147
üstün deyildir. (Saleh(s) peyğəmbərin dəvəsini öldürənlər
kimi siz də Allah əzabına düçar olacaqsınız.)»Bu zaman
Fatimə(s.ə) ağlar gözlə, dərdli qəlblə Peyğəmbər(s)-in
qəbrinə yaxınlaşdı. O vaxt müsibət toxumu qəlbində
cücərdiyindən fəryad edib dedi: «Ah bir kömək edənim
yoxdur ki, düşmənin şərini özümdən uzaqlaşdırım, ey ata!
İndi camaat Samira
64
və inəyinə itaət edib Harundan
(Əli(ə.s) burada Musa(ə.s)-nın qardaşı Harun(ə.s)-a
bənzədilmişdir)
üz
döndərdilər.
Atacan,
hansı
müsibətlərdən şikayət edim? Ömrümün axırına qədər
bədənimdə izləri qalan qamçı zərbələrindənmi? Sənin
fəraqından ötrümü ağlayım, ya həyat yoldaşımın haqqının
tapdanmasınamı? Yoxsa qabırğamın sınmasından, ya
bətnimdəki körpənin siqt olmasından şikayət edim?
Atamın mənə etdiyi bəxşişlərinin və irsinin qarət
olunmasındanmı,
ya
mənim
məqamımı
(atamın
tövsiyələrindən sonra) tanıya-tanıya, bilə-bilə, qəsdən
haqqımı inkar etmələrindənmi şikayət edim?
Atacan, onlar sənin iki yetimin Həsən və
Hüseyn(ə.s)-i məzlum etdilər. Mən onlardan haqqımı tələb
etdikdə onlar mənim haqqımı qəsb etdilər».
Məsudinin qeydlərində beyət əhvalatı.
Məşhur tarixçi və alim Məsudi (Əli ibn Hüseyn
vəfatı: 956-cı il, hicri qəməri, təxminən 1562-ci il miladi)
«İsbatül-vəsiyyə» kitabında yazır: «Əmirəl-möminin
Əli(ə.s) Peyğəmbər(s)-in vəfatından sonra 35 yaşında ikən
64
Samira Bəni-İsrail tayfasının sehrkarlarından idi. Həzrəti-Musa(ə.s)-
nın dövründə Bəni-İsraillilərdən bir dəstəsi yolunu azdı. Dedilər,
Samira Musanın yolunu gedənlərdən idi. Musa(ə.s) Tur dağına
gedəndə qızıldan buzov düzəldib onu səsləndirib hərəkətə gətirdi və
Bəni-İsrail tayfasını ona pərəstiş etməyə dəvət etdi. Onlardan bir
neçəsi ona iman gətirdilər. Elə ki Musa(ə.s) qayıtdı,
buzovu məhv edib camaatı haqqa çağırdı.
148
Allahın əmri ilə rəhbəriyyəti idarə etmək üçün ayağa
qalxdı. Möminlər ona itaət etdilər. Münafiqlər isə ona itaət
etməyib xilafəti idarə etmək üçün bir nəfər seçərək Allah
və Rəsulu tərəfindən təyin olunmuş şəxsə qarşı çıxıb ona
müxalif oldular».
Bəzi mənbələrdə qeyd olunubdur ki, Abbas
(Peyğəmbərin əmisi) Peyğəmbər(s) vəfat etdikdən sonra
əmirəlmöminin Əli(ə.s)-nin hüzuruna gələrək ona dedi:
__
Əlini uzat ki, sənə beyət edim.
Əmirəl-möminin(ə.s) buyurdu:
__
Məgər bu vəzifəyə göz dikənmi var? Bizdən başqa
kimin bu məqama səlahiyyəti çatır ki?
Bu zaman müsəlmanlardan bir dəstəsi Zübeyr və
Əbu Süfyan («Səxr ibn Hərb») beyət etmək üçün Əli(ə.s)-
nin evinə gəldi, lakin Əli(ə.s) bundan imtina etdi. (yəqin
ki, Peyğəmbər(s)-in dəfninə görə)ı
Bu vaxt mühacir və ənsarlar arasında ixtilaf düşdü.
Mədinə müsəlmanları dedilər: «Bir nəfər başçı sizdən
seçilsin və bir nəfər də bizdən». Lakin mühacirlərdən
(Məkkə və ətraf müsəlmanlar) bir dəstəsi dedi ki,
Peyğəmbər(s)-dən eşitmişik: «Xilafət Qureyş nəslinindir».
Mühacirlər Səd ibn Übadəni (ənsarların başçısı)
əzişdirib əldən
salandan sonra,
nəhayət, ənsarlar
mühacirlərə təslim oldular.
Ömər ibn Xəttab əlini vuraraq ona beyət etdi. Sonra
onun ardınca Mədinəyə təzə gəlmiş ərəblər və müəllifəti-
qulubihimdən (Məkkənin fəthindən sonra qəlblərinə təlif
edilmə nəticəsində təzəcə İslamı qəbul etmiş müsəlmanlar,
yəni qəlbləri satın alınmışlardan) bir qismi Əbu Bəkrə
beyət etdilər. Bu xəbər Əli(ə.s)-yə həzrəti-Mühəmməd(s)-
in pak cənazəsini qüsl edib, kəfənləyib, dəfn edəndən
sonra yetişdi.
149
Həzrəti-Əli(ə.s) orada olan Bəni-Haşim qəbiləsilə və
səhabədən Əbuzər, Salman, Miqdad, Əmmar, Hüzeyfə və
Əbiyy ibn Kəb kimi şəxslərdən ibarət qırx nəfərlik bir
dəstə ilə Rəsulullah(s)-ın cənazəsinə namaz qıldılar.
Həzrəti-Əli(ə.s) ayağa qalxıb oradakılar üçün nitq
söylədi. Nitqdə həmd və sənadan sonra buyurdu: «Əgər
imamət Qureyşə verilirsə, mən Qureyşin ən layiqlisiyəm.
Yox əgər Qureyşə verilmirsə, ənsarlar öz iddialarında
qalsınlar».
Əli(ə.s)-nin beş Peyğəmbərə şəbahəti.
65
Sonra Əli(ə.s) evinə qayıdaraq onlardan ayrıldı.
Həzrət öz dostlarına belə buyurmuşdu: «Mən beş sahədə
beş Peyğəmbərə iqtida etmişəm. (Yəni mənim işim onların
əməllərinə oxşayır)»
1.Həzrəti-Nuh(ə.s)-dan Allaha ərz etdiyi sözü:
«İlahi, bu zalım tayfa məni məğlub etdi, onlardan
mənim intiqamımı al». («Qəmər»,10)
2.Həzrəti-İbrahim(ə.s)-dən müşriklərə buyurduğu
sözü:
«Sizdən və Allahdan qeyrisinə dəvət etdiyiniz
şeydən uzaqlaşıram». («Məryəm», 48)
3.Həzrəti-Lut(ə.s)-dan inadkar tayfasına buyurduğu
sözü:
«Kaş sizin qarşınızda dayanmağa qüdrətim olaydı
və ya bir köməyim, arxam olaydı». («Hud», 80)
4.Həzrəti-Musa(ə.s)-dan
Fironun
tərəfdarlarına
dediyi sözü:
«Sizlərdən qorxduğum anda uzaqlaşdım».
5.Harundan (Musanın qardaşı) Musa(ə.s)-ya dediyi
sözü:
65
Şəbahət, yəni oxşarlıq.
150
«Camaat məni zəiflədib az qala, öldürsün».
(«Əraf», 150)
Sonra Həzrəti-Əli(ə.s) «Quran»ı yığıb tənzimləməklə
məşğul oldu. Onu parçaya büküb üstünə də möhür vuraraq
xalqa xitab etdi: «Bu kitab Peyğəmbər(s)-ə necə nazil
olubsa, eləcə də o Həzrətin buyurduğu kimi tərtib
edilmişdir».
Oradakılardan bəzisi dedi:
__
«Quran»ı qoy qalsın, özün isə get.
Bu zaman Həzrət buyurdu:
__
Rəsuli-əkrəm(s) məgər sizə buyurmamışdır ki, mən
özümdən sonra sizin aranızda iki qiymətli şey yadigar
qoyuram: birincisi, Allahın kitabı; ikincisi isə mənim Əhli-
beytimdir. Bu iki şey mənə Kövsər hovuzunda yetişənə
qədər bir-birindən ayrılmazlar. Əgər Peyğəmbər(s)-in
sözünü qəbul edirsinizsə, «Quran»ın hökmləri əsasında
sizin aranızda hökm edim.
Camaat dedi:
__
Bizim sənə və tərtib etdiyin «Quran»a ehtiyacımız
yoxdur. «Quran»ı da götür get və ondan ayrı düşmə.
Həzrəti-Əli(ə.s) onlardan üz döndərib evinə getdi.
Onu sevənlər də evdə oturub bayıra çıxmadılar, çünki bu
dünyadan
dördəlli
yapışanlar
Allahın
Rəsulu
ilə
bağladıqları
əhdi
pozmuş,
hələ
bu
azmış
kimi
Pyğəmbər(s)-in Əhli-beytinə qarşı zor işlədərək güclə
evinə soxulmuş, qapını odlamış, Rəsullullah(s)-ın gözünün
nuru, yadigarı, özünün dediyi kimi, hər iki dünya
qadınlarının xanımı olan həzrəti-Fatimə(s.ə)-yə əl
qaldırmışlar ki, bunun da nəticəsində, o müqəddəs
Xanımın bətnindəki körpə dünyaya gəlməmiş məhv
olmuşdu. Onlar həzrəti-Əli(ə.s)-ni güclə evdən çıxarıb Əbu
Bəkrin yanına aparıb: «Beyət et!»
__
dedilər.
Dostları ilə paylaş: |