Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə9/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   5   6   7   8   9   10   11   12   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
31
Bunlardan  əlavə, tarixi ədəbiyyatda Makedoniyalı 
İskəndərin Şərqə    doğru yürüşləri ilə bağlı  bəzi maraqlı faktlar 
da öz əksini tapır. Baryaks adlı birisi makedoniyalıların 
hakimiyyətinə qarşı üsyan qaldırıb özünü Parsa və Madanın çarı 
elan edir. Atropat öz gücü ilə Baryaksın üsyanını yatırır. 
Üsyançını  əsir edib, makedoniyalılara verirlər. Baryaks Pasar-
qadda qətlə yetirilir (183, s.79). 
Görünür Nizaminin «İskəndərnamə» poemasındakı  Bərdə 
hökmdarı (Nüşabə) surəti də  İsgəndərin müasiri olmuş Alban 
çarı haqqında antik müəlliflərin verdikləri məlumatlara söykənir 
(183, s.92). 
Skiflərin  Şimali Azərbaycan  ərazisində yayılması yeni 
tədqiqatlarda çox mühüm yer tutur.  Burada skif mədəniyyətinin 
izlərinin tarixi-arxeoloji öyrənilməsi indiyə qədər qaranlıq qalan 
problemlərin həllinə imkan verir (16; 94; 250; 117; 300; 369). 
Skiflər haqqında qiymətli tədqiqatlardan biri olan Azər 
Həsənovun “Çar skiflər” adlı monoqrafiyasında qeyd edilir ki, 
“Skiflərin adı  ən ilkin olaraq Assuriya çarı Asarxaddonun 
yazılarında (e.ə. VII əsrin 70-ci illəri) çəkilir” (94, s.29). Burada 
Assuriyaya qarşı mübarizə aparan skiflərin çarlarından birinin 
adı Partatua olduğu bildirilir, Asarxaddonun diplomatiyaya əl 
ataraq qızını Partatuaya ərə verməklə skiflərlə ittifaq 
bağlamasından bəhs edilir (94, s.30). 
Tarixən bir tayfa ittifaqının da şəhər yaratmaq imkanı 
olduğunu və onlar «tayfa şəhərləri» hesab edilmiş, tayfanın və 
ya tayfa başçılarının birinin adı ilə adlandırılmışlar. Bərdə 
şəhərinin adı onun siyasi-inzibati həyatında baş verən 
dəyişikliklərlə əlaqədar olaraq dəyişmiş, eləcə də başqa xalqların 
dilindəki sözlərə uyğun  şəkildə fonetik cəhətdən müxtəlif 
şəkildə ifadə edilmiş, sonuncu şəklini – Bərdə –  saxlamışdır. 
Belə ki, bu ad e.ə. VII əsrdən tarixə  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
32
məlum olan Partatuadan götürülmüş sonrakı dövrlərdə Partav, 
Bərdaa və nəhayət Bərdə şəklinə düşmüşdür. 


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
33
II FƏSİL 
 
 
BƏRDƏ ANTİK  DÖVR   
VƏ  ERKƏN  ORTA  ƏSRLƏRDƏ  
(e.ə. IV əsr - b.e.VII əsri) 
 
2 .1. Bərdə alban arşakların hakimiyyəti dövründə  
 
 
Bərdə  şəhərinin tarixinin qədim dövrünə aid dəyərli 
mənbə materialları olmadığından və iqtisadi, mədəni tarixdən 
fərqli olaraq  s i y a s i  tarixin öyrənilməsində arxeoloji 
qazıntıların mühüm rol oynaya bilməməsi səbəbindən  şəhərin 
tarixinin bu aspektdən tədqiqatına ilk orta əsrlər dövründən – 
qaynaqlarda Bərdə (Partav) şəhərinə aid ilk məlumatların 
mövcud olduğu dövrdən (V əsrdən) – başlamalı oluruq. 
Albaniyada baş vermiş siyasi hadisələri «Albaniya tarix-
i»ndə, erməni, gürcü yazılı  mənbələrində, müasir tədqiqatlarda 
və tarixi ədəbiyyatda  əksini tapmış  məlumatlara  əsasən vaxtilə 
Albaniya dövlətinin paytaxtlarından biri olmuş  Bərdə ilə 
bilavasitə bağlı şəkildə izləmək  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
34
mümkündür (15, s.98-120; 106, s.18-125; 220; 244; 295, s.30-
41; 296, s.143-177). 
Ölkədə  cərəyan edən siyasi proseslər Bərdə  şəhərinin 
özündə  və yaxud   paytaxtı olduğu Albaniyanın vilayətlərində 
baş verdiyindən Bərdənin siyasi taleyi ilə bağlı olmuş, buna görə 
də tarixçi və salnaməçilərin diqqətini daha çox cəlb etmiş, 
kifayət qədər yazılı  mənbə materialı yaranmışdır. Qaynaqlar 
içərisində mötəbər mənbələrdən biri olan M.Kalankatlının «Al-
baniya tarixi» əsərində bildirilir ki, «Ölkənin paytaxtı  əzəmətli 
Bərdə  şəhəridir» (136, k.1, f.4; 15, s.61). Şübhə yoxdur ki, 
ölkədə baş vermiş bütün siyasi proseslər onun paytaxtı ilə bağlı 
olmuşdur. Bərdənin siyasi tarixi də  məhz bu bağlılıqda 
öyrənilməlidir. 
Mənbələrdə Qafqaz albanları ilk dəfə e.ə. IV əsr hadisələri 
ilə əlaqədar xatırlanır (195, III, 8, 4). Qafqaz Albaniyası dövləti 
e.ə. IV-III əsrlərin qovşağında meydana çıxmışdır. B.e. I əsrində 
Albaniyanı Arşakilər soyu idarə etmişdir. Alban və erməni 
müəllifləri məlumat verir ki, Albaniyanın cənub sərhəddi bu 
dövrdə Araz çayı boyunca keçmişdir (136, k.1, f.4; 314, k.2, 8), 
başqa sözlə bütünlüklə Kür və Araz çayları arası Albaniya 
çarlığının tərkibinə daxil olmuşdur. Qardman, Sakasena, Uti, 
Ərsak, Paytakaran, Sisakan Qarabağın tarixi torpaqları idi (136, 
k.4. f. 50; 6, c.2, s.15-21). 
Azərbaycanın dilçi alimləri  Ərsak (Artsak) toponiminin 
“ar” və “saq, (şaq)//saq”-dan yaranan Arsaq (Arşaq//Arsaq) 
sözünün öncə şəxs adı kimi işləndiyini, sonralar onun sülaləsinin 
və yaşadığı yerin adının da belə adlandırıldığını, iki tərkib 
hissədən ibarət olan “Ərsaq” sözünün birinci hissəsinin – 
“ar//ər”, demək olar ki, bütün türk dillərində “igid”, “kişi”, 
“qırmızı”, ikinci hissəsinin isə  qəbiləbirləşməsi adı Saq (166, 
s.43), həmçinin türkcə art – “dağlıq ərazi”, “yüksəliş” və “sak” 
sözlərindən ibarət   


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
35
olub “sak dağlıq ərazisi” mənası verdiyini bildirirlər (105, s.331, 
338). Rus müəllifi A.Xazanov təsdiq edirdi ki, «Qarabağ 
əyalətlərindən biri olan Arsak öz adını sakların «cəsarətli» və 
«kişi» sözündən götürülmüş-dür». 
M.Xorenlinin bildirdiyinə görə: «… irsi olaraq bütün Al-
ban düzənliyi onun dağlıq hissəsi ilə birlikdə, Araks (Araz – 
müəllif) çayından başlayaraq Hunarakert adlanan qalayadək 
(Ağstafa zonası – müəllif) girdmanlar, savdeylər və qarqarların 
ərazisi idi» (314, k.2, 8). Bu məlumatı alban tarixçisi 
M.Kalankatlı da təsdiq edir (136, k.1, f.4; 126, s.56, 57). 
Aydındır ki, «…parfiyalı Valarşak (yəqin ki, I Vologez (51/52-
79/80) cəsur Aranı ölkənin (b.s. Albaniyanın) hakimi təyin 
etmişdi» deyilərkən söhbət e. ə. I əsr hadisələrindən gedir. 
Maraqlıdır ki, albanların «daim yalançılıq edən adamlar» olması 
məlumatını da Moisey Xorenli vermişdir (314, k.3, 3; 126, s.56). 
Alban tayfalarından utilər, sovdeylər və qarqarlar Qarabağda 
yerləşirdilər. Göründüyü kimi, bütünlüklə Kürün sağ sahili 
boyu, Araz çayından Ağstafaya qədər alban tayfaları yayılmışdı. 
Beləliklə, qaynaqlar Qarabağ bölgəsinin tayfalarının türk 
mənşəli olması  və bu ərazinin Albaniya dövlətinə  məxsus 
olmasını təsdiq edir. 
Qarabağ torpaqları heç cür Ermənistanın «əzəli» torpağı, 
tarixi  ərazisi ola bilməzdi. Bu, mifologiya orta əsr erməni 
müəlliflərinin uydurmasıdır və indiyə  qədər erməni 
tarixşünaslığına daxil edilmişdir (184, s.16). Bu, ermənilərin öz 
tədqiqatlarından da məlumdur: Ermənilərin vətəni – Balkanlar, 
tarixi Frakiya vilayətidir; ilk erməni dövləti Kiçik Asiyada 
yaranmışdır; Qafqaza ermənilər XIX əsrin  əvvəllərində 
gəlmişlər. 
Buna görə  də Qarabağ  ərazisinin e.ə. IV-I əsrlərdə 
«Ermənistanın» tərkibinə daxil olmasını düşünməyin hər hansı 
bir əsas yoxdur. Əvvəla, əgər bu belə olsa idi, onda  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə