Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   2   3   4   5   6   7   8   9   ...   42

 
Hidrometallurgiya  sənayesində  adi  üsulla  istifadəsi  mümkün  olmayan 
mədənlərdən  metal  və  elementlərin  alınmasında  (biogeotexnologiyanın 
yaranmasında) mikroorqanizmlər mühüm rol oynamışlar. 
 
Son  zamanlar  təbii  energetik  ehtiyatların  tükənməsi  ilə  əlaqədar  olaraq 
metan qazı əmələgətirən mikroorqanizmlərə xüsusi diqqət verilir. Bir çox ölkələrdə 
artıq kənd təsərrüfatı və məişət tullantılarından mikroorqanizmlər vasitəsilə metan 
qazı  alan  biotexnoloji  qurğular  fəaliyyət  göstərir.  Fototrof  mikroorqanizmlərin 
köməyi  ilə  sudan  molekulyar  hidrogen  alınması  prosesinin  praktikada  tətbiq 
ediləcəyi nəzərdə tutulur. 
 
Mikroorqanizmlər suyun və torpağın təmizlənməsində böyük rol oynayırlar. 
Onların  iştirakı  ilə  sənaye  müəssisələrinin  çirkab  sularını  sintetik  maddələrdən, 
torpağı herbisidlərdən təmizləmək mümkündür. 
 
Daşkömür  şaxtalarından  metan  qazını  mənimsəyən  mikroorqanizmlərin 
istifadə olunması arzuolunmaz partlayışların sayını xeyli azaltmışdır. 
 
Biotexnologiyanin  yeni  sahələri.  Elm  və  cəmiyyətin  sürətlə  inkişaf  etdiyi 
bir  dövrdə  və  yeni  tələblərin  meydana  çıxması  ilə  əlaqədar  olaraq 
biotexnologiyanın yeni sahələri yaranmışdır. 
 
Biotexnologiyada işlədilən qiymətli xammal (n-parafinlər, şəkərlər və s.-nin) 
mənbələrinin tədricən tükənməsi ucuz başa gələn yeni xammalın aşkar olunmasını 
qarşıya məqsəd qoymuşdur. Hər il ağac emal edən zavodlarda çoxlu miqdarda ağac 
kəpəyi və talaşa, kənd təsərrüfatı məhsulları yığımından sonra qalan külli miqdarda 
bitki  qalıqları,  meyvə  ağaclarının  budamasından  alınan  çöplərdən  bu  məqsədlə 
müvəffəqiyyətlə istifadə oluna bilər. 
 
Son  illərədək  biotexnologiyada  ən  səmərəli  fermentasiya  prosesi 
mikroorqanizmlərin  duru  qida  mühitlərində  yetişdirilməsi  sayılırdı.  Onların 
substrat  qatılığı  adətən  1-10%-ə  qədər  olur  və  mikroorqanizmlər  tərəfindən 
mənimsənilmə prosesi maye fazada gedir. 
 


 
Mikroorqanizmlərin  çoxlu  miqdarda  xammalı  qısa  müddət  ərzində 
parçalaması  zəruriliyi  qatılığı  xeyli  artırmağı  tələb  edir.  Duru  qida  mühitində 
substrat  qatılığını  çox  artırdıqda  fermentasiya  prosesi  də  buna  müvafiq  olaraq 
zəifləyə və dəyişə bilir. Bu məsələnin həllinə bərk fazada gedən  yeni fermentasiya 
prosesin  həyata  keçirməklə  nail  olmaq  mümkün  olmuşdur.  Yeni  fermentasiyada 
mikroorqanizmlər  bilavasitə  nəmləşdirilmiş  substrat  üzərində  yetişdirilir.  Bitki 
tullantılarının  bu  üsulla  mikroorqanizmlər  tərəfindən  mənimsənilməsi  prosesi 
faydalı olub böyük əhəmiyyət kəsb edir. 
 
Biotexnologiyada  istifadə  olunan    müasir  üsullardan  biri  də  qida 
mühitlərinin  riyazi  optimallaşdırılmasıdır.  Riyazi  üsulların  fermentasiya 
proseslərinə tətbiqi sayəsində vaxta, qida maddələrinə, kimyəvi reaktivlər və s.-yə 
qənaət  etməklə  biotexnoloji  prosesi  idarə  etmək  üçün  ən  optimal  şərait  yaratmaq 
olur. 
 
Son  vaxtlar  biotexnoloji  təcrübədə  qarışıq  kulturalardan  geniş  istifadə 
olunur. Əksər zəruri proseslərin ayrı-ayrı mərhələləri eyni zamanda iki və daha çox 
mikrob  kulturasının  iştirakı  ilə  gedirsə,  bu  zaman  qarışıq  mikrob  kulturası  tətbiq 
edilir. 
 
Hər  hansı  prosesi  aparmaq  və  mikrob  hüceyrəsindən  təkrar  istifadə  etmək 
üçün  yeni  metod-mikrob  hüceyrələrinin  immobilizə  olunması  tətbiq  edilir.  Bu 
zaman  mikrob  hüceyrələri  müəyyən  adsorbentlərin  səthinə  hopdurulur  və 
immobilizə olunmuş hüceyrələr adlanır. Sərbəst hüceyrələrdən fərqli olaraq onlar 
fermentasiya prosesində uzun müddət aktivliyini itirməyərək fəaliyyət göstərirlər. 
 
Mikroorqanizmlərdən  biotexnologiyada  istifadə  olunması,  ilk  növbədə, 
onların  yetişdirmək,  yəni  fermentasiya  proseslərini  aparmaq  üçün  xüsusi  qurğu 
(fermentyorlar)  və  aparatlar  yaradılması  sayesində  mümkün  olmuşdur. 
Biotexnologiyanın bu sahəsi mühəndislərin mikrobioloqlarla birgə elmi fəaliyyəti 
nəticəsində  inkişaf  etmişdir  və  bioloji  mühəndislik  (biomühəndislik)  adlanır. 
Biomühəndislik  fermentasiya  proseslərinin  idarə  olunması,  avtomatlaşdırılması, 


qurğular  yaradılması  və  elektron-hesablama  maşınlarının  tətbiqi  problemlərini 
öyrənir. 
 
Biotexnologiyanın  ən  yeni  sahələrindən  biri  genetik  mühəndislikdir. 
Molekulyar  biologiya  və  molekulyar  genetikanın  sürətlə  inkişafı  sayəsində 
yaranmış  genetik  mühəndislik  metodları  yeni  superprodusentlər  və  faydalı 
xassələrə  malik  ştammların  alınmasında  mühüm  rol  oynayır.  Genetik 
mühəndisliyin yaranmasına əsasən aşağıdakı nailiyyətlər səbəb olmuşdur: 
1)bakteriya  və  göbələk  hüceyrələrinin  DNT  fraqmentləri  və  ya  geninin 
rekombinasiya olunma və ötürülməsi mexanizminin öyrənilməsi; 
2)DNT  molekulunu  müəyyən  nahiyyələrə  genlər  və  fermentlərə  parçalaya 
bilən  restriktaza  və  bu  fraqmentləri  birləşdirə  (tikə)  bilən  liqaza  fermentlərinin 
aşkar edilməsi; 
3)Genin in vitro şəraitdə sintezinin kəşf edilməsi; 
4)Lazım  olan  geni  və  ya  fraqmenti  ressipient  hüceyrəyə  köçürmək  üçün 
vektorlardan istifadə etmək imkanının müəyyən edilməsi. 
Bu  üsulla  gen  təkcə  bir  mikrob  hüceyrəsindən  başqa  mikrob  hüceyrəsinə  deyil, 
həm də təkamülün müxtəlif mərhələlərində duran orqanizmlərə də köçürmək olur. 
 
Beləliklə, növlərarası çarpazlaşmanın mümkünlüyü sübut edilmişdir. 
 
Genetik  mühəndisliyin  yaranma  tarixi  in  vitro  şəraitdə  ilk  rekombinat 
molekulun alındığı 1972-ci il sayılır.  Genetik  mühəndisliyin  əsas  təcrübələri 
Escherichia  coli  bakteriyası  hüceyrələri  üzərində  aparılmışdır.  Yeni  hibrid  DNT 
molekulu  quraşdırılarkən  E.  coli  hüceyrəsindən  əsasən  klonlaşdırmanın  “aralıq” 
sistemi kimi istifadə olunur. Sonrakı tətqiqatlar Bacillus subtilis və Saccharomyces 
cerevisae hüceyrələri üzərində aparılmışdır. 
 
Genetik  mühəndislik  üsulları  irsiyyətə  məqsədyönlü  təsir  etməklə  istənilən 
xassəli yeni növlər almağa imkan verir. Bu metod vasitəsilə molekulyar atmosfer 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə