Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə7/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   2   3   4   5   6   7   8   9   10   ...   52

 
14
33. Bakteriya və göbələklə-
rin qidalanması 
Qaynadılmış və çiy 
süd 
Dərsdən bir 
neçə saat 
əvvəl 
Müəllim, 
şagirdlər 
Otaq bitkisi 
Dərsdən 1 gün 
əvvəl 
Müəllim, 
şagirdlər 
34. Bitkilərdə tənəffüs 
 
Otaq bitkisi 
Dərsdən 1 
həftə əvvəl 
Müəllim, 
şagirdlər 
36. Bitkilərin su buxarlan-
dırması. Xəzan 
Otaq bitkisi 
Dərsdən bir 
neçə saat 
əvvəl 
Müəllim, 
şagirdlər 
43. Toxumun cücərməsi 
Lobya, buğda 
toxumları 
Dərsdən 3 – 4 
gün əvvəl 
Müəllim, 
şagirdlər 
 
 
 
BİOLOGİYA DƏRSLƏRİNDƏ  
YENİ TƏLİM TEXNOLOGİYALARININ TƏTBİQİ 
 
Biologiya fənninin təlimində 4 iş forması nəzərdə tutulmuşdur: kollektiv, qruplarla 
iş, cütlərlə  iş  və  fərdi iş. Hər bir təlim forması  dərsin məqsədindən asılı olaraq 
seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur. 
Kollektivdə  işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur, 
şagirdlərdə ünsiyyət yaratma bacarığının  təşəkkülü və inkişafı təmin edilir. 
Qruplarla iş. Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu 
prosesdə onların  müzakirə etmək, fikir mübadiləsi aparmaq, mühakimə yürütmək 
və birgə fəaliyyət bacarıqları inkişaf edir. 
Cütlərlə  iş.  Şagirdlər təlim tapşırıqlarını birgə  yerinə yetirirlər. Bu dərs forması  
şagirdlərə daha yaxından  əməkdaşlıq etməyə  və ünsiyyət qurmağa, məsuliyyəti 
bölüşməyə optimal imkan yaradır.  
Fərdi iş. Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və 
inkişaf etdirmək  məqsədi daşıyır.    Bu  təlim forması  şagirdin sərbəst düşünməsi 
üçün real imkanlar yaradır. 
 
Biologiya dərslərində fəal təlim üsulları 
Müasir dövrdə  ən demokratik metod hesab edilən  fəal təlim üsulları ilə  işləmək 
üçün müəllimin  şəxsi keyfiyyətləri təşkilatçılıq qabiliyyətləri, bioloji bilik (bu 
zaman həm də digər fənlərə dair biliklər də  nəzərdə tutulur) səviyyəsi və s. əsas 
şərtlərdir. Çünki fəal dərs qarşılıqlı əlaqədə olan müxtəlif amillər sisteminin birliyi-
dir. Fəal təlim üsullarının  uğurlu alınmasının başlıca amillərindən biri –dərsin 
məzmununa və dərsin mərhələsinə uyğun üsulun seçilməsidir. 
Fəal təlim üsullarının aşağıda təqdim olunan nümunələrini dərs prosesinə  tətbiq 
etmək üçün müəllimdən ustalıq, vəziyyətdən asılı olaraq yeni çalarlar əlavə etmək  
və ya ixtisar etmək, mövzuya uyğunlaşdırmaq və s. tələb olunur. 
Müzakirələr  (diskussiyalar)  şagirdlərdə  məlumat və ideyaların təşkil olunması, 
fərqli və oxşar cəhətlərin müqayisə edilməsi, anlayış və ideyaların aydınlaşdırılma-
sı, yoxlanılması, problemlərin həlli yollarına dair alternativ fikirlərin  əsaslandırıl-
ması, proqnozların verilməsi, informasiyanın həyati əhəmiyyətinin üzə  çıxarılma-


 
15
sı, təklif və tətbiq edilməsi imkanlarının araşdırılması və s. məqsədi ilə həyata ke-
çirilən mübadilə-müzakirə metodunun tərkib hissəsidir.  
Beyin həmləsi.  Şagirdlərin fəallığını artırmaq üçün tətbiq olunan ən optimal 
metodlardan biridir. Şagirdlərin hər hansı konkret problemin həlli və ya suala 
cavab tapmaq üçün yaradıcı təfəkkürünü üzə çıxarmağa təkan verir, onların müxtə-
lif vəziyyətlərdən çıxış yolu tapmaq, qərar qəbul etmək səviyyəsini və eləcə də fi-
kirlərini konkret ifadələrlə  söyləmək  bacarığını üzə çıxarır. 
ZİQZAQ üsulu qısa vaxt ərzində mövzunu əhatəli keçməyə imkan verir. Bu üsulu 
tətbiq etmək üçün şagirdlər “doğma” qruplara bölünür. Şagirdlərin diqqətinə çatdı-
rılır ki, mətn dörd hissəyə bölünmüşdür. Hər bir qrupdakı 1 nömrəli iştirakçı birinci 
hissə, 2 nömrəli iştirakçı ikinci hissə (3 və 4 nömrəli iştirakçılar da bu qayda ilə) 
üçün cavabdeh olacaqlar. Sonra eyni nömrəli oyunçular bir yerə toplaşırlar.  İzah 
olunur ki, 1, 2, 3, 4 nömrəli şagirdlərdən ibarət olan qruplar indi “ekspert qruplar” 
adlanır.  
Onların vəzifəsi mətnin onlara düşən hissəsinin məzmununu diqqətlə öyrənməkdən 
ibarətdir. Onlar həmin hissəni oxumalı, tərəfdaşlar kimi onun məzmununu müza-
kirə etməli və materialı lazımınca qavradıqlarına  əmin olmalıdırlar. Sonra onlar 
“doğma” qruplarına qayıdan zaman mətnin tədqiq etdikləri hissəsini həmin qrupun 
üzvlərinə hansı qaydada təqdim edəcəklərini qərarlaşdırmalıdırlar. “Ekspert” qrup-
larının işi başa çatdıqdan sonra onlar öz “doğma” qruplarına qayıdaraq öyrəndiklə-
rini, materialın məzmununu həmkarlarına izah edirlər. Nəticədə bütün qrup üzvləri 
mətnin məzmununu tam mənimsəyir.  
Növbəli suallar üsulu şagirdlərim materialı diqqətlə oxuyub tərəf-müqabilləri ilə bir-
likdə çalışmasına kömək edir. Şagirdlər müəyyən edilmiş  mətni hissələr  şəklində 
növbə ilə oxuyur. Birinci şagird bir hissəni bir başlıqdan digərinə kimi yüksək səslə 
oxuyur. Digər tərəf-müqabili mətn haqqında suallar verir. Birinci şagird sualları ca-
vablandırmağa çalışsın. Sonra rollar dəyişilir. Əvvəl sual vermiş olan tərəf-müqabili 
növbəti abzası oxuyur. Digəri isə yuxarıda göstərildiyi kimi suallara cavab verir. 
Oxu və sualvermə  üsulu cütlüklər  şəklində  tətbiq edilən sual vermək üsuludur. 
Şagirdlər müəyyən edilmiş  mətni hissələr  şəklində növbə ilə oxuyur. Sonra bu 
hissənin kənarına yazılacaq acar sözləri-terminləri birlikdə təyin edirlər. Mətn birgə 
oxunur. Birinci şagird hissəni oxuyub qurtardığı zaman ikinci şagird səhifə 
kənarındakı sözlərdən terminlərdən istifadə edərək suallar hazırlayır. Suallar 
şagirdlərin bu mətnlə bağlı test suallarına bənzəməlidir. Şagird sualları kiçik kağız 
parçalarına yazır. Birinci şagird sualı yüksək səslə cavablandırır.  İkinci  şagird 
cavabı  təsdiq edərsə, cavabı sual kartının arxasına yazırlar. Sonra rollar dəyişilir. 
Bu iş növbə ilə mətnin sonuna qədər davam edir. Dərsdən sonra da şagirdlər sual 
və cavabların olduğu kartlardan istifadə etməklə bir-birini bu mövzu ilə bağlı 
yoxlamaqda davam edə bilərlər.  
Konseptual cədvəl  üç və ya daha çox məsələ, yaxud cəhətin müqayisəsini nəzərdə 
tutur. Cədvəlin tərtibi: şaquli qrafada müqayisə ediləcək obyektlər, üfüqi qrafalarda 
isə onların müqayisə olunacaq xüsusiyyətləri və özəllikləri yerləşir.  
BİBÖ  (bilirəm, istəyirəm biləm, öyrəndim). BİBÖ-nün  tətbiq edilməsi  aşağıdakı 
mərhələləri həyata keçirməyi tələb edir:  
– qruplar və ya cütlərin yazdığı  məlumatlar sadalanır və müəllim onları  cədvəlin 
sol qrafasında yazır (təkrar olanları çıxmaq şərti ilə);  


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə