Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   5   6   7   8   9   10   11   12   ...   102

 
25 
 
bəşəri  problemlərin  birgə  həll  edilməsi  dövlətlərin  qarşısında, 
beynəlxalq  ictimaiyyətin  önündə  duran  baza  amilinə  və 
kriteriyasına çevrilmişdir. Artıq düşüncələr də dəyişmişdir. Bu 
gün  beynəlxalq  güc  qlobal  sülhün  qorunmasına  da  xidmət 
edir.  Böyük  dövlətlərin  geniş  miqyaslı  iştirakları  bir  tərəfdən 
rəqabət obyektlərini meydana gətirsə də, digər tərəfdən sülhün 
qorunmasına  və  bərpasına  səbəb  olmaqdadır.  Dünya  bir  növ 
böyük  və  kiçik  dövlətlər  sisteminə  ayrılıbdır  və  hər  bir 
subyektin  beynəlxalq  aləmdə  özünəxas  yeri  vardır.  Bu  yer  də 
gücdən  və  potensialdan  meydana  gəlibdir.  Beynəlxalq 
münasibətlərin  liberallaşması  və  yumşaq  metodlar  dövlətlər 
arasında da “mənim hüququm sənin hüququnu təmin etmək 
üçündür”  prinsipini  formalaşdırmaqdadır.  Böyükdən  tutmuş 
kiçik gücə malik olan dövlətlərin qarşılıqlı əlaqələrində bu kimi 
anlayışlardan  da  geniş  istifadə  olunur.  Bu  prinsip  böyük 
dövlətlərin öhdəlik və məsuliyyətini daha da genişləndirir.  
Beynəlxalq  münasibətlər,  eləcə  də  dünya  siyasəti  sistemi 
iyerarxik  pilləyə  malikdir.  Bu  baxımdan  dünya  münasibətləri 
sistemində,  ümumdünya  siyasəti  sistemində  başlıca  nəzarət 
funksiyası  böyük  dövlətlərin  əllərində  cəmləşibdir.  Böyük 
dövlətlər  “mənim  hüququm  sənin  hüququnu  təmin  etmək 
üçündür”  prinsipindən  irəli  gələrək,  öz  maraqlarını  da  təmin 
etməyə çalışırlar. Böyük dövlətlərdə cəmləşən resurs kütləsinin 
çoxluğu  və  ondan  sistemli  istifadə  başlıca  olaraq  güclərin 
təsnifatını  yaradıbdr.  Güc,  bu  baxımdan,  tərəflərə  böyük 
funksiya  və  səlahiyyət  verməkdədir.  Böyük  dövlətlər  onların 
potensiallarını  artıran  elementlərin  və  elementlərin  hərəkət-
lərinin  hesabına  güclənirlər.  Böyük  dövlətlərin  güclənməsində 
həm də  siyasət  istiqamətlərinin həcmi,  yəni siyasət axınlarının 
kütləsi böyük rol oynayır.
1
  
                                                 
1
 Nəsibov  E.M.  Gələcək  dünya  düzəni  və  geosiyasi  mənzərə.  Siyasi 
proqnozların  əsasları.  Ümumi  hissə.  I  kitab.  “Elm  və  təhsil”  nəşriyyatı, 
Bakı-2013, 544 səh.,ss.250-294. 


 
26 
 
Bəşəri  güc,  bəşəri  potensial  ümumsülhün  qorunmasına  və 
bir  qədər  də  maddi  sərvətlərin  tarazlı  paylanmasına  əsaslan-
mışdır. Güc o zaman böyük əhəmiyyət kəsb edir ki, təcavüzün 
qarşısını  alır,  zorakılığın  qarşısını  kəsir  və  eləcə  də  maddi  və 
mənəvi  tələbatın  tarazlı  ödənilməsinə  yönəlir.  Güc  bu  anda 
pozitiv  funksiyanı  və  proteksionizmi  yerinə  yetirir.  Güc 
(zorakılıq tətbiq edilən gücün məzmunu və xarakteridir və daha 
çox mənfi amil kimi dərk olunur), eyni mənbədən tətbiq edilsə 
də, müsbət istiqamətə yönələrsə- humanizmə, mənfi istiqamətə 
yönəldikdə  isə  zorakılığa  və  vəhşiliyə  xidmət  edir.  Yəni,  güc 
həm zorakılığı yaradır, həm də humanizmə xidmət edir. Burada 
gücün ikili xassəsi ortaya çıxır. Humanizmin təmin edilməsi də 
mənfi  ünsürün  zərərsizləşdirilməsinə  yönəlmiş  zorakılıqdan 
meydana  gəlir.  Beynəlxalq  münasibətlərdə  stereotiplərdən 
təmizlənmənin  özü  də  gücün  tətbiqi  sayəsində  mövcud  olur. 
Beynəlxalq  münasibətlərdə  güc  qüvvəni,  qüvvə  isə 
potensialı  ortaya  çıxarır.  Bir  məsələni  də  xüsusi  olaraq 
qeyd  etmək  lazımdır  ki,  böyük  güc  mərkəzinin  sərhəd-
lərində  və  siyasi-iqtisadi  orbitində  yerləşmək  sayəsində 
digər  orta  və  kiçik  miqyaslı  güc  birliklərinin  (yəni  dövlət-
lərin)  potensialları  da  artır.  Böyük  dövlətin  sərhəddində 
yerləşmək  də  gücün  artmasına  xidmət  edir.  Böyük 
mərkəzdən  gələn  və  orta  və  kiçik  mərkəzlərə  daxil  olan 
enerji  daxil  olduğu  məkanların  resurslarının  çoxalmasına 
və resurslar üzərində hərəkətlərin böyüməsinə səbəb olur.
1
  
Dünyanın  təbii,  maddi  və  mədəni  sərvətlərinə  birgə 
yiyələnmə,  bəşəri  problemlərin  ümumilikdə  həlli,  vahid 
sivilizasiyanın inkişafını təmin etmək müasir dünyanın iqtisadi, 
siyasi  və  mədəni  cəhətdən  inkişaf  etmiş  və  etməkdə  olan 
xalqlarının  qarşısında  duran  başlıca  məqsəddir.  Bu  baxımdan 
istənilən  cəmiyyətdə  başqa  cəmiyyətlərə  inteqrasiya  prosesləri 
                                                 
1
 Nəsibov E.M. Siyasət (nəzəriyyələr, mövqelər, baxışlar, təhlillər, ideyalar, 
təkliflər,  proqnozlar)  elmi  və  elmi-publisistik  məqalələr  toplusu.  II  CİLD, 
Bakı, “Elm və təhsil”, 2010, 600 s., ss.205-249. 


 
27 
 
baş  verir.  Məlumdur  ki,  dünya  ayrı-ayrı  etnoslardan  və 
müxtəlif  say  tərkibinə  malik  olan  xalqlardan  və  bu  xalqların 
mənsub  olduqları  müxtəlif  ərazi  ölçüsünə  malik  olan 
dövlətlərdən  ibarətdir.  Hal-hazırda  beynəlxalq  hüququn  əsas 
subyektləri  olan  dövlətlər  bir-biriləri  ilə  yeni  əsaslı 
münasibətlər  qurmaq,  əlaqələr  yaratmaq  siyasətini  həyata 
keçirirlər.  Əvvəlcə  də  qeyd  olunduğu  kimi,  bu  proseslər 
fonunda  onların  iştirak  səviyyələrinə  görə  gücləri  təsnif 
olunur.  Müasir  zamanda  dünya  xalqlarını  düşündürən  əsas 
məsələ  dünyanın  artan  gücünün  hansı  istiqamətlərə  yönəldil-
məsidir.  Bütün  istiqamətlərdə  insan  hüquqlarının  təmin  və 
müdafiəsi əsas məqsədlərə çevrilir.  Ən pozitiv yol beynəlxalq 
sülhün,  ümumdünya  sülhünün  qorunmasına  xidmət  etməkdən 
ibarətdir.  Xalqlar  arasındakı  münasibətlər  və  iqtisadi-siyasi, 
mədəni  əlaqələr  onların  təmsil  olunduqları  dövlətlər  (dövlət 
hakimiyyəti)  vasitəsilə  qurulur.  Yəni  dövlətlərin  ikitərəfli  və 
çoxtərəfli  əsaslarla  imzaladıqları  sənədlər  əsasında  onların 
vətəndaşları 
arasında 
münasibətlər 
formalaşır, 
əlaqələr 
yaradılır. Buradan belə bir məntiqi nəticə əmələ gəlir ki, dünya 
vətəndaşlarının  birgə  inteqrasiyasını  təmin  edən  əsas  qüvvə 
məhz  həmin  vətəndaşların  yaratdıqları  dövlətlərdir.  Xalqlar 
arasındakı  münasibətlərin  səviyyəsi,  yəni  aşağı  və  yüksək, 
yaxşı  və  pis  olması  müasir  zamanda  onların  dövlətlərindən  və 
hakimiyyətlərindən  asılıdır.  Tarixən  də,  yəni  dövlətlərin 
meydana  gəlməsi  anından,  hal-hazırki  vaxta  qədər  də  belə 
olmuşdur.  Buradan  konkret  olaraq  belə  bir  sual  ortaya  çıxa 
bilir:-  dövlətlərə  xarici  siyasət  lazımdırmı  və  dövlətin  xarici 
siyasəti  xalqlara,  dövlətlərin  vətəndaşlarına  nə  kimi  xidmət 
göstərir? Cavab ondan ibarətdir ki, xarici siyasət öz-özlüyündə 
xarakterinə  görə  müsbət  (vətəndaşlara  xidmət  edən)  və  mənfi 
(vətəndaşlarını  müharibələrə,  silahlı  münaqişələrə  sürükləyən) 
xüsusiyyətlərə  malik  olur.  Dünyada  bəzi  dövlətlər  vardır  ki, 
onların  xarici  siyasətində  mənfi  amillər  üstünlük  təşkil  edir. 
Bunlar  o  dövlətlərdir  ki,  yuxarıda  sadalanan  müsbət  amillərin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə