Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə16/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   ...   13   14   15   16   17   18   19   20   21

 

60

orta cərgədə oturmuş yetmiş yaşlı  ağ saçlı qadın zənbilindən sellofana bükülmüş 



köhnə  “Əmək veteranı” kitabçasını  çıxarıb çətinliklə ayağa qalxdı, qapıya tərəf 

getdi.” Təsvir olunan səhnə kimliyindən asılı olmayaraq qadının mənəvi 

tənhalığından xəbər verir. Halbuki o, ömrünün qırx ilini müəllimliklə keçirən, üç 

dürüst övlad böyüdüb onlara təlim və  təhsil verən,  ərini itirdikdən sonra iki 

övladını təkbaşına layiqincə evləndirən qayğıkeş bir anadır. Münəvvər diqqətcildir, 

başa düşəndir, adət və  ənənələri qoruyub saxlayır. Kiçik oğlu Nazimi 

evləndirdikdə toy günü evinə getməyib bir-iki günlüyə qardaşıgildə qalmağa 

üstünlük verir. “...İki gün sonra axşama yaxın Münəvvər evə qayıdanda qapını 

gəlinin anası açdı.  Arvad təəccüblə içəri keçdi: 

-

 



Ay Nərgiz xanım, nə əcəb səndən, bir şey olub? – deyə həyəcanla soruşdu. 

-

 



Necə yəni nə əcəb səndən? Qızımın yanına gəlmişəm də... Olmaz? 

-

 



Olar, niyə olmur? Xoş gəlmisən. Ancaq biz görmüşük ki, qız gəlin gedəndən 

heç olmasa bir həftə keçsin gərək. Sonra oğlan anası el qaydası ilə bir balaca 

məclis düzəldib qız anasını, yaxın adamlarını qonaq çağırır...”  

Müəllif bu qısa dialoqla hər iki personajın xarakterini açır. Iki tərs mütənasib 

xarakterlər üz-üzə durur. Bundan sonra Münəvvərin sakit həyatı məcrasından çıxır 

və o, övladlarının qapıları arasında qalır. Lakin heç birində rahatlıq tapa bilmir. 

Tərbiyə verib böyütdüyü övladlar da onun müşkülünü həll etməyə qadir deyillər. 

“Xeyli götür-qoydan sonra Münəvvər kəndə, qaynının boşalmış otağına köçməyi 

qərara aldı. ... Münəvvər kəndə köçməsinin  əsl səbəbini açıb deməyə  xəcalət 

çəkirdi.  İstəmirdi ki, ona yazıqları  gəlsin, Nazim barədə pis rəy yaransın. O, 

ürəyinin dərinliyində başa düşürdü ki, əslində evdən çıxmasının  əsl səbəbi, 

Nərgizdən çox, Nazimin özüdür. Oğlu ilk günlərdən arvadının, Nərgizin tələbləri 

ilə razılaşmasaydı, qaynanasını yerində oturtsaydı, iş bu yerə gəlib çıxmazdı.” 

Əsəri oxuduqca ana fədakarlığının hər sətirdə  məğlubiyyətə  uğramasını 

müşahidə etmək çox ağrılıdır, lakin təəssüf ki, bu reallıqdır.  Müəllif aşağıdakı 

sətirlərdə insan eqoizmi qarşısanda tərksilah olunmuş  təmənnasız fədakarlığın 

obrazını yaratmışdır: “...Bu şəhərin küçələrində  ağ saçlı, nurani simalı, xəstəhal, 



 

61

zənbili əlində ayaqlarını sürüyə-sürüyə, nəfəsi təngiyə-təngiyə yol gedən bir anaya 



bəlkə siz də rast gəlirsiniz.”  

 “Təranə” və “203 nömrəli palata” povestlərində də yazıçı maraqlı xarakterlər 

yaradır, onların da hər biri vəziyyətlərdə açılır. Bu əsərlərdə də insan eqoizminin 

qurbanları  və öz xasiyyətləri, iddiaları ilə  ətrafındakıların həyatını  zəhərləyən 

insanların  

мяняви


 xəstəliklərinin 

хцсусиййятляри

 öyrənilir.  

Qumral Sadıqzadənin hekayə və povestləri şirin təhkiyə üsulu ilə yazılmışdır. 

Bədii dili sadə  və lakonikdir, yazıçı hadisələrin təsvirində  təfərrüata varmır. 

Əsərlərinin hər  birində ideyadan kənar  ştrixlərə mümkün qədər yol verməməyə 

çalışır. Yazıçı sanki həyatı bir 

psixaoloq

 kimi müşahidə edir, buna görə də onların 

hər biri lirik-psixoloji əsərlərdir. 

Qumral Sadıqzadə ədəbi ictimaiyyətdə yalnız tərcümələri və bədii əsərləri ilə 

deyil, həmçinin elmi-publisistik məqalələri ilə də tanınır. Onun “Seyid Hüseyn” və 

“Şairə Ümmgülsümün qəbri tapıldı”, “Anamın nadir əlyazmaları” adlı məqalələri 

yüksək elmi dəyərə malikdir. “Seyid Hüseyn” adlı  məqaləsi A.Zamanov, 

A.Hüseynov və N.Cabbarov tərəfindən yüksək qiymətləndirilmiş  və  nəşri üçün 

rəylər yazılmışdır. 

Nizami Cəfərovun qeyd etdiyi kimi, “Son mənzili Xəzər oldu” adlı  sənədli 

romanları çapdan çıxanda müəllifin ilk qələm təcrübəsi olan bu kitablar həm 

ədəbiyyatçılar, həm də geniş oxucu kütləsi tərəfindən böyük rəğbət və maraqla 

qarşılandı. Çox keçmədən o, Azərbaycan Yazıçılar Birliyinə üzv oldu və 2000-ci 

ilin mart ayında bu kitabların müzakirəsi keçirildi”. Qumral Sadıqzadənin dövri 

mətbuatda  ən çox çıxışı  “Ədəbiyyat” qəzetində görünür ki, bu da onun 

hekayələrinin oxunaqlığından irəli gəlir. Yazıçı  ədəbi-bədii fəaliyyətinə görə 

prezident təqaüdinə  də layiq görülmüşdür.Ümumiyyətlə, Qumral Sadıqzadənin 

filoloji fəaliyyəti haqqında hələ çox söz söyləmək də mümkündür. Filologiya 

elmləri doktoru Nazif Qəhramanlının haqlı olaraq qeyd etdiyi kimi, Seyid Hüseyn 

“öz dövrünün bədii salnaməsini yaratmağa, ictimai-sosial tarixi bədiiləşdirməyə 

nail olmuşdu” və biz də tərəddüdsüz deyə bilərik , nə xoş ki, bu salnamə kağızlar 




 

62

üzərində yarımçıq qalıb saralmamış, yazıçının  ədəbi irsinin varisləri tərəfindən 



qorunub təzələnərək davam etdirilir.  

 

 



 

 

 



 

                                                                     

SEYİD HÜSEYN: ARZULAR, ÜMİDLƏR İZTİRABLAR 

  

Əbədiyyətə qovuşmuş etiraf 

                              Yaxud,  

                                        Ağrıyan vicdanın səsi 

 

   Ədəbiyyat və İncəsənət Arxivində  Seyid Hüseyn Sadıqzadənin fondunda 



1928-ci ildə  qələmə aldığı    “Həqiqət illüzyonu” adlı bir əlyazması saxlanılır. 

“Həqiqət  İllüzyonu” adlı avtobioqrafik əsər  gözəl bir bədii nümunə olmaqla 

yanaşı, həm  də yaradıcılığın psixologiyasıdır.  Ədəbi yaradıcılıq Seyid Hüseyn 

üçün özünü dərk etmək,  insanları anlamaq və anlatmaq istəyidir.  

  “Həqiqət illüzyonu” əsərinin məzmunundan göründüyü kimi,  yazıçının 

gündəlik janrında yazmağı  nəzərdə tutduğu  əsər, sadəcə, bir ədəbi məktuba 

çevrilmişdir. Yazıçı  nə üçün qəlbinin odunda bişirdiyi  bir mətahı süfrəyə 

gətirməkdən imtina edir?  Yenə sadəcə, sağlam təfəkkür Seyid Hüseynin 

yaradıcılıq ehtirasına üstün gəlir. “Həqiqət illüzyonu “ yaratmaq istəyən yazıçı 

sənətlə həyatı üz-üzə qoyur və özü həyatı seçir.  Yazıçının öz əsərindən imtinası 

emosional yaşantı kimi deyil, soyuq ağlın mühakiməsi kimi qiymətləndirilməlidir. 

Yüksək insani duyğularını  hətta sənətinə qurban verməyən Seyid Hüseyn bu 

məktubla özü canlı  və mükəmməl bir sənət  əsərinə çevrilir. Və deyə bilərik ki, 



Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə