Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   2   3   4   5   6   7   8   9   ...   102

 
10 
 
Bütün insanlar eyni və oxşar məzmunlu və formalı xüsusiyyət-
lərə malik olduğundan onların yaratdıqları qurumlar da eyni və 
oxşar  məzmunlu  siyasəti  rellaşdırırlar.  Bu  baxımdan  bütün 
dövlətlərin  fəaliyyətlərinin  bazasında,  təşkilati  funksiyalar 
yerinə  yetirməklə,  xidmət  amili  üzərində  siyasəti  reallaşdır-
maq  dayanır.  Buna  görə  də  dövlətlər  siyasət  qurumlarıdır. 
Dünya dövlətlərinin  eyni  məzmunları  və oxşar formaları onlar 
arasında  uyğunluğu  (fəaliyyət  və  struktur  baxımından)  və 
eləcə  də  fərqliliyi,  yəni,  dövlətlərin  güclərinin  müxtəlifliyi 
baxımından  meydana  gələn  fərqləri    yaradır.    Kiçikli-böyüklü 
bütün  dövlətlər  öz  hərəkətlərini  (beynəlxalq  münasibətlərdə 
dövlətlərin  hərəkətlərini  onların  hakimiyyəti  həyata  keçirir), 
siyasi  fəaliyyətlərini  maraqlar  üzərində  qururlar.  Dövlət 
maraqları  qruplaşdıran  (həm  daxildə,  həm  də  beynəlxalq 
sferada) və bu maraqları fərdi və universal qaydada (mərkəzi və 
regional  istiqamətli  əsaslarla)  təmin  edən  əsas  qurum  kimi 
əhəmiyyət  kəsb  edir.  Buradan  da  dövlətlərin  siyasi  fəaliyyət-
lərinin  təsnifatı  (dərəcələnməsi  məsələləri)  ortaya  çıxır. 
Təsnifat  həm  daxildə  görülən  işlərdə  özünü  göstərir,  həm  də 
beynəlxalq aləmdə müəyyən olunur.  
Dünya dövlətləri öz aralarında olan münasibətləri “dövlət” 
olduqlarına  görə,  dövlət  ideyası  mərkəz  olmaqla,  yaradırlar, 
tərəflər  arasında  əlaqələri  təşkil  edirlər.  Əlaqələri  təmin  edən, 
münasibətləri  nizama  salan  dövlət  ideyasının  da  bazasında  və 
dövlətin fəaliyyətinin əsasında öz  xalqına xidmət amili durur. 
Xidmət  müsbət  məzmuna  malikdir.  (Qeyd:  dövlət  mahiyyət 
etibarilə  ədaləti  təmin  edən,  ədalətin  ardıcıl  olaraq  mövcud-
luğunu  qoruyan  bir  qurumdur.  Dövlətin  daxilində  siyasətin 
dərəcələnməsi  iyerarxiyanı  meydana  gətirdiyindən  bağlılıq 
ortaya çıxır. Bağlılıq zamanı ziddiyyətlərin tam şəkildə ortaya 
çıxmaması  üçün  və  nisbi  əsaslarla  hüquqi  bərabərliyi  təmin 
etmək  məqsədilə  dövlət  daxilində  tərəflər  arasındakı 
münasibətlərdə  “mənim  sənin  hüququnu  təmin  etmək 
hüququm  vardır”  ideyası  əsas  mərkəzi  ideya  kimi  qəbul 


 
11 
 
edilməlidir.  Bu  anda  nisbi  bərabərlik  (özündə  mütləqliyi  əks 
etdirməklə)  və  sabitlik,  eləcə  də  vahid  enerjilik  ortaya  çıxa 
bilir.  
Dövlətin  fəaliyyəti  həm  sabit  və  loyal  olaraq  yerinə 
yetirilir,  həm  də  burada  funksiyanın  icrası  zamanı 
gərginliklər  və  qeyri-sabitliklər  üzə  çıxır.  Dövlətin  (burada 
dövlət  hakimiyyətinin  güc  tətbiqi  nəzərdə  tutulur)  zorakı 
məzmunu  da  vardır.  Zorakı  aparat  kimi  fəaliyyəti  insanlar 
arasında  onun  mənfi  və  qəbul  edilməyən  xüsusiyyətlərini 
ortaya çıxarır. Dövlət hakimiyyəti zor tətbiq edir. Bu anda öz 
maraqlarını güdür. Dövlət hakimiyyəti həm də özünün siyasi 
forma kimi mövcudluğunu qorumaqda maraq nümayiş etdirir 
və  təhlükə  yarandıqda  güc  tətbiqinə  əl  atır.  Dövlət 
hakimiyyəti  gücün  tətbiqini  də  o  halda  reallaşdırır  ki,  həm 
dövlətin tərkib elementi olan vətəndaşlarını qorusun, həm də 
özünün  siyasi  qurum  kimi  fəaliyyətini  təmin  etsin.  Zorakılıq 
dövlətin  formasını  qorumaq  baxımından  və  tərkib  element-
lərini  mühafizə  etmək  zərurətindən  irəli  gəlir.  Zor  tətbiq 
etmək  də  dövlətin  leqal,  qanuni  (onun  hüququdur) 
hərəkətinin  əsaslarını  yaradır.  Dövlət  hakimiyyətinin  güc 
tətbiq  etmək  hüququ  onun  öz  sistemini  qoruması  istəklə-
rindən  irəli  gəlir.  Burada  bir  məsələni  xüsusi  olaraq,  nəzərə 
almaq  lazımdır  ki,  siyasət  dövlət  hakimiyyətinə  aid  olan 
məsələdir.  Çünki  idarəetmədir.  Dövlət  hakimiyyəti  ilə  yanaşı 
mətndə  dövlət  sözünü  də  işlətəmk  mümkündür.  Bu  halda 
dövlət  hakimiyyəti  başa  düşülməlidir.  Dövlət  hakimiyyətinin 
siyasəti  düşüncələrdə  elə  dövlət  siyasəti  kimi  qəbul  olunur. 
Dövlət  hakimiyyətləri  öz  siyasətlərini  dövlət  adından  həyata 
keçirirlər.  Lakin  onu  da  nəzərə  almaq  lazımdır  ki,  dövlət 
hakimiyyəti  ilə  vətəndaşlar,  yəni  cəmiyyət  birlikdə  dövlətin 
tərkib  komponentidir  və  bir-birinə  bağlı  olan  iki  şərti 
strukturdur. Onu da nəzərə almaq lazımdır ki, dövlət rəhbəri 
ilə hakimiyyət rəhbərləri anlayışları arasında həm oxşar, həm 
də  fərqli  məzmunlar  vardır.  Dövlət  rəhbəri  özündə  dövlətin 


 
12 
 
bütün  komponentlərini,  yəni  hakimiyyətlərini  və  cəmiyyətini 
vəhdət  şəkilində  əks  etdirir.  Hakimiyyət  rəhbərləri  isə  ayrı-
ayrı qolların rəhbərləri olaraq dövlətin müəyyən etdiyi siyasət 
istiqamətlərini  icra  edirlər.  Oxşarlıq  isə  onunla  izah  oluna 
bilər  ki,  dövlət  rəhbərləri  də  qərar  qəbul  etmək  və  icraya 
yönəltmək funksiyasını yerinə yetirirlər).  
Dövlət  xarici  siyasəti  ona  görə  həyata  keçirir  ki, 
vətəndaşlarının  daxili  (əsas)  və  beynəlxalq  maraqlarını 
(şaxələnən)  təmin  etsin.  Bu  nöqteyi-nəzərdən  dövlətin 
“dövlət”  məzmununa  (əvvəlcə  qeyd  olunduğu  kimi,  burada 
həm də dövlət hakimiyyətini dövləti təmsil etməsi zamanı) həm 
də daxildə və xaricdə münasibətləri təşkil etmək, tənzimləmək 
və  maraqları  təmin  etmək  aiddir.  Eyni  və  oxşar  məzmunlu 
əsaslarla  (ərazi,  əhali,  hakimiyyət,  dövlət  mülkiyyəti-burada 
həm  də  şəxslərin  şəxsi  mülkiyyətləri;  dövlət  rəmzləri-gerb, 
bayraq,  himn;  atributları  -  milli  pul  vahidi,  hakimiyyəti-
idarəetmə  aparatı)  mövcud  olan  siyasi  birləşmələri-vəhdətdən 
meydana  gələn  kompleksi  ümumi  anlayış,  ümumi  məfhum 
olaraq “dövlət” adlandırırıq. (Qeyd: dövlət və özəl mülkiyyət 
dedikdə,  bu  bölgüyə  mütləq  ölçülərlə  yanaşı,  həm  də  şərti 
aspektlərdən  yanaşmaq  lazımdır.  Rəsmi-hüquqi  anlamda 
dövlət  mülkiyyəti  tərəflərə  mənsub  olmaq  baxımından 
dövlətə  aid  edilən  mülkiyyət  kimi  başa  düşülür  və  onun 
üzərində  dövlətin,  yəni  dövlət  hakimiyyətinin,  sərəncam 
vermək  hüququ  qəbul  olunur.  Dövlətin  mülkiyyətinə  həm 
də vətəndaşların (fiziki və hüquqi şəxslərin) malik olduqları 
özəl  mülkiyyəti  aid  etmək  olar.  Çünki  vətəndaş  dövlətin 
daxilindədir. Geniş anlamda düşündükdə, dərk edə bilmək 
olur  ki,  dövlət  mülkiyyəti  və  vətəndaş  mülkiyyətindən 
ibarət  olan  dövlətin  mülkiyyəti  əslində  elə  vətəndaşların 
fərdi  və  ümumi  qaydada  istifadə  etdikləri  mülkiyyətdir  və 
onlara  məxsusdur).  Bu  baxımdan  da  bu  birliklər,  yəni 
dövlətlər  beynəlxalq  sferada  (regional  və  regiondan  kənar 
məkanlar  üzrə)  öz  aralarında  münasibətləri  tənzim  etmək  və 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə