Microsoft Word Biblioqrafiya Hamlet edited by Martha doc



Yüklə 4,63 Kb.
Pdf görüntüsü
səhifə4/53
tarix05.10.2017
ölçüsü4,63 Kb.
#3433
1   2   3   4   5   6   7   8   9   ...   53

 
Hamlet Isaxanlı 
 
14 
 
ni, onun məna və səbəblərini izah etməyə geniş ictimaiyyətə və 
hökumətə çatdırmağa çalışdı. O, Azərbaycan və rusdilli qəzet-
lərdə  təhsil  sisteminin  dərin  islahatlara  ehtiyacı  olduğunu, 
böhrandan  çıxmaq  və  işlahatların  hansı  istiqamətdə  getməsi 
yollarını göstərən məqalələr yazdı, radio və televiziyada çıxış-
lar etdi.  
Siyasi və iqtisadi böhran içində qovrulan, müharibə şərai-
tində  olan  ölkədə  yeni  ideyalar  yaranır  və  həyata  keçirilirdi! 
Bu işdə çox mühüm rol oynayanlardan biri də Hamlet İsaxanlı 
oldu. 
Hamlet İsaxanlı bütöv təhsil sistemində addım-addım isla-
hat  aparılmasının  vacibliyini  qeyd  etməklə  bərabər,  yeni 
dünyaya,  sürətlə  dəyişməkdə  olan,  qloballaşan  dünyaya
 
uy-
ğun yeni növ ali məktəblərin qurulmasının vacibliyini önə çək-
di. O, yeni yaradılacaq ali məktəblərin təhsil plan-proqramları; 
idarəetmə;  keyfiyyətli  tədris  və tədqiqat;  universitet-sənaye-iş 
dünyası münasibətləri; bilik iqtisadiyyatı və innovasiya; kredit 
qazanma və interaktiv tədrisə əsaslanan tələbə mərkəzli təhsil 
sistemi;  bakalavr,  magistr  və  doktor  (PhD)  dərəcələri  verən 
proqramlar və s. cəhətdən daha çox Birləşmiş Ştatlar universitə 
modelindən  bəhrələnməsini  düzgün  saydı.  Bu  fəaliyyətin  cə-
miyyətin  fəallaşması  və  demokratikləşməsi  yolunda  da  mü-
hüm rol oynayacağını qeyd etdi.  
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
15 
 
 
                                                                       
Azərbaycanda  təhsil  islahatı  aparılması  yolları  üzərində 
düşünməyə və yazmağa davam edən Hamlet İsaxanlı bu işdə 
əməli surətdə də ciddi iştirak etdi, tamamilə yeni tipli ali mək-
təb yaratmaq qərarına gəldi. 1990-cı ilin payızında başlanan bu 
fəaliyyət  nəticəsində  Azərbaycan  Respublikası  Nazirlər  Kabi-
netinin  1990-cı il  20  dekabr  tarixli  sərəncamı ilə hazırlıq işləri 
aparıldı və 1991-ci il 18 mart tarixli qərarla Xəzər Universitəsi 
(o zamankı adı ilə “İngilisdilli Azərbaycan Universiteti”) yara-
dıldı.  19  tələbə  və  7  müəllimlə fəaliyyətə  başlayan Xəzər  Uni-
versitəsi Azərbaycanın ilk özəl ali məktəbi olmaqla yanaşı keç-
miş Sovetlərdə də rəsmən yaradılmış ilk özəl ali məktəblərdən 
biri idi.  
Hamlet  İsaxanlı  daha  bir  mühüm  fikri  vurğuladı,  dürüst 
ifadə etdi: korrupsiyanın çox geniş yayıldığı, o cümlədən təhsil 
sisteminin canına daraşdığı bir ölkədə çox ciddi, çox təmiz işlə-
yən  keyfiyyətli  təhsil  verən  ali  məktəbin  qurulması  həyati 
vacibdir  və  mümkün  işdir.  O,  öz  get-gedə  artan  və  güclənən 
fəaliyyəti ilə keçid iqtisadiyyatına malik ölkələrin təhsil sistemi 
sahəsində  həm  nəzəri  məsələlərdə,  həm  quruculuq  işlərində 
bir lider olaraq tanındı.  
Hamlet  İsaxanlının  yaratdığı  təhsil  ocağında  onun  bila-
vasitə  rəhbərliyi  ilə  tədris  proqram-planları  Qərb  standart-
larına  uyğunlaşdırıldı,  tədris  modeli  olaraq  tələbənin  fərdi 
yolla inkişafını təmin edən “tələbə mərkəzli” çevik kredit yığ-
 
Xəzər Universitəsi 
(təsis və prinsiplər) 
 


 
Hamlet Isaxanlı 
 
20 
 
nəlxalq  layihələr  və  bölgə  ilə  bağlı  proqramlar
 
həyata  keçirir, 
ölkəmizin  və  geniş  bölgənin  elmi-iqtisadi-siyasi-mədəni  inki-
şafı üçün zəruri olan məsələlər ətrafında tədqiqatlar aparırlar. 
Hamlet İsaxanlı Xəzər Universitəsi nəzdində nəşriyyat və 
mətbəə də qurmuş, dərslik, elmi və bədii ədəbiyyatın nəşri sa-
həsində  də  uğurlu  fəaliyyət  görtərməkdədir.  Üç  elmi  jurnal 
(“Journal of Azerbaijani Studies” - “Azərbaycan Araşdırmaları 
Jurnalı”, “Khazar Journal of Mathematics” – “Xəzər Riyaziyyat 
Jurnalı”, “Azərbaycan Arxeologiyası” və üç dilli (Azərbaycan-
ca, ingiliscə və rusca) elmi-populyar “Xəzər-Xəbər” dərgisi də 
bu nəşriyyatda çap olunur. Xəzər Universitəsi nəşriyyatı həm-
çinin Azərbaycan Respublikasında İSBN və İSMN kimi beynəl-
xalq kitab və musiqi əsərlərinin standartlaşdırma-kodlaşdırma 
mərkəzidir.  
Gəncliyin  cazibə  mərkəzi  olan  Xəzər  Universitəsi  yaran-
dığı gündən həm də mədəniyyət, incəsənət və idman ocağıdır. 
Tələbələrin  idmana  olan  təbii  marağını  təmin  etmək  üçün 
Hamlet İsaxanlı Xəzər Universitəsi idman klubunu təsis etmiş, 
futbol,  basketbol,  şahmat  və  digər  sahələrdə  uğur  qazanan, 
yüksək liqada və beynəlxalq yarışlarda çıxış edən komandalar 
yaratmışdır.  
Xəzər universitəsinin Mahnı və Rəqs ansamblı öz peşəkar-
lığı və məlahəti ilə Azərbaycanda və xaricdə - Qafqazda, Avro-
pada, Yaxın Şərqdə səhnəyə çıxmalarından asılı olmadan ürək-
ləri fəth edirlər. 
1998-ci  ildə  Hamlet  İsaxanlı  Xəzər  Universiteti  nəzdində 
“Dünya” məktəbini yaratdı. Üç yaşdan başlayaraq orta məktə-
bi  bitirənə  qədər  uşaq  və  gənclərin  təlim-təhsil-tərbiyəsi  ilə 
məşğul  olan  bu  məktəb  ciddi  uğurlar  qazanmış,  ölkədə  ən 
sevilən,  arzu  olunan  təhsil  ocağı  kimi  tanınmışdır.  Bu  müasir 
və orijinal məktəbi qurmaqla Hamlet İsaxanlı tək ali təhsil sa-
həsində  deyil,  orta  təhsil  sistemində  də  öz  beynəlxalq  yarışa 
                                           Biblioqrafiya. Alim, Qurucu, Şair
 
 
17 
 
     
                                     
 
                                                           Xəzər Universitəsi (inkişaf) 
 
 
 
 
 
       Hamlet İsaxanlı Xəzər Universitetində humanitar və sosial 
sahələrlə yanaşı təbiət elmləri, mühəndislik və tətbiqi elmlər, o 
cümlədən  informasiya  texnologiyası  və  kompüter  mühəndis-
liyi, neft mühəndisliyi, iqtisadiyyat və menecment, həyat haq-
qında  elmlər  üzrə  departamentlərin  təşkil  olunması  kimi  ağır 
işə də böyük həvəslə girişdi.  
Hələ  Xəzər  Universiteti  yaradıldığı  dövrdə  Hamlet  İsa-
xanlı  “qloballaşan  dünyada  əyalət  təhsili  və  əyalət  elmi  yox-
dur,  yalnız  beynəlxalq  əməkdaşlıq  vasitəsi  ilə  irəli  getmək, 
uğur qazanmaq olar”  deyirdi.  O,  bu fikrini  uğurla  həyata  ke-
çirməyə  başladı.  Əvvəlcə  UCLA  (University  of  California  at 
Los-Angeles), sonra Harvard, Princeton, Columbia University, 
Purdue  University  (İndiana),  Georgia  State  University  (Atlan-
ta), George Mason University, South Connecticut State Univer-
sity,  California  State  University,  East  Carolina  University, 
American University (washington D.C.) və s. Birləşmiş Ştatlar 
və  Kanada  universitetləri  ilə  əməkdaşlıq  proqramları  qurdu, 
elmi  araşdırmaları,  müəllim  -  tədqiqatçıların  gedib-gəlməsini, 
tələbə  mübadiləsini,  akademik  və  yardımçı  sahələr  üzrə  mər-
kəzlərin  qurulmasını,  universitənin  idarəolunma  sistemini  in-
kişaf etdirdi. Qərbi Avropa universitələri ilə geniş əməkdaşlıq 
programları da faydalı oldu, xüsusilə Böyük Britaniya, Nider-
land, İtaliya, Fransa, İspaniya, Norveç, İsveç, Yunanıstan, Por-
 


Yüklə 4,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə