Microsoft Word berk senaye tul docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix08.04.2018
ölçüsü0,57 Mb.
#36683
1   2   3   4   5   6   7   8   9   ...   20

 

 

etsin.  Istismardan  çıxmış  RTM  dan  regenerat  almaq  üçün  doğranmış 



hissəciklərin ölçülərinin 0,5 mm olması kifayət edir. 

Son  zamanlar  RTM-ın  tullantılarını  doğramaq  üçün  zərbəli 

xırdalayıcılardan,  rotorlu  doğrayıcılardan,  ekstruderlərdən  istifadə  olunur.  Bu 

avadanlıqlarda RTM emalı onun hərtərəfli sıxılmasını və yerdəyişməsini təmin 

edir. Bu aparatlarda materialın xırdalanması rotor ilə onun divarı arasında baş 

verir. Bu halda xırdalama prosesinin effektliyi rotor ilə gövdənin arasında olan 

boşluğun  tənzimlənməsindən  asılı  olaraq  dəyişir.  Doğrayıcı  avadanlıqların 

müqaisəli  təhlili  göstərir  ki,  RTM  tullantılarının  doğranması  əhəmiyyətli 

dərəcədə  vərdənələrdən  həyata  keçirilir.  Vərdənələrdə  RTM  tullantılarının 

xırdalanması iqtisadi cəhətdən çox əlverişlidir, texnologiyası asandır. 

Rezin tullantıların bir növü də işlənmiş avtomobil şinləridir. Şin sənayesi 

xalq  təsərrüfatının  böyük  bir  hissəsini  təşkil  edir.  Burada  çəkisi  2-7,5  kq-dan 

1000 kq-a qədər olan pokrışkalar istehsal olunur. 

Avtomobil  pokrışkalarının  çəkisi  mövcud  assortiment  daxilində  40  kq 

təşkil edir. şin sənayesində pnevmatik şinlərdən başqa şinləri təmir etmək üçün 

materiallar,  pnevmatik  muftalar,  pnevmatik  balonlar  və  başqa  məmulatlar  da 

istehsal olunur. 

Ş

in  sənayesinin  tullantıları  istismardan  çıxmış  şinlərdir.  Avtomobil 



parklarının dinamiki artımı istismardan çıxmış şinlərin artmasına və qanunsuz 

zibil  “dağlarının”  əmələ  gəlməsinə  səbəb  olmuşdur.  2010-cu  ildə 

Respublikamızda istismardan çıxmış şinlər 0,85 milyon tona çatmışdır. Lakin 

bu  şinlərdən  istifadə  olunmadığına  görə.  Onlar  ilbəil  artaraq  böyük  ekoloji 

təhlükə  mənbəyinə  çevrilirlər.  Flora  və  faunamıza  ekoloji  zərər  vuran  bu 

bioloji parçalanmayan rezin, əslində tükənməz xammal  mənbəidir. Buna görə 

istismardan  çıxmış  şinlərin  utilzasiyası  təkcə  ekoloji  cəhətdən  deyil,  eyni 

zamanda iqtisadi cəhətdən də səmərəlidir

[ 19]




 

 

Ş



inlərin  istehsalında  çox  qiymətli  neft  məhsullarından  istifadə  olunur. 

Ş

inin  əsas  elementi  olan  onun  pokrışkasının  tərkibində  32-dən  artıq 



inqredientlər  vardır  ki,  bunların  80%-i  neft  məhsullarından  hazırlanır. 

Pokrışkada  olan  bu  qiymətli  xammalı  zibilxanalara  ataraq  həm  özümüzə 

ekoloji  təhlükə  yaradır,  həm  də  çox  qiymətli  xammallardan  istifadə  edə 

bilmirik. 

Respublikamızda avtomobil parklarının günü-gündən artması istismardan 

çıxmış şinlərin sürətlə artmasına səbəb olur. Hər il Bakı şəhərində istismardan 

çıxmış, lakin istifadəsiz qalmış şinlərin ümumi çəkisi 50 min tondan artıq olur.  

Işlənmiş  şinlər  ətraf  mühiti  çirkləndirən  ən  qorxulu  tullantıdır.  Onlar 

aşağıdakı xüsusiyyətlərə malikdirlər: 

-Şin bioloji olaraq parçalanmır; 

- Şin yanğını təhlükəlidir, yanarkən onu söndürmək çətin olur; 

-  Şin  topa  halında  olanda  onların  arasında  müxtəlif  həşəratlar  və 

gəmiricilər yuva salır və çoxalırlar. 

Ş

in yanan zaman ətrafı qara tüstü bürüyür. Bu isə flora və faunaya böyük 



ekoloji  ziyan  vurmaqla    yanaşı,  atmosfer  çirkləndiricilərinin  sayını  şoxaltmış 

olur,  çünki  belə  tüstü  qazların  tərkibində  təbiəti  müəyyən  olmayan 

çirkləndiricilər  vardır.  Istismardan  çıxmış  rezin-texniki  məmulatlar  yandıqda 

böyük  ekoloji  təhlükə  yaranır,  yolxucu  xəstəliklərin  əmələ  gəlməsinə  və 

inkişafına şərait yaranır. 

Müxtəlif  ölkələrdə  istismardan  çıxmış  şinləri  təkrar  emal  etmək  üçün 

yeni-yeni  texnologiyalar  işlənib  hazırlanır  (bu  haqda  sonrakı  fəsillərdə 

araşdırmalar aparılacaq). Respublikamızda köhnə şinlərdən istifadə çox zəifdir. 

Bizdə yalnız pokreşkanın protektorunu təzələyərək yenidən istifadə edirlər. 

Respublikamızda  2014-cü  ildə 950  min şinin  istifadə  olunduğunu nəzərə 

alsaq,  bu  şinlərdən  cəmi  Bakı  şin  zavodunda  və  kooperativlərdə  10  mininin 



 

 

protektoru  yeniləşərək  yenidən  istifadəyə  qaytarılmış,  qalanları  isə  tullantı 



olaraq ətraf mühiti çirkləndirmişlər. 

Respublikamızda  indiyə  qədər  istismardan  çıxmış  rezin  məmulatlardan 

istifadə  olunmaması  gələcəkdə  ekoloji  fəlakətlərin  baş  verməsinə  səbəb  ola 

bilər. 


Təxmini hesablamalara görə Respublikamızda ildə təqribən 850 min ədəd 

pokrışka  istismardan  sonra  tullanır.  Bu  isə  800  mln  manat  vəsaitin  havaya 

atılması  deməkdir.  Məhz  bu  səbəbdən  şin  sənayesində  yenidənqurma  işləri 

aparılmalı, tullanan rezinlərdən qiymətli materiallar əldə olunmalıdır. 

Bu  məqsədlə  işlənmiş  şinlərin  təkrar  emalını  təçkil  etmək  üçün  yeni 

texnologiyalardan istifadə günün vacib problemlərinə çevrilməlidir. 

 

 

 



 


 

 

1.4.Polimerlərin mexaniki-kimyəvi proseslər nəticəsində 



“qocalması” və yaranan ekoloji proseslə

 

Müasir  dövrün  təxirəsalınmaz  məsələlərindən  biri  də  planetimizin  ekoloji 



təhlükəsizliyinin  təmin  olunmasıdır.  Bu  məqsədlə  ətraf  mühitin  mühafizəsi 

problemi  həll  olunmalıdır.  ətraf  mühitə  edilən  antropogen  təsirlər  içərisində 

mühüm  yerlərdən  birini  tullantılar  tutur.  Istismardan  çıxmış  və  işləmə  müddəti 

başa  çatmış  avadanlıqların,  məhsul  istehsalı  zamanı  yaranan  bərk  tullantıların 

ə

traf  mühitə  atılması  ekologiyanı  daha  da  korlayır.  Öz  unikal  xassələrinə  görə 



polimer  məmulatlar  ətraf  mühiti  çirkləndirən  bərk  tullantıdan  içərisində  xüsusi 

yeri tutur. 

Polimerlərdən  hazırlanmış  bir  çox  məmulatlar  istifadə  zamanı  müxtəlif 

deformasiyalara,  köhnəlməyə  məruz  qalırlar  və  bunun  nəticəsində  də  dağılırlar. 

Deformasiya  və  sürtünmə  nəticəsində  polimer  məmulatların  strukturu  dəyişir, 

ə

traf mühitə qarşı müqaviməti azalır



[ 3,15]

Polimerlərdən  hazırlanan  məmulatların  dağılmasının  iki  əsas  səbəbi 



məlumdur.  Birincisi,  müəyyən  zaman  ərzində  polimerdən  hazırlanan 

məmulatların  xarici  mühitin,  yəni  işığın,  istiliyin,  rütubətin,  havanın  təsirindən 

dəyişməsidir.  Bu  eyni  zamanda  polimerin  tərkibini  təşkil  edən  komponentlərin 

quruluşunun  dəyişməsinə  də  səbəb  olur.  Belə  dəyişmə  polimerin  qocalması 

adlanır. 

Ikinci  səbəb  mexaniki  deformasiyadır.  Mexaniki  təsir  nəticəsində  polimer 

kompozisiyasının  özündə  baş  verən  dəyişiklik  yorulma  adlanır.  Əgər  mexaniki 

təsir  polimer  məmulatların  işlədilməsi  zamanı  baş  verirsə,  buna  polimerin 

köhnəlməsi  deyilir.  Bir  çox  hallarda  polimerin  köhnəlməsinin  qarşısını  almaq 

üçün  kompozisiyalara  qocalmaya  qarşı  maddələr  əlavə  edilir.  Təcrübi  olaraq 

müəyyən olunmuşdur ki, köhnəlmə və yorulma eyni zamanda baş verir. Yorulma 

prosesi  isə  qocalma  prosesini  intensivləşdirir.  Bu  proseslər  daha  çox  bir-birinə 

qətran  vasitəsilə  birləşdirilmiş,  qaynaq  edilmiş  polimer  məmulatlarda  yaranır. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə