Microsoft Word Bio mv az -aq doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə8/52
tarix17.11.2017
ölçüsü3,58 Kb.
#10843
növüDərslik
1   ...   4   5   6   7   8   9   10   11   ...   52

 
16
– cütlər və ya qruplar mövzuya dair nələri bilmək istədiklərini müzakirə edir və 
siyahılaşdırır; 
– mövzuya aid mətn (dərslikdə və ya əvvəlcədən hazırlanmış) hissə-hissə oxunur, 
birgə müzakirə edilir, qoyulmuş sualların cavablarına xüsusi diqqət yetirilir;  
–  şagirdlərin mövzu ilə bağlı suallara cavabları  və eləcə  də digər yeni biliklər 
cədvəlin üçüncü qrafasında  əvvəlki qayda ilə siyahılaşdırılır və müəllim 
tərəfindən lövhədə  qeyd olunur.  
Bilirəm  
İstəyirəm biləm  
 Öyrəndim 
 
Şaxələndirmə (klaster). Şaxələndirmə tətbiq etmək üçün ilk növbədə aşağıdakılar 
tələb olunur:  
– şaxələndirmə üçün uyğun gələn münasib mövzu seçilməlidir; 
– şagirdlərə şaxələndirmə prosesi aydın şəkildə təsvir edilməlidir;  
– mövzunu açmaq üçün onun daxilində ikincidərəcəli mövzuların qrup daxilində 
fərdlərə paylanması təmin edilməlidir; 
– iştirakçıların qrup daxilində hazırladığı şaxələndirmələrin qrupda birləşdirilməsi-
nə nəzarət edilməlidir. 
İNSERT.  Fəal təlim metodlarından biri kimi biologiya fənninin tədrisində  
«Səmərəli mütaliə və yazı üçün interaktiv qeydetmə sistemi»ndən (İNSERT) geniş 
istifadə etmək imkanları vardır. 
Bu metod dərslikdəki mətnin aktiv fəaliyyətlə, yəni  şagirdin öz münasibətini 
bildirərək oxunmasıdır.  Şagird mövzudakı fikirlərə münasibətlərini qəbul edilmiş  
işarələrlə («» - bu məlumat mənə tanış idi, « – »-bu məlumat mənim  əvvəllər 
bildiyimi inkar edir, «+» -bu məlumat mənim üçün yenidir, «?» -bu məsələyə dair 
əlavə  məlumat almaq istərdim) bildirir. Dərslik mətni oxunduqdan sonra 
ümumiləşdirmələr aparılır və qeyd olunur. 
İlk növbədə  məlum biliklər təsdiq edilir, yeni bilik və informasiyaları öyrənmək 
üçün gələcək fəaliyyət planlaşdırılır.  
Venn diaqramı.  Hər hansı  iki mövzunun (informasiyanın, məlumatın, anlayışın, 
obyektin və s.) müqayisəli səciyyəsini  əks etdirən «Venn diaqramı»-nın tətbiq 
olunması tədris baxımından çox maraqlıdır. İki mövzunun oxşar və fərqli cəhətləri-
nin üzə  çıxarılmasına həsr olunan bu metod şagirdləri alternativ düşüncəyə  cəlb 
edir, – onlarda qoyulmuş məsələnin daha çoxcəhətli müzakirəsini tələb edir.  
Biologiya fənni üzrə  təlimin təşkili formaları ilə  tədris prosesi üçün seçilmiş 
üsulların sayını artırmaq olar. Nəzərə almaq lazımdır ki, müəllimlər hər hansı fəal 
təlim üsulunu dərs prosesinə tətbiq edərkən yaradıcı şəkildə onu zənginləşdirmək 
və ya sinfin səviyyəsindən asılı olaraq sadələşdirmək və eləcə də mövzu seçimində 
tam sərbəst olmaq hüququna malikdirlər. 
 
Layihələrin hazırlanması 
Layihələr məktəblilərin müəyyən mövzu üzrə müstəqil tədqiqat aparmalarını 
nəzərdə tutur. Layihə üzərində  işin vaxtı  dəqiqləşdirilir,  şagirdlərə tövsiyələr,  
məsləhətlər verilir. Problem konkret qoyulur. Müəllim və şagirdlər birlikdə layihə 
      «» 
         « – » 
            «+» 
«?» 


 
17
üzərində işin icra müddətini, istifadə olunacaq vasitələri (ədəbiyyat, mənbə, təsvir 
vasitələri və s.), bunları  əldə etmək yollarını, iş formalarını müəyyən edirlər.  İş 
prosesində müəllim şagirdlərə istiqamət verə bilər. İşin icrasına isə şagirdlər cavab-
dehdir. Tədqiqatın nəticəsi təqdimat, illüstrasiya, fotoşəkillər, videomaterial, al-
bom, toplu, səhnələşdirmə formasında ifadə oluna bilər. 
Layihə şagirdlərin mövzunun, fəslin öyrənilməsinə yönəlmiş, müəllimin tövsiyəsi 
ilə hazırlanan və həyata keçirilən yaradıcı müstəqil işidir.  
Layihə üzrə iş aşağıdakı mərhələlərdə həyata keçirilir:  
1. Hazırlıq. 2. Planlaşdırma. 3. Fəaliyyət. 4. Təqdimat. 
 
DİFERENSİAL TƏLİM İMKANLARI 
Diferensial təlim əhəmiyyətli hesab olunan, məzmunu müxtəlif öyrənmə və düşüncə 
tərzinə malik olan şagirdlərə öyrətmək və  mənimsəməni təmin etmək üçün tətbiq 
olunan təlim üsullarıdır. Diferensial təlimi proses kimi başa düşmək lazımdır. Yəni 
müəllimlər şagirdlərə maksimum səmərəli şərait yaratmaq üçün təlimin diferensial-
laşması üzərində çalışmalıdır.  
Bildiyiniz kimi, təlim bir-biri ilə  sıx  əlaqədə olan 4 əsas aspektdən ibarətdir:         
1) fənlərin məzmunu və gözlənilən nəticələr (standartlar); 2) şagirdlərin ilkin bilik 
və bacarıqları, inkişaf və hazırlıq səviyyələri, onların xüsusi ehtiyacları; 3) təlim 
üsulları, tapşırıqlar, əlavə materiallar, əyani vəsaitlər və öyrənməni möhkəmləndir-
mək üçün ev tapşırıqları və çalışmalar; 4) tətbiq olunan qiymətləndirmənin üsul və 
növləri. Təlimin diferensiallaşması haqqında düşünərkən təlim prosesinin bütün as-
pektlərinin diferensiallaşması nəzərə alınmalıdır. Biologiya dərslərində təlimin di-
ferensiallaşması zamanı müəllim bu üsullardan istifadə edə bilər: 1) yeni mövzunu 
təqdim edərkən həm  şifahi üsuldan, həm də  əyani vasitələrdən istifadə edə bilər 
(eyni zamanda danışır və göstərir); 2) kiçik qrup halında şagirdlərlə ayrıca görüşür 
və onlara təkrar izahat verir (bu üsulun tətbiqinə sinfin güclü şagirdlərini də cəlb 
etmək olar); 3) oxu üçün nəzərdə tutulan materialı bir mətn şəklində yox, bir neçə 
mətn şəklində hazırlayır ki, müxtəlif oxu qabiliyyəti olan şagirdlər oxu fəaliyyətinə 
cəlb oluna bilsinlər; 4) şagirdlərin ehtiyaclarından asılı olaraq onlara manipulyativ 
alətlər verir; 5) öyrəndiklərini və bacarıqlarını nümayiş etdirmək üçün müxtəlif 
yollar təqdim edir, məsələn, süjetli-rollu oyunlar hazırlamağa imkan yaradır, şifahi 
cavabın əvəzinə məktub yazmağı təklif edir, şagirdlər üçün qrup və ya fərdi qayda-
da işləmək üçün şərait yaradır; 6) təcrübələrin və laboratoriya işlərinin yerinə yeti-
rilməsində  şagirdin fərdi imkanları  nəzərə alınır; 7) şagirdlərin müxtəlif öyrənmə 
üslublarını nəzərə alaraq onlar üçün fərdi şəraitin yaradılmasına çalışır: tək oturma-
ğı sevən tək oturur, qrupda işləməyi xoşlayan qrupda işləyir və daim bu qrupun üz-
vü olur və s. 
Diferensial təlim texnologiyaları həm tipik, həm də xüsusi təhsilə ehtiyacları olan 
şagirdlərin nailiyyətlərinin yüksəldilməsi üçün müasir dövrün ən proqressiv və 
səmərəli yanaşmalarından biri hesab olunur. Diferensial təlimin alt komponenti 
olan  inklüziv təlimin  əsasını  hər bir şagirdə  fərdi yanaşma ideyası  təşkil edir. 
İnklüziya – sağlamlıq imkanları  məhdud olan uşaqlarda özünə inam yaratmaqla 
yanaşı, onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq şəraitinin yaradılma-


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə