Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   2   3   4   5   6   7   8   9   ...   102

 

 
tələbatı-maddi-mənəvi  aləmi”  birləşdirir.  İnsan  maraqları 
“xalq-əhali”  vəhdətini  yaradır  və  bütün  sahələri  əhatə  edir). 
Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  beynəlxalq 
münasibətlər  və  dövlətin  daxili  siyasət münasibətləri daxili 
münasibətlər baza olmaqla, bir-birini şərtləndirən və vahid 
mərkəzə xidmət edən iki şaxədir.  
Dövlət  (burada  dövlət  hakimiyyəti)  özünü  siyasətlə 
sübut və  təsdiq  edir,  gerçəkləşdirir.  Dövlət özü bir hərəkət 
strukturu  və  mexanizmisidir,  sistem  vahidi  və  enerji 
mənbəyidir,  təsiredici,  nizamlayıcı  və  bunlardan  irəli 
gələrək,  idarəedici  bir  mexanizmdir.  Dövlət  öz  bütöv 
enerjisini  strukturlarının  fəaliyyətinin  cəmindən  forma-
laşdırır.  Dövlət  siyasəti  ilə  özünü  təmin  edir  (resursların 
qarşılıqlı  vəhdəti  və  birlikdə  fəaliyyəti  dövləti  yaradır), 
inkişafa  məruz  qalır  və  bütün  inkişaf  proseslərində  özünü 
qoruyur.  Bu  prinsipdən  çıxış  edərək  hesab  etmək  olar  ki, 
dövlətin  inkişaf  və  müdafiə  qabiliyyəti  vardır  və  bu,  həm 
daxili,  həm  də  xarici  fəaliyyətdə  özünü  göstərir.  Dövlət  bu 
iki  fəaliyyət  sahəsi  arasında  da  birləşdirici  inkişafı  və 
müdafiə funksiyasını formalaşdırır. Bu baxımdan da dövlət 
onun  strukturların  qarşılıqlı  birləşmiş  vəhdət  təşkil  edən 
canlı  bir  orqanizm  kimi  qəbul  olunur.  Dövlət  resursları 
hərəkət  vəziyyətində  saxlayan  və  resursların  hərəkətindən 
zamanla  faydalanan  və  resursların  hərəkəti  üçün  ardıcıl 
trayektoriya  yaradan  bir  qurumdur.  Bu  prinsipdən  irəli 
gələrək  hesab  etməliyik  ki,  xarici  siyasət  dövləti  lazımi 
resurslarla  təmin  edən  və  qoruyan  fəaliyyətdir.  Dövlətin 
cəmiyyəti inkişaf etdikcə, resurslara da tələbat artır. Dövlət 
resurslarla zəngin olan bir ictimai-siyasi qurumdur. Dövlət 
əslində  cəmiyyətə  xidmət  üçün  təşkil  edilən,  onu  mühafizə 
edərək  inkişaf  etdirən  bir  qurumdur.  Cəmiyyət  müstəqil 
(nisbi olaraq və müəyyən anlarda mütləq formada) şəkildə 
inkişaf  edən  və  öz-özünü  daxilən  tənzimləyən  və  dövlət 
hakimiyyəti  vasitəsilə  kənardan  müşahidə  edilən  bir 


 

 
bütövdür.  Cəmiyyət-dövlət  hakimiyyəti  münasibətləri 
ümumilikdə  insan  maraqlarının  “doymasına”  xidmət  edir. 
Cəmiyyət-dövlət  hakimiyyəti  münasibətlərinin  möhkəmliyi 
və  sərbəstliyi  ümumilikdə  dövlətin  və  onun  mənbəyi  olan 
əhalinin  güclənməsinə  və  tərəqqisinə  xidmət  edir.  (Qeyd: 
dövlətin  siyasəti  dedikdə,  ölkə  daxilində  -buraya  dövlət 
hakimiyyətinin  və  vətəndaşların  qarşılıqlı  münasibətlərini 
tənzim  edən  hərəkətlər  başa  düşülməlidir.  Xaricdə  dövlət 
siyasəti  dedikdə  isə,  dövləti  beynəlxalq  aləmdə  təmsil  edən 
dövlət 
hakimiyyətinin 
fəaliyyəti 
nəzərdə 
tutulmalıdır. 
Beynəlxalq  aləmdəki  xalqlararası  rəsmi  münasibətlərdə 
dövlətləri  tərəf  kimi  onların  hakimiyyətləri  təmsil  edirlər. 
Vətəndaşların  təmsilçiliyi  isə  “xalq  diplomatiyası”  adlanır. 
Vətəndaşların 
təmsilçiliyi 
də 
onların 
dövlətlərinin 
hakimiyyətləri  vasitəsilə  yerinə  yetirilir.  Buradan  da  belə  bir 
məntiqi  nəticələrə  gəlmək  olur  ki,  dövlət  siyasətində  əsas 
aparıcı  tərəf  dövlət  hakimiyyətidir.  Vətəndaş  tərəfi  isə  dövlət 
hakimiyyətini təmin etmək üçündür, mənbədir).  
Dünya  siyasətinin  və  beynəlxalq  münasibətlərin  (beynəl-
xalq  münasibətlər  dünya  siyasətinin  tərkibidir,  dünya 
siyasətinin  vahid  tərkibinin  iki  istiqamətindən  biridir.  Digər 
tərkib  isə  dövlətlərin  (hakimiyyətlərinin)  öz  daxillərində  baş 
verən,  dövlətlərin  öz  sərhədləri  daxillərində-daxili  məkanla-
rında,  həyata  keçirdikləri  siyasətdir)  əsas  iştirakçıları  olan  və 
siyasəti  formalaşdıran,  münasibətlər  və  əlaqələr  sistemini 
meydana  gətirən  dövlətlər  (beynəlxalq  münasibətlərdə  dövlət 
hakimiyyəti  yox,  dövlət  anlayışı  işlənməlidir.  Çünki  tərəf  kimi 
dövlət  bütöv  olaraq  tanınır.  Dövlət  hakimiyyəti  xalqını 
beynəlxalq  münasibətlərdə  təmsil  edir)  güclərinə  görə  bir-
birilərindən  fərqlənirlər.  Fərqlənmə  sayəsində  dövlətlər 
arasında  təsir,  əks  təsir,  qruplaşma  və  qrup  formasında  təsir 
(fərdi və kollektiv təsir) prosesləri meydana gəlir ki, bu da öz-
özlüyündə  dünya  bütövlüyünü  yaradır.  Dövlətlərin  bu  və  ya 
digər formada asılılığını ortaya çıxarır. Bu əks olunma qaydası 


 

 
və  forması  real  dünya  siyasətinin  əsaslarını,  şərtləndirici 
bazasını  və  istiqamətlərini  meydana  gətirir.  Reallıqdan 
maraqların  təmin  olunması  məsələləri  xüsusi  əhəmiyyət  kəsb 
edir.  Məlumdur  ki,  dünyanın  siyasi  xəritəsi  müxtəlif  gücə 
malik  olan  dövlətlərin  (müxtəlif  rənglərdə  təsvir  olunan 
sərhədlərlə)  birliyindən  formalaşıbdır.  Bu  formalaşmada  tarixi 
proseslər coğrafi amillərlə vəhdət təşkil edərək coğrafi məkan-
larda  siyasi  proseslərin  formalaşmasını  zəruri  edibdir.  Siyasi 
xəritədə  olan  fərqlənməni  (ərazi  böyüklüyünə  görə)  dövlət-
lərin siyasi gücləri və potensial imkanları baxımından “növlərə 
ayrılmaları”  (dövlətlərin  güclərinə  görə  təsnif  olunmaları) 
kimi  də  adlandırmaq  olar.  Hər  bir  dövlət  həm  xalqına 
(millətlərinə,  etnik  tərkiblərinə)  görə  özünəxas  xüsusiyyətə 
(burada  cəmiyyətlərin  də  fərqli  olması  labüd  şərtlərə  çevrilir), 
həm də forması (burada əhalinin sayı, ərazinin böyüklüyü və 
ya da kiçikliyi baxımından) nöqteyi-nəzərdən fərqli tərkibə və 
ölçüyə  malikdir.  Lakin  bütün  dövlətlər,  formalarına  baxmaya-
raq (burada  ərazi  ölçüsü  və əhali  sayı  baxımından), oxşar və 
eyni  məzmunlu  fəaliyyətə  malikdirlər.  Dövlətlər  irli-xırdalı 
“dövlət”  məfhumu  prinsipləri  ilə  fəaliyyət  göstərirlər.  Dövlət 
öz  vətəndaşlarının  hüquqlarını  müxtəlif  sahələr  üzrə  təmin 
etməkdə  və  qorumaqda  borcludurlar. Məhz dövlətlərin mahiy-
yətində, onların quruluşunun məğzində bu amil dayanır.  Bütün 
dövlətlər  insanlardan  və  onların  toplusundan  meydana  gəldik-
lərindən,  təbii  proses  olaraq  eyni  məzmunlu  fəaliyyət  göstər-
mək  məcburiyyətində  qalırlar.  Bu  da  insanların  təbii  qurulu-
şundan  və  genetik  maraqlarından  ortaya  çıxan  bir  zərurətlə 
bağlıdır.  Buradan  da  belə  bir  məntiqi  nəticə  əldə  olunur  ki, 
dövlətin bir qurum kimi fəaliyyəti təbii qanunauyğunluqlardan 
ibarətdir.  Dünya  dövlətlərinə  bütün  dünya  insanlarının  vahid 
maraqlarını  təmin  edən  ayır-ayrı  vasitələr  kimi  baxılmalıdır. 
Maraqların  təmin  olunması  istiqamətində  görülən  işlər  bütün 
dünyada insanların təbiətində özünü əks etdirir. Bu oxşarlıq da 
dövlətləri beynəlxalq aləmdə bir araya  gətirməyə məcbur edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə