Microsoft Word berk senaye tul docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix08.04.2018
ölçüsü0,57 Mb.
#36683
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 

kiçik  və  orta  biznesi  bu  problemlərin  həllinə  cəlb  etmək  çox  çətindir;  E-



tullantılar  haqqında  dövlətlərin  və  ictimaiyyətin  məlumatsızlığıdır.  Bu 

vəziyyət, ilk növbədə, xüsusiləşdirilmiş beynəlxalq təşkilatların, milli qeyri-

hökumət təşkilatlarının və digər ictimai təşkilatların problemə aid təbliğat və 

maarifləndirmə işini lazımi səviyyədə aparması ilə izah edilir. 

Lakin bütün bu səbəb-nəticə əlaqələrinə baxmayaraq, son illər dünyanın 

bir  çox  ölkələrində  utilizasiya  və  zərərsizləşdirmə  sahəsində  görülən  işlər 

(ETTK -nin  genişləndirilməsi,  bu  sahəyə  qoyulan  investisiyaların  kəskin 

artması,  zavod  və  poliqonların  yaradılması  və  s.)  nəticəsində  tullantıların, 

xüsusilə  də  E-tullantıların  emal  həcmi  artmış,  başlıcası  isə,  emal  dərinliyi 

(dərəcəsi)  xeyli  yüksəlmişdir.  Bir  sıra  inkişaf  etmiş  ölkələrin  təcrübəsi  E-

tullantıların  dərin  emalının  (80-90%)  mümkünlüyünü  göstərir.  Əlbəttə,  bu 

ilk  növbədə,  E-tullantıların  xüsusi  texnoloji  emal  prosesini  həyata 

keçirməklə  mümkündür.  Hal-hazırda  ABŞ  və  bəzi  Avropa  ölkələrində  bir 

sıra  texnoloji  proseslər  işlənmiş,  texniki  avadanlıq  istehsal  edilir  və  E-

tullantıların emalı məqsədilə tətbiq edilməkdədir. 

 

 



 

 

 



 

 



 

 

1.2. şlənmiş metal avadanlıqların (metalo-lom) və ağır 



metalların yaratdıqları ekoloji problemlə

 

Maşınqayırma  və  metallurgiya  sənayelərinin  tullantıları    və  işləmə 



müddəti  başa  çatmış  metal  avadanlıqlar  metal  tullantılar  (metalo-lom) 

adlanır. Yer kürəsində milyon tonlarla metal qalıqları ətraf mühitdə qalaraq 

fiziki,  kimyəvi  proseslər  nəticəsində  ekoloji  problemlər  yaradırlar.  Belə  ki, 

metal  tullantılar  havada  oksidləşərək  metal  səthində  dəmir  oksid  təbəqəsi 

yaradır.  Dəmir  oksid  birləşməsində  yaranan  korroziya  və  pas  ətraf  mühitin 

korlanmasına,  bitkilərin  məhvinə,  torpaq  resurslarının  sıradan  çıxmasına, 

havanın korlanmasına səbəb olur [ 24]. 

Dünya  sivilizasiyası  yaranandan  həmişə  tullantılar  mövcud  olub. 

Insanın  istifadəsində  olan  əşyalar  istifadə  müddətində  yararsız  hala 

çevrildikdən sonra istifadədən çıxaraq tullantıya çevrilir. Dünyada minlərlə 

irili-xırdalı  maşınqayırma,  metallurgiya,  təyyarə,  gəmiqayırma  və  başqa 

müəssisələr  istehsal  etdikləri  və  istehlak  edildikdən  sonra  yararsız  hala 

düşərək metal tullantıları yaradır və onlar müəyyən ərazilərdə yığılaraq ətraf 

mühit üçün qorxulu mənbələrə çevrilirlər. 

Metal  tullantıların  ətraf  mühitdə  yaratdıqları  ekoloji  zərəri 

qiymətləndirmək  üçün  tullantılarda  yaranan  korroziya  prosesini  araşdıraq. 

Ümumiyyətlə,  metalların  korroziyası  onların  kimyəvi,  elektrokimyəvi, 

biokimyəvi  təsirlər nəticəsində  dağılaraq  yararsız  hala  düşməsidir.  Konkret 

olaraq korroziya xarici mühitin təsirindən metal və ərintilərin dağılmasıdır. 

Bəzi  metallarda  dağılma  prosesi  təkcə  metalın  səthində  deyil,  onun 

daxilində də baş verir. Bu isə metalın kristal qəfəsinin dağılmasına və onun 

özünəməxsus  xassələrinin  itirilməsi  ilə  nəticələnir.  Belə  metallarda  lay-lay 

parçalanmalar başlayır. Pasların torpaqda toplanması isə onun biokimyəvi və 



 

 

fiziki  xassələrinə  mənfi  təsir  göstərərək  məhsuldarlığının  azalmasına  səbəb 



olur.  

Korroziya nəticəsində ölkələrin iqtisadiyyatına böyük ziyan dəyir. Belə 

ki,  1984-cü  ildə  Fransanın  dəniz  qurğularına  dəyən  zərər  80  milyon  frank 

olmuşdur.  Hər  il  Avstraliyada  bioloji  korroziyadan  dəyən  zərər  25  milyon 

dollar,  Yeni  Zelandiyada  5  milyon  dollar  təşkil  edir.  ABŞ-da  bioloji 

korroziyanın  gəmiçiliyə  vurduğu  ziyan  ildə  10  milyon,  yeraltı  metal 

borularda  sulfat  reduksiyaedici  mikrobların  vurduğu  ziyan  milyon  dollara 

çatır. 


Məşhur Eyfel qülləsini korroziyadan qorumaq üçün hər üç ildən bir 70 

ton xüsusi lak-boyaq maddəsindən istifadə edilir. 

Müxtəlif  ekoloji  şəraitdə  -  suda,  atmosferdə,  torpaqda,  turşuda,  qələvi 

mühitnidə,  metallarda  korroziya  prosesi  müşahidə  edilir.  Bəzi  hallarda  isə 

kimyəvi  təsir  fiziki  dağılma  ilə  müşahidə  olunur.  Belə  korroziya  erroziya 

korroziyası  adlanır.  Dəmir  və  onun  ərintilərində  korroziya  zamanı  əmələ 

gələn oksidlərin hidratlaşması nəticəsində paslanma yaranır. Əlvan metallar 

da korroziyaya uğrayır, lakin onlarda paslanma prosesi getmir. 

Çirklənmə miqyasına, bioloji obyektlərə təsirinə görə və yarada biləcəyi 

ekoloji  problemlərə  görə  çirkləndirici  maddələr  içərisində  ağır  metallar 

xüsusi yer tutur. Ağır metallar canlı orqanizmdə böyük rol oynayırlar, lakin 

biosferdə, atmosferdə intensiv yayılmaları və torpaqda konsentrasiyalarının 

yüksək olması onları toksikiliyə çevirir.  

Təbiətdə  ağır  metalların  əksəriyyəti  yalnız  çox  az  konsentrasiyada 

bitkilər  və  bakteriyalar  üçün  əlverişlidir.  Dəmir,  mis,  sink,  selen,  manqan, 

molibden  və  bəzi  digər  elementlər  mikrodozalarda  canlı  orqanizmlər  üçün 

zəruridir.  Onlar  yalnız  böyük  izafi  dozalarda  təhlükəlidir.  Qurğuşun, 

kadmium,  arsen,  civə  və  onun  birləşmələri  istənilən  konsentrasiyada  əksər 




 

 

ali bitkilər üçün zəhərli hesab olunur. Lakin son tədqiqatlar göstərir ki, hətta 



civə  kimi  toksik  element  mikroorqanizmlərdə  leykositlərin  aktivliyini  və 

maddələr  mübadiləsini,  həmçinin  canlı  orqanizmlərin  dezintoksikasiyasını 

stimullaşdırır.  Çirkləndirici  maddələrdən  ən  təhlükəlisi  ağır  metallar  olan 

qurğuşun,  civə,  kadmium,  arsen,  sink,  nikel  və  başqaları  sayılır.  Canlı 

orqanizmlərlə ağır metallar iki növ təsir göstərir. Az miqdarda onlar bioloji 

aktiv  maddələrin  tərkibinə  daxil  olub,  onun  həyat  fəaliyyəti  proseslərinin 

normal gedişini nizama salır. Texnogen çirklənmə nəticəsində bu müvazinət 

pozularaq  canlı  orqanizmlər  üçün  mənfi,  bəzən  fəlakətli  nəticələrə  səbəb 

olur. Insan orqanizminə daxil olan ağır metallar əksər hallarda qara ciyərdə, 

böyrəklərdə  toplanır.  Bitkilərdə  isə  ağır  metallar  toxumalarda  qeyri  – 

bərabər  paylanır.  Ağır  metalların  bitkilər  tərəfindən  udulması,  nəqli, 

metobolizmin,  toxumalarda  paylanması  becərilən  bitkilərin  növ  və  sort 

xüsusiyyətləri  ilə  sıx  bağlıdır.  Onlara  eyni  zamanda  ekoloji  və  antropogen 

faktorlar da təsir edir. 

Qurğuşunun  insanlara  təsiri  qədim  zamanlardan  məlumdur.  Insan 

orqanizminə qurğuşunun əsas hissəsi (70-80%) qida ilə, 10%-dən çoxu su ilə 

2-2,5%-ə  qədəri  isə  atmosfer  havası  ilə  daxil  olur.  Siqaret  çəkənlər  isə  hər 

siqaret dənəsindən əlavə 1 mkq qurğuşun qəbul edir. ÜST insan orqanizminə 

həftə ərzində daxil olacaq qurğuşunun normativ miqdarının onun bədəninin 

kütləsinin 

0,05mq/kq, 

FAO 


isə 

mq/kq 



qədər 

olmasını 

müəyyənləşdirmişdir.  Qeyri-üzvi  qurğuşun  nəfəs  və  mədə-bağırsaq 

traktından  keçdikdə  orqanizm  tərəfindən  sorulur.  Qana  daxil  olan 

qurğuşunun hamısı eritrosidlər tərəfindən adsorbsiya olunur və sümüklərdə 

toplanır.  Qurğuşunun  sümüklərdən  təmizlənməsi  27  il  davam  edir.  Bir  çox 

tədqiqatlar  əsasında  müəyyən  olunmuşdur  ki,  insan  orqanizmində 

qurğuşunun miqdarı bizim əcdadlarımızda olan “təbii” səviyyədən 100 dəfə 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə