Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   2   3   4   5   6   7   8   9   ...   102

 
13 
 
ayrı-ayrı  sahələr  üzrə  əlaqələri  qurmaq  üçün,  hərəkətləri 
qaydalara  salmaq  və  istiqamətləndirmək  naminə  vahid 
normalar  yaradırlar,  onlara  əməl  edirlər,  normaların  icrasını 
təmin  edirlər.  Dövlət  nizamlı  və  sistemli  bir  quruluş 
olduğundan  onun  fəaliyyəti  və  digər  dövlətlərlə  əlaqələri  də 
nizamlı  olaraq  həyata  keçirilir.  Nizam  dövlət  fəaliyyətinin 
mahiyyətindədir  və  onu  gerçəkdə  aşkarlayan  vəziyyət  və 
vasitədir.    Bu  baxımdan  da  hüquq  normaları  nizamasalma 
vasitələri  olaraq  xüsusi əhəmiyyət kəsb  edir. Hüquq normaları 
insanların  təbii  hüquqlarını  (insanların  yaşlarından,  əmək  və 
fiziki, eləcə də əqli qabiliyyətlərindən, həmçinin fəaliyyətindən 
asılı  olaraq  bütün  sahələrdə)  təsbit  etmək  üsulu  ilə  tanıyır, 
qoruyur  və  təbii  hüquqları  yerinə  yetirmək  üçün  onlara 
hərəkətlər etmək hüququ və səlahiyyəti verir. (Qeyd:  dövlətlər 
vahid  qurumlar  olduğundan  və  vahid  məzmunlu  siyasəti 
həyata  keçirdiklərindən,  öz  aralarında  siyasət  sahəsində 
biliklər  əldə  etmək  naminə  təcrübə  mübadilələri  həyata 
keçirirlər.  Siyasətin  istiqamətlərini  öyrənmək  üçün  beynəl-
xalq  təcrübələrdən  istifadə  olunur.  Bir  dövlətin  hüquq 
normaları sistemi digər dövlətin hüquq normaları sistemində 
bu  və  ya  digər  səviyyədə  qəbul  edilir  və  bu  normalardan 
faydalanma  həyata  keçirilir.  Buradan  da  dövlətlərin 
fəaliyyətləri arasında oxşarlıqlar, uyğunluqlar meydana gəlir. 
Beynəlxalq  aləmdə  siyasət  məhz  “dövlət”  məfhumunun 
mərkəzində həyata keçirilir)Dövlətlər, xalqlarının kimliyindən, 
etnik mənşəyindən, insanlarının irqi, dini və milli mənşəyindən 
asılı olmayaraq, gender bərabərliyi əsasında, təbəqələr arasında 
tarazlı  münasibətlər  prinsipləri  ilə  insanlara  xidmət  üçün 
təşkil  edilir.  Dövlət  öz  resurslarını  zamanla  birləşdirərək 
vətəndaşlarının  hüquqlarını  təmin  etməyi  qarşısına  məqsəd 
qoyur.  
Dövlətlərin  öz  aralarında  olan  münasibətlərini  və  əlaqələrini 
təmin  edən  və  əlaqələri  sahələr  üzrə  istiqamətləndirən  normalar 
beynəlxalq  hüquq  normaları  adlanır.  Ona  görə  beynəlxalq 


 
14 
 
hüquq  normaları  adlanır  ki,  bu  normalar  dövlətin  beynəlxalq 
sferada  hərəkətini  tənzimləyir  və  dövlətə  müəyyən  hüquqlar 
verir  (dövlət  fəaliyyətinə  hüquqi  səlahiyyət  verir),  həmçinin 
dövlətin  sərbəst  fəaliyyət  hüququnu  təsdiqləyir.  (Qeyd: 
dövlətlərin  beynəlxalq  hüquqları  təbii  bir  amildir.  Belə  ki, 
dövlətlər varsa və onlar arasında əlaqələr zəruridirsə, onların 
hüquqları  da  təbii  olaraq  meydana  gələndir.  Dövlətlər 
beynəlxalq  hüquq  normaları  ilə  özlərinə  məxsus  olan 
hüquqları  təsbit  edirlər.  Burada  hüquq  məsələsinə  də  iki 
aspektdən  yanaşmaq  olar:  birincisi,  dövlətlərin  özlərinin  bir 
qurum kimi hüquqlarının mövcudluğu; ikincisi, münasibətlər 
və  əlaqələr  fonunda  onların  hərəkətlərinin  əsaslarını 
şə
rtləndirən  hüquq.  Bu  halda  artıq  dövlətin  vəzifə  və 
səalhiyyətlərinin mövcudluğu şərtləri ortaya çıxır. Dövlət özü 
bir  hüquq  subyektidir  və  hüquqi  hərəkətlər  edən  tərəfdir). 
Eləcə  də  fəaliyyət  sferaları  aralarında  olan  əlaqələri 
tənzimləyir.  Beynəlxalq  hüquq  normaları  bir  tərəfdən  dövlət-
lərin  azadlıqlarını  əks  etdirir,  digər  tərəfdən  də  sərbəst 
hərəkətlərinin  üfiqi  (ətraflara)  və  şaquli  (aşağıya)  sərhədlərini 
müəyyən  edir.  Beynəlxalq  hüquq  normaları  beynəlxalq 
fəaliyyətə  və  hərəkətlərə  hüquqlar  verir  və  onları  nizamlayır. 
Eyni zamanda tərəflərin səlahiyyətlərini və öhdəliklərini qəbul 
edir.  Dövlətin  beynəlxalq  səviyyədə  vəzifə  və  funksiyaları 
beynəlxalq  hüquq  normaları  ilə  tənzim  olunur.  Beynəlxalq 
hüquq  dövlətlərin  fəaliyyət  sferalarından  da  meydana  gəlir. 
(Qeyd: beynəlxalq hüquq norma və qaydalarda əks olunan 
məcmuə  olaraq,  münasibətləri  tənzim  edən  normalar 
məcmuəsi  kimi  obyekt  və  predmet  rolunu oynadığına görə 
tənzimlənən  sahədir.  Həm  də  münasibətləri  tənzim  edən 
vasitədir). Fəaliyyətlərin genişlənməsi, subyektlərin çoxalması 
hüquq  normalarının  sahələr  üzrə  genişlənməsinin  əsaslarını 
təşkil  edir.  Dövlətlər  bütün  sahələr  üzrə  öz  hüquqlarını 
qarşılıqlı  olaraq  qəbul  edir  və  tanıyırlar.  Onlar  bir-birilərinə 
hüquq  və  səlahiyyətlər  verirlər  (burada  qarşılıqlı  qaydada 


 
15 
 
razılaşdırılma  əsasında)  və  bu  səlahiyyətlərdən  irəli  gələn 
vəzifə  və  öhdəlikləri  müəyyənləşdirirlər.  Dövlətlərin  universal 
hüquqları  və  konkret  sahələr  üzrə  hüquqları  beynəlxalq 
sənədlərdə  normalar  şəklində  təsbit  olnur.  Beynəlxalq  hüquq 
normalarının kompleksliliyi beynəlxalq siyasətin kompleksliliyini 
meydana gətirir və beynəlxalq sistemin mexanizm qaydalarını və 
istiqamətlərini  formalaşdırır.  Beynəlxalq  siyasətin  çoxtərkibliyi 
beynəlxalq  hüquq  normalarının  da  çoxtərkibliliyini  ortaya 
çıxarır.  Beynəlxalq  hüquq  beynəlxalq  münasibətlərin  vəhdətini 
və tərkib ünsürlərini formalaşdırır. Beynəlxalq hüquq beynəlxalq 
münasibətləri xarici siyasətdən bir qədər “üstə qaldırır” (sanki, 
xarici  siyasətin  nəticələri  olaraq)  və  beynəlxalq  münasibətləri 
həm  konkret,  həm  də  mücərrəd  bir  sferaya  çevirir.  Bu  anda 
dövlətlərin  beynəlxalq  münasibətlər  və  əlaqələr  təşkil  etmək 
hüququ  yaranır.  Beynəlxalq  hüququ  dövlətlər  özləri  ilə 
“daşıyırlar”.  Bu  hüquqlar  fəaliyyət  əsnasında  (təbii  hüquqdan, 
təbii  məzmundan  doğmaqla)  formalaşır.  Beynəlxalq  hüquq 
normaları 
beynəlxalq 
münasibətlərin 
kompleksliliyi 
və 
dövlətlərin  xarici  siyasətlərinin  istiqamətləri  arasında  oxşar 
məzmunları  meydana  gətirir.  Yəni  bütün  dövlətlər  xarici 
siyasətlərini eyni və oxşar prinsiplərlə həyata keçirirlər. Burada 
da  məqsəd  xarici  siyasətin  reallaşdırılması  zamanı  kəskin 
qarşıdurmalara  yol  verməməkdən  ibarətdir.  Buradan  belə  bir 
məntiqi fikir ortaya çxır ki, beynəlxalq münasibətlərdə dövlətlərin 
xarici  siyasətlərinin  məqsədi  məhz  sabit  şəraitdə  beynəlxalq 
resurslardan  istifadəni  təmin  etməkdən  ibarətdir.  Oxşar 
prinsiplərin  həyata  keçirilməsində  universal  prinsiplər  və 
onların  əks  olunduğu  sənədlər  mühüm  əhəmiyyət  kəsb  edir. 
Belə  qənaətə  gəlmək  olar  ki,  beynəlxalq  sənədlər  dövlətlərin 
vahid  qaydalar  əsasında  fəaliyyət  göstərmələrinin  əsaslarını 
təşkil edir və onları maraq və mənafe uğrunda vahid məzmunlu 
hərəkətlər  etməyə  sövq  edir.  Dövlətlər  öz  qoyduqları 
qaydaların  məcburi  icraçılarına  çevrilirlər.  Bu  baxımdan  da 
dövlətlər  vahid  siyasət  prinsipləri  ilə  özlərinin  siyasətlərini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə