Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   2   3   4   5   6   7   8   9   ...   42

                                                           ½ O

3C 
6

6
O
6
 +CH
3
–CHOH–COOH  2 HOOC–COHCOOH –CH
2
–COOH+ 6CO

qlükoza            süd turşusu                        limon turşusu                                                          
 
 
Rusida  limon  turşusunun  sənayedə  Aspergillus  niger  göbələyindən  alınma 
texnologiyası  S.P.Koctıçev  və  V.  S.  Butkeviç  tərəfindən    hazırlanmış  və  həyata 
keçirilmişdir. 
 
Limon  turşusu qeyri-tam oksidləşmənin məhsulu olduğu üçün mühitdə daha 
çox  toplanır.  Aspergillus  niger  göbələyini  dərin  və  səthi  fermentasiya  üsulu  ilə 
melassada  becərirlər.  Səthi  fermentasiya  260C-də  10  gün  müddətində  aparılır  və 
nəticədə  şəkərin  80-90%-I  turşuya  çevrilir.  Qida  mühitinin  səthində  əmələ  gələn 
göbələr  kütləsini  məhluldan  ayrılıb,  limon  turşusunu  Ca  duzu  şəklində  (CaCO3 
ə
lavə  etməklə)  çökdürürlər.  Sulfat  turşusu  əlavə  etməklə  dizi  yenidən  turşuya 
çevirilər. Göbələyi dərin fermentasiyada becərdikdə limon turşusunun əmələ gəlmə 
sürəti xeyli rtır və proses 4 gün davam edir. Bu zaman istifadə edilən şəkərin 70-
75%-I limon turşusuna çevrilir. 
 
Limon  turşusunu  bir  çox  Candida  cinsli    (C.lypolitica)  maya  göbələkləri 
sintez  edirlər.  Kif  göbələklərindən  fərqli  olaraq  onlar  substrat  kimi  n-  parafinləri 
mənimsəyir və 140% limon turşusu sintez edirlər. 
 
Hazırda  ildə  300  min  tondan  çox  limon  turşusu  istehsal  olunur  ki,  ondan 
təbabət, yeyinti sənayesi, qənnadı məmulatlarının istehsalı və b. sahələrdə  istifadə 
edirlər. 
 
 Fumar  turşusunun  alınması.  Fumar  turşusu  iki  əsaslı  turşu  olub  əsasən  
Rhizopus,  Circinella,  Cunninghamella  və  Mucor    cinsli  göbələklər  tərəfindən 
sintez  edilir.  Onlardan  ən  fəzlı  Rh.nigricans  göbələyidir.  O,  substrat  kimi 
mənimsənilən qlükozanın 40-50%-ni fumar turşusuna  çevrilir: 


                                              ½ O2 
2C 
6

12
O
6
         HOOC–HC=CH–COOH+ 2CO

                                                Fumar turşusu 
 
Fermentasiya  həm  dərin,  həm  də  səthi  üsullarla  aparılır.  Səthi 
fermentasiyada göbələyin becərilməsi 2-7 gün davam edirsə, dərin  fermentasiyada 
proses  24-60  saata  bitir.  Sənayedə  melissadan  fumar  turşusunun  Rh.  nigricans  
göbələyi  vasitəsilə  alınması  iki  mərhələdə  gedir.  Birinci  mərhələ  prosesin 
ə
vvəlindən başlayır. Alınan fumar turşusu mühitə  CaCO3 əlavə etməklə Ca duzu 
şə
klində  çökdürülür  və  mühitdən  ayrılır.  Bununla  da  birinci  mərhələ  bitir.  kinci 
mərhələdə  şəkərli  qida  mühitindən  turşu  və  göbələk  kütləsini  ayırdıqdan  sonar 
yenidən  turşu  almaq  üçün  onu  fermentasiyaya  uğradırlar.  Sintez  olunan  turşu 
ə
vvəlki üsullarla mühitdən ayrılır. 
 
Dərin fermentasiya şəraitində Rh. nigricans, Rh. delemar şəkərdən 58-65%, 
Candida hydrocarbofumarica normal  parfindən 84% fumar turşusu sintez edir. 
 
Fumar turşusundan sənayedə asparagin, alma turşularının alınmasında ilkin 
maddə kimi geniş istifadə olunur. 
 
takon turşusunun alınması.  takon və ya  metilkəhraba turşusu sa fumar 
turşusu kimi doymamış iki əsaslı üzvi turşudur. Onun sintezi ilk dəfə Aspergillus 
itaconicus    göbələyində  müşahidə  edilmişdir.  Lakin  A.  terreus  daha  fəal  itakon 
turşusu sitez etməyə qabildir: 
 
½ O2 

6

12
O
6
              CH 
3
=C –CH
2
–COOH 
Qlükoza                          | 
COOH 
takon  turşusu 


 
 Bu  göbələk  səthi  fermentasiya  zamanı  mənimsənilən  100  q  şəkərdən  29q 
turşu  sintez  edir.  Dərin  fermentasiya  isə  turşunun  çıxımı  60%-ə  qədər  ola  bilir. 
Fermentasiya  bitdikdən  sonar  mitselilər    ayrılmış  kultura  mühitini 
buxarlandırmaqla  qatılaşdırırlar.  Bu  zaman  itakon  turşusu  Kristal  şəklində  çökür. 
Kristalları ayırıb soyuq su ilə yuyur və yenidən kristallaşdıraraq 90% təmiz itakon 
turşusu alırlar. 
 
takon  turşusundan  üzvi  və  mikrobiolji  sintez  proseslərində  ilkin  xammal 
kimi istifadə edilir. 
 
Qlükon  turşusunun  alınması.  Qlükon  turşusu  müxtəlif  göbələk 
(Aspergillus,  Penicillium)  və  bakteriyalar  (  Acetobacter  aceti)    tərəfindən  sintez 
edilir. Onun buosintezində də substrat kimi şəkərlərdən istifadə edilir: 
                          ½ O2 

6

12
O
6
                     CH 
2
OH-(CHOH)
4
–COOH 
     Qlükoza                      Qlükon turşusu     
 
 
Sənayedə  qlükon  turşusunu    Penicillium  chrysogenum,  A.niger,  A. 
fumaricus    göbələklərini texniki qlükoza olan mühitdə səthi və dərin fermentasiya 
üsulları ilə becərməklə alırlar. Səthi fermentasiya xüsusi küvetlərdə və ya tavalarda 
aparılır,  P.  chrysogenium  və  P.purpurogenum  gğbələklərindən  istifadə  edilir.  Bu 
göbələklər 8-19 gün müddətində bitdikdən sonar şəkərin 60%-ni turşuya çevirirlər. 
 
Dərin  fermentasiya  üsulu  ilə  qlükon  turşusunu  almaq  üçün    A.  fumaricus  
göbələyindən  istifadə  edilir.  Proses  24saat  davam  edir  və  90-95%  turşu  alınır. 
kinci            üsul  daha    səmərəli  olduğundan  hazırda  sənayedə  bu  üsulla  böyük 
fermentyorlarda  hər  il  30000  t  qlükon  turşusu  alınır.  Onun  alınma  texnologiyası 
başqa üzvi turşuların alınma sxemi üzrə aparılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə