Microsoft Word Beytul-Ehzan Xanim Fatimenin heyati Qadinlar biz doc



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə18/55
tarix15.10.2018
ölçüsü1,5 Mb.
#74208
1   ...   14   15   16   17   18   19   20   21   ...   55

 
71 
xatırlatmışıq. 
Burada 
isə 
yalnız 
bir 
hissə 
ilə 
kifayətlənirik».ı 
Səqifə hadisəsi ilə əlaqədar təhqiqat və 
araşdırmalar. 
1.Peyğəmbər(s)-in 
dəfn 
mərasimində 
bir 
çoxlarının  iştirak  etməməsi  Məşhur  sünni  alimi  İbn 
Əbdül 
Birr 
«İstiab» 
adlı 
kitabında 
belə 
yazır: 
«Peyğəmbər(s)  vəfat  edən  günü  camaat  Bəni-Saidə 
səqifəsində  Əbu  Bəkrə  beyət  etdi,  amma  ümumi  beyət 
həzrəti-Mühəmməd(s)-in 
vəfatından 
bir 
gün 
sonra 
çərşənbə  axşamı  günü  baş  vermişdi.  Xəzrəcli  və 
qureyşlilərin  bəzisi  Əbu  Bəkrə  beyət  etməkdən  boyun 
qaçırmışdılar.» 
Şeyx  Müfid(böyük  şiə  alimi,  təxminən  993-cü  il 
miladi,413-cü  il  hicri-qəməri)  öz  «İrşad»  kitabında  belə 
yazır:  
«Mühacir  və  ənsarların  əksəriyyəti  xilafət  üstündə 
aralarına  düşən  ixtilafa  görə  Rəsuli-əkrəm(s)-in  dəfn 
mərasimində    iştirak  edə  bilmədi,  elə  buna  görə  də  onlar 
Peyğəmbər(s)-in  cənazəsinə  meyit  namazı  qılmaqdan 
məhrum oldular. O gecə Fatimə(s.ə): «Vasəvə səbah», yəni 
«bu  gün  nə  pis  gündür,  bu  gün  atamı  əldən  verdim»,
__
 
deyib fəryad çəkərək səhəri açmışdı». 
Böyük  alim  Seyyid  ibn  Tavus  (664-cü  il  Hicri-
qəməri, təxminən 1244-cü il miladi) öz «Kəşfül-məhəccə» 
adlı kitabında övladına müraciət edərək deyir:  
«Əhli-sünnə  kitablarında  və  Təbərinin  yazdığı 
kitabda  rast  gəldiyim  qəribə  şeylərdən  biri  də  budur  ki, 
Peyğəmbər(s)-in  bazar  ertəsi  vəfat  etməsinə  baxmayaraq, 
onu çərşənbə günü (yaxud gecəsi) dəfn etdilər,  yəni iki və 
ya  üç  gün  dəfn  mərasimi  təxirə  salındı».  (Başqa  bir 
rəvayətdə    belə  nəql  olunur  ki,  o  Həzrət(s)-in  cənazəsi  üç 
 
72 
gün  yerdə  qalıb  sonra  dəfn  olunmuşdu.)  İnsanların  başı 
xəlifə 
seçkisində 
çəkişmələrə 
qarışmışdı. 
Cəddin 
Əli(ə.s)
30
o  Cənab(s)-ın  cənazəsindən  ayrılmır,  meyit 
namazından  qabaq  da  cənazəni  dəfn  edə  bilmirdi,  çünki 
onu öldürə, «Əli(ə.s) Peyğəmbər(s)-imizi vaxtından qabaq 
dəfn  etmiş»  və  ya  «həzrəti-Mühəmməd(s)  başqa  yerdə 
dəfn  olunub»
__ 
bəhanəsi  ilə  Həzrət(s)-in  mübarək 
cənazəsinə  ehtiramsızlıq  göstərib,  o  müqəddəs  Vücudun 
qəbrini 
eşib 
çölə 
çıxara 
bilərdilər. 
Allah-təala 
Peyğəmbər(s)-i ölüm  yatağında qoyub xəlifə təyin etməyə 
məşğul  olanları  öz  rəhmətindən  uzaq  etsin.  Baxmayaraq 
ki,  xilafətin  əsli,  kökü  Peyğəmbər(s)-in  nübuvvət  və 
hökuməti ilə bağlı idi. Ey övladım, Allaha and olsun! Mən 
hələ  də  başa  düşə  bilmirəm  ki,  onların  ağlı,  vicdanı, 
həzrəti-Mühəmməd(s)-in 
yaxşılıq 
və 
mehribanlığı 
müqabilində necə yol verdi ki, Peyğəmbər(s)-in müqəddəs 
məqamına belə cəsarət etdilər?!» 
Bu  barədə  Zeyd  ibn  Əli  (Zeyd  dördüncü  İmam 
həzrəti- Zeynalabdin(ə.s)-in oğludur) çox gözəl demişdir:  
«Allaha and olsun! Əgər onların Peyğəmbər(s)-ə heç 
bir    yaxınlıq  və  qohumluğu  olmadan  xilafətə  keçmək 
imkanları  olsaydı,  o  Həzrətin  peyğəmbərliyindən  üz 
döndərib onu inkar etməkdən belə çəkinməzdilər». 
Sonra Seyyid ibn Tavus yenə deyir:  
«Peyğəmbər(s)-in  haqlarından  biri  də  budur  ki, 
ölümündən  sonra,  xüsusilə  vəfat  edən  günü  bütün 
müsəlmanlar ən yaxşı libaslarını (əzadların geydikləri qara 
paltarlar  kimi)  geyib  qumun  üstündə  oturaydılar.  Bu  gün 
yemək-içməkdən  imtina  edib  hamı  qadınlı
__
kişili  mərsiyə 
                                                
30
 Seyyid ibn Tavus oğluna xitabda belə deyir: “Çünki  Əli(ə.s) 
seyyidlərin cəddidir(babasıdır).» 


 
73 
(növhə)  oxuyub  əzadarlıq  edəydilər.  Çünki  o  gün 
müsəlmanlar üçün ən müsibətli bir gün idi». 
2.Səqifə Bura ibn Azibin
31
 nəzərindən 
İbn  Əbil  Hədid  və  Süleym  ibn  Qeys  Bura  ibn 
Azibdən belə nəql edirlər:  
«Mən 
həmişə 
Bəni-Haşimin 
dostlarından 
və 
tərəfdarlarından  olmuşam.  Peyğəmbər(s)  vəfat  edəndə 
xilafətin başqalarının əlinə keçməsindən çox narahat idim. 
Bir 
tərəfdən 
də 
Həzrət(s)-in 
vəfatı 
məni 
çox 
kədərləndirirdi.  Tələsik  dəli  kimi  gah  Peyğəmbər(s)-in 
evinə 
gedib 
Əhli-beytinin 
Rəsuli-əkrəm(s)-ə 
başı 
qarışdığını görür, gah da Səqifəyə gələrək insanların xəlifə 
təyin  etməkdə  bir-birilə  necə  çəkişdiklərinin  şahidi 
olurdum.  Ənsarlar  mühacirlərə  üstün  gəlmək,  mühacirlər 
isə  ənsarlara  hakim  olmaq  istəyirdilər.  Bu  çəkişmə 
yatdıqdan bir müddət sonra tayfa böyükləri Öməri və Əbu 
Bəkri  görmədim.  Qəfil  birindən  eşitdim  ki,  bütün 
müsəlmanlar  Səqifədədirlər.  Bir  başqası  isə:  «Əbu  Bəkrə 
beyət etdilər»,
__
 söyləyir. Bir az ötmüşdü ki, gördüm, Əbu 
Bəkr,  Ömər  və  Əbu  Übeydə  əyinlərinə  qəşəng  libaslar 
geymiş, 
bir 
dəstə 
ilə 
gəlirlər. 
Yolda 
kiminlə 
qarşılaşırdılarsa,  aldadıb  istər-istəməz  Əbu  Bəkrin  yanına 
gətirərək əlini əlinə  verib  beyət etdirirdilər.  Bu  mənzərəni 
müşahidə  etdikcə  az  qalırdım  ki,  dəli  olam.  Çox  bikef 
halda Peyğəmbər(s)-in evinə üz tutdum. Haşim övladları o 
Həzrətin  ölümü  ilə  əlaqədar  qapını  bağlamışdılar.  Qapını 
                                                
31
 Bura ibn Azib Ənsari Əvsi Peyğəmbər(s)-in vəfalı dostlarından 
biridir. Döyüşlərin çoxunda fəal iştirak etmişdir. Əli(ə.s)-nin xəlifəliyi 
zamanında o Həzrətin xüsusi səhabəsindən olubdur. Rey hicri-qəmərin 
24-cü ilində (təxminən 604-cü il miladi) onun sərkərdəliyi ilə fəth 
olunmuşdur. Ömrünün axırına kimi Kufədə yaşamışdır. Müsəb ibn 
Zübeyrin hakimiyyəti zamanı Kufədə vəfat edib. «Üsdül-qabə» I c, 
səh.171. 
 
74 
möhkəm  döyüb  qışqırdım:  «Camaat  Əbu  Bəkrə  beyət 
edir». 
Peyğəmbər(s)-in əmisi Abbas dedi: «Qiyamətə qədər 
əliniz  qısaldı».  (Daha  qiyamətə  qədər  bir  xeyir 
görməyəcəksiniz,  çünki  müsəlmanlar  Peyğəmbər(s)-ə 
qulaq asmayıb xilafəti əyri yola sürüklədilər). 
3.Bəni-Haşimin beyət etməsi 
«Ehticac» adlı kitabın müəllifi Əllamə Təbərsi və İbn 
Qüteybə  «Əlimamətu  vəssiyasət»  kitabında  belə  qeyd 
edirlər ki,  əmirəl-möminin Əli(ə.s)  həzrəti-Mühəmməd(s)-
in  dəfn  mərasimindən  sonra  kədərli  halda  gəlib  məsciddə 
oturmuş,  Bəni-Haşimdən  olanlar  da  onun  ətrafında 
yığılmışdı.  Zübeyr  ibn  Əvam  da  Əli(ə.s)-nin  yanında  idi. 
Məscidin  digər  tərəfində  isə  Bəni-Üməyyə  tayfası 
Osmanın  ətrafına  yığışmışdı.  Başqa  bir  tərəfdə  isə  Bəni-
Zöhrədən  bir  dəstə  Əbdürrəhman  ibn  Uffun  ətrafında 
dövrə  vurub  oturmuşdu.  Beləcə  müsəlmanlar  bir  neçə 
dəstəyə  bölünərək  məsciddə  əyləşmişdilər.  Bu  vaxt  Əbu 
Bəkr,  Ömər  və  Əbu  Übeydeyi  Cərrah  məscidə  daxil  olub 
dedilər:  
__ 
Niyə  sizi  ayrı-ayrı  dəstələrdə  oturmuş  görürəm? 
Ayağa qalxıb Əbu Bəkrə beyət edin.  
Mədinəlilər və başqaları ona beyət ediblər. Osman və 
Əbdürrəhman  ibn  Uf  öz  tərəfdarları  ilə  ayağa  qalxıb  Əbu 
Bəkrə    beyət  etdilər.  Həzrəti-Əli(ə.s)  və  Bəni-Haşimin 
nümayəndələri  məsciddən  çıxaraq  Əli(ə.s)-nin  evində 
yığışdılar. Zübeyr də onlarla idi. 
Ömər  aralarında  Əsid  ibn  Xəzri  və  Səlmət  ibn 
Səlamə  olmaqla beyət edənlərdən bir dəstə ilə Əli(ə.s)-nin 
evinə  gəldikdə  Bəni-Haşimin  burada  yığışdığını  görüb 
onlara dedi:  
__ 
Hamı Əbu Bəkrə beyət edib, siz də beyət edin. 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə