Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə20/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   ...   13   14   15   16   17   18   19   20   21

 

72

Əbülqasım Hüseynzadə  



         “Ədəbiyyat və incəsənət” qəzeti, 30 aprel, 1977 

 

                       MƏNİM MƏKTƏB YOLDAŞIM 

 

Seyid Hüseyn də, mən də  İçərişəhərliyik, ikimiz də bir məhəllədə 



yaşayırdıq. 1902-ci ildə  İçərişəhərdə üçüncü rus-tatar məktəbinə daxil olduq. 

Orada bizə müəllimlərdən Süleyman Sani Axundov, Abdulla Şaiq, onun qardaşı 

Mirzə Yusif Talıbzadə və başqaları dərs deyirdilər.                                                                 

Seyid Hüseynin qardaşı Mir Paşa mənimlə bir sinifdə oxuyurdu. 

Məndən üç-dörd yaş böyük olardı. Farsca-türkcə yaxşı savadı var idi. Hündürboy, 

gözəl-göyçək bir oğlan idi. Boyu hündür olduğu üçün onu arxa skamyada 

əyləşdirmişdilər. Az bir zamanda yaxından dostlaşdıq, dərslərimizi bir yerdə 

hazırlayardıq. Evlərimiz çox darısqal olduğu üçün şəhər bağında məşğul olurduq.  

1904-cü ildə qış tətili zamanı (tətil on beş gün idi) rus dili müəllimimiz 

Süleyman Sani belə bir tapşırıq verdi:  

- Tətil müddətində Puşkinin “Balıqçı  və balıq nağılı” poemasını 

mükəmməl üzündən oxumağı öyrənməlisiniz, hər kəs istəsə, nağılın bir hissəsini 

əzbərləsin.  

Biz az zamanda nağılı üzündən rəvan oxumağı öyrəndik. Seyid 

Hüseynin təklifi ilə ikinci həftədə poemanı başdan-başa əzbərlədik.  

Tətildən qayıdandan sonra Süleyman müəllim kitabı üzündən 

oxutdurdu.Hamı yaxşı öyrənmişdi. Müəllim razı qaldı. Soruşdu: - Kim əzbər 

oxuya bilər?  

Ancaq dördümüz fəsil-fəsil əzbər oxuduq. Hərəmiz bir “beş” aldıq. Bu 

da Seyid Hüseynin “bərəkətindən” idi. 

O, zarafat sevməzdi. Deyərdi:  ərəblərdə bir məsəl var: “Əzzərafətül 

miqrazül məhəbbə”, yəni zarafat məhəbbətin qayçısıdır. .. 

Məktəbi qurtaranda dedi: 



 

73

-



 

Üç il belə keçdi, artıq ayrılmalıyıq. Ancaq sizinlə bir zarafat 

edəcəyəm... Bu gün gərək bizim evə gedək, sizi bir az işlədəcəyəm... Dedilər, nə 

işdir? Dedi: -Yaxın yerə yük daşıtdıracağam.  

Hamımız bir-birimizin üzünə baxdıq... Getdik, gördük ki, süfrə açılıb, 

bizi qutaba qonaq elədi. 

O, məktəbdə oxuduğumuz illərdən mənim yadımda beləcə qalıb...  

     


                                 KƏRƏM  MƏMMƏDOV 

                                              (Xatirə) 

      Seyid  Hüseyn  istər orta məktəbdə, istərsə  də texnikumlarda, ədəbiyyat 

dərnəklərində dərs dediyi doğma şagirdlərini heç zaman unutmur, onların sonrakı 

həyatı, taleyi ilə bir müəllim, bir vətəndaş kimi çox maraqlanırdı, təlim-tərbiyəsi 

ilə  məşğul

 olduğu məzunlarla  əlaqə saxlayırdı.  Ədibin Bakıda, respublikamızın 

rayon və  kəndlərində çalışan keçmiş  şagirdlərindən, tələbələrindən aldığı 

məktublar bunu əyani şəkildə sübut edir. Belə məktublardan biri də ona uzaq Laçın 

rayonunun Minkənd kəndindən göndərilmişdi. Məktubda oxuyuruq: “Unudulmaz 

müəllim Seyid Hüseyn! Əgər qanadım olsa, bu gün quş kimi uçardım. Sizin məni

atamı, əmimi unutmamağınız bizim üçün böyük səadətdir.  

Mən sizi unutmamışdım və yayda bizə  gələn müəllim Bakıdan mənə kitab 

göndərəcək – deyə hər gün yoldaşlarım ilə söhbət edirdim. Fevralın 7-də poçt ilə 

göndərdiyiniz altı kitabı aldım. Və  mənə yazdığınız 28 yanvar 1935-ci il tarixli 

məktubu oxudum. Sizin mənə  məktub və kitab göndərməyiniz məni, atamı  və 

bütün kəndimizin camaatını,  şagirdlərini çox şad etdi. Mən və atam yayın tez 

gəlməsini və yayda sizin bizə yenə qonaq gəlməyinizi səbirsizliklə gözləyir və 

tələsirik. Mən indiyə kimi sizin ünvanınızı bilmirdim. Bundan sonra hər vaxt sizə 

kağız yazacağam. Məndən və tələbə yoldaşlarımdan Sizə və yoldaşlarınıza səmimi 

salamlar. Atamın, əmimin, əmim arvadının sizə çoxlu salamları vardır. 

                                                                          Minkənd, 14 fevral, 1935. 

                

                          



 


 

74

SEYİD HÜSEYNİN ƏLİ PAŞA SƏBURA MƏKTUBLARI 

 

21 oktyabr 1911-ci il 

 

Çe xoş başəd ki, bə”d əz entizari 



Beommidi r

e

səd 



o

midvari. 

(İntizardan sonra necə xoş olur ki,  

Ümid bəsləyən ümidinə yetir.) 

 

B

e



dun

e

-mübal



e

ğ

e



  ərz edirəm. Zatən yalan deməyə ehtiyacmı var? Bu gün 

neçə gün idi ki , sənin məktubunu gözləyirdim. Hər axşam evə gəldikdə qəhri çeşm 

ilə  uşaqların  əlinə baxırdım ki, bəlkə sizin məktubunuzu, o tərcümani- 

hissiyyatınızı  mənə verələr. Lakin naümid olub pərişan olurdum. Sonra poçtanın 

pəncşənbə günü gələcəyini bilib sakit olurdum.  

Bəradərim!  Əl”an,  əlsaət rüfəqalərdən birini səfərə müşayiət edib pərişani-

əhval,  ğəmü-kədərə piçidə olduğum halda evə qayıtdım. Bu dəfə  mənim 

pərişanlığıma səbəb nəinki rəfiqi-müşarileyhin məndən fəraqı idi. Bəlkə  nə 

deyəyim.., əbədi olaraq ondan qəti-əlaqə etmək fikrim idi. Lakin bunu yəqin bil ki, 

bu fikrim ya mənə və ya müşarileyhə hər bir şeydən ağırdır. Çünki nasıl ola bilər 

ki, iki qəlb bir hissdə olub, rişteyi-məhəbbət ilə yek digərinə vəsl ola, əcəba bunları 

yekdigərindən ayırmaq olarmı? İndi bil ki, mən nə qədər mütəffəkkir və nə qədər 

məhzun bir halda evə qayıtmışam. Belə bir qət”i-əlaqəyi nə  rəfiqim və  nə  mən 

özüm arzu etmədiyimiz halda cəbrən bunu kəndimə qəbul etdirəcəyəm. Hər nə isə. 

Bu nöqtədən vaz keçəlim.  

Fikri-məzkur əhvalımı pərişan edib evə gələrək bu fikri başımdan çıxarmaq 

üçün bir şeylə  məşğul olmaq istədim.  Əlbəttə, özünə  məlum olsun gərəkdir ki, 

insan kədərli bir halda baisi-kədərin yazsa, gözəl bir təqrir ilə ifadə edə bilər. Mən 

dəxi bu nöqtəyə  məbni bir hekayə yazmaq xəyalına düşdüm. Gözəl bir məzmun 

bulub yazmağa başladım. Hətta bir neçə  səhifə  də yazdım. Bu əsnadə  Kərbəlayı 

evə gəldi. 14 tarixli məktubunuzu mənə verdi. Məktubu aldıqda əvvəl 

şeirmi və

 ya 



Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə