Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə4/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   2   3   4   5   6   7   8   9   ...   21

 

12

meyxanaları” toplusuna Mir Paşanın  Əli  İslamla deyişmələri də daxil edilmişdir



lakin kimliyi barədə  əldə  məlumat olmadığı  nəzərə çatdırılır: “Doğum və ölüm 

tarixləri məlum deyil. Azərbaycan klassik ədəbiyyatının, o cümlədən, meyxana 

janrının mahir biliciləridir. Bioqrafiyaları  və başqa  əsərləri haqqında məlumat 

yoxdur”. “Abşeron meyxanaları”  ədəbi toplusuna sənətçilərin dörd meyxanası – 

“Bax”, “Nə vecimə”, “Çal”, “Bacara bilməzsən” rədifli deyişmələri daxil 

olunmuşdur və  tərtibçi tərəfindən qeyd olunduğu kimi, “oxuculara təqdim edilən 

meyxana kupletləri 1919-cu ildə Bakıda nəşr edilmiş “Hal-hazıra dair meyxana” 

kitabından götürülmüşdür”. Göstərilənlər belə  qənaətə  gəlməyimizə  əsas verir ki

yuxarıda haqqında danışdığımız kitabın ikincisi məhz bu şeirləri əhatə edir.  

Mir Paşa və Əli İslamın  vaxtilə Dövlət Teatrının aktyorları olmaları sorağı 

ilə teatr tarixi əsərlərinə nəzər saldıqda çox qısa və yanlış məlumatlardan başqa heç 

nə  əldə edə bilmirik: “Məşhur tragiq, Azərbaycan teatrının fəxri Hüseyn 

Ərəblinskinin 1919-cu ildə müsavatçı canilərin öldürülməsi teatr mədəniyyətimiz 

üçün  ən ağır itki idi. Bir neçə il sonra qaragüruhçular tərəfindən  Əbülfət Vəli

Əbülhəsən Anaplı, Mir Paşa və başqa səhnə xadimlərinin öldürülməsi Azərbaycan 

teatrını çox ağır vəziyyətə saldı. Teatr bu acınacaqlı  vəziyyətdən yalnız 1920-ci 

ildə Azərbaycanda Sovet hakimiyyəti qurulması sayəsində xilas oldu.” (4.14). Və 

yaxud: “1921-ci ilin fevralında Dağlıq qarabağın Keşiş  kəndində aktyorlardan 

Əbülhəsən Anaplı  və Mir Paşa Sadıxov xaincəsinə öldürüldülər. Amma bu, 

Azərbaycan aktyorlarının “öz inqilabi borclarını dönmədən yerinə yetirmək” 

əzmini qıra bilmədi.” (5.92.) Halbuki Azərbaycan aktyorlarının Qarabağdakı qətli 

ermənilərin Sovet hakimiyyəti illərində  də türk soyqırımı  və genosidi, mədəni-

mənəvi sərvətimizin talan edilməsi siyasətinin davam etdirilməsi idi. Lakin siyasi 

rejim bu şəhidlərə “inqilab fədailəri” damğası vurmaqla da əsl həqiqəti son 

günlərinə qədər susmağa məhkum etdi. Amma nə yaxşı ki, “ Yalan bir ayağı üstə 

durar, həqiqət iki ayağı üstə” (Amerika atalar sözü), “Ağaran saç, ağlayan göz 

gizlənə bilməz” (Türk atalar sözü). Nəhayət, bizim də “ağaran saçımız göründü. 

Aprel inqilabından sonra Seyid Hüseyn müəllim sifətiylə ailəsi ilə birlikdə Xızı 

rayonuna gedir.  Bolşevizmin qanlı  qələbəsi ilə barışmayan yazıçı bütün ədəbi, 



 

13

publisistik, ictimai fəaliyyətindən  əl çəkməyi özünün ən doğru yolu kimi qəbul 



edərək 1921-ci ilin 23 fevralına kimi ucqar dağ rayonunda sadə müəllimlik həyatı 

ilə kifayətlənməyə çalışır.. Represiya küləyinin  əsdiyi 1937-ci ildə yazıçı özünü 

“doğrultmaq” üçün Sovet Azərbaycanındakı ilk illərinin yaşantılarını  səmimi 

görünmək istəyi ilə  qələmə alırdı: “28 Aprel revolyusiyası  mənim üçün 

gözlənilməz bir hadisə deyildi. Ancaq mən aprel revolyusiyasını birdən-birə qəbul 

edə bilmədim. 23-cü ilə kibi tərəddüd etdim. Mən hələ revolyusiyanın birinci 

günlərindən “Çarxların hücumu” hekayəsindəki Murad kibi Bakıdan qaçdım, uzaq 

bir kəndə çəkildim”.   Elə həmin məqalədə yazıçı “oktyabr revolyusiyasını necə ki 

lazımdır anlamadığını” “etiraf edir”. Halbuki bütün inkişaf tarixi boyunca onun 

canlı  şahidi olan Seyid Hüseyn  bu inqilabın Azərbaycana hansı sürprizləri 

hazırladığını çox gözəl anlamışdır: “Mən bolşevizmi, internasionalizmi bütün milli 

xüsusiyyətlərin aradan qaldırılmasında, kiçik xalqların milli qulturalarının məhv 

edilməsində təsəvvür edirdim”. (Mən aprelə borcluyam. Ədəbiyyat qəzeti, 1 may, 

1937). 


1921-ci il 21 fevralda yazıçının ilk övladı Oqtay Xızı rayonunda anadan olur. 

Bu sevincin üstündən iki gün keçməmiş  ictimai-siyasi mühitin zərbələri altında 

yoğrulmuş Seyid Hüseynin taleyinə Mir Paşanın qətli kimi amansız bir zərbə 

endirilir. 23 fevral 1921-ci il yarxində Seyid Hüseyn Bakıya qayıdır. “Həqiqət 

illüzyonu” mək

t

ubundan gördüyümüz kimi ömrü boyu sevimli qardaşının faciəsi 



ilə və xüsusilə də onun unutdurulması ilə barışa bilmir. Əsərlərindən də görürük ki

Qarabağ mövzusu Seyid Hüseynin yaradıcılığının lap erkən çağlarından ömrünün 

sonuna kimi ən ağrılı  məqamlarından biri olub (“Qaçaq oğul”, “Həqiqət 

illüzyonu”, “Armus” romanı). Yazıçı “Armus” romanından “Tərlan” başlığı altında 

çap etdirdiyi hissəni bu epizodla başlayırdı: 

 “Möhsünbəy Lalayevin bank muaməlatında müsəlmanlara qarşı  bəslədiyi bu 

mənfi əlaqəni erməni qataliqosu Xrimjan Hajrıqın Bakıda olurkən, erməni zəngin 

və ziyalılarına söylədiyi bir sözlə əlaqələndirməyə çalışaraq ilavə etdi: 

- Sən heç bilirsənmi ki, qataliqos burada ermənilərə nə söyləyibdir?  

- Nə söyləyibdir? – Şərif könülsüz sual etdi. 




 

14

- O, deyibdir ki, Tiflis erməniləri sizdən daha əqilli və bacarıqlıdırlar. Onlar 



Tiflis Upravasını öz əllərinə ala biliblər. Siz isə hələ də müsəlmanların quyruğunda 

sürünürsünüz! 

Şərifi bu söz bir qədər düşündürdü. 

-

 



Sən haradan bilirsən ki, qataliqos belə söz söyləyib? 

-

 



Cənab ağa Şərif, mən çox şey bilirəm – deyərək Möhsünbəy özünü 

öyməyə başladı. Mən bu sözü vəkilim Arşaq Semyonoviçdən eşitdim. O, mənim 

üçün danışdı ki, bu saat Lalayev çalışır ki, Bakı upravasından müsəlmanları 

sıxışdırıb çıxartsın. Buranı da Tiflis upravası kimi öz əllərinə alsınlar. Amma 

bizimkilər də qırqovul kimi başlarını kola soxub quyruqlarından xəbərləri yoxdur”.   

“Armus” romanının “Tərlan” hissəsi 1937-ci ildə  “İnqilab və  Mədəniyyət” 

jurnalında dərc olunmuşdur. Göründüyü kimi, siyasi rejim azərbaycanlılara öz 

milli faciələrini nə  qədər unutdurmağa cəhd göstərsə  də, bu mövzu yazıçı üçün 

ömrünün sonuna kimi aktual idi.  

BİR FAKT: 23 noyabr 1920-ci il.   Ədliyyə  İşləri Üzrə Xalq Komissarının 2 

fevral 1920- ci il tarixli əfvetmə haqqındakı qanununa əsasən, 1918-ci ildə Bakıda 

və  Şirvanda qanlı cinayətlər törətmiş Stepan Lalayev və onun əlaltılarının işinə 

baxan 1-ci Şamaxı  İstintaq Komissiyası Stepan Lalayev və onun əlaltılarının 

törətdikləri cinayətlər 1918-ci ildə, yəni milli ədavət üstündə meydana çıxmış 

vətəndaş müharibəsi dövründə baş verdiyini əsas götürərək 1920-ci ilin 23 noyabr 

tarixində  işi xətm etmişdir.(Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, 

Türkiyədə və Dünyada hadisə və faktların xronikası. Bakı, 1994.) 

Təəssüfəlayiq bir haldır ki, yuxarıda göstərilən mənbədə Keşiş  kəndində baş 

vermiş o dəhşətli faciə haqqında heç bir məlumat verilməmişdir. Elə bunun özü də 

bir təəssüfəlayiq haldır ki, biz hələ  də Seyid Hüseyn kimi təəssüflənirik. 

 

ƏDƏBİYYAT 

1. Seyid Hüseyn  Həqiqət İllüzyonu. “Azərbaycan ədəbiyyatı” qəzeti,  

2. “Kommunist” (Azərbaycan dilində), 23 fevral 1921-ci il.  

3.  “Kommunist” (rus dilində), 23 fevral 1921-ci il. 




Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə