Microsoft Word berk senaye tul docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix08.04.2018
ölçüsü0,57 Mb.
#36683
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

 

 

7.  Ölçüləri  10  mm  olan  rezin  ovuntuları  əsasında  kənd  təsərrüfatı 



fermalarında  və  quşçuluq  fabriklərində  döşəmənin  örtülməsində  istifadə 

olunur.  Belə  örtüklər  sanitar  normaların  təmin  olunmasında  əvəzolunmaz 

materiallardır. 

8. Rezin ovuntularından neft quyularının tamponlaşdırılmasında istifadə 

olunur. 

 

 



 

 

III FƏS L. BƏRK SƏNAYE TULLANTILARININ TƏKRAR EMAL 



MƏHSULLARINDAN SƏNAYEN N MÜXTƏL F SAHƏLƏR NDƏ 

ST FADƏ OLUNMASININ  QT SAD  SƏMƏRƏL Y  VƏ ƏTRAF 

MÜH T N SAĞLAMLAŞDIRILMASI 

3.1.Təkrar emal metallardan maşınqayırma və başqa sənaye sahələrində 

istifadə olunması onun iqtisadi səmərəliyi 

 

Qara  və  əlvan  metalların  tullantıları  başqa  sənaye  tullantılarından 



tərkiblərində  çox  qiymətli  xammalın  olması  ilə  fərqlənirlər.  Hal-hazırda 

metallolomlar metallurgiya sənayesi üçün qiymətli xammal bazası hesab olunur. 

Elektrik  enerjisinin  sərfinin  metalların  istehsalının  bahalaşması  səbəb 

olmuşdur.  Ona  görə  də  təkrar  emal  məhsullarından  xammal  kimi  istifadə 

olunmasına  üstünlük  verilir.  Tərkibində  əlvan  metallar  olan  faydalı  qazıntıların 

çıxarılması  və  onun  emalı  nəticəsində  alınan  məhsullar  ilə  metal  tullantılarının 

yaxud  metallomoların  təkrar  emalının  müqaisə  göstərir  ki,  təkrar  emala  sərf 

olunan  enerji  çox  azdır,  alınan  məhsul  isə  keyfiyyətinə  görə  təbii  xammaldan 

alınan  məhsuldan  geri  qalmır.  Metal  tullantılarından  istifadə  təbii  faydalı 

qazıntılardan məhsul istehsalı prosesinin bir çox mərhələlərini aradan qaldırır və 

buna  görə  də  enerji  sərfi  azalır.  Aşağıda  faydalı  qazıntılardan  istifadə  etmək 

ə

vəzinə metallomlardan istifadənin elektrik enerjisinə nə qədər qənaət edilməsinin 



faizlərlə miqdarı verilmişdir. 

Cədvəl 3.1 

Metal tullantılarından istifadə zamanı elektrik enerjisinə qənaə

Metallar 

Elektrik enerjisinə qənaət, % 

Alüminium  

Mis 

Sink 


Qurğuşun  

Polad  


95 

83 


60 

64 


74 


 

 

Onu da qeyd etmək lazımdır ki, hal-hazırda təkrar emalın istehsalına qoyulan 



kapital həcmi metalın faydalı qazıntıdan istehsalına qoyulan xərclərindən 10 dəfə 

azdır.  Bu  sahədə  ABŞ  sənayesi  daha  irəlidə  gedir.  Belə  ki,  istehsal  olunan 

alüminiumun yalnız 31% faydalı qazıntıdan alınır.  

Qara  metalların  təkrar  emalından  alınan  ikinci  xammaldan  maşınqayırma 

sənayesinin müxtəlif sahələrində istifadə olunmasının faizlərlə miqdarı cədvəl 3.2 

göstərilmişdir. 



Cədvəl 3.2 

Sənaye sahələri 

Enerjiyə qənaət, % 

Avtomobil və ştamplama sənayesi 

Aviasiya sənayesi 

Bərkidici istehsal edən sənaye sahəsi 

Gəmiqayırma  

Maşınqayırma  

Elektrotexnika sənayesi  

Məişət cihazları və gündəlik tələbat əşyaları 

Dəmiryolu sənayesi 

Kənd təsərrüfatının maşınqayırma sənayesi 

Ş

tamplama sənayesi 



Neft və qaz sənayesi üçün dəzgahlar istehsal edən sənaye 

Təmir daxil olmaqla tikinti sənayesi 

30,8 

31,6 


29,3 

25,9 


23,7 

27,8 


22,7 

15,3 


18,1 

25,7 


26,3 

4,6 


 

Ikinci  xammal  kimi  xrom  paslanmayan  polad  tullantılarının  (lomlarının) 

emalından  alınır.  Xromun  ikinci  xammal  kimi  miqdarının  artması  hər  şeydən 

ə

vvəl  tullantıların  tərkibindəki  metalların  növündən  və  miqdarından  asılı  olur. 



Sonradan belə xromlardan paslanmayan polad istehsalında istifadə olunur. 

Dünyada  metal  tərkibli  tullantılardan  ikinci  xammal  kimi  kobalt  yalnız 

Almaniyada emal olunur. Hər il Almaniyaya 500 ton skrap (metal tullantı) ixrac 



 

 

edilir.  Yaponiyada  kobaltdan  ikinci  xammal  kimi  neftkimya  və  neftçıxarma 



sənayesi üçün katalizatorlar istehsal edilir. 

Ə

lvan  metalların  skrapindən  emal  edilən  volfromdan  spirallar  və 



elektronikada istifadə edilən məmulatlar istehsal edilir.  

Son    15-20  ildə  əlvan  metalların  tullantılarının  təkrar  emalı  genişlənmiş 

alınan  ikinci  xammalın  texniki-iqtisadi  göstəriciləri  yüksəlmiş,  mis,  alüminium, 

civə,  manqan  və  başqa  əlvan  metalların  keyfiyyəti  və  emal  miqdarı  daha  da 

yüksəlmişdir. 

Sənayenin  yeni  sahələrinin  inkişafı  ilə  əlaqədar  əlvan  metalların  xüsusən 

mis, nikel, maqnezium, titan və s. metalların metallurgiyası sürətlə inkişaf edir. 

Məlum  olduğu  kimi,  tullantıların  emal  prosesi  poliqonlardan  başlayır  və 

istehsal  proseslərinə  qədər  davam  edir.  Metallar  tərkiblərinə  görə  fərqli 

olduqlarına  görə  onlar  sortlaşdırılır,  çünki  mis  və  çuqun  tərkibli  metalların 

sıxlıqları və yanma istiliyi müxtəlif olduqları üçün onlar eyni texnoloji proses ilə 

emal  oluna  bilməzlər.  Bu  isə  təkrar  istehsalın  prosesinin  çətinlikləridir.  Metal 

tullantıların  təkrar  emalının  məqsədi  əsasən  ətraf  mühitin  mühafizəsi  və  iqtisadi 

gəlirləridir. 

Hal-hazırda istifadə olunan hər bir texniki avadanlıqlar və metal məmulatları 

bir neçə mərhələdən keçərək hazır məmulat halına salınır. Onların tətbiq sahələri 

isə  əsasən  metalın  xüsusiyyətlərindən  asılı  olaraq  dəyişir.  Təkrar  emal 

alüminiumdan təyyarə və kosmik sənayesində, polad tərkibli ikinci xammallardan 

isə gəmiqayırma  və  avtomobil istehsalında  istifadə olunur.  Bundan  əlavə tikinti, 

dəmir  yollarının  tikintisində,  maşın  və  avadanlıqların  hazırlanmasında, 

radiotexnikada  və  başqa  sənaye  sahələrində  ikinci  metal  xammallardan  istifadə 

edilir. 


Metal  tullantıların  təkrar  emalının  iqtisadi  səmərəliyi  və  ətraf  mühitin 

mühafizəsindəki rolunu aşağıdakı kimi qiymətləndirmək olar: 

1.Köhnə  metal  məmulatlardan  ikinci  xammalın  alınması  prosesinə  sərf 

olunan elektrik enerjinin miqdarı təbii xammaldan metal məmulatların istehsalına 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə