Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə13/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

 

51

donmuşuq”



19

. Bütün bu qeyd olunanlar Seyid Hüseynin öz mühitində siyasi 

cəhətdən də hazırlıqlı bir şəxs kimi qəbul olunmasından xəbər verir.  

1911-ci ildə Seyid Hüseyn bir müddət işsiz qalır.  Əli Paşa Səbura 

yazdığı 11 oktyabr tarixli məktubdan aydın olur ki, yazıçı bu günlərdə maddi 

cəhətdən çox sıxıntı çəkmişdir: “Bəradərim! Mənə Məhəmməd Sadıqdan uzaq 

dolanmağı tövsiyyə edirsininz. Bu barədə  təşəkkür edirəm. Zatən

,

  mənim 



onunla bir o qədər xüsusiyyətim yoxdur. Hərçənd məişət məsələsi məni 

Haşımbəy mətbəəsində  işləməyə  məcbur edəcəkdisə  də, lakin həllali-

müşkülat mənim üçün digər bir iş buldu. Yəni Orucovlar mənim bekar 

qalmamdan xəbərdar olub, məni çağırdı. Bə”d əz məzəmmət

i-

b

e



syar ki, bekar 

qaldığım  əsnada onlara xəbər etməmişəm, münasib bir donluq ilə  mənə  iş 

təklif etdi. Mən də qəbul edib bu saət onlar üçün işləyirəm. Hər bir kəsdən də 

qət”i-əlaqə etmişəm. Bəlkə bundan sonra da edəcəyəm, çünki bəni-növi-

bəşərdə  vəfa deyilən hissi-müqəddəs yoxdur”.  Bu məktub bizə belə bir 

qənaətə gəlməyə imkan verir ki, Seyid Hüseyn bəyannaməni  1911-ci ilin son 

aylarında, Orucovlar mətbəəsinə işə girdikdən sonra hazırlamışdır.  

Məktubun bu parçasından göründüyü kimi, ədib yeni bir qəzetdə 

çalışmağından bəhs edir ki, həmin qəzet “Yeni İrşad” idi.  1911-ci ildə iyulun 

2-də Orucovlar “Məlumat” adında qəzet nəşr etməyə başlamışdılar. 

“Məlumat” qəzetinin müdiri Hacı İbrahim Qasımov və baş redaktoru Mehdi 

bəy Hacınski idi. “Məlumat” uzun davam edə bilməyib həmin ilin avqustunda 

hökumət tərəfindən qapadıldıqdan sonra Orucovlar bunun da yerinə “Yeni 

İrşad” adında qəzet çıxarmağa başladılar. “Yeni İrşad” qəzetinin müdiri Yusif 

Əhmədov, baş redaktoru isə Mehdi bəy Hacınski olmuşdur

20

.  İlk nömrəsi 



1911-ci il avqustun 28-də, sonuncusu 1912-ci il martın 5-də  çıxmışdır. 

Qəzetdə S.Hüseynlə yanaşı A.Səhhət, Y.V.Çəmənzəminli, F.Köçərli, 

A.Yusifzadə və b.-nın məqalələrə dərc edilirdi. Lakin bu qəzet də uzun ömür 

sürməmişdir. “Yeni İrşad” qapandıqdan sonra  Orucov qardaşları  Sənətulla 

                                                 

19

 



Yenə orada: səh. 50-51). 

 

20



 

Mirzəbala Məmmədzadə. Azərbaycan türk mətbuatı. Bakı Universiteti Nəşriyyatı, 2004, səh.59 




 

52

İbrahimovuvun müdiriyyəti altında “İqbal” qəzetini çıxarmağa başladılar.  



Seyid Hüseyn bu qəzetdə  də  çıxış etməkdə davam edirdi. 1913-cü ildə 

Sənətulla  İbrahimov  əsgərliyə çağırıldığı üçün Hüseyn Sadiq qəzetin 

müdiriyyətini öhdəsinə götürmüşdür. 1914-cü ildə  qəzetin müdiri Məmməd 

Əli Rəsulzadə, baş redaktoru isə  Məmməd  Əmin Rəsulzadə olmuşdur və 

həmin ildə də qapadılmışdır. 

Yuxarıda məktubda göstərdiyimiz parçada daha iki önəmli məsələ 

diqqəti çəkir: Məhəmməd Sadıq Axundov və Haşım bəy Vəzirova 

münasibəti.  Əli Paşa Səburun 1910-cu ilin axırlarında nəşr etdiyi “Yeni 

Füyuzat” məcmuəsində Məhəmməd Sadıq da çalışmışdır. 1911-ci ildə “Səda” 

və “Həqiqət” idarəsində həbslər icra olunan zaman “Yeni Füyuzat” idarəsində 

də  həbslər icra olunmuşdur.  Əli Paşa Səburu Həştərxana, qəzetin baş 

redaktoru Əhməd Kamalı isə Türkiyəyə sürgün etmişlər. Seyid Hüseynin Əli 

Paşa Səbura yazdığı məktublardan onların Əhməd Kamalla sıx münasibətləri 

olması qənaətinə gəlirik. Lakin Əli Paşa Səburun dostuna yazdığı məktubların 

əldə olmaması  səbəbindən Məhəmməd Sadıqla bağlı fikrə aydınlıq gətirə 

bilmirik. Sadəcə, deyilənlərdən belə nəticə çıxarmaq mümkündür ki, Əli Paşa 

Səbur Məhəmməd Sadığı çox yaxından tanıdığı üçün dostuna ondan uzaq 

durmağı tövsiyyə edir. Tarixin irəli səhifələrinə  nəzər saldıqda daha bir 

ehtimal – tərəflər arasında əqidə ayrılığı məsələsi diqqətimizi çəkir. Belə ki, 

Məhəmməd 

Sadıq

 Aranın redaktorluğu ilə 1928-ci ildə İstanbulda nəşr olunan 



“Yaşıl yaprak” jurnalı    “Məmməd  Əmin Rəsulzadənin ünvanına yağdırdığı 

ciddi ittihamlarla daha çox tanınır”

21

.. Daha sonralar da, məsələn, 1951-ci ildə 



“Türk yolu” jurnalını da nəşr edən Məhəmməd Sadıq “M.Ə.Rəsulzadə  və 

onun məsləkdaşlarına, Azərbaycan Milli Mərkəzinin, Azərbaycan Kültür 

Dərnəyinin (Ankara) və Müsavat partiyasının mövqeyinə kəskin müxalifətdə 

dururdu”. Çox ehtimal ki, müsavatçılarla Məhəmməd Sadıq arasındakı 

münasibətlərin  əsası elə Azərbaycanda həmin illərdən qoyulmuşdur. Tarixi 

                                                 

21

 Abid Tahirli. Azərbaycan mühacirət mətbuatı 




 

53

faktlardan da göründüyü kimi Məhəmməd 



Sadiq

in mövqeyi “Müsavat” 

tərəfdaşları ilə barışmaz olmuşdur. 

“Yaşıl qələm”  ədəbi cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə fəaliyyətə başlamışdır. Bu dövrdə də Seyid Hüseynin ədəbi-mədəni 

fəaliyyəti genişdir və xüsusilə  cəmiyyətin işində  əvəzedilməzdir. 

Cümhuriyyət dönəmində Seyid Hüseyni siyasi arenada deyil, daim mədəni 

işlərin önündə görürük. O, 1919-cu ilin avqust ayının 26—sında “Yaşıl 

qələm”in təsis yığıncağını açarkən yeni təşkilatın məramnaməsini belə izah 

etmişdi: 

1.

 

Çəmiyyətin məqsədi Azərbaycan xalqının fikrən 



yüksəlməsinə çalışmaq və Azərbaycan  ədəbiyyatında müşahidə edilməkdə 

olan yeniliyi qüvvətləndirmək, onu türklüyə  və sadələşdirməyə doğru sövq 

etməkdir. Cəmiyyət məqsədinə irmək üçün: 

a). Ədəbiyyatımızı təhlil və tarixi-ədəbiyyatımızı tərtib edəcək; 

b). Yazıçılıq sənətini təşviq və  tərqiblə  sənət həvəskarlarını  və  gənc 

mühərrirləri bir araya toplayacaq, onları  ədəbi ailə halına vəz etməklə 

aralarında yarış müsabiqələri açacaq; 

c).  Ədəbiyyatımıza, ülum və fünuna aid konfranslar verəcək və 

referatlar tərtib edəcək; 

ç). Milli tariximizə və ənənatımıza aid əsərlərin nəşrinə çalışacaq. 

“Yaşıl Qələm”in idarə heyətinə Hüseyn 

Sadiq


, Məhəmməd Ağaoğlu, 

Əli Yusif, Mirzə Bala Məmmədzadə, Hənəfi Zeynallı daxil olmuşdular. 

Hüseyn 

Sadiq


 cəmiyyətin sədri, Məhəmməd  Ağaoğlu katib seçilmişdilər.  

Məramnamənin əsas müddəalarını Seyid Hüseynin bütün ədəbi-ictimai 

fəaliyyəti boyunca həyata keçirdiyi təşəbbüslərinin tezisləri kimi qəbul edə 

bilərik. Seyid Hüseynin ədəbi dilimizin türkləşməsi və sadələşməsi üzərində 

zəhməti çox böyükdür və ayrıca bir tədqiqat mövzusunu əhatə edə biləcək 

qədər genişdir. Yazıçı demək olar ki, ömrünü

n

 böyük hissəsini ədəbiyyatımızı 



təhlilə , onun nəzəri və praktik məsələlərini öyrənməyə həsr etmiş, ədəbiyyat 

tariximizin qaranlıq səhifələrini işıqlandırmaq yolunda qiymətli işlər 




Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə