Microsoft Word Beynelxalq munasibetler doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/102
tarix07.04.2018
ölçüsü2,8 Kb.
#36427
1   ...   9   10   11   12   13   14   15   16   ...   102

 
37 
 
ki,  Avropa  İttifaqı,  NATO,  BRİCS  (Braziliyia,  Rusiya,  Çin, 
Hindistan,  Cənubi  Afrika  Respublikasından  ibarət  olan 
iqtisadi-siyasi birləşmə) kimi birləşmələr də ortaya çıxır.  
Xarici  siyasətin  gücünü  əks  etdirən  (formalaşdıran) 
elementlər  və  vasitələr.  Xarici  siyasətin  gücünü  əks  etdirən 
elementlər  içərisində  ilk  olaraq  güclü  şəkildə  təşkil  olunan 
diplomatiyanı qeyd etmək olar. Bununla bərabər, dövlət digər 
dövlətlərlə  münasibətlərdə  öz  daxili  resurslarından  səmərəli 
qaydada  istifadə  etməlidir.  Bir  dövlətin  digər  dövlətin 
(dövlətlərin)  daxili  siyasətinə  təsir  imkanları  və  vasitələri  də 
dövlətin  xarici  siyasətini  gücləndirən  element  kimi  qəbul 
edilməlidir.  Bir  dövlətə  məxsus  olan  şirkətlərin  digər  dövlətin 
iqtisadiyyatında  yaxından  iştirakı  amili  həmin  dövlət  üzərində 
təsir  imkanları  qazandırır.  Bir  dövlətin  digər  dövlət  üzərində 
olan iqtisadi təsirləri və dövlətin daxili iqtisadiyyatı da dövlətin 
xarici  siyasətini  gücləndirir.  Xarici  siyasətin  gücünün  təsnifatı 
eləcə də dövlətlərin təsir gücünün miqyasından, ölçüsündən və 
kəmiyyətindən  ortaya  çıxır.  O  dövlətlər  xarici  siyasəti  güclü 
edirlər  ki,  həmin  dövlətlərin  daxili  resursları  digər  ölkələrin 
daxili  resurslarına  və  ümumilikdə  iqtisadi  sistemlərinə  təsir 
imkanlarına  malik  olsunlar.  Xarici  siyasət  istiqamətlərində 
yaranan  potensiallığı  xarici  siyasətin  resursları  (xarici  siyasətə 
yönəldilmiş resurslar) formalaşdırır. Dövlətin ümumi potensialı 
böyük axın yaradır və beynəlxalq münasibətlərdə onun ümumi 
gücünü  ortaya  çıxarır.  Dövlət  xarici  siyasətini  ümumi 
potensialı ilə gücləndirir. Çünki bu potensialı xaricə ixrac edir.  
Xarici  siyasət  sahəsində  fəaliyyətin  həyata  keçirilməsi  və 
planların  qurulması  sayəsində,  eləcə  də  normaların  qəbul 
edilməsi  zamanı  xarici  siyasətin  forma  və  məzmundan  irəli 
gələn ümumi və konkret mahiyyəti üzə çxır. Xarici siyasətin 
tərkib  hissələrə  ayrılması  prosesləri  baş  verir.  Tərkib  hissələrə 
ayrılmalar  sayəsində  məsuliyyət  və  öhdəlik  daşıyan  tərəflər 
müəyyən  olunur.  Normaların  qəbul  edilməsi  və  sənədlərə 
qoşulmalar  özü  xarici  siyasətin  tərkib  proseslərinin  formalaş-


 
38 
 
masını  zəruri  edir.  Normalar  əsasən  xarici  siyasətin  maraqlara 
bölünməsini  şərtləndirir.  Hər  bir  addım  burada  qaydalar 
şəklində əks olunur və qaydalar da riyazi ölçmələrin əsaslarını 
yaradır. Buradan da belə bir məntiqi fikir ortaya çıxır ki, xarici 
siyasət özü hərəkətlərin  riyazi ölçülərinə tabe olur. Maraqların 
ölçülərlə müəyyən olunması addımların ölçülərə tabe olmasının 
əsaslarını yaradır.  
Dövlətlərin  güclərinə  görə  təsnif  olunmaları  da  onların 
maraqları, mənafə və məqsədlərinin də ölçülərə tabe olmasının 
əsaslarını  ortaya  çıxarır.  Beynəlxalq  münasibətlər  sferasında 
bütün  dövlətlər  vahid  qaydalar  əsasında  öz  güclərinə  görə 
iştirak edirlər və bu, onların real prinsiplərdən (real potensialın 
yaratdığı  gerçəkliklərdən)  çıxış  etmələrini  ortaya  çıxarır.  Real 
prinsiplər  də  ideal-nəzəri  prinsiplərin  əsaslarını  formalaşdırır, 
ideal prinsiplər çox zaman real prinsipləri özünə tərəf çəkməyə 
səy  göstərir.  Bu  baxımdan  da  real  prinsiplərin  tətbiqində 
məhdudiyyətlər  meydana  gəlir.  Beynəlxalq  münasibətlərin 
hərəkət  sahələrində  dövlətlərarası  münasibətlərdə  “sərhədlər” 
prinsipi  ortaya çıxır.  Bütün  dövlətlərin  mövcudluğu və sərbəst 
fəaliyyət  prinsipi,  eləcə  də  yaşamaq  prinsipləri  beynəlxalq 
münasibətlərin  idealizm  əsaslarını  ortaya  çıxarır.  Bu  idealizm 
prinsipləri də özündə ideal ədaləti əks etdirir. Bununla yanaşı
real ədalət prinsipləri də mövcud olur. Bu da real gücün ortaya 
çıxmasının  əsaslarını  təşkil  edir.  İdeal  ədalət-  humanizmə, 
real ədalət isə real gücə əsaslanır. Hər iki amilin mövcudluğu 
və  qarşılıqlı  şəkildə  bir-birini  şərtləndirməsi  həm  sabitliyi 
meydana  gətirir,  həm  də  inkişafı  yaradır.  Sabitlik  və  inkişaf 
qarşılıqlı  kompromislərdən  də  ortaya  çıxır.  İdeal  ədalət 
beynəlxalq  münasibətlərdə  böyük  dövlətlərin  kiçik  dövlətlərə 
qarşı münasibətlərində daha çox özünü büruzə verir, real ədalət 
isə  reallığa  söykəndiyindən,  burada  hər  bir  dövlətin  gücü 
amilini  meydana  gətirir.  Beynəlxalq  münasibətlərin  sabitləş-
məsi real ədalətin tətbiqindən daha çox asılı olur.  


 
39 
 
I FƏSİL: 
 
Xarici siyasətin və beynəlxalq münasibələrin  
ümumi əsasları 
 
Dövlət və siyasət 
 
Xarici  siyasət  fəaliyyətinin  əsaslarını  təhlil  etməmişdən 
öncə  bu  siyasəti  həyata  keçirən  dövlət  və  onun  fəaliyyətinin 
əsaslarını  təşkil  edən  siyasət  (fəaliyyət  və  idarəetmədən 
ibarət olan məzmun) anlayışlarının qarşılıqlı əlaqəli və vəhdət 
təşkil  edən  məzmununa  şərh  vermək  lazım  gəlir.  Siyasət  və 
dövlət  anlayışlarının  həm  qədim  və  klassik,  həm  də 
postmodernist  (təkmilləşmiş  və  yüksək  liberal  məzmunlu 
siyasət  həyat  keçirən  dövlət  hakimiyyətləri)  məzmunu  ortaya 
çıxır. Klassik dövrdə və bu dövrəqədərki mərhələdə siyasət və 
zorakılıq,  siyasət  və  güc  tətbiqi  mənası  daha  geniş  əhəmiyyət 
kəsb  edirdi.  İşgəncələrin  verilməsi,  zorakılıqlar,  edamlar  buna 
misaldır. 
Burada 
əsas  məsələ  dövlətin  saxlanılması, 
hakimiyyətin  əldə  saxlanılması  idi.  Bütün  zorakı  vasitələrin 
istifadəsinə  hakim  təbəqə  haqq  qazandırırdı.    Dövlətin  və 
hakimiyyətin  saxlanması  üçün  kifayət  qədər  resurslar  (burada 
liberalığı  yaratmaq  üçün  lazım  olan  resurslar)    yox  idi.  Bu 
baxımdan  da  zorakılığın  tətbiqi  təbii  hal  olaraq  meydana 
gəlirdi.  (Qeyd:  kasıb  cəmiyyətlərdə  hakimiyyət  zorakılıq-
larının  çoxluğu  da  məhz  bu  amildən  ortaya  çıxır.  Varlı 
dövlətlər  liberal  və  sabit  cəmiyyətlərə  malik  olurlar). 
Postmodernist  məzmun  baza  forma  və  məzmunun  (xüsusilə 
XIX  əsrin  sonları-XX  əsrin  əvvəllərinin  formasını)  böyük 
mənasını  özündə  saxlamaqla  bərabər,  yeni  liberal  məzmun  da 
əlavə  etmişdir.  Belə  ki,  postmodernizmdə  informasiya  diplo-
matiyasının  güclənməsi,  informasiya  resurslarının  dünyada 
geniş yayılması, “insan” amilinin, insanların təbii hüquqlarının 
daxili və xarici siyasətdə baza obyektə və predmetə çevrilməsi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə