Microsoft Word beyn?L umumi huquq docx



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə53/63
tarix26.08.2018
ölçüsü1,18 Mb.
#64613
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

  Ətraf mühitin beynəlxalq-hüquqi mühafizəsinin aşağıdakı obyektləri vardır: 
1)
  milli təbii ehtiyatlar; dövlətin yurisdiksiyası altında yerləşən bu ehtiyatların 
hüquqi  rejiminin  müəyyən  edilməsində  daxili  hüquq  normaları  başlıca  rol  oynasa  da,  onların 
mühafizəsinə dair beynəlxalq müqavilələr də mövcuddur; 
2)
  beynəlxalq təbii ehtiyatlar; milli yurisdiksiyanın hüdudlarından kənarda və ya 
özünün  təbii  dövretmə  prosesində  müxtəlif  dövlətlərin  ərazisində  olur.  Bu  ehtiyatların 
mühafizəsi və onlardan istifadə rejimi beynəlxalq hüquq normaları ilə müəyyən edilir; iki növü 
vardır: a) universal ehtiyatlar; bütün dövlətlərin  ümumi istifadəsində olur (açıq dəniz, kosmos, 
Antarktida, beynəlxalq dəniz dibi rayonu); b) bölünə bilən təbii ehtiyatlar; iki və ya daha çox 
ölkəyə  məxsus  olur  və  ya  onlar  tərəfindən  istifadə  edilir  (məsələn,  beynəlxalq  çaylarda  olan 
ehtiyatlar, sərhədyanı təbii komplekslər və s.). 
2.  Beynəlxalq  ekologiya  hüququnun  prinsipləri.  Ətraf  mühitin  indiki  və  gələcək  nəsillə
naminə  mühafizəsi
  –  beynəlxalq    ekologiya  hüququnun  mərkəzi  prinsipidir.  Bu  prinsipin 
mahiyyəti  ondan  ibarətdir  ki,  dövlətlər  indiki  və  gələcək  nəsillər  naminə  ətraf  mühitin 
keyfiyyətinin  qorunub  saxlanması  və  yaxşılaşdırılması  və  təbii  ehtiyatların  rasional  idarə 
olunması istiqamətində bütün zəruri tədbirləri görməlidirlər. 
  Beynəlxalq ekologiya hüququnun aşağıdakı digər xüsusi prinsipləri vardır: 
a)
  transsərhəd ekoloji zərərin yolverilməzliyi. Öz yurisdiksiyasi çərçivəsində 
dövlətlər  digər  dövlətlərin  və  beynəlxalq  rejimli  ərazilərin  təbii  mühitinə  zərər  yetirə  bilən 
hərəkətlərdən  çəkinməli,  habelə  belə  zərər    yetirə  bilən  fəaliyyətin  qarşısını  almalıdırlar.  lk 
dəfə  1972-ci  il  Stokholm  Bəyannaməsində  təsbit  olunmuş    bu  prinsip  hazırda  beynəlxalq 
praktikada hamılıqla tanınmışdır. 
b)
  təbii ehtiyatların ekoloji baxımdan əsaslandırılmış rasional istifadəsi. Hələ tam 
dəqiq  normativ  məzmuna  malik  olmayan  bu  prinsipin  mahiyyəti  aşağıdakılardan 
ibarətdir:indiki  və  gələcək  nəsillərin  mənafeyi  naminə  Yerin  bərpa  oluna  bilən  və  bərpa 
olunmayan  ehtiyatlarının  rasional  planlaşdırılması  və  idarə olunması;  ekoloji  fəaliyyətin  uzun 
müddətə  planlaşdırılması;  dövlətlərin  öz  yurisdiksiyası  çərçivəsində  fəaliyyətinin  bu 
hüdudlardan kənarda yerləşən təbii mühitə göstərə biləcəyi nəticələrin qiymətləndirilməsi. 
c)
  ətraf mühitin radioktiv çirklənməsinin yolverilməzliyi;  


ç) dəniz mühitinin mühafizəsi; 
d) ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmə
məqsədlərlə istifadə olunmasınınqadağan edilməsi; 
e) milli yurisdiksiya hüdudlarından kənarda yerləşən ekoloji sistemlərə vurulmuş 
zərərə görə dövlətlərin beynəlxalq məsuliyyəti və s.  
3. Beynəlxalq ekologiya hüququnun mənbələri. Beynəlxalq ekoloji standartların ən yaxşı və 
ən səmərəli ifadə forması beynəlxalq müqavilələrdir. Hal-hazırda ətraf mühitin mühafizəsinin 
müxtəlif aspektlərinə dair 500-ə qədər beynəlxalq saziş mövcuddur. Onların içərisində ikitərəfli 
regional və universal sazişlər, ətraf mühitin qorunmasının ümumi məsələlərinə və ya ayrı-ayrı 
ekoloji  sistemlərin  –  dəniz  mühitinin,  atmosferin,  yerətrafı  kosmik  fəzanın  mühafizəsinə  həsr 
olunmuş  müqavilələr  vardır.  Lakin  bu  sahədə  bu  günə  qədər  vahid  məcəllələşdirilmiş  akt 
işlənib hazırlanmamışdır. Universal müqavilələrə misal olaraq aşağıdakı aktları göstərmək olar: 
Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin qarşısının alınması haqqında 1972-
ci  il  Konvensiyası;  Gəmilərdən  çirkləndirmənin  qarşısının  alınmasına  dair  1973-cü  il 
Beynəlxalq  Konvensiyası;  Vəhşi  fauna  və  floranın  yox  olmaq  təhlükəsində  olan  növlərinin 
beynəlxalq  ticarəti  haqqında  1973-cü  il  Konvensiyası;  Ətraf  mühiti  dəyişikliyə  uğradan 
vasitələrdən  hərbi  və  ya  istənilən  digər  düşmən  məqsədlərlə  istifadə  olunmasının  qadağan 
edilməsi haqqında 1976-ci il Konvensiyası; Dəniz hüququ üzrə 1982-ci il BMT  Konvensiyası; 
ozon  qatının  mühafizəsi  haqqında  1985-ci  il  Vyana  Konvensiyası  və  bu  Konvensiyaya  əlavə 
olunmuş 1987-ci il Monreal Protokolu; Bioloji müxtəliflik haqqında 1992-ci il Konvensiyası və 
s. 
Lakin  sözü  gedən  sahədə  beynəlxalq-hüquqi  tənzimləmənin  əsas  “yükü”  regional 
müqavlələrin  üzərinə  düşür.  Bu  müqavilələr,  demək  olar  ki  bütün  regionları  və  bütün  ekoloji 
sistemləri  əhatə  edir.  Onlara  misal  olaraq  aşağıdakıları  göstərmək  olar:  Yuyucu  və  təmizləyici 
vasitələrdə  bəzi  bəzi  maddələrin  istifadəsinin  qadağan  olunması  haqqında  1968-ci  il  Avropa 
sazişi:  Təbiətin  və  təbii  ehtiyatların  qorunub  saxlanması  haqqında  1968-ci  il  Afrika 
Konvensiyası; Avropada vəhşi fauna və floranın mühafizəsi haqqında 1979-cu il Konvensiyası; 
Havanın uzaq məsafələrə transsərhəd çirkləndirməsi haqqında 1979-ui il Konvensiyası; Sənaye 
qəzalarının transsərhəd təsiri haqqında 1992-ci il Konvensiyası; Aralıq dənizinin çirklənmədə
qorunması  haqqında  1976-cı  il  Konvensiyası;  Sakit  okeanın  cənubi-şərqi  hissəsinin  dəniz 
mühiti  və  bitişik  zonalarının  mühafizəsi  haqqında  1981-ci  il  Konvensiyası;  Şimal  dənizinin 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə