Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə14/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

 
32
2) Şagirdlər dərsliyin 22-ci səhifəsində verilmiş mətni müstəqil oxuyurlar (insanın 
sosial varlıq olduğu məlumata qədər). Sonra oxunan məlumat dərslikdə verilmiş 
sistematika sxeminə istinad edərək müzakirə olunur. Texniki imkanları olan sinif-
lərdə bu sxemi böyük ölçüdə proyektor vasitəsilə nümayiş etdirmək məqsədəuy-
ğundur.  
Hər iki üsuldan istifadə edərkən şagirdlərə bu suallarla müraciət etmək olar: 
– İnsanı hansı əlamətlərə görə xordalılar tipinə aid etmək olar? (ilkin inkişaf 
mərhələsində insanın ox skeleti – xordası inkişaf edir) 
–  İnsanın məməlilərlə oxşarlığı özünü nədə büruzə verir? (diri baladoğma, 
balalarının südlə bəslənməsi) 
– Primatlar dəstəsinin nümayəndəsi kimi insan hansı xüsusiyyətlərə malikdir? (baş 
barmağın digər barmaqlara qarşı yerləşməsi, yastı dırnaqlar) 
–  İnsan və heyvan orqanizmləri arasında prinsipial fərqlər varmı?
 
(insanın beyni 
daha mürəkkəb quruluşa malikdir, insanın  əqli qabiliyyəti heyvanlara nisbətən 
daha yüksəkdir; insan yüksək inkişaf etmiş şüura, aydın nitqə malikdir və s.)   
Paraqrafın yekunlaşdırıcı hissəsi insanın sosial təbiəti haqqında məlumat verir. 
Şagirdlərlə birlikdə belə bir nəticə çıxarmaq olar: 
– İnsan biososial varlıqdır: canlı orqanizmlərə xas olan bütün xüsusiyyətlərə malik 
olması ilə yanaşı, insanın şüuru, təfəkkürü və nitq qabiliyyəti var, əmək fəaliyyəti 
ilə məşğul olması isə insanın həyatı üçün zəruri olan sosial mühit yaradır.  
 ”Öyrəndiklərinizi tətbiq edin” bölümündə cədvəli dolduran zaman şagirdlər dərs-
likdə verilən materiala, öz praktik təcrübələrinə və əvvəlki biliklərinə istinad edirlər.   
“Öyrəndiklərinizi yoxlayın” bölümündə birinci tapşırıqda düzgün cavabları  (a, c, d) 
qeyd edərkən  şagirdlər həm sistematik kateqoriyaların iyerarxiyasını, həm də 
insanın sistematikada yerini müəyyənləşdirir (düzgün olmayan ifadələr müəllimlə 
müzakirə olunmalıdır). 
İkinci tapşırıq insan və heyvanın bioloji xüsusiyyətlərinin müqayisəsi  əsasında 
qurulur.  
 
Qiymətləndirmə meyarları: 
Müəyyənetmə 
Fərqləndirmə 
Zəif
 
Orta
 
Yüksək
 
Təsnifat sistemində insanın 
yerini müəyyənləşdirməkdə 
çətinlik çəkir. 
Təsnifat sistemində insanın 
yerini müəyyənləşdirərkən ki-
çik qeyri-dəqiqliyə yol verir. 
Təsnifat sistemində insanın 
yerini dəqiq müəyyənləşdirir. 
İnsanı bir sosial varlıq kimi 
digər canlılardan qismən 
fərqləndirir. 
İnsanı bir sosial varlıq kimi 
digər canlılardan müəllimim 
sualları əsasında   fərqləndirir. 
İnsanı bir sosial varlıq kimi 
digər canlılardan nümunələr 
göstərməklə fərqləndirir. 


 
33
I FƏSİL ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ  
 
1. Şəkildə göstərilən orqanizmlərin canlı təbiətin hansı aləminə aid olduğunu təyin 
edin. Hər bir aləmin nümayəndələrini hansı elm sahələri öyrənir? 
 
 
 
 
2. “Heyvan və bitkilərin təbiətdə və insan həyatında əhəmiyyəti” sxemini doldurun. 
 
 
 
 
3

Açar sözlərdən istifadə edərək insanın üzvi aləmdə yerini müəyyən edin.  
 
1. Aləm 
– 
    
2. Tip – 
 
4. Cins – 
 
3. Dəstə – 
 
5. Növ – 
 
 
Açar sözlər: İnsan (Homo); Primatlar; Xordalılar; Dərrakəli insan (Homo 
sapiens); Heyvanlar 
 
4. Bitkilər  aləminin sistematik qruplarının adlarını  kiçikdən böyüyə doğru ardıcıl 
olaraq düzün. Bitkilər aləmində hansı qruplara rast gəlmək olmur?  
cins; sıra; tip; fəsilə; şöbə; dəstə; sinif; növ 
 
1 2 3 4 5 6  7 
      
Bitkilər aləmi 
Sənaye 
1.__________ 
2. _________ 
Heyvanlar 
Təbiət 
1.__________ 
2. _________ 
Qida 
1.__________ 
2. _________ 
Bitkilər 
Təbabət 
1.__________ 
2. _________ 
Aləm              _____________ _____________ _____________ _____________ 
Orqanizmlər   _____________ _____________ _____________ _____________ 
Elm sahəsi      _____________ _____________ _____________ _____________ 


 
34
5.  Nöqtələrin yerinə açar sözlərdən uyğun olanı yazın.  
a) Canlıların təsnifatını öyrənən elm ................. adlanır. 
b) Lənkəran akasiyası .................  aləminə aiddir. 
c) Quruluşuna, irsi xüsusiyyətlərinə davranışına, yaşayış mühitinə görə bir-
birinə oxşar, bir-biri ilə sərbəst çarpazlaşan canlılar qrupu ................. adlanır. 
d) Oduncağı çox möhkəm və ağır olan ................ Azərbaycanın ərazisində bitir. 
e) Milçəkqıran ................. aləminə aiddir. 
Açar sözlər: bitki, sistematika, növ, dəmirağac, göbələklər. 
6. Canlı orqanizmləri öyrənən elm sahələri hansılardır?  
А) Geologiya, zoologiya, coğrafiya 
В) Astronomiya,  fizika, zoologiya  
С) Botanika, bakteriologiya, arxeologiya 
D) Mikologiya, virusologiya, ekologiya 
 
7. Göstərilən əlamətlərdən hansının yalnız canlılara xas olduğunu müəyyən edin: 
A) Rəngin dəyişməsi    B) Tənəffüs  C) Parçalanma 
 
8.  Hansı xassə pişik, milçəkqıran göbələyi və ağac üçün ümumi ola bilər?  
A) Fəal hərəkət edirlər          
В) yırtıcıdırlar     
С) Hüceyrəvi quruluşa malikdirlər    D)  Bütün ömürləri boyu boy atırlar 
 
9. Ekologiyanın öyrəndiyi sahələrə nə aiddir? Üç cavab seçin. 
А) İşığın bitkilərə təsiri          В) Balıqların quruluşu         
С) Göbələklərin təsnifatı        Е) Temperaturun heyvanlara təsiri  
D) Otyeyən və yırtıcı heyvanlar arasında münasibətlər  
 
10.  Uyğunluğu müəyyən edin.  
 
 
Canlı orqanizmlərin xarici təsirlərə cavab reaksiyası
Bu proses zamanı canlı orqanizmlər ətraf 
mühitdən oksigen alır və karbon qazını verirlər.
 
Bu xassə qida üçün vacib maddələrin udulması 
və həyat fəaliyyəti məhsullarının (karbon qazı, 
həzm olunmayan qalıqlar) ifrazı  ilə müşayiət 
olunur.
 
Özünəoxşar nəsil törətmək qabiliyyəti bütün 
canlılara xasdır.
 
Çoxalma
Tənəffüs
Qıcıqlanma
 
Maddələr mübadiləsi 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə