Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə1/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   52



 
2
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) əsasında 
hazırlanmışdır.  
Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün “Biologiya” dərslik komplektinə daxildir: 
 Dərslik 
 Müəllim üçün metodik vəsait 
 
Biologiya – 6. Müəllim üçün metodik vəsait.   
 X.Əhmədbəyli, Y.Seyidli, N.Əliyeva. “Bakınəşr”, Bakı – 2013, 160 səh. 
 
www.bakineshr.az 
ISBN 978-9952-8145-9-0 (2)  
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2013 
 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı his-
səsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq 
qanuna ziddir. 
 
Redaktor: K.Abbasova 
Korrektor: A.Məsimov 
_______________________________________________________________ 
 
Format 70 ´100
1
/
16
. Ofset kağızı №1. Fiziki çap vərəqi 10.  
Çapa imzalanmışdır:  01.08.2013.  Tiraj: 7 500, pulsuz. 


 3
DƏRSLİK KOMPLEKTİ HAQQINDA 
 
Dərslik komplekti Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün VI 
sinif biologiya fənn proqramı (kurikulumu) əsasında hazırlanmışdır. Komplekt 
dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir. 
 
Dərslik  
Dərsliyin məzmun və quruluşu şagirdlərdə təkcə nəzərdə tutulan bilik və bacarıqla-
rın formalaşdırılmasına deyil, ümumilikdə biologiya fənninə maraq oyatmağa və 
həyati bacarıqların əldə edilməsinə imkan yaradır.  
 
Tədris prosesinin dərslikdə əks olunan 
metodoloji mərhələləri 
Dərslikdə  təlim materialının məzmunu, metodik və  əyani-illüstrativ tərkibi vahid 
və tam şəkildə formalaşdırılmışdır. Dərsliyin metodoloji konsepsiyası  şagirdlərdə 
idraki, informativ-kommunikativ və psixomotor bacarıqların formalaşdırılmasına 
xidmət edir. Adətən, təlim materiallarının mənimsənilməsi və uyğun fəaliyyət növ-
lərinin tətbiqi dörd əsas metodoloji mərhələyə bölünür: ilkin təsəvvürlərin forma-
laşdırılması;  onların inkişafı;  qazanılan bilik və bacarıqların tətbiqi;  onların qiy-
mətləndirilməsi. Dərslikdə tədris prosesinin sadalanan metodoloji mərhələləri ciddi 
gözlənilmişdir. Bu mərhələlər öz əksini aşağıdakı tədris bloklarında tapmışdır: 
1. Maraqoyatma (motivasiya). Mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya 
və hadisələr təsvir edilir, motivasiya yaradılır və suallarla yekunlaşır. Verilən su-
allar əvvəllər qazanılmış biliklərə əsaslanır və şagirdləri aktiv fəaliyyətə cəlb edir.  
2. Fəaliyyət. Maraq yaradılan hadisələrin araşdırılmasına, bu hadisələrin səbəb-nə-
ticə  əlaqələrinin müəyyən edilməsinə yönəlmiş  təcrübə, laboratoriya işləri və 
müxtəlif tapşırıqlar verilir. Fərdi və qrup şəklində  də yerinə yetirilə bilər. Bu 
tapşırıqlar  şagirdlərin malik olduqları biliklərlə öyrəniləcək yeni təlim materialı 
arasında  əlaqə yaratmağa xidmət edir. Yerinə yetirilmiş  işin nəticəsini müzakirə 
etmək, səhvləri araşdırmaq üçün suallar verilir. 
3. İzahlar. Fəaliyyət zamanı araşdırılan məsələlərlə bağlı bəzi açıqlamalar verilir. 
Əsas anlayışlar, mövzu ilə bağlı izahlar, təriflər, qaydalar, bir sözlə, dərsin  əsas 
məzmunu burada əks olunur. 
4. Bu maraqlıdır.  Mövzuya aid bilikləri genişləndirmək üçün nümunələr və ma-
raqlı məlumatlar verilir. 
5. Öyrəndiklərinizi tətbiq edin. Mövzuda öyrənilənləri möhkəmləndirmək, tətbiq 
etmək və onlara münasibət bildirmək məqsədi ilə verilən tapşırıqlardır.  
6. Nə öyrəndiniz.  Mövzuda əldə olunan yeni məlumatları ümumiləşdirməyə xid-
mət edir. Dərsdə öyrənilən yeni açar sözlərdən istifadə etməklə mövzunun xüla-
səsini şagirdlərin özlərinin verməsi tələb olunur.  
7. Açar sözlər. Hər mövzu üzrə öyrənilən əsas anlayışlardır. 
8. Öyrəndiklərinizi yoxlayın. Hər mövzuda şagirdlərin öyrəndiklərini qiymətlən-
dirmək, zəif cəhətlərini müəyyən etmək üçün nəzərdə tutulub. Verilən sual və 
tapşırıqlar mövzuda öyrənilənləri tamamlamaq, araşdırma aparmaq, əlaqə yarat-


 
4
maq, yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, bu biliklərə dəyər vermək 
və onlara  münasibət bildirmək məqsədi  daşıyır.  
9. Dərsdən sonra. Evdə yerinə yetirilməsi nəzərdə tutulur. Bu tapşırıqları yerinə 
yetirmək üçün  müxtəlif mənbələrdən  əldə edilən biliklər, hazırlanan məruzə  və 
təqdimatlar bütün siniflə müzakirə oluna bilər.  
10. Ümumiləşdirici tapşırıqlar.  Hər fəslin sonunda fəsil üzrə öyrənilənlərin 
tətbiqi ilə bağlı sual və tapşırıqlar verilmişdir. Onlar summativ qiymətləndirməyə 
hazırlıq üçün də istifadə oluna bilər. 
 
 
Müəllim üçün metodik vəsait  
 
Müəllim üçün metodik vəsait təlimin səmərəli təşkilində müəllim üçün istiqamət-
verici rol oynayır. Metodik vəsaitdə hər bir mövzu üzrə dərsdə reallaşdırılması nə-
zərdə tutulan alt standartlar, bu standartların reallaşdırılmasına xidmət edən təlim 
məqsədləri, dərslikdə verilmiş təlim materialları ilə iş texnologiyaları, dərsin məq-
sədlərində nəzərdə tutulmuş nəticələrə nail olmaq dərəcəsini qiymətləndirmək üçün 
meyarlar, üç səviyyədə formativ qiymətləndirmə nümunələri verilmişdir.  
Hər bir dərsdə reallaşdırılması  nəzərdə tutulan standartlara uyğun olaraq təlim 
məqsədləri verilmişdir. Dərsin məqsədləri hər bir dərsin sonunda şagirdin nail 
olacağını nəzərdə tutan nəticələrdir. Müəllim şəraitdən, şagirdlərin hazırlıq səviy-
yəsindən, texniki təchizatdan, laboratoriya və digər imkanlardan asılı olaraq təlim 
məqsədlərini müstəqil olaraq özü də müəyyən edə bilər. Hər bir dərs elə  təşkil 
olunmalıdır ki, dərsin sonunda şagirdlər nəzərdə tutulan nəticələri əldə edə bilsin-
lər. Buna görə də təlim məqsədləri şagirdyönümlüdür.  
Fənn üzrə alt standartlar bir dərsdə deyil, ilboyu bir neçə dərsdə reallaşdırıldığın-
dan formativ qiymətləndirmə  hər bir dərsin məqsədlərində  nəzərdə tutulmuş 
nəticələr üzrə aparılır. Nəzərdə tutulan nəticələrə nail olmaq səviyyələri formativ 
qiymətləndirmə vasitəsilə izlənir. Bu baxımdan formativ qiymətləndirmə meyarları 
şagirdin müxtəlif bacarıqları kimi götürülmüşdür. 
Müəllim üçün metodik vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır: 
 dərslik komplektinin mövzular üzrə strukturu; 
 VI sinif biologiya fənn proqramı (kurikulumu) haqqında;   
 fənn üzrə məzmun standartlarının reallaşma cədvəli; 
 IV fəsil üzrə illik planlaşdırma nümunəsi; 
 fənlərarası inteqrasiya cədvəli; 
 təcrübə və laboratoriya işlərinin təşkili; 
 biologiya dərslərində yeni təlim texnologiyalarının tətbiqi; 
 şagird nailiyyətlərinin qiymətləndirilməsi;  
 hər mövzu üzrə qruplaşdırılmış təlim materiallarının dərslik səhifələrinin kiçildil-
miş surətləri üzərində sxematik təsviri;  
 hər mövzuda qruplaşdırılmış təlim materialları üzrə iş texnologiyasının şərhi; 
 gündəlik planlaşdırmaya dair nümunələr; 
 müəllimlər üçün mövzu üzrə əlavə məlumatlar; 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə