl Cənubi Qafqaza gəlmiş saklar içərisindəki bərdorların 
adından götürüldüyünü yazır (90, s.16-17). 
Məhərrəm Bayar göstərir ki, «saklar (albanlar, sakasenlər, 
gögərənlər, taoklar, phasianlar, pakturlar  və konduklar) türkmən 
uluslarındandır» (119). 
M.Bayara görə, sak (iskit) türklərinə assuriyalılar 
«aşkuzan\işkuza», yəhudilər Tövratda «aşkenaz», yunanlar 
«skcuthe»,  farslar «saki», hindlilər «sakya» deyirdilər» (119). 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
29
A.Zəki Vəlidi Toğan apardığı araşdırmalarda G.Nemet, 
Qutşmidt, O.Franke, N.Aristov, Edvard, Meyer, Mortmann kimi 
görkəmli türkoloqların sakların türk olduğunu qəbul etdiklərini 
bildirir (394). 
Herodotun yazdığına görə, Qaqunun oğlu Parati Anadolu-
nu, Fələstini, Suriyanı almış  və e.ə. 634-cü ildə Misirə hücum 
etmişdi. Strabona görə, Qaqu və Gögün (Assuriya mənbələrində 
Lu kimi də adı  çəkilir) rəhbərliyi ilə saklar Arandan cənuba 
yenərək Xram suyu və yuxarı Kür boylarını  da tutmuşdular 
(119; 259, I). 
Saklar Xəzər dənizinin  şimalından keçərək Qafqazı 
almışdılar.  İndiki Qarabağ bölgəsində binələyən sak (iskit) 
kraliçası Tomris e.ə. 529-cu ildə Xəzər dənizinin cənubunda İran 
hökmdarı Kuruşu məğlubiyyətə uğratmışdı (119; 259, I). 
Bərdə  şəhərinin tarixi ədəbiyyatda məlum olan adları  və 
qədim dövrdə adlandırıldığı gümanları  nəzərdə tutaraq 
apardığımız araşdırmalar müəyyən nəticələr çıxarmağa imkan 
verir. Belə ki, e.ə. VIII əsrdə Zikertu vilayətinin indiki Mianə-
Ərdəbil bölgəsində yerləşdiyi bildirilir və vilayətin paytaxt 
şəhərinin Parda (bu ad sonrakı  Bərdə  şəhərinin adı ilə  səsləşir) 
olduğu qeyd edilir. Göstərilir ki, İşquz vilayəti Marağa  ətrafı 
torpaqlarda yerləşirdi. Ondan quzeyə doğru Urmu gölünün 
gündoğan tərəfində Subi və Bari adlanan daha iki qonşu vilayət 
vardı; yaxşı möhkəmləndirilmiş Tarui və Tarmakisa (indiki 
Təbriz) adlı  zəngin qalalar Bari vilayətində idilər. Onun 
gündoğan səmtində indiki Qarabağ bölgəsində Puluadi 
vilayətinin paytaxtı Libliuni şəhəri (hazırkı Varsağan inzibati 
mərkəzi yaxınlığında) yerləşirdi (183, s.53-54; 233, 1). Tarixi 
mənbələrə əsaslanan ədəbiyyatda göstərilir ki, «I Rusa ilə savaşı 
tezləşdirmək üçün Sarqon Zikertuya yollandı. O, Mannada 
Urartupərəst müxalifət ocaqlarını dağıtmaq istəyirdi. O,  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
30
İştaraura çayını keçib Parda şəhərində oturan Metatti üzərinə 
gəldi. Çünki sonuncu öz hərbi qüvvələrini kömək üçün I 
Rusanın sərəncamına göndərmişdi» (5, s.61; 233, 1). Manna 
hökmdarı ilə müqavilə üzrə Assur çarı Urartudan alıb Assu-
riyaya qatdığı iyirmi iki qalanı, üstəlik bərkidilmiş  Uşkaya və 
Parda şəhərlərini Mannaya qaytarmalı oldu (5, s.61; 233, 1). E.ə. 
674-cü ildə Manna hökmdarı Ahşeri «mannalıların ölkəsindəki 
vilayətdə» gəlib məskunlaşan iskitlərlə Assuriyaya qarşı ittifaqa 
girdi. Bu ittifaqa midiyalılar da qoşuldu. Öz yürüşləri ilə Ön 
Asiyanı qorxu içində saxlayan iskitlər ilə müqavilə bağladı (5, 
s.63). Hasaraddon o ittifaqı pozmağa maraq göstərdi. Təxminən 
672-ci ildə «işqus (iskit) ölkəsinin çarı» Partatua ilə yaxınlaşıb 
danışığa başladı (5, s.63; 233, 1). Herodota görə (119; 233, 1), 
skif-sakların bir başçısının adı Prototiy (Assur mənbələrində 
Partatua) idi (109, s.96). Partatua adını qədim fars dilindəki tava 
«güc», «qüvvət» («tab» sözü də buradandır) sözü ilə bağlayır və 
onun «Avesta» dilindəki Partava – «döyüş», «vuruşma» sözü ilə 
əlaqələndirirlər (109, s.96; 238, s.103). 
M.N.Poqrebova yazır: «Hesab edirlər ki, Partatua (Parta-
tua da «İşquzlar ölkəsinin çarı» adlandırılır) Prototiy formasında 
Herodotda skif çarı Madyanın atası kimi xatırlanır» (277, s.48) 
İqrar  Əliyev «Midiya tarixi»ndə Bardiya haqqında  ətraflı 
məlumat verir (183). Həmin Bardiyanın Bərdə ilə  nə  dərəcədə 
əlaqəsi olmasını müəyyənləşdirməyə də maraq yaranır. 
Məmmədtağı Zöhtabi «İran türklərinin  əski tarixi»ndə 
Qaumat-Bardiya-Zöhhak haqqında  şərhlər verir, Bardiyanın 
(Qaumata) qiyamından xüsusi bəhs edir (397, s.643-657). 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə