Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə12/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

 

48

proqramında türkçülük məfkurəsi qabarıq verilməmişdi. Bunun da səbəbi 



həmin məfkurənin yenicə formalaşmağa başlaması idi

14

. Seyid Hüseynin 



1911-ci ildə  Həştərxanda sürgündə olan qohumu, dostu, qələm yoldaşı  Əli 

Paşa Səbur Hüseynzadəyə yazdığı  məktublardakı fikirləri “Müsavat” 

məramnaməsi ilə  səsləşir: “Əgər öz hali-xüsusiyyəmdən xəbər alsan, 

nəhayətdə mütəəssüfəm. Çünki bugünki milləti-İslamın hali-əsəf-istimalı kimi 

mütəəssüf etməz ki, hər bir tərəfdən onlara haqsızlıq edirlər və  zərbi-dəst 

göstərirlər. Əcəba 

,

 bunlara səbəb nədir?  Vaqeən 



,

 mərhum Sabir əfəndi nə 

gözəl söyləmişdir:  

 

Qanuni – qəvayidi – təbiət 



Qoymuş bu cahanda böylə adət: 

İnsandakı cəhldən, ziyadə 

Haqsızlar edərlər istifadə. 

 

Budur, bizim cəhalətimizdən haqsızlar istifadə edirlər”



15

. Məktub 

parçasından göründüyü kimi, ədibin 1918-ci ildə yazdığı “Təqsir kimdədir?” 

məqaləsində qoyduğu problemlər onu gəncliyinin lap erkən çağlarından 

düşündürmüşdür. 

Və yaxud, Seyid Hüseynin Əli Paşa Səbura 1912-ci il 6 may tarixli 

məktubunda qeyd olunur: “Heç bir barədə  məndən nigaran qalma. Mən 

haman Bakıda görüb tanıdığın Seyid Hüseynəm. Heç bir xasiyyətim 

dəyişməmişdir. Fəqət bir xasiyyətim dəyişib. O da qeyri-müsəlmanların istər 

qocasına, istər uşağına və  məzlumuna rəhm etməmək və müsəlmanlığına 

qarşı yegü olanlardan nifrət edib 

,

  bəlkə  ədavət bəsləmək. Və heç bir kəsin 



əxfalatına uymamaq”.  

                                                 

14

 Nəsiman Yaqublu. Məmməd Əmin Rəsulzadə. Bakı, Gənclik, 



1911

. səh. 49.

 

15

 



Məktub, 1911, 26 sentyabr

 




 

49

Yeri gəlmişkən, elə bu məktubda da o, “Qurani-Kərim”in tərcüməsi 



olan kitabı dostuna göndərməli olduğundan bəhs edir. Mirzə Bala 

Məmmədzadə “Azərbaycan türk mətbuatı” kitabında “Quran”ın tərcüməsi ilə 

bağlı məlumat verərək yazır: 

“Hacı Zeynalabdin Tağıyev kəndi “Kaspi” mətbəəsində türk hərfləri 

düzəldikdən sonra “Quran”ı türkcə olaraq təb etdirdi. Bunu Bakı qazisi Mir 

Məhəmməd Kərim tərcümə etmişdir” 

16

.  


Məmməd  Əli Rəsuloğlunun xatirələrindən: “...1911-ci ilin son bahar 

günü idi. Arkadaşların gizli toplantı  və müşavirə yeri olan rəhmətlik Abbas 

Kazımzadə  bəyin mağazasının arxa odasında Abbas bəy ilə oturmuşduq. 

Arkadaşlarımızdan Tağı Nağıoğlu bəy içəri girdi və bizə “gürcülərin, 

ermənilərin, rusların siyasi partiyaları var, bizim nədən olmasın

?

 Biz də bir 



partiya quraq” dedi. Bir neçə gün yapdığımız müzakirə və müşavirədən sonra 

“Müsavat” partiyasını qurmağa qərar verdik. Zatən o tarixlərdə  İstanbulda 

olan Məmmədəmin bəy də bizə yazdığı  məktublarda siyasi bir partiyanın 

qurulmasının vacib olduğunu yazır, bu işdə hazırlıqlar içərisində olmamızı 

istəyirdi.  

Böyləcə, “Müsavat” partiyası qurulduqdan sonra partiyaya qəbul 

edəcək arkadaşları təsbit etməyə başladıq. Bu da o zamankı dövrə görə zor bir 

işdi. Müsavat partiyasına ilk aldığımız arkadaşlar bunlardır:  Vəli Mikayıloğlu 

(ikinci dünya hərbində İranı işğal edən Kommunist ruslar tərəfindən Zəncan 

şəhəri  ətrafında yaxalanaraq Rusiyaya gətirilmiş  və güllələnmişdir), Seyid 

Hüseyn Sadiq (Azərbaycanın tanınmış  ədəbiyyat və  sənət adamı Sibirdə 

sürgündə olmuşdur),  Əbdürrəhim bəy (əcəli ilə ölmüşdür), Axund Yusif 

ləqəbi olan Yusif Ziya ( Türküstanda basmaçılarla birlikdə  Ənvər 

P

aşa 



komitəsində bolşeviklərlə vuruşarkən şəhid olmuşdur), Seyid Musəvi (çarlıq 

rus ajanları  tərəfindən  şəhid edilmişdir).”

17

 Partiyanın Güney Azərbaycanda 



da şöbələri yaradılmışdı. “Müsavat”ın ilkin qəbul etdiyi proqram İslam fikri 

                                                 

16

 Mirzə Bala Məmmədzadə. Azərbaycan türk mətbuatı. Bakı, səh. 70 



17

 Nəsiman Yaqublu. Məmməd Əmin Rəsulzadə. Bakı, 1991, səh. 48-49 

 



 

50

üzərində qurulmuşdu və islami ideyalara daha çox üstünlük verirdi. Bu 



dövrdə “Müsavat” partiyası böyük işlər görürdü. Balkan müharibəsində 

Türkiyəyə yardım göstərmək təbliğatını aparırdı. Partiyanın üzvü Seyid 

Hüseyn gizli bir bəyannamə yazdı. Bu bəyannamə Orucovlar mətbəəsində 

sahiblərindən xəbərsiz Seyid Hüseynin ya

r

dımı  və partiyaya mənsub olan 



mürəttiblərin birgə  fəaliyyəti ilə bir gecədə çap olundu.

18

   Həmin 



bəyannamədə “Müsavat” bütün Qafqaz müsəlmanlarını Osmanlı 

imperatorluğuna köməyə çağırırdı. Abbas Kazımzadə gizli şəkildə çap 

olunmuş  bəyannamələri Tiflisə aparıb Qafqaz müsəlmanları arasında 

yayılması üçün poçt qutularına atıb sabahı günü geri dönmüşdü.  

Müsavat”ın Qafqaziya türkləri arasında yayıb çar imperiyasını qorxuya 

salan bəyannamə aşağıdakı məzmunda idi:  

“...Biliniz və agah olunuz ki. Bu müharibəyi xilafəti-islamiyyəyə malik 

olan Türkiyəyə açan Balkanın kiçik və ufaq hökumətləri deyildir. Zira, şir nə 

qədər zəif olsa da, çaqqallar və tülkülər ona yaxın gəlməyə cürət edəməzlər. 

Bu işləri işləyən insaniyyət və islamiyyət düşməni və “jandarmi-aləm” ləqəbi 

ilə müləqqəb olan Şimal ayısı Rusiya hökuməti-müstəbidəsidir ki, hər gün nə 

qədər ləvazimi-səhiyyə,  ətibba, ianələr və könüllü adı ilə bölük-bölük 

nizamilər göndəriyor. 

Şu saətdə bolqar

,

 Serb və qaradağlıların nizami səflərində  hədsiz-



hesabsız rus zabitləri və topçuları mübarizə etməkdədir. Osmanlıların 

məğlubiyyəti haqqında çəkilən teleqraflar həp məğuldur. Bu surətlə onlar bir 

tərəfdən Rusiyadan hərbə gedənlərə cürət vermək, digər tərəfdən də 

müsəlmanları qorxutmaq istiyorlar. Aləmi-islamın başına gələn bəlaların 

əksərinə , bəlkə  də  həpsinə  işbu... və hökuməti-müstəbidə  səbəb olmuşdur. 

Digər məmləkətlərdəki  İslam qardaşlarımız can və mal ilə müavinətdə 

bulunduqları halda

,

 biz Rusiya müsəlmanları  nədən bir ğəmad kimi 



                                                 

18

 Məryəm Oruclu. Azərbaycanda və mühacirətdə Müsavat partiyasının fəaliyyəti (1911-1992). Bakı, Azərnəşr, 



2001, səh 

.

36 




Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə