127
bilirəm, bizim aramızdan birinci O, Peyğəmbər(s)-ə qovuşacaq. O Həzrət də onu behiştin ən uca
məqamları üçün seçərək Allah dərgahına aparacaq. Əgər bilirsənsə ki, Fatimə(s.ə) çarəsiz olaraq
dünyadan gedəcək, icazə ver, sabah mühacir və ənsardan (müsəlman) toplayım, onlar da onun
dəfnində iştirak edib savaba çatsınlar. Bu iş İslam dininin əzəməti üçün yaxşıdır».
Həzrəti-Əli(ə.s) Abbasın qasidinə (deyilənə görə, bu, Əmmar Yasir imiş) belə buyurdu: «Mənim
salamımı əmim Abbasa çatdır və de ki, Allah sizin məhəbbətinizi əskik etməsin, sənin təklifin
mənə çatdı və sizin rəyiniz gözəldir. Amma bilirsən ki, onlar eyni zamanda Fatimə(s.ə)-yə zülm
etdilər, Onu haqqından məhrum etdilər və atasından qalmış mirası ona vermədilər. Öunlar
Peyğəmbər(s)-in onun haqqında olan göstərişinə əməl etmədilər. İlahi haqqı tapdaladılar. Allah
mühakimə üçün kifayət edir və zülmkarlardan intiqam alacaq. Ey əmim, səndən məni
bağışlamağını istəyirəm və məni sənin təklifinə əməl etməyəcəyimə görə üzrlü hesab etməyini
diləyirəm. Çünki Fatimə(s.ə) vəsiyyət edib, onun işini (dəfn olunması, qüsl edilməsi və s.) gizli
saxlayaq (Hədisin axırına qədər)».
Həzrəti-Zəhra(s.ə)-nın şəhadətinin qəmli anları.
Şiə və sünni tarixçiləri Əbu Rafenin arvadı Səlmaya əsaslanarq belə qeyd etmişlər:
O deyir: «Mən Fatimə(s.ə)-nin ömrünün axırlarında ondan bəzi şeylər soruşdum.
Bir gün onun halı yaxşılaşdı. Xəstəliyi aramladı. Həzrəti-Əli(ə.s) bəzi işləri görmək üçün evdən
çölə çıxmışdı. Bu zaman Fatimə(s.ə) mənə buyurdu:
__ Bir az su gətir, qüsl edib yuyunum.
Mən su gətirdim. Kömək etdim, Fatimə(s.ə) ayağa qalxıb yaxşı-yaxşı yuyundu, paltarlarını
dəyişdi. Sonra mənə buyurdu:
__ Mənim yatağımı evin ortasında sal.
Sonra yerində üzü qibləyə uzandı və mənə buyurdu:
__ Mən bu gün dünyadan gedəcəyəm. Mən yuyunmuşam, heç kəs üstümü açmaçın.
Sonra əlini başının altına qoyub dünyadan getdi.
Rəvayət olunub ki, Fatimə(s.ə) məğrib və işa namazları arasında can vermişdir. Can verdiyi bir
anda ciddi bir baxışdan sonra deyib: «Salam olsun Cəbrailə. Səlam olsun Allahın Rəsuluna.
Pərvərdigara, mən sənin Rəsulun ilə birgəyəm. Əbədi məskən sayılan Sənin evindəyəm».
Sonra öz yanındakılara xitab edərək buyurdu:
__ Mənim gördüklərimi siz də görürsünüzmü?
Oradakılardan bəziləri dedi:
__ Ey Allah Rəsulunun qızı, sən nə görürsən?
128
Xanım buyurdu ki, indi asiman (səma) əhlinə baxıram. Cəbraili görürəm. Rəsulullaha baxıram, o
buyurur: «Ey qızım! Gəl bizim yanımıza, sənin üçün hazırlanmış (nemətlər və ilahi rizvan) sənin
üçün daha yaxşıdır». Zeyd ibn Əli(ə.s) belə nəql edir ki, Fatimə(s.ə) Cəbrailə, Peyğəmbərə(s),
Əzrailə salam verdi, orada olanlar mələklərin zərif səslərini eşitdilər, ən gözəl ətirləri iylədilər».
Əsma binti Ümeysin Zəhra (s.ə)-nın şəhid olduğu anlar barəsində söylədikləri.
Əsma binti Ümeys deyir ki, Fatimə(s.ə) canüstə olanda mənə söylədi: «Peyğəmbər(s)-in rəhmət
anlarında Cəbrail onun yanına gəldi, behişt kafuru gətirdi. Peyğəmbər(s) onu üç yerə böldü. Bir
hissəsini özü üçün götürdü, bir hissəsini Əli(ə.s)-yə, bir hissəsini də mənə verdi ki, ağırlığı qırx
dirhəm qədər idi. Sonra (kafurun yerini göstərib) mənə xitabən buyurdu: «Ey Əsma, o kafuru
gətir, başımın yanına qoy». Bunu deyib üzünü örtdü.
Sonra buyurdu: «Bir az mənim yanımda qal. Sonra məni səslə, əgər cavab verməsəm, bil ki,
atama qovuşmuşam».
Əsma bir az gözləyib Xanım(s.ə)-ı çağırdı, amma cavab eşitmədikdə səsləndi: «Ey Mühəmməd
Mustafanın qızı! Ey qadınların bətnində olanların ən kəramətlisinin qızı! Ey yer üzərində
gəzənlərin ən yaxşısının qızı! Ey öz rəbbi ilə məqamı iki ox qədərində olan şəxsin qızı!» Yenə də
cavab eşitmədiyini gördükdə, Zəhra(s.ə)-nın üzündəki örtüyü kənara çəkdi, onun Liqahullaha
qovuşduğunu, ruhunun Allah dərgahına pərvaz etdiyini gördükdə, özünü onun üzərinə atdı. Əsma
o Xanım(s.ə)-ın üzündən öpərək deyirdi: «Ey Fatimə(s.ə)! Atan Rəsulullahın hüzuruna çatdıqda
mənim salamımı ona çatdır».
Həsən və Hüseyn Analarının cənazəsi yanında.
Sonra Əsma yaxasını cırıb həyəcanlı halda çölə çıxdı, Həsən və Hüseyn(ə.s)-i evin yanında
gördü. Onlar otağa girib anasının üzü qibləyə uzandığını gördülər. Hüseyn(ə.s) anasını əli ilə
silkələdi, birdən başa düşdü ki, artıq anası dünyadan gedib. Üzünü qardaşı Həsənə tutub dedi:
«Qardaş! Anama görə Allah sənə əcr versin (yəni başın sağ olsun). Həsən(ə.s) özünü anasının
üstünə atıb onu öpür, deyirdi: «Anacan! Mənimlə danış, yoxsa ruhum bədənimdən ayrılar».
Hüseyn(ə.s) irəli gəlib anasının ayaqlarından öpür, deyirdi: «Anacan! Mən sənin oğlun
Hüseynəm. Mənimlə danış, yoxsa qəlbim parçalanar, ölərəm!»
Əli(ə.s)-yə xəbər
Əsma Həsənlə Hüseynə dedi:
__ Atanız Əli(ə.s)-nin yanına gedib ananızın vəfatı xəbərini ona yetirin.
Həsən və Hüseyn(ə.s) evdən çıxdılar. Fəryad edərək deyirdilər: «Ya Mühəmməd, ya Əhməd! Bu
gün sənin aramızdan getməyinin müsibəti yenidən canlandı, çünki anamız dünyadan gedib».
Sonra məscidə daxil oldular. Həzrəti-Əli(ə.s) məsciddə idi. Onlar Fatimə(s.ə)-nin şəhadət xəbərini
atalarına çatdırdılar. Bu xəbər Əmirəlmöminin(ə.s)-ə o qədər təsir etdi ki, huşdan getdi, taqəti
üzüldü. Dərhal üzünə su səpdilər. Huşa gələndə ürəkyandıran bir səslə buyurdu: «Ey
Peyğəmbərin qızı! Kimə başsağlığı verim. İndi sənsiz necə sakit olum?!»
Əli(ə.s) Zəhra(s.ə)-nın cənazəsi yanında.
Dostları ilə paylaş: |