Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə14/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

 

54

görmüşdür.  Ədəbiyyatımıza, milli tariximizə  və  ənənatımıza, yaradıcı 



gəncliyə himayədarlıq Seyid Hüseynin həyat amalına çevrilmişdir. Bu 

yöndəki çalışmalarını o, nəinki inqilaba qədərki dövrdə, həmçinin sovet 

Azərbaycanı dövründə  də davam etdirmişdir. “Yaşıl qələm”  ədəbi 

cəmiyyətinin məqsədlərini yalnız Süyid Hüseyn deyil, bütün cəmiyyət üzvləri 

özlərinin müqəddəs amallarına çevirmişlər. 1922-ci il martın 17-də buraxılmış 

və M.Ə.Sabirə  həsr olunmuş “Yaşıl yarpaqlar” məcmuəsi, təşkilatçılarından 

biri yazıçı  Ə.Haqverdiyev olan və 1923-cü ildən fəaliyyətə başlayan 

“Azərbaycanı öyrənmə  cəmiyyəti”  “Yaşıl qələm”  ədəbi cəmiyyətinin 

məramlarını həyata keçirmək yolunda ardıcıl atılan addımlar idi.  

 

Qumral Sadıqzadənin bədii yaradıcılığı  

haqqında 

 

(Qumral Sadıqzadənin "Analar tək qalmasın" kitabına ön söz) 

 

Ədəbiyyatın qanunauyğunluqlarından biri budur ki, söz insan həyatının 



tempinə uyğun bir tərzdə söylənir. Müasir oxucunu yüksək poetik təsvirlərlə, 

fəlsəfi yorumlarla təəccübləndirmək olmur. Birbaşa deyilmiş söz çağdaş 

ədəbiyyatın  ən optimal ifadə vasitəsidir.  İnsan təfəkkürü bir ömrün məhsulu 

olmayıb qərinələrin sınağından çıxmış, mədəniyyətlərin tapdağı altında yoğrulmuş 

tarixi yaddaşın məhsuludur. Buna görə  də çağdaş oxucu birbaşa deyilmiş sözün 

arxasındakı bütün mətləbləri  şərhsiz də anlamaq qabiliyyətindədir. Azərbaycan 

ədəbiyyatı artıq 20-ci əsrin 90-cı illərindən etibarən köhnə stereotiplərdən imtina 

edərək yeni ifadə üslubları aramaq dönəminə daxil olmuşdur və bu axtarış 

günümüzdə də davam etməkdədir. Çox maraqlıdır ki, ömrünün böyük hissəsini – 

61 ilini (1929 – 1990-cı illər daxilində ) sovet sosialist rejiminin ictimai-siyasi 

şərtlərinin insan təxəyyülünün hər bir sahəsinə diqtəsi altında yaşayan yazıçı 

Qumral Seyid Hüseyn qızı Sadıqzadənin yaradıcılığı  ədəbiyyatın məhz bu 

müasirlik tələblərinə cavab verməsi cəhəti ilə aktualdır. 

Qumral xanım Sadıqzadənin ömrünün ən bəhrəli bir dövrü eynilə atası Seyid 

Hüseyn kimi bir ictimai-siyasi formasiyanın digəri ilə əvəzlənməsi amili qarşısında 



 

55

qalır. Bu baxımdan onlarln yaradıcılığında müxtəlif sosial-psixoloji aspektlərdən 



paralellər aparmaq mümkündür. Bu müqayisənin diqqəti çəkən  ən önəmli 

cəhətlərindən biri odur ki, Seyid Hüseynin əsərlərində yeni quruluşun doğurduğu 

dəyişiklik qarşısında çaşqınlıq, tərəddüd qabarıq şəkildə özünü göstərirsə, Qumral 

Sadıqzadənin 

ədəbi-bədii düşüncəsi sovet buxovlarından qurtulmuş 

təfəkkürümüzün mental təbəddülatına hazırıymış kimi görünməkdədir. Əlbəttə ki, 

hər iki təzahür mü

h

əlliflərin yaşadığı ortamda təbiidir. Seyid Hüseyn Şərq 



mədəniyyəti ilə, islami-türkoloji dəyərlərlə yoğrulmuş qosqoca bir tarixin 

cərəyanının tamamilə yeni bir istiqamətə döndərildiyinin  şahidi kimi çıxış edir. 

Qumral Sadıqzadə isə bu tarixi yaddaşın buxovlandığı süni stereotipləri itirməklə 

öz milli-irsi dəyərlərinə qovuşacağı ümidindədir. Hər iki yazıçı keçid dövrünün 

sosial-psixoloji, mənəvi böhranını yaşamış və öz əsərlərində bədii ifadə vasitələri 

ilə bu böhranın fəlsəfəsini yaratmışlar. 

Azərbaycan ədəbi mühitində “Son mənzili Xəzər oldu” adlı üç hissəli romanı, 

maraqlı povest və hekayələri  və iri həcmli elmi-publisistik məqalələri ilə tanınan 

Qumral xanım Seyid Hüseyn qızı Sadıqzadə 1929-cu ildə Bakı  şəhərində 

İçərişəhərdə  həyatın hər cür acılarına  şahid olmuş Uzun Seyidlər adı ilə  məşhur 

olan bir nəslə məxsus, Şirvanşahlar sarayına bitişik ikim

m

ərtəbəli qədim bir evdə 



dünyaya göz açmışdır. Qumral xanım iki nəcib nəslin, iki aydın vətəndaşın – Seyid 

Hüseyn və Azərbaycanın ilk ziyalı xanımlarından biri olan lirik şairə Ümmgülsüm 

Sadıqzadənin övladıdır. Amma təəssüf ki, həyat bu nəcibliyə qarşı öz mərhəmətini 

əsirgəmişdir. Ya bəlkə  də  nəciblik elə  həyatın acı  sınaqları  nəticəsində qazanılır. 

Ailənin davamının bugünkü vəziyyəti də məhz belə bir qənaətə gəlməyimizə əsas 

verir. Seyid Hüseyn və Ümmgülsümün övladları Oqtay Sadıqzadə, Toğrul 

Sadıqzadə  və Qumral Sadıqzadə öz istedadları, ziyalı tövrləri ilə ictimaiyyətə 

məlum şəxsiyyətlərdir. 

 Qumral  Sadıqzadə 1947-ci ildə Bakı Energetika texnikumunu, 1952-ci ildə 

Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1960 – cı 

ildən etibarən dövri mətbuatda rus dilindən tərcümələri ilə çıxış etmişdir. Yazıçını 

ədəbi dairəyə tanıtdıran ilk əsəri iri həcmə malik olan “Son mənzili Xəzər oldu” 




 

56

adlı tarixi-publisistik romanı oldu. Qumral xanım özü əsəri haqqında belə məlumat 



verərək yazır: “Kitab iki hissədən və epiloqdan ibarətdir. Birinci hissə  nəslin 

tarixindən başlayaraq Seyid Hüseynin həyatının 1920-ci ilədək – Azərbaycanda 

Sovet hakimiyyəti qurulanadək olan dövrünü əhatə edir.  

Kitabın ikinci hissəsi Seyid Hüseynin tarixən qısa bir müddət  ərzində - 

ömrünün son on yeddi ilinin yaddaşlarda yaşayan, xatirələrdə qalan, nəslimizdə 

bizdən yaşlıların, vaxtilə atamı yaxından tanıyanların söhbətləri, eləcə  də  rəsmi 

sənədlər, faktlar əsasında yazılmışdır”. 

Yazıçının 2002-ci ildə  nəşr etdirdiyi “Mənim nakam qardaşım”  əsəri də bu 

nəslin tarixinin davamı kimi görünür və Seyid Hüseynin ailəsinin 37-ci il 

repressiyasından sonrakı dövrünü əhatə edir. Əsər Seyid Hüseynin ağır xəstəlik 

nəticəsində dünyasını erkən dəyişmiş ikinci  övladı  Cığatayın yaşadığı  ağrı  və 

acılara, eləcə də bütün ailənin bununla bağlı çəkdiyi iztirablara həsr olunmuşdur. 

Filologiya elmləri doktoru, professor Nizami Cəfərov  yazdığı ön sözdə  əsəri 

“əvvəlki iki romanın davamı” kimi qəbul edir və tövsiyyə edir ki, “sənədli romanın 

əvvəlki iki cildinin satışda olmamasını nəzərə alaraq müəllif imkan tapıb üç kitabı 

birlikdə böyük bir cild kimi çap etdirə bilsin”. Görkəmli alimin arzusu həyata 

keçirilərsə, Azərbaycan  ədəbiyyatı tarixi çox maraqlı  və yüksək dəyərə malik 

sənədli trilogiya qazanmış olacaqdır. 

“Bu kitabı  həm Seyid Hüseynin həyatı, fəaliyyəti ilə  əlaqədar olan, lakin 

zaman keçdikcə unudulub yaddan çıxacaq az-çox əhəmiyyətli faktları bir yerə 

toplamaq, həm də onun böyük nəsli haqqında ətraflı məlumat vermək məqsədilə” 

(Qumral Sadıqzadə) yazan yazıçı Azərbaycan  ədəbiyyatına gözəl bir töhfə 

bağışlamaqla yanaşı

,

  ədəbiyyatşünaslıq tədqiqatları  və ictimai həyatımızın 



öyrənilməsi  sahəsinə də önəmli bir mənbə bəxş etmişdir. Nizami Cəfərov da bu 

baxımdan əsəri yüksək qiymətləndirir: “Azərbaycan ədəbiyyatı tarixində repressiya 

illəri mövzusunda bir neçə  əsər yazılmışdır. Lakin Qumral Sadıqzadə həmin ağır 

dövrü çox dəqiq, real və inandırıcı  şəkildə  qələmə almış  və bu iş onun böyük 

nailiyyəti kimi qiymətləndirilməlidir”.  



Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə