Microsoft Word Biblioqrafiya Hamlet edited by Martha doc



Yüklə 4,63 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix05.10.2017
ölçüsü4,63 Kb.
#3433
1   2   3   4   5   6   7   8   9   ...   53

 
Hamlet Isaxanlı 
 

 
  
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 

 
“Hər gün, hər saat  
mükəmməlliyə doğru ” 
 
Hamlet İsaxanlı 
 
 
 
 
 
                   
 
 
 
 
Hamlet Abdulla oğlu İsaxanlı (İsayev) 
 
 
Hamlet  Abdulla  oğlu  İsaxanlı  (İsayev)  1948-ci  il  mart 
ayının 1-də Gürcüstan Respublikasında, Qardabani rayonunun 
Kosalı kəndində anadan olmuşdur.  
İsaxanlı  soyadı  onun  poetik  yaradıcılığında  və  humanitar  və 
sosial  elmlər  sahəsində  yazdığı  əsərlərində  işlətdiyi  soyaddır.  Onun 
bütün riyazi əsərləri İsayev soyadı ilə çap olunmuşdur. Hal-hazırda 
o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxalı kimi tanınır. 
Hamlet  İsaxanlı çox  geniş  və  müxtəlif sahələrdə fəaliyyət 
göstərir; onları tam olmasa da sadalayaq – Riyaziyyat, humani-
tar  və  sosial  elmlərin  bir  çox  sahələrində  görülmüş  elmi-
tədqiqat işləri, poetik və digər bədii-publisistik yaradıcılıq, tər-
cüməçi,  maarifçi,  universitə  təsisçisi,  məktəb  (ibtidai,  ümumi 
orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xa-
dim... 
 
 


 
Hamlet Isaxanlı 
 
12 
 
mütəxəssislərin,  qərarverənlərin  və  ümumiyyətlə,  ictimaiyyə-
tin diqqət mərkəzindədir. 
Çox  geniş  maraq  dairəsinə sahib  olan  Hamlet  İsaxanlı öz 
yazılarında  həmçinin  poeziya  və  fəlsəfə,  beynəlxalq  münasi-
bətlər,  tarix,  jurnalistika  və  digər  sahələrin  problemlərini  də 
araşdırır. 
Böyük həvəs və ehtirasla, güc və enerji ilə elmi araşdırma-
lar aparan və quruculuq işləri ilə məşğul olan Hamlet İsaxanlı, 
eyni  zamanda  istedadlı,  görkəmli  şair  kimi  də  həm  Azərbay-
canda,  həm  onun  hüdudlarından  çox-çox  kənarda  çox  tanınır 
və  sevilir.  Azərbaycanda,  Rusiyada,  İranda,  Gürcüstanda  şeir 
kitabları nəşr olunmuş və böyük rəğbət görmüşdür, Çində və 
Türkiyədə şeir kitabları çapa hazırlanmışdır. Üstəlik, o özü də 
məşhur şairlərin əsərlərini ruscadan, ingiliscədən və fransızca-
dan Azərbaycan dilinə ustalıqla tərcümə etmiş, oxucu və mü-
təxəssislərin rəğbətini qazanmışdır; V.A. Jukovskiy, F. Baratın-
skiy,  F.İ.  Tyutçev,  A.Fet,  S.  Yesenin,  N.S.  Qumilev,  A.  Axma-
tova,  A.  Axundova,  G.  Bayron,  Ü.Bleyk,  R.  Herrik,  G.  De 
Nerval kimi şairlər bu sıradandır.  
Hamlet İsaxanlının şeirləri musiqi ilə dolu, ürəyəyatan və 
könülləri ehtizaza gətirəndir. Məhz buna görə də onun şeirləri 
Azərbaycan  bəstəkarlarının  diqqətini  cəlb  edib.  Çoxsaylı  lirik 
və  epik  şeirləri  və  poemaları  əsasında  gözəl  mahnılar  yazılmış 
və  musiqili  tamaşalar  hazırlanmışdır.  Şairin  “Xəzər  Universi-
təm” şeirinə görkəmli bəstəkarlar, xalq artistləri Ramiz Mustafa-
yev və Vasif Adıgözəlov musiqi-himn yazmış, «Xəzərimin sora-
ğında» şeirinə Ramiz Mustafayev, «Hicran» şerinə Vagif Gəray-
zadə,  “Yaşamağa  nə  var  ki?!”  şeirinə  Lütfiyar  İmanov,  «Səni 
sevdim çox sadəcə», «Gözəldir», «Lalə», «İnciçiçəyi», «Külək və 
qız», «Tək qalmaq istəyirəm», «Tez gəlin», «Dünyam» şeirlərinə 
Nailəxanım  İsayeva,  «Baş  açmadım  bu  dünyadan»  və  «Bakı» 
şeirlərinə  Elza  Seyidcahan,  «Görüş  yerimiz»  şeirinə  Cahangir 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 

 
lik dərəcəsi aldı; bir qədər sonra isə Sovet Ali Attestasiya Ko-
mitəsi tərəfindən professor adına layiq görüldü.  
Hamlet  İsayev  yüksək  tədqiqatçı  gücünə,  dərin  və  geniş 
riyazi mədəniyyətə malik alim kimi tanındı və hörmət qazan-
dı.  O,  riyaziyyat  və  tətbiqi  elmlərin öz-özünə qoşma olmayan 
operatorlar  nəzəriyyəsi,  çoxparametrli  spektral  nəzəriyyə, 
birgə  spektrlər  nəzəriyyəsi,  diferensial  tənliklər,  ədədi  oblast-
lar,  iqtisadiyyatın  riyazi  modelləri  kimi  müxtəlif  sahələrində 
dərin  nəticələr  almış  alimdir.  Hamlet  İsayev  müasir  çoxpara-
metrli  spektral  nəzəriyyənin  yaradıcılarından  biri  hesab  olu-
nur.  O,  riyaziyyatın  riyazi fizikadan  qaynaqlanan  bu  çox  mü-
hüm sahəsində dərin tədqiqatlar aparan ilk sovet riyaziyyatçısı 
idi.  
Hamlet İsayev Moskva riyaziyat məktəbinin nümayəndəsi 
olmaqla  yanaşı  Birləşmiş  Ştatlar,  Böyük  Britaniya,  Almaniya, 
Kanada,...  elmi  məktəblərin  də uğurlarından  bəhrələndi.  Hələ 
Sovet  “Dəmir  Pərdə”  dövründə  o,  çətinliklərə  baxmayaraq, 
qərb  ölkələri  yalnız  məsafədən,  qiyabi  olaraq  deyil,  dəvətli 
professor  kimi  çalışaraq  da  kəşf  edir,  öyrənirdi.  Sonralar  da 
Avropa,  Amerika  və  Asiyada  yerləşən  müxtəlif  elmi  mərkəz-
lər, akademiya və universitələr onu mühazirələr oxumağa, bir-
gə tədqiqatlar aparmağa, nüfuzlu elmi konfranslarda çıxışa də-
vət etdilər. O da, öz növbəsində xarici həmkarlarını mühazirə-
lər oxumaq və əlaqələri daha da inkişaf etdirmək üçün Moskva 
və Bakıya dəvət etdi. Göründüyü kimi, artıq Sovet dövründə, 
o, beynəlxalq elmi şəbəkə qurmağa nail olmuşdu. 
Hamlet  İsayevin  riyaziyyat  üzrə  tədqiqatlarını  Sovet 
Elmlər  Akademiyası  üzvləri  N.N.  Boqolyubov,  V.S.  Vladimi-
rov,  S.M.  Nikolskiy,  Lenin  mükafatı  laureatları  B.M.  Levitan, 
V.B. Lidskiy, eləcə də A.Q. Kostyuçenko, A.A. Dezin, V.A. Sa-
dovniçiy  (hal-hazırda  Lomonosov  adına  Moskva  Dövlət  Uni-
versitetinin  rektoru),  professor  F.  Atkinson  (Toronto  Univer-


Yüklə 4,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə