Microsoft Word biblioqrafiya



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix01.08.2018
ölçüsü0,6 Mb.
#60291
  1   2   3   4   5   6   7   8   9   ...   26


 
0
AZƏRBAYCAN RESPUBLİKASI 
MƏDƏNİYYƏT VƏ TURİZM 
NAZİRLİYİ 
 
M.F.AXUNDOV ADINA AZƏRBAYCAN 
MİLLİ KİTABXANASI 
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycanın elm və mədəniyyət 
xadimləri 
Xəqani Məmmədov 
 
BİBLİOQRAFİYA 
 
 
BAKI-2010 


 
1
 
AZƏRBAYCAN RESPUBLİKASI 
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ 
 
M.F.AXUNDOV ADINA AZƏRBAYCAN 
MİLLİ KİTABXANASI 
 
   
Anadan olmasının 55,elmi-pedaqoji  
          fəaliyyətinin 35 illiyinə həsr edilir 
 
 
 
 
Xəqani Məmmədov 
 
BİBLİOQRAFİYA 
 
 
 
 
 
 
      
B A K I – 2010 


 
2
Tərtibzi-mğəllif:     Əlizadə Şəmil oğlu Nəcəfov
 
 
 
tarix elmləri namizədi 
 
Buraxılışa məsul və  
ixtisas redaktoru:    Kərim Məhəmməd oğlu Tahirov, 
                    tarix elmləri namizədi 
 
 Rəyzi:  
     Abuzər Alı oğlu Xələfov, 
                   Əməkdar elm xadimi, 
     tarix elmləri doktoru, professor 
 
Xəqani Məmmədov: Biblioqrafiya /tərt.ed. 
Ə.Nəcəfov; burax. məs. və ixtis. red. K. Tahirov; rəyzi 
A.Xələfov; M.F.Axundov adına Azərbaycan Milli 
Kitabxanası. - Bakı, 2010. – 132 s. 
 
 
 
Biblioqrafik məlumat kitabı Azərbaycan Mğəl-
limlər  İnstitutunun Ağcabədi filialının direktoru, tarix 
elmləri doktoru, professor Xəqani Məmməd oğlu Məm-
mədovun həyat və yaradıcılığı, elmi-pedaqoji və ictimai 
fəaliyyətinə həsr olunmuşdur.  
Biblioqrafik məlumat kitabı professor X.Məm-
mədovun həyat və elmi-pedaqoji fəaliyyəti ilə maraqlanan 
tədqiqatzılar, tarixzilər, mədəniyyət işziləri, mğəllimlər və 
tələbələr ğzğn nəzərdə tutulmuşdur.  
 
 
 
 © M.F.Axundov adına Milli Kitabxana, 2010 


 
3
Tərtibzi-mğəllifdən 
 
Mütəxəssislər və geniş oxucu kütləsi üçün 
nəzərdə tutulmuş bu biblioqrafiya müasir Azər-
baycan tarix elminin görkəmli nümayəndələrin-
dən biri, tarix elmləri doktoru, professor, Azər-
baycan Müəllimlər Institutunun Ağcabədi filialı-
nın direktoru Xəqani Məmməd oğlu Məmmədo-
vun elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətinin 
1980-ci ildən 2010-cu ilin iyul ayınadək olan 
dövrünü əhatə edir.  
Bu vəsait müəllifin əsərləri haqqında tərtib 
olunmuş ilk biblioqrafik göstəricidir. Biblioqrafi-
ya X.Məmmədovun anadan olmasının 55, elmi 
pedaqoji fəaliyyətinin isə 35 illiyinə  həsr olun-
muşdur. 1980-2010-cu illər  ərzində professor 
X.Məmmədovun yaradıcılığında çox məhsuldar 
və zəngin bir tarixi dövrü əhatə etdiyinə görə be-
lə bir vəsaitin çap olunması zərurəti yaranmışdır. 
Bəhs olunan dövrdə professor X.Məmmədovun 
kifayət qədər kitabları, monoqrafiyaları, dərslik-
ləri, tədris proqramları, yüzlərlə jurnal və  qəzet 
məqalələri çap edilmiş, məruzələri və çıxışları ol-
muşdur. Məlumat üçün bildiririk ki, bu vəsaitin 
nəşrinə kimi professor X.Məmmədov haqqında 
yalnız yerli və dünya əhəmiyyətli nəşrlərdə - Pol-


 
4
şada nəşr olunan «Xudafərin» (1996 - № 2. S. 
80-84), Isveçrədə  nəşr olunan «Araz» (1996 - 
№1. - S.72-75), Türkiyədə  nəşr olunan «Azər-
baycan» (1997 - S.19-21) jurnallarında, həmçinin 
«Bakı Biznes Universiteti-10» jurnalında (2003 - 
S.18) , «Ağcabədi ensiklopediyası»nda (2006 - S. 
356), «Qarabağ alimləri» ensiklopedik nəşrinin I-
ci cildində (2010, S.382-383) və bir neçə respub-
lika əhəmiyyətli qəzetlərdə qısa məlumatlar veril-
mişdir.  
Biblioqrafiyada professor X.Məmmədovun 
göstərilən müddət  ərzində çap olunmuş 15-dən 
çox dərsliyi, monoqrafiyası, dərs vəsaitləri, fənn 
proqramları və digər müxtəlif xarakterli yüzlərlə 
əsərləri haqqında məlumat verilir.  
Kitabda həmçinin professor X.Məmmədo-
vun rəsmi opponenti olduğu namizədlik və dok-
torluq dissertasiyaları, redaktə etdiyi və  rəy ver-
diyi əsərlər haqqında da məlumat verilir.  
Vəsaitin  əhatə etdiyi dövrdə professor 
X.Məmmədovun 15 adda kitabı və müxtəlif möv-
zularda 100-dən artıq dövri mətbuat əsərləri (615 
çap vərəqi) çap olunmuşdur.  
Həmçinin bu vəsaitdə professor X.Məm-
mədovun həyat və elmi fəaliyyətini özündə  əks 
etdirən xronologiyadan istifadə olunmuş, müəllif 


 
5
haqqında görkəmli alimlərin, Bakı Dövlət Uni-
versiteti  əməkdaşlarının, millət vəkillərinin, icti-
mai siyasi və dövlət xadimlərinin fikirlərinə  də 
geniş yer verilmişdir.  
Vəsaitin tərtibinə verilən tələblərə uyğun 
olaraq, məzmun və xarakterindən asılı olmaya-
raq, bütün materiallar nəşr ilinə görə  və daxili 
əlifba ardıcıllığına əməl olunmaqla verilmişdir.  
Biblioqrafik vəsaitdən istifadəni asanlaşdır-
maq üçün köməkçi göstəricilər də  tərtib olun-
muşdur.  
Hesab edirəm ki, professor X.Məmmədo-
vun elmi-pedaqoji və ictimai siyasi fəaliyyəti ilə, 
həmçinin onun Azərbaycan tarix elminin çox ma-
raqlı və zəngin bir dövrünə həsr edilmiş əsərləri 
ilə daha yaxından maraqlananlar üçün bu vəsait 
çox etibarlı bir məlumat mənbəyi olaraq onların 
ən yaxın köməkçisinə çevriləcəkdir. 
Sonda bu məlumat vəsaiti haqqında öz də-
yərli fikirlərini bildirən insanlara əvvəlcədən tə-
şəkkürümü bildirir və xahiş edirəm ki, əgər hər 
hansı bir irad və  təklifləri olarsa onu bu ünvana 
göndərsinlər:  
 
Ünvan: AZ-1000, Bakı şəhəri,Xaqani küçəsi 29. 
E-mail: contact@anl.az  


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə