Microsoft Word bir omrun qelpeleri doc



Yüklə 484,77 Kb.
Pdf görüntüsü
səhifə8/21
tarix24.12.2017
ölçüsü484,77 Kb.
#18137
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

 

32

Əsgərlikdən qaçanlar çarşaf örtsün başına, 



Təndirdə gizlənənçün yaşınmaq havası çal. 

 

Mir Paşa 

Gəlir qara xəbərlər, sal bir onun yadına, 

Qulaq verin bir zaman acların fəryadın

a



Gəlin gedək könüllü Dağıstan imdadına, 



İttəhadla bu işə yapışmaq havası çal. 

 

Əli İslam 

Yeməyə yetim malın vardı sənin niyyətin, 

Müftəxorlar içində artar sənin hörmətin, 

Əsgərlikdən qaçmasan yoxdu sənin qeyrətin, 

Qış günü gir kürsüyə, ağnamaq havası çal. 

 

Mir Paşa 

Rusca bir az oxuyub boş başı bəyənmirəm, 

Saxlamışam mən 

A

nnanı, Fatmanı mən neylərəm? 



Dinimdən, imanımdam artıq onu bəslərəm

Çal


başuva fırlanım, oynamaq havası çal. 

 

Əli İslam 

Acqarına gəlmişik, etməmişik naharı, 

Dövlətlilər kulubda oynayırlar qumarı, 

Qış qurtardı, ay kasıb, gözləgilən baharı, 

Yolun düşdü İrana, qızdırmaq havası çal. 

 

Mir Paşa 

Günlərin bir günündə yolum düşdü bulvara, 

 Müsəlman cahılları fırlanırdı avara, 




 

33

Pardan deyir, madmazel “ax 



tı,

 moya Tamara”, 

Gedək mənimlə damoy, çay içək havası çal. 

 

Əli İslam 

İntiligent olmuşam, mərifətim anlaram, 

Hər il Pasqa bayramı süfrəmi sahmanlaram, 

Şərab içməyən gələ, döyüb, söyüb danlaram, 

Kasıb gəlsə, q

a

pını bağlamaq havası çal. 



 

Mir Paşa 

Tərif edin hər zaman təzə gələn əsgəri, 

Qafqazlılar unutmaz heç bir zaman Ənvəri, 

 Kor olacaq, bilin siz, düşmənlərin gözləri

İşlər ayırd olanda yığışmaq havası çal. 

 

Əli İslam 

Həvəs ilə get, əsgər, Allah sənə yar olsun, 

Hər kəs boyun qaçırsa, görüm ki, bimar olsun, 

Türk oğlu türk olan şəxs həmişə dindar olsun, 

Ənvərini yad edib əl çalmaq havası çal. 

 

Mir Paşa 

Bildirki mart ayını əcəb saldın yaduva, 

Türklər gəldi yetişdi yaxşıca imdaduva, 

Əsgərlikdən qaçanlar, tuf sənin əcdaduva

Cəhalət uyqusunda bir yatmaq havası çal. 

 

Əli İslam 

Dövlətlisən, pulun var, qalma kasıb fikrinə, 

Çıxsın kasıbın canı, salsın tüfəng çiyninə, 




 

34

Gizlətgilən oğluvu, toyuq kimi sal hinə, 



Toyuğu sən bişir ye, qayğanaq havası çal. 

 

BACARA BİMƏZSƏN 

 

Əli İslam 

Bəsdir bizi gətirmisən lap cana

Ağıllı ol, dönməginən heyvana, 

Məştəqə, Zabrat, Ramana bir yana, 

Bir Nardaranla bacara bilməzsən. 

 

Mir Paşa 

Anlagilan bu işin mənasını, 

Görgilən bir Dağıstan davasını, 

Denikinin biz çəkək cəfasını, 

Sən Dağıstanla bacara bilməzsən. 

 

Əli İslam 

Aç gözüvü, baxgilən Hindistana, 

Teleqraf eyləyim bu gün 

İ

rana, 



Azərbaycan hökuməti bir yana

Bir Kiçik xanla bacara bilməzsən. 

 

Mir Paşa 

Bildir martda zəhərlədin dilindən, 

Bir sandıq pul düzəltmişdin xəlimdən, 

Mən demədim, qurtarmazsan əlimdən, 

Sən oxatanla bacara bilməzsən. 

 

 




 

35

Əli İslam 

Ağ binəyə bildir eylədiz hücum, 

Çox top atduz məscidinə gubba-gum, 

Hövsanına vermişdiz ultimatum

Acı soğannan bacara bilməzsən. 

 

Mir Paşa 

Çay yerinə səhər yeyirdiz aşı, 

Heç tapmırdım evimdə mən bozbaşı, 

Harda qaldı dörd qatar patron daşı, 

Bir göysatanla bacara bilməzsən. 

 

 



Əli İslam 

Yatmısan sən, yox xəbərin xəbərdən, 

Gecələri keçirirsən səhərdən, 

Masquranı doldurubsan zəhərlən, 

Gürzə ilanla bacara bilməzsən. 

 

Mir Paşa 

Çox şirindir bolşevikin dilləri, 

Pis keçirib kasıb keçmiş illəri

Bildir martda məskən etdin çölləri, 

Çöldə yatanla bacara bilməzsən. 

 

Əli İslam 

Mart ayında çox çəkmişik zilləti, 

Sovet bizə eylədiyi “hörməti”, 

Odlamısız “xaneyi-cəmiyyəti”, 

Qəlbi yananla bacara bilməzsən. 




 

36

 



 

 

 

“KOMMUNİST” QƏZETİNDƏ MİR PAŞA VƏ ƏLİ İSLAMIN QƏTLİ 

HAQQINDA 

 

“Коммунист”, 21 февраль 1921 

Театральное искусство в уездах 

Союз  «Рабис»  наметил  несколько  трупп,  в  том  числе  и  армянскую 

гоструппу для обслуживания уездов АССР. Эти труппы в ближайшее время 

выедут в уезды. 

 

«Коммунист», 23 февраль 1921. 

 Извещения 

Настоящая похоронная комиссия по похоронам зверски убитых в г. Шуше 

маузеристами – дашнаками 

               артистов Гостеатра товарищей 

               Анаплинского и Мир-Паши 

               участвовавших в агитпоезде, 

доводит до сведения всех, что останки убитых будут преданы земле 24-го 

февралья. 

Похоронная процессия начнется 24-го февралья, в 10 часов утра, с мечети 

«Таза  Пир»,  по  следующему  маршруту:  Таза  Пир,  Азиатская,  Персидская, 

Губернская, Базарная, Николаевская, Кривая, Торговая Гостеатр (остановка), 

Обратно  по  Б-Морской,  Молоканской,  Рабис  (остановка),  далее  по 

Б.Морской, Меркуревской, Наркомпрос (остановка), далее по Меркуревской, 

Набережной, Садовой, по Азревкома (остановка), затем по Николаевской до 

ЦК  АКП  (остановка),  далее  по  Красно-Крестовской,  по  Кладбищенской  на 

кладбище. 




Yüklə 484,77 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə