Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə2/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   52

 5
FӘSİLLӘR 
MÖVZULAR 
 kiçik summativ qiymətləndirmə vasitələri nümunələri
 müəllimin istifadə edə biləcəyi mənbələr. 
Müəllim tövsiyə olunan materiallardan sinfin hazırlıq səviyyəsinə, tədris vaxtına, 
texniki təchizata və diferensial təlim prinsiplərinə uyğun olaraq lazım bildiyi qədər 
istifadə edə bilər. 
Praktik dərslər zamanı isə  şagirdlərdə  fərdi bacarıqların formalaşdırılması  məqsədi 
ilə, əsasən, fərdi və cütlərlə iş  formasından istifadə edilməsi daha məqsədəuyğundur.  
 
DƏRSLİK KOMPLEKTİNİN MÖVZULAR ÜZRƏ STRUKTURU 
Dərslikdə təlim materialları 4 tədris vahidi və 8 fəsil üzrə qruplaşdırılmışdır. 
 
I. BİOLOGİYA CANLI ORQANİZMLƏR HAQQINDA ELMDİR 
Fəsil 1. Biologiyanın tədqiqat obyektləri  
 
II. CANLI ORQANİZMLƏRİN QURULUŞU 
Fəsil 2. Orqanizmlərin hüceyrəli quruluşu. Toxumalar, orqanlar və orqanlar 
sistemi 
Fəsil 3. Bitkilərin vegetativ orqanları  
Fəsil 4. Bitkilərin generativ orqanları  
 
III. ORQANİZMLƏRİN HƏYAT FƏALİYYƏTİ 
Fəsil 5. Canlılarda dayaq, hərəkət, qidalanma və tənəffüs  
Fəsil 6. Orqanizmlərdə maddələrin daşınması, ifrazat, çoxalma və inkişaf  
 
IV. ORQANİZM VƏ MÜHİT 
Fəsil 7. Orqanizm və təbii birliklərə mühitin təsiri  
Fəsil 8. Bitki və heyvanların insan həyatında rolu 
 
 
6. Laboratoriya avadanlıqları
7. Hüceyrәnin ümumi quruluşu  
8. Prokariot orqanizmlәr  
9. Bakteriyaların yayılması vә tәbiәtdә rolu. 
Xәstәliktörәdәn bakteriyalar. Viruslar 
10. Hüceyrәlәrin bölünmәsi vә inkişafı 
11. Birhüceyrәli vә çoxhüceyrәli orqanizmlәr 
12. Bitkinin törәdici, örtük vә mexaniki 
toxumaları 
13. Bitkinin ötürücü, әsas vә ifrazat toxumaları 
14. Heyvan toxumaları  
15. Heyvanların orqanları vә orqanlar sistemi 
2. Orqanizmlәrin hüceyrәli 
quruluşu. Toxumalar, 
orqanlar vә orqanlar sistemi 
1. Vәtәnimizin tәbiәti
2. Biologiya canlı orqanizmlәri öyrәnәn elmdir 
3. Canlı orqanizmlәrin әsas xüsusiyyәtlәri 
4. Canlıların  tәsnifatı 
5. İnsanın tәsnifat sistemindә yeri 
1. Biologiyanın tәdqiqat  
    obyektlәri 


 
6
 
28. Canlı orqanizmlәrdә hәrәkәt vә dayaq 
sistemi  
29. Bitkilәrdә dayaq sistemi  
30. Bitkilәrin yeraltı qidalanması 
31. Bitkilәrin havadan qidalanması. Fotosintez 
32. Heyvanların qidalanması 
33. Bakteriya vә göbәlәklәrin qidalanması 
34. Bitkilәrdә tәnәffüs 
35. Heyvanlarda tәnәffüs
5. Canlılarda dayaq, hәrәkәt,  
    qidalanma vә tәnәffüs 
36. Bitkilәrin su buxarlandırması. Xәzan 
37. Heyvanlarda daşıyıcı sistem  
38. İfrazat 
39. Qeyri-cinsi çoxalma  
40. Çiçәkli bitkilәrdә vegetativ çoxalma 
41. Tozlanma 
42. Orqanizmlәrin cinsi çoxalması.  
43. Toxumun cücәrmәsi  
44. Heyvanlarda böyümә vә inkişaf 
6. Orqanizmlәrdә maddәlәrin 
   daşınması, ifrazat,  
   çoxalma vә inkişaf 
45. Canlı orqanizmlәrin mәskunlaşması vә 
yayılması 
46. Orqanizmlәrin mühitlә qarşılıqlı tәsiri 
47. Tәbii birliklәr 
48. İnsan vә canlı tәbiәt 
49. Azәrbaycanın qoruqları 
7. Orqanizm vә tәbii birliklәrә    
    mühitin tәsiri
50. Mәdәni bitkilәrin insan hәyatında 
әhәmiyyәti 
51. Dәrman bitkilәri  
52. Heyvanların әhlilәşdirilmәsi vә insan 
hәyatında rolu 
53. Canlıların insan sağlamlığında   rolu  
54. Düzgün qidalanma  
8. Bitki vә heyvanların insan  
    hәyatında rolu
24. Çiçәk
25. Çiçәk qrupları 
26. Toxumun quruluşu 
27. Meyvә 
4. Bitkilәrin generativ 
   orqanları 
16. Çiçәkli bitkilәrin әsas orqanları 
17. Zoğ vә tumurcuğun quruluşu. Tumurcuğun 
inkişafı 
18. Gövdәnin daxili quruluşu  
19. Yarpağın xarici quruluşu. Yarpaqların 
düzülüşü  
20. Yarpağın hüceyrәvi quruluşu  
21. Kökün quruluşu. Kökün növlәri vә 
sistemlәri 
22. Bitki orqanlarının yeraltı şәkildәyişmәlәri 
23. Bitki orqanlarının yerüstü şәkildәyişmәlәri 
3. Bitkilәrin vegetativ 
orqanları  
 


 7
VI SİNİF BİOLOGİYA FƏNN PROQRAMI  
(KURİKULUMU) HAQQINDA 
 
Biologiya fənni üzrə müəyyənləşdirilmiş  məzmun xətləri fənn üzrə ümumi təlim 
nəticələrinin reallaşmasını  təmin etmək üçün müəyyən olunan məzmunun zəruri 
hissələridir. Biologiya fənni üzrə aşağıdakı məzmun xətləri müəyyən edilmişdir: 
  Canlıların quruluşu və müxtəlifliyi 
  Bioloji proseslər 
  İnsan və onun sağlamlığı 
  Canlılar və ətraf mühit 
Canlıların quruluşu və müxtəlifliyi məzmun xətti üzrə şagirdlər canlıları cansız-
lardan fərqləndirmək, biologiyanın öyrəndiyi elm sahələrini, canlıların təşkil səviy-
yələrini, sistematik kateqoriyaları, canlıların funksional və inkişaf vahidi olan hü-
ceyrənin quruluşu, hüceyrəsiz quruluşa malik olan virusların xüsusiyyətlərini 
müəyyənləşdirmək məqsədilə praktik təcrübələr apararaq nəticələr  əldə etmək 
bacarığına yiyələnirlər. 
Bioloji proseslər  məzmun xətti üzrə  şagirdlər canlılar aləmini cansızlardan fərq-
ləndirən qidalanma, tənəffüs, maddələr mübadiləsi, qıcıqlanma, böyümə, çoxalma, 
inkişaf, hərəkət və onların səbəblərini, irsiyyət, dəyişkənlik və onun qanunauyğun-
luqlarını izah edir, bakteriyalar, göbələklər, bitkilər və heyvanlara xas həyati pro-
sesləri müqayisə etmək bacarığına yiyələnirlər. Müşahidə, eksperiment və tədqiqat-
lar aparmaqla canlılarda gedən həyati prosesləri öyrənir və bu proseslərə təsir edən 
amilləri (bioloji, fiziki, kimyəvi, coğrafi, tarixi) təcrübi yolla, riyazi hesablamaların 
köməyi ilə təhlil edirlər.  
Bu məzmun xətti canlıların fərdi və tarixi inkişafı, onun səbəbləri və təkamülə dair 
bilik və bacarıqların, seleksiya və biotexnologiya sahələrində insanın  əldə etdiyi 
nailiyyətlərin öyrənilməsini təmin edir.  
İnsan və onun sağlamlığı məzmun xətti üzrə şagirdlər insanın psixi xüsusiyyətləri, 
sosial mahiyyəti ilə tanış olur, insan orqanizminin bəzi funksional anormallıqları, 
onu doğuran səbəbləri və onların aradan qaldırılması yollarını müəyyənləşdirir, 
sağlam həyat tərzinə nail olmaq, xəstəliklər, zədələnmələr zamanı özünə  və 
ətrafındakılara ilk yardım göstərmək, reproduktiv sağlamlığı qorumaq bacarığına 
yiyələnmiş olurlar.  
Canlılar və  ətraf mühit  məzmun xətti üzrə  şagirdlər  canlıların bir-biri ilə  və 
cansız aləmlə qarşılıqlı münasibətlərini müəyyənləşdirir, təbiətlə təmasda olmaq və 
ondan istifadə  mədəniyyətinə, ekoloji amillər və bu amillərin qarşılıqlı  əlaqələri 
haqqında biliklərə yiyələnirlər. Əldə olunmuş bilik və bacarıqlar qlobal və regional 
ekoloji problemləri doğuran səbəbləri araşdırmağa imkan yaradır.  
Şagirdlər Azərbaycanın flora və faunasına daxil olan canlıları tanıyır, təbiətin 
qorunmasında bilavasitə iştirak edirlər.
  
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə