1
Kitab: Beytül-əhzan
Müəllif : Şeyx Abbas Qumi
Ön söz
Ulu Tanrıya şükr edib həmd söyləmək, eləcə də həzrəti- Mühəmməd(s) və onun pak Ailəsinə
salavat və salam göndərmək insanların doğru yola hidayət olunmasında ən başlıca amillərdən
biridir.
Dünya xanımlarının xanımı, məsum İmamlarımızın anası həzrəti- Fatimeyi-Zəhranın (səlamullahi
əleyha) həyatından bəhs edən bu kitabı biz dörd hissəyə və hər hissəni də bir neçə bölməyə
ayırmışıq.
Birinci hissə həzrəti-Fatimə(s.ə)-nin təvəllüd tarixi, adı və o xanımın müxtəlif ləqəblərlə
adlandırılması səbəblərindən bəhs edir.
İkinci hissədə o Xanımın əxlaqi dəyərləri, eləcə də həzrəti-Əli (ə.s) ilə evlənməsindən söz acılır.
Kitabın üçüncü hissəsində Peyğəmbər(s)-in vəfatından sonra baş vermiş hadisələrdən, xanım
Fatimə(s.ə)-nin alovlu nitqləri, özünü müdafiə etməsi və bu barədə qeyd olunmuş bir sıra
mətləblərdən bəhs edilir.
Nəhayət, dördüncü hissə həzrəti-Fatimə(s.ə)-nin atası Peyğəmbər(s)-in vəfatından sonra çəkdiyi
iztirab və müsibətlərlə, onun həzrəti-Əli(ə.s)-yə vəsiyyəti, eləcə də o böyük qadının ömrünün son
günlərində baş vermiş hadisələrlə zəngindir.
Abbas ibn Mühəmməd Rza Qumi.
2
Birinci hissə
Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü
Xanım Fatimeyi-Zəhra(s.ə) besətin beşinci ili, cəmadius-sani ayının iyirmisində, Peyğəmbər(s)
qırx beş yaşında ikən Məkkədə dünyaya göz açmışdır. İmam Sadiq(ə.s) və İmam Baqir(ə.s)-dən
müasir dövrümüzədək gəlib çatmış hədislərə əsasən, həzrəti-Zəhra(s.ə)-nın anası xanım Xədicə(s)
olmuşdur. Öz merac gecələrinin birində Rəsuli-əkrəm(s)-ə təklif edilən behişt meyvələrindən
Peyğəmbər(s)-imiz təzə xurma və üzümdən meyl etmişdi. Allah-təala həmin behişt meyvələrini
Peyğəmbər(s)-in sülbündə suya (nütfəyə) çevirmişdir. Nəticədə, Rəsulullah(s) meracdan
qayıtdıqdan sonra xanımı Xədicə(s.ə) ilə bir yatmışdı. Beləliklə, Fatimə(s.ə)-nin nuru
Xədicə(s.ə.)-nin bətnində cilvələndi. Buna görə də xanım Fatimə(s.ə)-ni «Hövrau-Unsiyyə» də
adlandırmışlar ki, bunun da mənası xanım Zəhra(s.ə)-nın insan ola-ola eyni zamanda behişt
hurilərindən sayılması deməkdir, belə ki Peyğəmbər(s) nə zaman behişt ətrini duymaq istəsəydi,
onun və tuba ağacının ətrini Fatimə(s.ə)-dən alar, sevimli qızını əzizlərdi, lakin Peyğəmbər(s)-in
zövcələrindən bəzisi o Xanımın bu böyük məqamını dərk etmədiyinə görə belə hərəkəti
Peyğəmbər(s) üçün nalayiq hesab edirdi.
Sual oluna bilər ki, Rəsuli-əkrəm(s)-in meracı altı ay hicrətdən qabaq, yaxud digər mənbəyə
əsasən, besətin ikinci ilində baş vermişdir. Həzrəti-Fatimə(s.ə) isə besətin beşinci ilində dünyaya
göz açmışdır ki, bu da yuxarıdakı hadisə ilə (Peyğəmbər(s)-in meracdan sonra bilavasitə
Xədicə(s.ə) ilə yaxınlıq etməsi) üst-üstə düşmür.
Cavab budur ki, Peyğəmbər(s)-in meracı bir dəfə ilə məhdudlaşmadığı üçün yuxarıdakı iradı
ona aid edə bilmərik. İmam Sadiq(ə.s)-in buyurduğuna görə, Rəsuli-əkrəm (s) iyirmi dəfə meraca
getmişdir. Bu səfərlərinin hamısında da Allah-təala Peyğəmbər(s)-ə bütün vacib əməllərdən daha
çox Əli(ə.s)-nin və ondan sonrakı imamların vilayət və imaməti haqqında göstəriş vermişdir.
Əllamə Məclisi həzrəti-Zəhra(s.ə)-nın təvəllüd tarixini öz məşhur «Biharül-ənvar» kitabında belə
təsvir edir:
Bir gün Peyğəmbər (s) Əbtəh (Məkkə və Mina arasında) deyilən yerdə əyləşmiş, həzrəti-Əli
(ə.s), Abbas, Həmzə, Əmmar Yasir, Müfzər ibn Zəhzah, Əbu Bəkr və Ömər də o Cənabın
yanında oturmuşdular. Bu zaman Cəbrayıl öz əsl surətində– çox böyük, qanadları şərq və qərbi
əhatə etmiş halda Peyğəmbər(s)-in hüzuruna gəlib belə səsləndi: «Ey Peyğəmbər! Böyük Allah
sənə salam göndərir və buyurur ki, qırx gün Xədicə (s.ə) ilə yaxınlıq etməyəsən».
Bu məhrumiyyət Xədicə(s.ə)-yə dərin məhəbbət bəslədiyinə görə Peyğəmbər(s)-ə çox ağır gəldi,
lakin Allahın əmri hər bir şeydən daha üstün olduğu üçün onu mütləq yerinə yetirmək lazım idi.
Bu hadisədən sonra Peyğəmbər(s) qırx gün Xədicə(s.ə)-yə yaxın düşmədi. Gündüzləri oruc tutub,
gecələri isə ibadətlə məşğul olan Rəsulullah(s) vaxt tamama yetişəndə Əmmar Yasiri
Xədicə(s.ə)-nin yanına göndərib bu xəbəri ona çatdırmağı tapşırdı: «Ey Xədicə! Elə güman etmə
ki, bir müddət səndən uzaqlaşmağım sənə olan sevgimin azalması, ya laqeydlik üzündəndir.
3
Allahım bunu öz işini yer üzündə həyata keçirməkdən ötrü əmr etmişdir. Bu əmrin nəticəsi üçün
səadət və xeyirdən savayı bir şey fikirləşmə. Allah-təala gündə neçə dəfə ən böyük mələklərini
sənin nazını çəkməyə məmur edir. Axşam düşən kimi qapını bağla və öz yatağında istirahət et.
Bil ki, mən Fatimə binti Əsədin evindəyəm».
Xədicə(s.ə) öz günlərini qəm-kədərlə ötürürdü. Qırx gün sona yetdikdə həzrəti-Cəbrayıl
Peyğəmbər(s)-in yanına gələrək belə ərz etdi: «Allah-təala sənə salam göndərib buyurur ki, sənə
veriləcək hədiyyəni almağa hazırlaşasan». Peygəmbər(s) Cəbrayıldan soruşdu: «Allahın mənə
edəcəyi töhfə nədir?» Cəbrayıl bu barədə bir şey bilmədiyini bildirdi. Bu zaman Mikayıl– Allahın
dörd yaxın mələklərindən (Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl) biri göylərdən yerə enərkən behişt
parçalarına bükülmüş cənnət meyvələri ilə dolu sinini Rəsuli-əkrəm(s)-in qarşısına qoydu.
Bu vaxt Cəbrayıl Peyğəmbər(s)-ə dedi: «Allah-təala buyurur ki, axşam iftarını bu meyvələrlə
açasan».
Həzrəti-Əli(ə) söyləyir ki, Peyğəmbər(s) bizdə idi. Adətən axşamlar iftar vaxtı mənə evin
qapısını açıq qoymağımı tapşıran və «Qoy kim istəsə, gəlib Peyğəmbərlə birlikdə yemək yesin»-
söyləyən Mühəmməd(s) o gecə məni də qapının ağzında oturdub: «Ey Əbu Talibin oğlu, bu,
məndən başqasına haram olunmuş bir təamdır», - deyə buyurdu.
Mən qapının ağzında əyləşdim. Rəsuli-əkrəm(s) evə daxil olub sininin üstünə çəkilmiş örtüyü
qaldırdı, içində bir salxım üzüm, bir budaq da xurma gördüm. Allahın Rəsulu(s) onları bir az
yeyib doyandan sonra su içdi. Sonra yumaq üçün əllərini uzatdı. Cənab Cəbrayıl o Həzrətin
mübarək əlinə su tökür, Mikayıl yuyur, İsrafil isə dəsmalla Peyğəmbər(s)-in əllərini qurulayırdı.
Artıq qalmış meyvələr, sini ilə birgə asimana aparıldı. Bu zaman Peyğəmbər(s) nafilə namazını
qılmaq üçün artıq ayaq üstə durmuşdu ki, Cəbrayıl Onun yanına gəlib dedi: «Ya Mühəmməd,
indi sənə namaz haramdır. Gərək evə gedib Xədicə(s.ə) ilə yaxınlıq edəsən, çünki Allah istəyir ki,
bu gecə sənin sülbundən pak övladlar yaratsın».
Nəhayət, Peyğəmbər(s) qırx gün ayrılıqdan sonra Xədicə(s.ə)-nin görüşünə getdi.
Xədicə(s.ə) deyir: «Mən həmin 40 gün müddəti tək qalırdım. Axşam düşən kimi qapını bağlayıb,
pərdələri çəkir, başımı bağlayıb namaz qılırdım. Namazı qurtarandan sonra çırağı söndürüb
yatağıma istiharət etməyə gedirdim. Lakin o gecə hələ yatmamışdım ki, qapının halqasının
döyüldüyünü eşitdim. Mən: «Qapını döyən kimdir ki, Peyğəmbər(s)-dən başqa heç kim onu
döymür?»-dedim. Bu vaxt Peyğəmbər(s)-in məlahətli səsini eşitdim: «Ey Xədicə, qapını aç!
Mənəm, Mühəmmədəm.» Sevinclə qapını açdım. O cənab evə daxil oldu. O, hər dəfə evə gələndə
bir qabda su istəyər, dəstəmaz alıb iki rükət namaz qılar, sonra yatağına girərdi. Lakin həzrəti-
Mühəmməd(s) o gecə su istəmədi, heç namaza da hazırlaşmadı. Mənim qolumdan tutub yatağına
apardı.
Allaha and olsun ki, Peyğəmbər(s) məndən hələ uzaqlaşmamışdı ki, Fatimə(s.ə)-nin nurunu öz
bətnimdə hiss edib hamilə olduğumu başa düşdüm».
Müəllif yazır: «Peyğəmbər(s)-in Xədicə(s.ə.)-dən qırx gün müddətində kənarlaşdırılması
Fatimə(s.ə)-nin müqəddəs vücudunu, Allahın bu böyük töhfə və hədiyyəsini almaq üçün görülən
hazırlıq idi, belə ki həzrəti-Zəhra(s.ə)-nın ziyarətnaməsində bu mətləbə işarə olunmuşdur: «İlahi!
Dostları ilə paylaş: |