143
dərd və ağrılar ondan kiçik görünür. Məsələn, Təbərinin
«Nəfəsül-məhmum» kitabından nümunə gətiririk:
Şimr ibn Zil Cövşən Kərbəlada hücuma keçib
nizəsini imam Hüseyn(ə.s)-in xeyməsinə vuraraq ucadan
qışqırdı:
__
Bu xeyməni içindəki adamlarla birlikdə yandırmaq
üçün mənə od verin.
Xanımlar səs-küylə xeymədən çölə çıxdılar. İmam
Hüseyn(ə.s) Şimrə xitab edərək ucadan buyurdu:
__
Mənim evimi yaxınlarımla birgə yandırmaqmı
istəyirsən? Allah səni cəhənnəm atəşində yandırsın.
Əbu Müxtəf (Kərbəla hədisəsini qələmə alanlardan
biri) yazır:
Süleyman ibn Raşid Həmid ibn Müslimin dilindən
belə söyləyir:
Şimrə dedim:
__
Belə iş tutmaq məsləhət deyil. İki günah sahibi
olmaqmı istəyirsən? Birincisi, Allahın əzabına düçar
olarsan; ikincisi isə, qadınlara və uşaqlara əl qaldırırsan.
Məgər sənin rəhbərin kişiləri öldürməklə razılaşmır?
Şimr soruşdu:
__
Sən kimsən?
__
Kim olduğumu sənə söyləmərəm.
Qorxdum ki, əgər özümü ona tanıtsam, sultana (İbn
Ziyad) xəbər verməklə mənə zərər yetirər.
Bu zaman Şimrə məndən çox itaət edən Şəbəs ibn
Rəbi adlı bir şəxs irəli gəlib Şimrə dedi:
__
Şimr, heç sənin sözündən çirkin söz eşitməmişəm.
Məgər qadın və uşaqları öldürməyəmi göndərilibsən?
Həmid ibn Müslüm yazır: «Mən şahid dayanıram ki,
Şimr bu sözləri eşitcək həya edib qadın və uşaqları
yandırmaq fikrindən döndü».
144
İndi deyirəm, Şimr bu qədər ağılsızlıq və həyasızlığı
ilə yanaşı, Şəbəs ibn Rəbbinin sözündən təsirlənərək həya
edib xeyməni yandırmaq fikrindən döndü, lakin Əli(ə.s)-
nin evinə hücum edən şəxs evi içindəki adamlarla birgə
yandırmaqla hədələyərək deyir: «And olsun Allaha ki,
canım onun əlindədir. Hökmən gərək beyət etmək üçün
evdən çıxasız, yoxsa evə sizlə birgə od vuracağam».
61
Bəziləri ona etiraz edib dedilər ki, Peyğəmbər(s)-in
qızı Fatimə(s.ə), Peyğəmbər(s)-in nəvələri, o Cənabın
izləri var bu evdə. Sən nə edəcəksən?
Beləliklə, mən şahid dayanıram ki, o, bu sözlərdən
əsla həya etməyib öz qərarından dönmədi. Əksinə, necə ki
demişdi, elə də etdi. O zaman bir nəfər tapılmadı ki,
Əli(ə.s)-yə kömək göstərib evini qorusun. Təkcə bir
hədisdə qeyd olunur ki, Zübeyr ibn Əvam Əli(ə.s)-nin
zorla çəkilə-çəkilə məscidə aparıldığını gördükdə əlini
qılınca atıb ucadan dedi: «Ey Əbdül Mütəllib övladları, siz
sağ ola-ola məgər görmürsünüzmü, Əli(ə.s) ilə necə rəftar
edirlər?»
Zübeyr ibn Əvam Ömərə qarşı acıqlanıb qılınc
çəkərək onu vurmaq istədi, lakin
Ömər cəld qılıncı onun
əlindən alıb daşa vurub parçaladı.
Əli(ə.s)-nin məzlumiyyəti.
Böyük hədisçi siqətül-islam
62
Kuleyni Sədirə
əsaslanaraq belə yazır:
İmam
Baqir(ə.s)-in
hüzurunda
idim.
Orada
Peyğəmbər(s)-in
vəfatından sonra baş verən hadisələrdən
və həzrəti-Əli(ə.s)-nin çətinliklərlə üzləşməsindən söz
düşdükdə, oturanlardan biri İmam Baqir(ə.s)-dən soruşdu:
61
İbn Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» VI c, səh.48.
62
Din aliımlərinin rütbələrindən biri.
145
__
Allah sənin işini avand etsin, bəs Bəni-Haşimin
şövkəti-şanı, qüdrəti nə oldu?
İmam Baqir(ə.s) buyurdu:
__
Bən-Haşimdən bir kəs qalmamışdı. Bəni-Haşimin
şövkəti Cəfəri-Təyyar və Həmzə şəhadətə yetişəndən
sonra iki nəfər zəif, gücsüz və təzəcə islamı qəbul etmiş
kişi
__
Abbas (Peyğəmbər(s)-in əmisi) və Əqil (Əli(ə.s)-nin
qardaşı) qalmışdı ki, onlar da Məkkənin fəthində azad
olmuşlardan idilər.
«Bilin və agah olun, Allaha and olsun! Əgər Həmzə
və Cəfər sağ olsaydılar, o iki nəfər (Əbu Bəkr və Ömər)
elə məqama yetişə bilməzdilər. Əgər onlar sağ qalsaydılar,
o iki nəfər canlarını salamat qurtara bilməzdilər».
Elə məhz bu təkliyinə və məzlumluğuna görə də
Əli(ə.s) minbərdə xütbə oxuyanda həmişə axırıncı sözü bu
olardı: «Peyğəmbər(s) vəfat edən gündən mən həmişə
məzlum olmuşam».
Müseyb ibn Nəcbə yazır: «Bir gün həzrəti-Əli(ə.s)
xütbə oxuyarkən bir nəfər ucadan səsləndi: «Ey vay! Sənə
zülm olundu». Həzrəti-Əli(ə.s) ona buyurdu:
__
Yaxın gəl!
O şəxs yaxına gələndə Əli(ə.s) ona buyurdu:
__
Səhranın qum dənələrinin sayı və heyvanların tükü
qədər mənə zülm olunmuşdur.
Digər hədisə əsasən bir gün bir ərəb isə o Cənab(ə.s)-
ın yanından ötəndə demişdi:
__
Ey məzlum Əmirəl-möminin.
O zaman Həzrət ona buyurmuşdu:
__
Əzizim, mənə o qədər zülm olunubdur ki, onun
miqdarı səhranın qumları və heyvanların tükü qədərdir.
Əbuzər Qəffari isə Əli(ə.s)-yə: «Məzlumların və
zəiflərin şeyxi!»
__
deyərək müraciət edərdi.
146
Böyük mühəddis Kuleyni belə bir faktı qeyd
etmişdir:
İmam Hadi(ə.s) buyurmuşdur: «Əli(ə.s)-nin qəbrini
ziyarət edəndə o Həzrəti bu sözlərlə ziyarət edin: «Salam
olsun sənə, ey Allahın valisi, sən məzlum və haqqı qəsb
olunanda səbir edən ilk şəxssən. Ölənə qədər Allahın
rizayətini istədin. Şəhadət verirəm ki, sən şəhid olaraq
Allaha qovuşdun. Allah sənin qatilini müxtəlif növ
əzablarla
cəzalandırsın.
Hər
dəfə
onun
əzabını
təzələsin».
63
Müəllif yazır: «Bu sözlər dərdlə dolu sinədən qalxan,
alovlanan bir ahdır, ürəkyaxan müsibətlərin cüzi hissəsidir
ki, qayaları suya döndərər».
Həzrəti-Zəhra(s.ə)-nın müsibətlərini əks etdirən
şerlər.
Biz bu hissəni şeyx Saleh Hillininin yazdığı şeri ilə
bitiririk:
«Peyğəmbər(s)-in cənazəsi hələ yataqda ikən, kəfənə
tutulmamış Ali-Mühəmməd(s)-ə zülm etdilər. O zaman
Fatimə(s.ə)-yə dedilər: «Peyğəmbər(s)-in qızı, kölgəsində
oturub ah-nalə etməsin deyə, ərak ağacını kökündən
kəsdilər. Onlar odun yığıb elə bir evi yandırmaq istədilər
ki, o evin üzvləri olmasaydı, İslam dini məhv olardı. Onlar
Fatimə(ə.s)-nin evinə hücum edib, ona əl qaldıraraq
bətnindəki körpəsini siqt etdilər. Bu mənfurlar öz
rəhbərlərini qılıncla əsir edib çəkə-çəkə aparırdılar.
Peyğəmbər(s) qızı da onun arxasınca ah-nalə edirdi:
«Əmim oğlunu buraxın. Yoxsa saçımı açıb Allah
dərgahına öz dərdlərimlə şikayət edərəm. Allah dərgahında
Saleh(s) peyğəmbərin dəvəsi və o dəvənin balası məndən
63
Bu ziyarətnamə ümumi ziyarət kimi «Məfatilül-cinan» kitabının
636-cı səhifəsində qeyd olunmuşdur.
Dostları ilə paylaş: |