Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə7/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   2   3   4   5   6   7   8   9   10   ...   21

 

26

Bərkdə qaçıb gizlənir, xəncəri-bürranə bax. 



 

Mir Paşa 

Qeyrəti olan məgər əsgərlikdən qaçarmı? 

Öz vətəninin buraxıb dağı, daşı aşarmı? 

Arvadı


 evdə olan rus qızına baxarmı? 

Fatması qan ağlayır, etdiyi əfqanə bax. 

 

Əli İslam 

Rəsm günü davaya kasıb, lüt, üryan gedər, 

Arvad-uşaq ağlaşar, dalınca Quran gedər, 

Dövlətlilər bulvarda basıb fisincan gedər, 

Kasıbların evində kişmişi-qənddana bax. 

 

Mir Paşa 

Zəhmət çəkib uzaqdan bu məclisə gəlmisiz, 

Ölümdən heç qorxmayıb sözün düzün demisiz, 

Camaatın bezini satıb pulun yemisiz, 

Pulu qazandı tacir, kasıblar üryanə bax. 

 

Əli İslam 

Qışın günü çal-çarıq, bəs şineli neylədin? 

Bu gecənin düzündə məşqi necə eylədin? 

Tökün bütün şeyləri bir qazana, qaynadın, 

Oyaq onu xabdən, ipəkdən yorğanə bax. 

 

Mir Paşa 

Bildirki mart ayında qapaza dəydi başımız, 

Yandırıldı cəmiyyət, dağıldı dam-daşımız, 

Gəldi bizə köməyə Osmanlı qardaşımız, 



 

27

Yaşasın  Ənvər Paşa, Mürsəli-aslana bax! 



 

Əli İslam 

Bəyənmirsiz İslamı, nöş gülürsüz babiya? 

İş bərkə düşəndə siz minirsiz yabıya, 

Öyrənibsiz qaçmağa yorta-

y

orta Qubaya, 



Kasıbların meyidi oxşayır xortdana , bax. 

   


Mir Paşa 

Düz üç aydır girmisən vağzalda sən xidmətə, 

Eyləyirsən sidqilə xidmətini millətə, 

Hər biletə yüz manat – dadanıbsan rüşvətə, 

Oçeretdə kasıblar etdiyi əfqanə bax. 

 

Əli İslam 

Mollanı gör, kəndi çap, getmə heç əsgərligə

Yazdır özün qaradavoy jandarma hələligə, 

Haçan gördün türk yığır, qoy özüvi dəliligə, 

Bununla da olmasa, pasport al, İranə bax. 

 

               NƏ VECİMƏ   

 

Əli İslam 

Xoş gəlmisiz, bu məclisə gələnlər, 

Bəzi yerdə sözün düzün deyənlər, 

Kasıbların bezin çatıb yeyənlər, 

Yolundu İran, sənin nə vecivə? 

 

Mir Paşa 

Sən kasıbsan, bu işlərə qarışma, 




 

28

Millət üçün cəhd eləyib çalışma, 



Zamani ki düşdü şəhrə atışma, 

Yolumdu İran, mənim nə vecimə. 

 

Əli İslam 

İl dolandı, bağıstana meyl elə

Gedib gəzib Mərdəkanı seyr elə, 

Sat kasıbın bezlərini, xeyr elə, 

Kasıb lüt-üryan, sənin nə vecivə? 

 

Mir Paşa 

Eşit, birdən gəldi genə mart ayı, 

Söylə görüm, nəyin vardır, ay dayı, 

Mən qaçıram o vaxtda İran sarı, 

Burda axsa qan, mənim nə vecimə. 

 

Əli İslam 

Mart ayında lap gəlmişdim canə mən, 

Meyl eylədim üç ay Nardaranə mən, 

Möhtac oldum bir cırıq yorğanə mən

Kəm köhnəmi yırtdı siçan, nə vecivə? 

 

Mir Paşa 

Pis adətdir, qalıb bizə farisdən, 

Söhbətimiz çün keçibdir Parisdən, 

Klassiklər halini bil qarisdən, 

Evləri talan, mənim nə vecimə. 

 

 

Əli İslam 



 

29

Sən deyirdin, düşübdür fürsət ələ, 



Aləmə təki salasan zəlzələ, 

Əkil şuraya, məni sal cəncələ

Sel tək axdı qan, sənin nə vecivə? 

 

Mir Paşa 

Alçaq oldu o alçaqdan damivuz, 

Bədtər oldu günü-gündən halıvuz, 

Nə pis günə düşdü Ərdəhənivüz, 

Düşsə də tufanə, mənim nə vecimə. 

 

Əli İslam 

Baxmagilan lap canıvun cırığına, 

Cümlə-cahanı vermisüz qırğına, 

Qarnın dönüb zorba çaxır tuluğuna, 

Misl avangiyan, sənin nə vecivə? 

 

Mir Paşa 

Əsir idik üç yüz il biz urusa, 

Mindiririk təzə gələn ərusa, 

Azərilər indi dönüb xorusa

Ərşdə cövlan, mənim nə vecimə. 

 

Əli İslam 

Səhər-səhər saldırgilən çotəni, 

Axşam üstü qoşdur ət pir lötkəni, 

Sübhəcən vur zakuskasız vodkanı, 

Hər gecə mehman, sənin nə vecivə? 

 

 




 

30

Mir Paşa 

Uşaqların çörək deyib ağlasa, 

Ah çəkərək sinəsini dağlasa, 

Dükançılar çəkib qapını bağlasa, 

Mədəndə fantan mənim nə vecimə. 

 

Əli İslam 

Əsirgədün pulları millətindən, 

Vermədün heç bir qəpik dövlətindən, 

Vaxt olar ki, çıxar xəcalətindən, 

Azərbaycan sənin nə vecivə? 

  

                ÇAL 



 

Mir Paşa 

Biz dedikcə meyxana, siz əl çalın, 

Keyf eləyin, acları yada salın. 

Göz açıb 

D

ağıstana bir nəzər salın, 



Onların havasına bir çanaq havası çal. 

 

Əli İslam 

Haqq-təala əqil verir, göz verir, 

Dövlətliyə köməklik deyəndə dərd üz verir, 

Dövlətli var pul verir, dövlətli var söz verir, 

Pul verəni olardan ayırmaq havası çal. 

 

 

Mir Paşa 

Nə pis günə düşdü Şimalın ağ ayısı, 

Arvad-uşaq qırıldı, hara qaçdı dayısı? 



 

31

Əsir etmək istəyir indi bizi ayrısı, 



Çal Denikin işləsin, biz yanaq havası çal. 

 

Əli İslam 

Denikinin gəlməsin biz bilirik, danmarıq, 

İstəyir hər kəs gələ, biz dəxi allanmarıq, 

Budur sözün qısası, heç kəsə inanmarıq, 

Bildirki mart ayında qırılmaq havası çal. 

 

Mir Paşa 

Bu işlərin cümləsi bir gün bizə əyandır, 

Denikinin planı 

Q

afqaz üçün yamandır, 



Bizim müsəlman hələ ayıq deyil, piyandır, 

Piyan-piyan olanda yıxılmaq havası çal. 

 

Əli İslam 

Bir gün olub piyanlar dırmaşırlar damlara, 

Bircə gəlib kilsəyə, baxaydın İslamlara, 

Atəşpərəstlər kimi baş əyirdi şamlara, 

Saat on ikidən sonra öpüşmək havası çal. 

 

Mir Paşa 

Oğluvu gizlətmisəm, tuf sənin saqqaluva, 

Gəlsə bura Denikin, vay sənin əhvaluva, 

Arvadın əsir alar, od vuracaq maluva, 

Qoçular qan-qan deyir, atışmaq havası çal. 

 

Əli İslam 

Baxma dezertirlərin pasportuna, yaşına, 

Yığ oların cümləsin, baxma o göz yaşına, 



Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə