Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə10/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

 

41

 



M.SƏİD 

 

SƏNAYEİ-NƏFİSƏNİN BİRİNCİ QURBANLARI 

 

“Kommunist”, 24 fevral 1921-ci il. 

Bu gün şəhərimizdə  hər tərəfə baxırsan, bir yas, bir ələm nişanələri olaraq 

qara lentalar, əza mahnıları ilə uğraşan musiqi dəstələri görülüyor.  

Ara-sıra qollarında qara matəm  əlamətləri olaraq qara lentalar, yüzlərindən 

yoldaşlarının səmimi təsiratını daşıyan zatlar gözə çarpıyor. 

Bu gün çox yaxşı düşündükdə  nə bir məlivənci, nə  də bir məşhur general 

vəfat etməmişdir. 

Bu gün dəfn edilən qəhrəmanlar Bakı xalq səhnəsinin xadimlərindən 

Əbülhəsən ilə Mir Paşa yoldaşlardır.  

Bütün Cümhuriyyətin sənayei-nəfisə  səhnəsi  əvvəlinci dəfə olaraq inqilab 

minasında verdiyi qurbanlarını xalqa kəmali-iftixarla təqdim edib diyor: 

“Bakı səhnəsi  öz inqilab vəzifəsini bitirdi və genə də bitirəcəkdir.” 

Xəlqin təhzibi-əxlaqı, qaranlıqdan çıxıb işıqlı bir istiqbala malik olması 

uğrunda lisanı  və  sənayei-nəfisəsi ilə çalışan qəhrəmanlar lüzumu görüb xalqa, 

vətənə canı və o əziz həyatı ilə də xidmət edəcəyini bütün vətəndaşlara elan elədi. 

Yoldaşlar öz vəzifələri başında olaraq inqilaba yakışır bir tərzdə 

qəhrəmananə imtahan verdilər. 

Bu gün, yəni fevralın 24-cü günü Bakı səhnəsi, doğrudan-doğruya, özünün 

inqilab səhnəsi olduğunu elan etməklə qocaman səhnənin qaranlıqlar altında 

keçirdiyi tarixi unutdurdu.  

Bu gün qırmızı əsgər səhnəsinin tarixinin birinci günüdür.  

Eşq olsun inqilab yolunda fədai-can edən qəhrəmanlara! 

Eşq olsun qırmızı səhneyi-nəfisə xadimlərinə! 

 

 




 

42

 



AĞA BABA YUSİFZADƏ 

 

ŞƏHİDLƏR DƏFNİ 

 

“Kommunist”, 25 fevral 1921-ci il. 

 

Qarabağda inqilab uğrunda facianə bir surətdə  şəhid olan artistlərdən 



Əbülhəsən Anaplınski ilə Mir Paşa sadıqovu və zabitlərdən  Əbdülhəmid 

Yusifxanov, yunkerlərdən Mir Əhməd Mirhəsənov ilə Hüseyn Əsgərov yoldaşları 

dəfn etdilər. 

Əvvəklcə bu beş cənazə böyük izdiham ilə Təzə Pir məscidindən qaldırılıb 

Dövləti-tiyatro qarşısına gətirildi.  

Tiyatro qarşısında türk aktyorları  tərəfindən  Əli Abbas Rzayev, artistlər 

komitəsi tərəfindən, fəhlə klubundan, Səba tiyatro dəstəsindən, erməni 

artistlərindən, yəhudi artistlərindən, “Sabir eqit” tiyatrosundan nümayəndə yanğılı 

və atəşin nitqlər söylədilər.  

Sonra cənazələr “Rais” qarşısında saxlanılıb “Rais” nümayəndəsi ilə Gəncə 

artistləri nümayəndəsi danışdılar. 

Oradan cənazələr Maarif Xalq Komissarlığı qarşısına gətirildi. 

Burada Maarif Xalq Komissarı  yoldaş Dadaş Bünyadzadə Maarif Xadimləri 

İttifaqı tərəfindən Müslim bəy Bağırov, Yaqubov nitqlər söylədilər. 

Hərbiyyə  məktəbi qarşısında yoldaş Mirzə Davud Hüseynov, Cəbiyev və 

Hərbiyyə  məktəbi tərəfindən yoldaş  Kənan yoldaşlara rəhmət oxuyub əlvida 

dedilər.  

Oradan cənazələr Azərbaycan İnqilab Komitəsi qarşısına gətirildi. 

Burada yoldaş Nərimanov atəşin və mənalı bir nitq söylədilər. 

Sonra Azərbaycan Kommunist Firqəsinin Mərkəzi Komitəsi qarşısında 

Mirzə Davud Hüseynov Mərkəzi Komitə tərəfindən danışdı. 

Oradan Bakı  İcraiyyə Komitəsi qarşısına gətirilib burada Bakı  Şurası 




 

43

tərəfindən Mir Bəşir Qasımov və  şəhərimizdə davam edən Füqəra Komitələri 



Qurultayı tərəfindən bir nəfər nümayəndə axırıncı əlvida nitqləri söylədilər. 

Sonra cənazələr qaldırılıb qara torpaqlara tapşırılmaq üçün qəbiristana 

aparıldı. 

Mərasimi-dəfndə bütün Xalq komissiyaları, Hərbiyyə nümayəndələri, 

artistlər, Füqəra Komitələri Qurultayının bütün nümayəndələri isbati-vücud 

edirdilər. Bunlardan başqa  şəhər  əhalisi dəxi qəmlərə  şərik olub mərasim-dəfndə 

iştirak edirdi. 

 

     



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



 

44

 



 CƏFƏR CABBARL

I

 

 

 

 23 fevral 1920, nömrə 38 

 

Bakıda, Azərbaycanın paytaxtında Rza 

D

arablı ilə  əbülhəsən Anaplını 



tanımayan yoxdur. Hər kəs bizim bu iki gənc sənətkarımızı tanıyor. Hər kəs bu iki 

komik oynarkən bir daha sənətkarını görmək məqsədilə  əlini və ovcunun içini 

ağrıtm

ı

şdır.  



Yarın,  şubatın 24-də (1920-ci il) Dövlət Teatr heyəti tərəfindən bu iki 

aktyorun  şərəfinə olaraq “Arşın mal alan” operettası oynanılacaqdır. Möhtərəm 

oxuculara 

Darablı


 və 

A

naplını bir qədər tanıtmaq istərdim.  



Rza Darablı ilə  Əbülhəsən Anaplı 1911-ci sənədən başlayaraq, bərabər 

olaraq səhnəyə çıxmışlardır. İlk çıxışlarında kəndi iqtidarlarını göstərmiş, hər kəsin 

nəzər-diqqətini kəndilərinə cəlb etmişlərdi. Bizdə, bizim səhnəmizdə pək az adam 

Darablı ilə Anaplı kimi az zaman içərisində məruf olmuşdur. Bu iki aktyor o qədər 

məruf olmuşlar ki, bunlarsız, demək olar ki, bir müsamirə keçməmişdir.  

Əvvəllərdə bu iki aktyor səhnəyə  bərabər çıxır, hər ikisi bir məslək, 

komiklik məsləkini təqib edirdilərsə də, lakin son zamanlar bunların hərəsi başqa-

başqa şəxsiyyətlər olmuşlardır.  

Əbülhəsən Anaplı əski məsləkində qalmış, ondan bir an ayrılmaq istəməmiş, 

həp o yolda tərəqqi edərək hər kəsin məhbubül-qəlbi olmuşdur. 

Əbülhəsənin yalnız səhnədə deyil, hər zaman, hər yerdə komik olaraq 

görmək olur. Komiklik Əbülhəsənin kəndisindən ayrılmaz bir təbiətdir. 

Nə qədər 

böyük


 və ali bir məclis olursa-olsun, nə qədər 

məşshur


 və müqtədir 

sənətkarlar o məclisdə 

o məclisdə

 icrai-məharət edirləsə etsinlər,  Əbülhəsən 

onların həpsini ikinci dərəcəyə buraxacaqdır. Bütün məclis əhlini, avam olsun, xas 

olsun, kəndisinə məşğul edəcəkdir. 




Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə