Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

89 
 
xəbər  göndərdi.  Əsmanın  kənizi  Əli(ə.s)-nin  evinə  gəlib  qapıda  dayanaraq  bu  ayəni  ucadan 
oxudu: 
 «Bunlar  səni  öldürmək  üçün  məşvərət  edirlər.  Tezliklə  şəhərdən  çıx.  Mən  sənin  xeyrini 
istəyənlərdənəm».  
Bu zaman Xalid qılıncı paltrınının altında gizlətmişdi. Belə sözləşdilər ki, məsciddə imam camaat 
(namazda) axırıncı salamı verəndən sonra Xalid qalxıb Əli(ə.s)-ni öldürsün. 
Xalidin namazda qurcalanmasından camaat elə başa düşdü ki, guya o, namazını səhv qılmışdır. 
Bu zaman imam camaat (Əbu Bəkr) axırıncı salamdan qabaq dedi:  
__ Ey Xalid, sənə verdiyim tapşırığı  geri götürürəm. Heç nə eləmə! 
Fədəyin qəsb olunması. 
Əllamə  Əbu  Mənsur  Təbərsi  (vəfatı  h.q.  588,  Miladi  təxminən  1184-cü  il)  «Ehticac»  adlı 
kitabında və Əli ibn İbrahim isə  İmam Sadiq(ə.s)-in söylədiklərinə əsaslanaraq  həzrəti-Əli(ə.s)-
nin belə buyurduğunu qeyd edirlər: 
 «Elə  ki  Əbu  Bəkrin  beyəti  sona  yetdi  və  onun  xilafəti  ənsar  və  mühacirlər  üçün 
müəyyənləşdirildi,  Əbu  Bəkr  öz  məmurlarını  Fədəyə    sarı  göndərdi  ki,  Fatimə(ə.s)-nin 
nümayəndəsini oradan qovsunlar. Bu əmr icra olundu». İndi Fədək barəsindəki aşağıdakı yazılara 
diqqət yetirin. 
    Fatimə(s.ə)-nin etirazı və şahidlərin şəhadəti. 
Fatimə(s.ə) Əbu Bəkrin əmrindən xəbərdar olduqda onun yanına gəlib buyurdu:  
__  Niyə  atam  Rəsulullah(s)-ın  mənə  bağışladığı  irsi  əlimdən  alıb  nümayəndəmi  Fədəkdən 
qovmusan? Axı Peyğəmbər(s) onu mənə Allahın hökmü ilə bağışlamışdı. 
Əbu Bəkr dedi:  
__ Söylədiklərin üçün şahid gətir ki, həqiqətən də, Peyğəmbər(s) Fədəyi sənə bağışlamışdır. 
Fatimə(s.ə) gedib Ümmü__Əyməni (Peyğəmbər(s)-in hörmət bəslədiyi xanımlardan biridir) şahid 
kimi Əbu Bəkrin yanına gətirdi. 
Ümmü__ Əymən Əbu Bəkrə dedi:  
__  Peyğəmbər(s)-in  mənim  şənimə  söylədiklərini  sənə  sübut  etməsəm,    şahidlik  etmərəm.  Səni 
Allaha and verirəm, məgər bilmirsənmi həzrəti-Mühəmməd (s) buyurubdur: 
 «Ümmü Əymən behişt xanımlarındandır». 
Əbu Bəkr:  
__ Bəli bilirəm ki, Peyğəmbər(s) belə buyurmuşdur. 


90 
 
Ümmü Əymən:  
__  Şəhadət  verirəm  ki,  Allah  Peyğəmbər(s)-ə  bu  ayəni-  «Yaxınlarının  haqqını  ödə»    nazil 
edəndən  sonra Fədəyi Fatimə(s.ə)-yə bağışlamışdı». 
Sonra Əli(ə.s) də gəlib eynilə onun dediklərini təsdiqləyərək şəhadət verdi. Beləliklə, Əbu Bəkrə 
sübut  olundu  ki,  Fədək  Fatimə(s.ə)-nin  şəxsi  mülküdür.  Buna  görə  də  Fədəyin  Fatimə(s.ə)-yə 
qaytarılması barədə bir məktub (sənəd) yazıb Fatimə(s.ə)-yə verdi. 
 
Ömər ibn Xəttab bu məsələdən xəbərdar olan zaman Əbu Bəkrin yanına gəlib soruşdu:  
__ Bu məktub nə üçündür? 
Əbu Bəkr dedi:  
__ Fatimə(s.ə) iddia etdi ki, Fədək mənim şəxsi mülkümdür, bu sözün doğruluğu üçün Ümmü__ 
Əymən  və  Əli(ə.s)-ni  şahid  kimi  bura  gətirdi.  Mən  də  buna  görə  Fədəyin  Fatimə(s.ə)-yə 
qaytarılması barədə sənəd yazıb imzaladım. 
Ömər Fatimə(s.ə)-nin yanına gəlib məktubu əlindən alaraq cırıq-cırıq edib dedi:  
__  Fədək  (Döyüşsüz  kafirlərin  əlindən  alınmış  sərvət)  bütün  müsəlmanların  malı  hesab  olunur. 
Ovs ibn Hədsan, Ayişə və Həfsə şəhadət verirlər ki, Rəsuli- əkrəm(s) buyurmuşdur:  
«Biz  Peyğəmbərlər  (özümüzdən  sonra)  irs  qoymuruq  (övladlarımız  bizdən  irs  aparmır),  bizdən 
sonra nə (mal) qalsa, (ümumi) sədəqədir». 
Şahidlərə gəldikdə isə Əli(ə.s) Fatimə(s.ə)-nin əridir, öz mənafeyinə görə şəhadət vermişdir, yəni 
onun  sözü  qəbul  deyildir.  Amma  Ümmü-  Əymən  əməli–saleh  xanımdır,  əgər  başqa  bir  şəxs 
onunla birgə şahid dursa, bu işə bir də  diqqət yetirərik. 
Fatimə(s.ə) kədərli halda Əbu Bəkr və Ömərin yanından uzaqlaşdı. 
   Əli(ə.s)-nin Əbu Bəkrlə söhbəti. 
Səhəri  gün  həzrəti-Əli(ə.s)  məscidə  Əbu  Bəkrin  yanına  gəldi.  Ənsar  və  mühacirlər  Əbu  Bəkrin 
ətrafında dövrə vurub oturmuşdular. Əli(ə.s) ona buyurdu:  
__  Niyə  Fatimə(s.ə)-yə  atasından  qalan  irsi  əlindən  almısan?    Halbuki  Peyğəmbər(s)  sağlığında 
ikən onu Fatimə(s.ə)-yə bağışlamışdı. 
Əbu Bəkr dedi:  
__ Xeyr, belə deyildir. 
Əli(ə.s):  
__  Əgər  bir  müsəlman  ixtiyarında  olub  onun  hesab  olunan  mülkü  mən  iddia  edib  desəm  ki,  bu 
mülk mənimdir, kimdən iki adil şahid tələb edilməlidir? 


91 
 
Əbu Bəkr:  
__ Əlbəttə, səndən (iddiaçıdan) iki adil şahid tələb edilməlidir. 
Əli(ə.s) buyurdu:  
__  Bəs  niyə  sən  Fatimədən  sahibi  ola-ola  ixtiyarında  olan  mülk  üçün  iki  adil  şahid  istəyirsən?  
Halbuki Fədək Peyğəmbər(s)-in zamanında və ondan sonra da Fatimə(s.ə)-nin şəxsi mülkü hesab 
olunurdu.  Sən  müsəlmanlardan  ixtiyarlarında  olan  mülk  barədə  başqasının  mülkünün  mənim 
mülküm olduğunu iddia etdiyimə görə məndən iki adil şahid tələb etdiyin məhkəmə qanunlarına 
əsasən iki adil şahid tələb etmirsən. 
Əbu Bəkr:  
__  Bu  dəlilin  qarşısında  bizim  danışmağa  qüdrətimiz  yoxdur.  Əgər  ədalətli  şahidlər  gətirsəniz, 
qəbul  edərik,  yoxsa  Fədək  müsəlmanlrın  ümumi  malıdır.  Sənin  və  Fatimə(s.ə)-nin  onu 
mənimsəməyə heç bir hüququnuz yoxdur. 
Əli(ə.s) Əbu Bəkrə xitab edib buyurdu:  
__  «Quran»ı oxumusanmı? 
Əbu Bəkr dedi:  
__ Bəli. 
Əli(ə.s) buyurdu:  
__ De görüm, bu ayə («Əhzab», 33) kimin şəninə nazil olubdur? 
«Allah istəyir ki, günah və çirkinliyi siz Əhli-beytdən uzaqlaşdıraraq sizi pak etsin». 
Bu ayə bizim haqqımızda nazil olub, yoxsa başqasının? 
 Əbu Bəkr:  
__ Bəli, sizin şəninizə nazil olub. 
Əli(ə.s) buyurdu:  
 __ Əgər bir neçə nəfər gəlib şəhadət versə ki, Fatimə(s.ə) (ələyzu billah) nalayiq iş görübdür, sən 
onunla necə rəftar edərsən? 
Əbu Bəkr dedi:  
__ Başqa qadınları cəzalandırdığım kimi, ilahi hədləri onun üçün də icra edərəm. 
Əli(ə.s) buyurdu:  
__ Bu zaman kafir sayılarsan. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə