Microsoft Word Biblioqrafiya Hamlet edited by Martha doc



Yüklə 4,63 Kb.
Pdf görüntüsü
səhifə3/53
tarix05.10.2017
ölçüsü4,63 Kb.
#3433
1   2   3   4   5   6   7   8   9   ...   53

 
Hamlet Isaxanlı 
 
10 
 
sity),  professor  P.J.  Browne  (University  of  Calgary)  və  digər 
görkəmli riyaziyyatçılar yüksək qiymətləndirdilər.  
Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rəyasət 
Heyəti  tərəfindən  “ilin  ən  yaxşı  elmi  işləri”  siyahısına  daxil 
edildi.  
 
 
 
 
  
 
 
 
 
 
 
 
Hamlet  İsaxanlı  geniş  sahələrdə  tədqiqat  aparan  və  sanballı 
əsərlər yazan elm və sənət adamıdır; riyaziyyat xaricində də o, 
öz tədqiqat üfüqlərinin genişliyi ilə diqqət çəkir. Elm, təhsil və 
mədəniyyət tarixi, təhsil siyasəti, tərcümə nəzəriyyəsi və tarixi, 
dil  və  ədəbiyyat, və  digər  sahələrdə yüzlərlə  məqalə,  monoq-
rafiya və dərsliklərin müəllifidir.  
Hamlet  İsaxanlının  “Xəzərin  sorağında”  əsəri  həm  Azər-
baycan  daxilində,  həm  də  beynəlxalq  aləmdə  çox  tanındı  və 
oxundu. Çox maraqlı nəql yazı üslubu, yeni ali məktəbin yara-
dılması dövrünə xas olan siyasi və mədəni mühitin, şəxsi və psi-
xoloji məqamların orijinal təsviri, hadisələrin və dövrün sənəd-
ləşdirilmiş  təhlili  bu  kitabı  dəyər-qiymətini  çox  artırır.  Kitabın 
girişində müəllif qeyd edir – “Xəzər universitəsinin yaradılması 
və  inkişafı  ilə  bağlı  gerçəklər  xatirimdə  silinməz  izlər  burax-
 Humanitar və sosial elmlər              
üzrə tədqiqatları.   Poetik və     
bədii-publisistik yaradıcılığı  
 
 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
11 
 
mışdır.  Hadisələri  düşüncəmin  süzgəcindən  keçirərək  olduğu 
kimi tam səmimiyyətlə oxuculara çatdırmaq iddiasındayam”. 
Hamlet  İsaxanlının  tərcümə  məsələləri  dil,  siyasət  və  lü-
ğətçilik işinin təşkili sahəsində xidmətləri xüsusi qeyd edilmə-
yə  layiqdir.  “Poetik  tərcümə  və  mədəniyyətlərarası  ünsiyyət. 
Məhdud  çərçivələr içində xoş  ahəng  və  gözəllik axtarışı”  adlı 
irihəcmli məqaləsi (çox güman ki, hazırlanmaqda olan kitabın 
bir  variantı)  geniş  tərcümə  yolunda  baş  verən  Şərq-Qərb  ün-
siyyətinin  tarixi  və  təhlilinə,  Azərbaycan  türkcəsinə  və  Azər-
baycan türkcəsindən tərcümələrə, poetik tərcümə məsələlərinə 
həsr olunmuş bu əsər yaradıcı tərcümə ilə məşğul olanlar üçün 
mütəxəssislərdən  birinin  qeyd  etdiyi  kimi  “əvəzedilməzdir, 
stolüstü kitabdır, istinad qaynağıdır”.  
Hamlet İsaxanlı 6 cildli “Xəzər İngiliscə-Azərbaycanca Bö-
yük Lüğət”in müəlliflərindən biri və həm redaktorudur. Bu iş 
əsasən  başa  çatdırılmış,  onun  üç
 
cildi  çap  olunmuş,  digərləri 
çapa  hazırlanmaqdadır.  Bu  lüğət,  heç  şübhəsiz,  Azərbaycan 
elmi və mədəniyyətinin ən sanballı uğurlarından biridir.  
Hamlet İsaxanlının iki həmkarı ilə bərabər yazdığı və ün-
siyyət  metoduna  söykənən  «Xaricilər  üçün  Azərbaycan  dili» 
dərsliyi əcnəbilərin  və  müəllimlərin çox  müraciət  etdikləri  bir 
qaynaqdır. 
Hamlet  İsaxanlı  təhsilin  çox  müxtəlif  məsələləri, təhsil si-
yasəti, təhsilin tarixi və fəlsəfəsi sahələrində fəaliyyət göstərən 
ən nüfuzlu alim, maarifçi, yazıçı-publisisit və ictimai xadimlər 
sırasındadır.  Onun  “On  Education  System  in  Transition 
Ecenomy. A View From Azerbaijan” (“Keçid iqtisadiyyatında-
kı  təhsil  sistemi.  Azərbaycandan  baxış”)  və  “Müasir  dünyada 
ali  təhsil  sistemində  nələr  baş  verir”  və  “2008-2012-ci  illərdə 
Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üz-
rə Dövlət Proqramı” necə olsa yaxşıdır?” adlı kitabları və çox-
saylı  məqalələri,  hesabatları  və  müsahibələri  bir qayda olaraq 


 
Hamlet Isaxanlı 
 
16 
 
ma metodu seçildi, müasir idarəetmə üsulları tətbiq edildi, çox 
geniş  və  səmərəli  beynəlxalq  əlaqələr  quruldu,  ən  səviyyəli 
yerli  və xarici  mütəxəssislər  işə cəlb  edildi,  tapşırıq-rüşvət  vi-
rusunun  əmələ  gəlməməsi  üçün  böyük  iş  aparıldı,  ümumiy-
yətlə, ciddi və keyfiyyətli təhsil bu universitetin həyat prinsipi-
nə çevrildi. Nəticədə Xəzər Universiteti tezliklə Azərbaycanda 
və geniş Postsovet-Yaxın Şərq məkanında ən yaxşı ali məktəb-
lərdən birinə çevrildi. 
Hamlet İsaxanlı əsas tədris dili olaraq ingiliscəni seçdi; bu 
qərar  tələbə  və  müəllimlərin  Qərb  ölkələrində  nəşr  olunmuş 
kitab və digər tədris-tədqiqat materiallarından istifadə etməsi-
ni,  tələbə  mübadiləsi  proqramlarını  və  xarici  professorların 
gəlməsini  mühüm  dərəcədə  asanlaşdırmaq,  ümumiyyətlə əta-
lətdən qurtarmaq, yeni düşüncəyə yol açmaq üçün güclü amil 
və vasitə oldu.  
Azərbaycan  ali  təhsilində  ikipilləli  bakalavr-magistr  sis-
teminin bərqərar olmasında, biliyin müasir qiymətləndirilməsi 
üsullarının  hazırlanması  və  tətbiqində  şəxsən  Hamlet  İsaxan-
lının və Xəzər Universitəsinin təcrübəsi mühüm rol oynadı. Öz 
yenilikçi  çalışmaları ilə  Hamlet İsaxanlı  sonralar Bologna  (Bo-
lonya) Prosesi adlanacaq Avropa Ali Təhsil Məkanının (Euro-
pean Higher Education Area) yaradılması ideyasını da qabaq-
ladı;  O,  Azərbaycanın  2005-ci  ildə  bu  prosesə  qoşulmasını 
hazırlayan əsas şəxslərdən biri oldu. 
 
 
 
 
 
 
 
 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
13 
 
Zülfüqarov,  «Qədim  sual»,  «Möcüzə  gecə»,  «Uşaqlıqda  qalan 
buludlar» və digər şeirlərin, həmçinin şairin fəlsəfi şeirlər silsilə-
si  əsasında  qurulmuş  “Ömür  yolu  bircə  andır”  adlı  tamaşaya 
Dilarə  Qulamova  könülaçan  musiqi  bəstələiyblər.  Hamlet  İsa-
xanlının  “Ziyarət”  poemasına  bütövlükdə  musiqi  bəstələyən 
Cavanşir Quliyev şairin on bir şeirini də mahnıya çevirmişdir. 
Bu  və  başqa  mahnılar  və  musiqili  tamaşalar  Brilliant  Dadaşo-
va,  Lütfiyar  İmanov,  Flora  Kərimova,  İlqar  Muradov,  Rəşidə 
Behbudova, Manana Caparidze, Elza Seyidcahan, Samir Cəfə-
rov, Fədayə Laçın, Azərbaycan Dövlət simfonik orkestri və xo-
ru,  “Savalan”,  «Şaron»  və  “Kristal”  qrupları  və  b.  tərəfindən 
ustalıqla ifa olunur, dinləyici və tamaşaçıların ürəyini oxşayır. 
Arif  Babayev,  Alim  Qasımov,  Nəzakət  Teymurova,  Zabit  Nə-
bizadə kimi muğam ustaları da Hamlet İsaxanlı yaradıcılığına 
müraciət etmişlər.  
Hamlet  İsaxanlının  bədii  yaradıcılığı  zəngin  və  çoxşaxə-
lidir. 
 
                                                           
 
 
                                                                        Təhsil islahatları 
 
 
 
 
 
 
Qərb ölkələrində tək elmi-tədqiqatla deyil, elm və təhsilin 
təşkili ilə, Qərb təhsil ocaqlarının müxtəlif cəhətləri ilə də ciddi 
maraqlanan Hamlet İsaxanlı 1980-ci illərin ortalarından Sovet, 
xüsusi halda Azərbaycan ali təhsil sisteminin böhran keçirdiyi-
 


Yüklə 4,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə