Microsoft Word berk senaye tul docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix08.04.2018
ölçüsü0,57 Mb.
#36683
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

 

 

prosesinin  çətinlikləridir.  Tullantıların  toplanması,  onların  sortlaşdırılması, 



ayrılması,  təmizlənməsi  və  s.  eləcə  də  təkrar  emal  üçün  xüsusi  avadanlıqların 

olmaması  emalın  çətinlikləri  hesab  olunur.  Ona  görə  hal-hazırda  polimer 

tullantıların  əksər  hissəsin  ya  yandırılır,  yaxud  da  onlar  üçün  ayrılmış  xüsusi 

torpaq  sahələrində  basdırılır.  Bu  isə  torpağın  və  torpaq  sularının  toksiki 

maddələrlə  çirklənməsinə  səbəb  olur,  ətraf  mühitə  hiss  olunacaq  dərəcədə  zərər 

vurulur, ekoloji durum daha da kəskinləşir. 

Azərbaycanda polietilen materiallara olan tələbat onun istehsalını üstünləyir. 

Hesablamalar  göstərir  ki,  ümumilikdə  polietilen  tullantıların  20-25%-ni  təkrar 

emal  etməklə  xalq  təsərrüfatının  polietilen  materiallara  olan  tələbatını  ödəmək 

mümkün olar. Lakin hazırda yalnız tullantıların 2-3% təkrar emal olunur. Tələbatı 

ödəmək  üçün  PE  tullantıların  toplanması  və  ondan  istifadənin  səviyyəsi 

yüksəldilməlidir. 

Çox  təəsüflə  qeyd  etməliyik  ki,  Azərbaycanda  polimer  tullantıların  təkrar 

emalı  yox  dərəcəsindədir.  Belə  tullantılar  və  başqa  bərk  sənaye  tullantıları 

yandırılır.  Bu  isə  atmosferin,  torpağın  zəhərli  toksiki  maddələrlə  çirklənməsinə 

səbəb olur. 

Bakı və Abşerondakı tullantıların tərkibində xüsusi yer tutan linoleum, divar 

kağızları,  pəncərə-qapı  çərçivələri  (PVC),  elektrik  avadanlıqları  və  plastik 

butulkaların  hazırlandığı  xammalın-polixlorbifenellərin  1  kq-nın  yandırılması 

zamanı  50  milliqram  dioksin  əmələ  gəlir.  Bu  miqdar  50  min  laboratoriya 

canlısında  xərçəng  şişlərinin  əmələ  gəlməsinə  səbəb  ola  bilər.  Insan  orqanizmi 

üçün  dioksinin  maksimum  səviyyəsi  fərdi  xüsusiyyətlərdən  asılıdır  və  dəqiq 

müəyyən  olunmayıb.  Dioksinlər  daha  çox  insanın  ümumi  sisteminə  və 

reproduktiv  sağlamlığına  təsir  göstərməklə  ətraf  mühitə  çirkləndirən  təhlükəli 

çirkləndirici hesab olunur. 

 

 



 

 



 

 

II FƏS L. BƏRK SƏNAYE TULLANTILARININ TƏKRAR 



EMAL TEXNOLOG YALARI VƏ ALINAN MƏHSULLAR 

2.1.Metalo-lomların təkrar emal texnologiyası alınan məhsullar 

 

I fəsildə qeyd edildiyi kimi metallurgiya və maşınqayırma sənayesinin 



tullantıları  və  istismar  müddəti  başa  çatmış  metal  avadanlıqlar  metal 

tullantılarına (metalo-loma) çevrilirlər. Bu tullantılar icazə verilmiş və yaxud 

icazə  verilməmiş  zibilxanalara  atılaraq,  ətraf  mühiti  çirkləndirərək  böyük 

ekoloji  problemlər  yaratmaqla  yanaşı,  onların  tərkibində  olan  qiymətli 

metallar  istifadəsiz  qalır.  Halbuki  bu  tullantıların  tərkibindəki  qiymətli 

metallar  böyük  xammal  bazası  ola  bilər.  Odur  ki,  belə  tullantıların  təkrar 

emalı  dövrümüzün  ən  aktual  problemi  sayılır.  Azərbaycanda  metalların 

təkrar emalı demək olar ki, yox səviyyəsindədir. Qara metalın tullantılarını 

təkrar  emal  etmək  üçün  “Bakı  Steel  Company”  şirkəti  fəaliyyət  göstərirdi, 

onlar  da  fəaliyyətini  saxlayıblar.  Qara  və  əlvan  metalların  tullantılarını 

təkrar emal texnologiyaları bir-birindən fərqlənir [ 26]. 

Lazımi  tərkibdə  təkrar  emal  poladı  və  ərintiləri  istehsal  etmək  üçün 

xüsusi  üsullar  yaradılmışdır.  Bunlar  vakkum  elektrik-qövs,  sobalarında 

ə

ritmə,  elektrik-posa  ilə  təkrar  əritmə.  Istənilən  təkrar  emal  poladın 



tərkibində  O,  N,  H,  P,  S  kimi  elementlər  olur.  Bu  elementlər  təkrar  emal 

poladın  tərkibində  müxtəlif  oksidlər,  sulfidlər,  nitridlər,  fosfidlər  və  sair 

birləşmələr  şəklində  olur  və  onun  fiziki-kimyəvi  xassələrinə  mənfi  təsir 

göstərir.  Bu  səbəbdən  bəzi  hallarda  sənayenin  bir  sıra  sahələrində  zərərli 

sayılan  elementlərə  görə  yüksək  təmizliyə  malik  polad  və  ərintilərin  tətbiq 

edilməsi tələb olunur. 

Tullantı  materialların  (şixtənin)  növü  və  onların  şixtənin  tərkibindəki 

miqdarı  istehsal  ediləcək  təkrar  emal  poladın  kimyəvi  tərkibinə  görə  təyin 




 

 

edilir.  şixtə  materialları  elə  seçilməlidir  ki,  əritmə  prosesi  zamanı  ayrı-ayrı 



elementlərin  yaranmasını  da  nəzərə  almaqla  şixtənin  kimyəvi  tərkibi 

alınacaq poladın kimyəvi tərkibinə uyğun olsun. 

Elektrik-qövs sobasında poladəritmədə şixtənin tərkibinə daxil ola bilən 

materiallar cədvəl 2.1-də verilmişdir. 



Cədvəl 2.1 

Ş

ixtənin tərkibinə daxil olan materiallar 

Ş

ixtənin tərkibinə daxil olan materiallar 



Materialın şixtədə miqdarı, % 

Polad tullantıları : 

1.Məxsusi istehsal tullantıları 

2.Satınalma məhsul tullantıları 

Təkrar emal çuqunları 

Ferromanqan 

Ferrosisisium 

Texniki dəmir 

 

30-40 


20-60 

40 


0,8-1,0 

0,8-1,00 

10-30 

 

 



Karbonun qıtlığını azaltmaq üçün texniki dəmir vurulur. 

Istifadə  olunan  polad  tullantıları  məxsusi  və  satınalma  istehsal  tullantısı 

olmaqla  iki  qrupa  ayrılır.  Satınalma  istehsal  tullantısı  özü  də  kimyəvi  tərkibinə 

görə A və B kateqoriyalarına uyğun olaraq legirlənmiş və adi polad tullantıları aid 

edilir. 

Ş

ixtənin  tərkibinə  daxil  olan  polad  tullantılarının  və  digər  materialların 



kimyəvi tərkibi və miqdarı cədvəl 2.2-də verilmişdir. 

 

 

 

 

 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə