Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   10   11   12   13   14   15   16   17   ...   102

 
40 
 
dövlətlərdə “vətəndaş hakimiyyəti” (“cəmiyyət hakimiyyəti” 
–  “sosiokratiya”)  ideyalarının  ortaya  gəlməsini  zəruri 
etməkdədir.
1
  
Dövlət burada daha çox liberal nəzarətedici və müşahidəçi, 
təşkiledici  və  istiqamətləndirici  funksiya  daşıyır.  Beynəlxalq 
münasibətlərdə  də  vətəndaşa  xidmət  anlayışları  ayrı-ayrı 
dövlətlərin vətəndaşları arasında birbaşa əlaqələrin qurulmasını 
zəruri  etmişdir.  Bundan  da  irəli  gələrək  “xalq  diplo-
matiyaları” daha da geniş əhəmiyyət kəsb etməyə başlamışdır. 
Posmodernist  dövlətlərin  tənzimləmə  funksiyasında  daha  çox 
istiqamətlərin yaradılması və bu istiqamətlər üzrə vətəndaşların 
sabit və sərbəst şəkildə hərəkət etmələrini təmin etmək başlıca 
məqsədə  çevrilmişdir.  Liberal  inkişaf  yolunu  tutmuş  dövlətlər 
birbaşa  müdaxilələrə  yox,  müşahidələrə  üstünlük  verirlər. 
Başlıca  məqsəd  dövlətin  gücü  üçün  əsas  potensialı  yaradan 
cəmiyyətin  özünü  güclü  etməkdir.  Mövcud  dövlətlər 
cəmiyyətin  müdafiəsi  ilə  özlərinin  müdafiə  olunmaq  strate-
giyasını  yerinə  yetirirlər.  Özlərinin  güclərini  cəmiyyətlərinin 
potensiallarında  axtarırlar.  Bu  kimi  xüsusiyyətlər  indiki 
dövlətlərin  fəaliyyətini  məzmun  baxımından  klassik  forma  və 
məzmundan  fərqləndirir.  Mövcud  sivil  inkişaf  yolunu  tutmuş 
dövlətlər öz proteksionizm siyasətlərini daha çox sərbəstlikdən 
formalaşdırırlar.  Liberal  iqtisadiyyat,  yumşaq  sosial  münasi-
bətlər  də  məhz  bunlara  əsaslanır.  Mövcud  sivil  dövlətlər  öz 
aralarında  qəbul  olunmuş  normalara  yüksək  düşüncəli 
yanaşmalar üsulundan baxırlar və dünya sakinlərinin qarışması, 
qovuşması  və  birləşməsi  üsullarına  əl  atırlar.  Dünyanın 
münasibətlər  strukturu  həm  də  vahidləşmə  (bütövləşmə) 
prinsipindən meydaan gəlir.  
Dövlət  -bütün  münasibətləri  rəsmi  əsaslarla  tənzim  edən, 
bütün  tərəflərin  hüquqlarını  qəbul  edən,  tanıyan və hüquqların 
                                                 
1
 E.M.  Nəsibov.  Gələcək  dünya  düzəni  və  geosiyasi  mənzərə.  Siyasi 
proqnozların  əsasları.  Ümumi  hissə.  I  kitab.  “Elm  və  təhsil  ”  nəşriyyatı, 
Bakı-2013, 544 səh., səh.24. 


 
41 
 
təmini  üçün  müvafiq  siyasət  həyata  keçirən,  siyasətini  hüquq 
normaları  ilə  reallaşdıran  və  əlaqələri  tənzim  edən  bir 
qurumdur. 
Dövlət-tərəfləri  maraqlar  və  mənafe  uğrunda  bir  arada 
birləşdirən, 
maraqları 
qruplaşdıran 
və 
uyğunlaşdıran, 
koordinasiya edən bir vasitədir. 
Dövlət-münasibətləri  təşkil  edən,  bunun  üçün  müvafiq 
şəraitləri  yaradan  əlaqələri  təşkilatlandıran  və  strukturlar 
yaradan bir vahid mexanizmdir və kompleksdir. 
Dövlət-resursları  müəyyən  formalara  salan  və  onları 
insanların  istifadəsi  üçün  yararlı  edən  bir  mexanzimdir  və 
qurumdur, sistem vahididir. 
Dövlət-insanların  ayrı-ayrı  təbəqələri  arasında  münasibət-
lərin  yaranması  üçün  şərait  yaradan  və  insanların  hər  bir  yaş 
dövründə maraqlarını təmin edən bir təsisatdır. 
Dövlət-insanların  ictimai-siyasi  fəaliyyətini  təmin  edən  və 
ictimai-siyasi münasibətləri tənzimləyən bir təsisatdır. 
Dövlət-cəmiyyətdə  əxlaqi  dəyərləri  təbliğ  edən  və 
cəmiyyətin  müdafiəsi  üçün  bütün  resursları  səfərbər  edən  bir 
qurumdur. 
Dövlət-öz  tərkib  strukturlarının  üzvlərini  (elementlərini, 
komponentlərini)  qoruyan,  ictimai-siyasi  və  mənəvi-əxlaqi 
dəyərləri qoruyan bir təsisatdır. 
Dövlət-öz  tərkib  komponentlərinin  maraq  və  tələbatlarını 
ödəyən və zaman və şəraitlə əlaqələndirən bir qurumdur.  
Dövlət-vətəndaşlarını  öz  daxilində  və  beynəlxalq  aləmdə 
müdafiə  edən  bir  qurumdur.  Bu  baxımdan  hər  bir  vətəndaş 
hərəkət  edərkən  özü  ilə  birlikdə  dövlətin  müdafiəsini  də  hiss 
edir.  Həmin  vətəndaş  beynəlxalq  aləmdə  özünü  öz  dövlətinin 
digər  dövlətlərlə  yaratdığı  və  qəbul  etdiyi  hüquq  normaları  ilə 
müdafiə  olunmuş  hesab  edir.  İki  və  ya  da  çoxlu  dövlətlər 
arasında  qəbul  edilmiş  hüquq  normaları  ilə  bir  dövlətin 
vətəndaşı digər dövlət tərəfindən öz ərazisində müdafiə olunur.  


 
42 
 
Ümumiyyətlə,  dövlət  adlanan  siyasi  (ali  siyasi)  bir  qurum 
haqqında, anlayış haqqında çox geniş fikirlər yürütmək, təriflər 
vermək olar.  
Siyasət nədir. İlk növbədə qeyd etmək lazımdır ki, siyasət 
-dövlətin  tənzimləmə  (idarəetmə,  idarəetmənın  tərkibi  olaraq 
normayaratma,  icraetmə,  hüquqları  qoruma  və  pozulmuş 
hüquqları  bərpa  etmə,  bu  baza  funksiyanın  tərkibi  olaraq  və 
mexanizm kimi əhəmiyyət kəsb edərək, icraetmə, müşahidə və 
nəzarət  etmə,  o  cümlədən  yoxlama,  müayinə,  hesabat  tələb 
etmə  və  s.)  funksiyasının  özüdür.  Siyasət  fərdi  (bir  şəxs 
tərəfindən,  məsələn,  dövlət  və  hökumət  rəhbəri)  və  kollektiv 
(şəxslər  qrupu,  yəni  hakimiyyətin  qolları  olan  mərkəzlər-yerli 
və  mərkəzi  idarələr,  təşkilatlar)  formada  olmaqla,  iki  formalı 
subyekt  (burada  formalar  dedikdə,  şəxsin  fərdi  fəaliyyəti  və 
mərkəzin  fəaliyyəti  nəzərdə  tutulmalıdır)  tərəfindən  müəyyən 
edilir  və  icra  olunur.  Siyasətin  müəyyən  olunması  dedikdə, 
onun  sahələr  üzrə,  eləcə  də  obyektlər  və  subyektlər  üzrə 
istiqamətləndirilməsinin  ilkin  əsasları,  ilkin  layihəsi  başa 
düşülür.  Siyasət  mərkəzlərdə  yaranır  və  bütün  cəmiyyətləri 
əhatə  edir.  Fərdlər  (burada  şəxslər)  öz  maraqlarını  və 
potensiallarını  daha  çox  mərkəzlərdə  cəmləşdirirlər.  Siyasət 
mərkəzlərində  şəxslərin  iradələrinə  uyğun  olaraq  siyasət 
normaları  (burada  hüquq  normaları)  hazırlanır  və  icraya 
istiqamətləndirilir.  Siyasi  fəaliyyətin  mərkəzində  məhz  bütün 
sahələri  əhatə  edən  hüquq  normaları  (universal  və  xüsusi) 
dayanır.  Siyasət  mərkəzləri  əsas  etibarilə  ötürücülük  və 
paylayıcılıq  funksiyanını  yerinə  yetirirlər.
1
 Mərkəzlər  arasında 
pilləli  (səlahiyyət  bölgüsünə  görə  yerli  qurumların  mərkəzi 
hakimiyyət  qurumlarına  tabe  olması)  və  eynixətli  (burada 
təqribən  eyni  səlahiyyətləri  özündə  cəmləşdirən  strukturlar 
nəzərdə  tutulur.  Məsələn,  yerli  icra  və  hüquq-mühafizə 
                                                 
1
 Nəsibov E.M. “Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri”, Bakı-
“Elm və Təhsil”-2010. 116 s., ss.11-13. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə